Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   ...   4   5   6   7   8   9   10   11   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



23 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

         Əməlinlə məni rüsvayi-cahan eyləmisən, 



         Çəkirəm dostlar arasında xəcalət, ay ata 

                                                                        Baba Pünhan 

 

      Böhtan danışıram, yalan deyirəm. 



      Həm rüşvət verənəm, həm də alanam. 

      Yerim də hazırdı cənnətdə nə qəm?! 

      Əsası beş dəfə namaz qılanam...   

                                                              Şəhriyar 



Qurani-Kərim:  “Bir-birinizin  mallarını  haqqınız  olmadığı  halda  yeməyin.  Xalqın  malının  bir 

qismini  (onun  sizə  haram  olduğunu)  bilə-bilə  günah  yolu  ilə  yeməyiniz  üçün  onu  (xalq  malını) 

hakimlərə (rüşvət) verməyin 

 

Bu kimi misalları kifayət qədər artırmaq mümkündür. Göründüyü kimi Azərbaycan mütəfəkkiri 



və  yaxud  ölkənin  əsas  aparıcı  dini  sayılan  İslam 

korrupsiyanı,  rüşvəti    ümumiyyətlə  isə  kimsənin 

haqqını 

tapdamaq 

kimi 

ədalətsiz 



davranışları 

qınamaqda  və  bunu  kimi  fəaliyyətlərin  təzahürünü, 

cəmiyyətə  zərərini  qabarıq  şəkildə  göstərməkdədi. 

Başqa  sözlə  sağlam  cəmiyyət  və  ədalətli  idarəetmə 

görmək istəyən hər kəs problemin ciddiliyi dərk edir və 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



24 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

daim  tənqid  hədəfinə  çevirir.  Sevindirici  haldır  ki,  Azərbaycan  ictimai  fikri  tarixin  bütün 



dönəmlərində korrupsiyanı tənqid etmiş, buna qarşı mübarizə aparmış və milli, dövləti maraqları, 

şərəf  və  ləyaqəti  bütün  maddi  üstünlüklərin  fövqundə  tutmuşdur.  Nəticədə  ölkəmizdə  “rüşvətə 

qarşı  vətəndaş”  kimliyinin  formalaşdırılmasında  ciddi  mənəvi  bazanın  mövcudluğunu  demək 

mümkündür. 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



25 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Mənəviyyatsızlığa gedən yolda: İctimai təşviq 

Təəssüflə qeyd etməliyik ki, korrupsiyalaşmış cəmiyyətlərdə bir çox hallarda vətəndaşı bu kimi 

mənfi  davranışlara  təşviq  edən  fikirlər  də  geniş  şəkildə  yayılır.  Həmçinin  təəssüflə  qeyd 

etməliyik  ki,  mənfi  davranışları  təşviq  edən,  haqlı  göstərən  fikirlər  cəmiyyətdə  daha  çox  sosial 

bazaya  malikdir,  nəinki  “adil  vətəndaş”  kimliyinin  formalaşmasına  səsləyən  baxışlar.  Bir  çox 

hallarda isə kəskin  təbəqələşmə  və  yaxud geniş  yayılmış  haqsızlıq, qanunsuzluq  insanlarda “öz 

ədalətini  özün  yaradacaqsan”  qənaətinə  yol  açır  ki,  sonda  bu  kimi  fikirlər  vətəndaşı  mənfi 

davranışlara sövq edir. Beləliklə hər hansı bir problemlə mübarizə aparmaq istədikdə ilk növbədə 

bu  kimi  davranışlara  səsləyən  və  yaxud  haqlı  imiş  kimi  təqdim  edən  yanaşmaların 

neytrallaşdırılması əsas addımlardan hesab edilməlidir.  

Məsələn,      “Dövlətin  malı  dəniz,  yeməyən  kəriz”  ifadəsinin  izləri  kifayət  qədər  uzağa  getməklə 

yanaşı  bu  gün  də  türk  ictimai  fikrində  mühüm  yer  tutur.  Yaxud  da  tez-tez  rastlaşdığımız 

misallardan  biri  də  “Bal  tutan  barmaq  yalar”  ifadəsidir.  Bunlara  bənzər  fikirlər  cəmiyyətin 

yalnış istiqamətə  yönləndirilməsinə və mənəvi dəyərlərin tapdanmasına yol açmaqla proseslərə 

ictimai qınağı zəiflədir. Hətta dini inancları qırmaq məqsədi ilə də “Dövlətdən oğurlamaq haram 



deyil”  kimi  fikirlər  geniş  şəkildə  yayılır.  Bəzi  hallarda  “palaza  bürün,  elnən  sürün”  kimi 

ifadələrlə insanların ictimai proseslərə adekvat reaksiya vermə instikti sındırılır ki, bu da bir çox 

hallarda çoxluğun azlığa tabe olması kimi ziddiyyəti ortaya qoyur.  

Digər maraqlı məqam isə praktikada “RÜŞVƏT”  sözünü  “HÖRMƏT” sözü ilə əvəzləməsidir ki, 

beləliklə  çirkin  əməl  sahibi  olanlar  öz  əməllərinə  daha  yumşaq  don  geyindirməyə  cəhd 

göstərirlər.  

Araşdırmalar onu göstərir ki, korrupsiyalaşmış cəmiyyətlərdə ictimai qınaq zəif olmaqla yanaşı 

bu  əməlin  sahibləri  əksinə  ciddi  hörmət  layiq  görülür.  Yəni  bu  insanlar  öz  cinayətkar,  haqsız, 

mənəviyyatsız  əməlləri  qarşılığında  cəmiyyətdə  üstün  status  əldə  edirlər  ki,  bu  hal  da  onların 



Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə