Kosmik fəaliyyət daxilində kosmik turizmin hüquqi tənzimlənməsinin bəzi məsələləri h e. d., prof. Quliyev İbrahim Oruc oğlu



Yüklə 121,7 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü121,7 Kb.
#39106


 

- 1 - 


Kosmik fəaliyyət daxilində kosmik turizmin 

hüquqi tənzimlənməsinin bəzi məsələləri  

 

h.e.d., prof. Quliyev İbrahim Oruc oğlu 

Xəlilov Zafiq Zakir oğlu 

Milli Aviasiya Akdemiyası 

 

       Məqalədə  beynəlxalq  kosmos  hüququnda 



kosmik  turizmin  hüquqi  tənzimlənmə  məsələlərinin 

əsas  mahiyyətinin  müəyyən  edilməsi,  bu  sahədə 

mövcud  hüquqi  kateqoriyaların  nəzəri  şərhi  və 

dövlətdaxili  qanunvericilik  aktlarının  müqayisəli 

təhlili, kosmik turistlərin hüquqi statusu ilə əlaqəli 

problemlər  və  qeyd  olunanlarla  bağlı  hüquqi 

tənzimlənmə  perspektivləri  göstərilərək  müəyyən 

təkliflər verilmişdir. 

 

Açar  sözlər:  “kosmik  fəaliyyət”,  “kosmik 

turizm”, “kosmik turist”;  

 

Qeyd  etməliyik  ki,  bununla  bağlı  əsas 



məsələlər  ”Beynəlxalq  kosmos  hüququnda  kosmik 

turizmin  hüquqi  tənzimlənmə  perspektivləri”  adlı 

elmi  məqalədə  şərh  edilmişdir.  Burada  da,  eyni 

zamanda  xüsusi  önəmli  məqamlar  ön  plana 

çəkilərək mühüm təkliflər verilmişdir.  

Ümumilikdə,  kosmik  fəaliyyət  dedikdə  isə 

kosmik  məkan,  Ay  və  digər  səma  cisimlərinin 

istifadəsi  və  tədqiqatı  ilə  əlaqəli  iş  aparılması 

sahəsində istənilən fəaliyyət başa düşülür [5; 164].    



 

- 2 - 


      Kosmik 

fəaliyyət 

aşağıdakıları 

özündə 


birləşdirir:  

-

 



kosmik  texnikanın,  kosmik  materialların  və 

kosmik texnologiyanın və kosmik fəaliyyətlə 

əlaqəli  digər  xidmətlərin  yaradılması  və 

istifadəsi; 

-

 

müvafiq  dövlətin  komik  məkanın  istifadəsi 



və 

tədqiqatı 

sahəsindəki 

beynəlxalq 

əməkdaşlığı;                                                                                                             

      Qeyd  etməliyik  ki,  kosmik  fəaliyyət  bir  qayda 

olaraq  lisenziyalaşdırılır.  Kosmik  infrastruktura 

olmadan  kosmik  fəaliyyətin  reallaşdırılması  qeyri-

mümkündür.  Bu  səbəbdən  də  bir  çox  dövlətlərin 

“Kosmik  fəaliyyət  haqqında”  qanununda  kosmik 

infrastrukturaya  daxil  olan  təsisatlar  əsaslı  şəkildə 

qeyd  olunur.  (Məsələn  Rusiya  Federasiyasının 

“Kosmik  fəaliyyət  haqqında”  Qanunun  18-ci 

maddəsində kosmik infrastrukturanın anlayışına yer 

verilmişdir) [8; 9-14]. 

       Kosmik uçuş zamanı ekipaj üzvlərinin və digər 

iştirakçıların  hüquqi  vəziyyəti  (Kosmik  turistlərin 

hüquqi  statusu).  Yuxarıda  vurğuladığımız  kimi 

kosmik turizmin hüquqi tənzimlənmə məsələlərinin 

konkret  olaraq  hansı  hüquq  sahəsinə  (beynəlxalq 

kosmos  hüququ  və  beynəlxalq  turizm  hüququ)  aid 

olması  bu  gün  hüquq  ədəbiyyatında  ortaya  çıxan 

mühüm  hüquqi  müzakirələrdən  biri  hesab  olunur. 

Eyni  zamanda  kosmik  turistlərin  (və  ya  Kosmosa 

səyahət  məqsədi  ilə  gedən  turistlərin)  hüquqi 




 

- 3 - 


statusunun  müəyyənləşməsi  məsələləri  də  bu 

baxımdan həm beynəlxalq kosmos hüququ həm də, 

beynəlxalq  turizm  hüququ  daxilində  ümumnəzəri 

müddəalarla  nəzərdən  keçirilməlidir.  Beynəlxalq 

hüquq  sahəsində  turistlərin  hüquqi  statusunun 

müəyyən  edilməsi  məsələləri  vacib  rol  oynayır. 

Turistlərin  hüquqi  statusundan  danışarkən,  ilk 

növbədə,  “turist”  məfhumunun  mənası  izah 

olunmalı, ona aid edilən şəxslərin dairəsi müəyyən 

edilməlidir.  “Turist”  terminin  üzə  çıxarılmasında 

hüquq normaları (beynəlxalq və ya milli) vacib rol 

oynadığına  görə  onların  təsbit  olunduğu  aktların 

təhlil 

edilməsi 



bu 

nöqteyi-nərədən 

zəruri 

əhəmiyyətə  malikdir.  1954-cü  il  tarixli  “Turistlər 



üçün  gömrük  güzəştləri  haqqında”  Konvensiyanın 

1-ci  maddəsi  də  turist  kimi  adətən  yaşadığı  dövlət 

istisna 

olmaqla, 

Konvensiyanın 

digər  üzv-

dövlətinin ərazisində istənilən 12 aylıq dövr ərzində 

24  saatdan  az,    6  aydan  çox  olmayan  müddətdə 

(immiqrasiya etmək istisna olmaqla) qanunla icazə 

verilmiş  əsaslar  –  turizm,  əyləncə,  idman, 

sağlamlıq,  ailə  vəziyyəti,  təhsil,  dini  ziyarət  və  ya 

işgüzar məqsədlərlə qalan şəxsləri müəyyən edir [4; 

72].  Hesab edirik ki, bu tərif turist statusunun əldə 

edilməsi  ilə  bağlı  zaman  meyarının  dəqiq 

hüdudlarını  təsbit  etmişdir.  Lakin  bir  məsələ  də 

nəzərə  alınmalıdır  ki,  indiki  halda  reallaşdırılma 

ərəfəsində  olan  kosmik  turizm  nöqteyi-nəzərindən 

bu  tərifdə  yalnız  dövlət  və  dövlətin  ərazisi  kimi 




 

- 4 - 


məkanın  qeyd  olunması  düzgün  deyil.  Burada 

dövlətin  ərazisi  ilə  bərabər  yer  məfhumunun  qeyd 

olunması daha məqsədəuyğundur. 

       “Turist”  termininin  müəyyənləşdirilməsində 

müvafiq  dövlətdaxili  qanunvericilik  aktları  da 

özünəməxsus  rol  oynayır.  Məsələn,  Azərbaycan 

Respublikasının  4  iyun  1999-cu  il  tarixli  “Turizm 

haqqında”  Qanununun  1-ci  maddəsində  turist 

sayılması  üçün  şəxsin  müvafiq  terminin  tətbiq 

dairəsinə  aid  edilməsi  -  istirahət,  sağlamlaşdırma, 

tanış  olma,  idraki  (tarix  və  mədəniyyət 

sərvətlərindən  bəhrələnmə  və  sair),  iş-peşə  (vəzifə 

borclarının icra edilməsi istisna olmaqla), idman və 

dini  məqsədlərlə  getdiyi  ölkədə  (yerdə)  ödənişli 

fəaliyyətlə  məşğul  olmamaq  şərtilə,  24  saatdan  12 

ayadək  müddətdə  müvəqqəti  olması  tələb  olunur 

[1].  Qeyd  edək  ki,  milli  qanunvericilik  aktında 

məkan anlamında ölkə ilə bərabər yer məfhumu da 

nəzərə  alınmışdır.  Müəyyən  dəyişikliklərlə  bu 

səpkili  müddəalar  Rusiya,  Ukrayna,  Qazaxıstan, 

Özbəkistan  və  s.  kimi  dövlətlərin  müvafiq 

qanunvericilik aktlarında da təsbit olunmuşdur. 

       Turistlərin 

hüquqi 


statusunun 

müəyyənləşdirilməsi  ilə  bağlı  məsələlər  özündə, 

həmçinin  onların  müxtəlif  sferada  mövcud  olan 

hüquq  və  vəzifələrini  də  birləşdirir.  Həmin  hüquq 

və vəzifələr müxtəlif beynəlxalq sənədlərdə və milli 

qanunvericilik  aktlarında  təsbit  edilmişdir.  Burada 

əsas  sənəd  qismində  Ümumdünya  Turizm 



 

- 5 - 


Təşkilatının VI sessiyasında qəbul olunmuş 1985-ci 

il tarixli Turizm Xartiyası və Turist Məcəlləsi çıxış 

edir.  Sənədin  belə  adlandırılmasında  başlıca 

məqsəd  müvafiq  sahədə  dövlətlərin  və  turistlərin 

hüquq  və  vəzifələrin  ayrıca  şəkildə  ifadə 

olunmasıdır. Ona görə də, Turizm Xartiyası turizm 

və  onun  inkişafı  ilə  bağlı  birbaşa  dövlətlərə 

münasibətdə  normaları  müəyyən  etsə  də,  Turist 

Məcəlləsi  sırf  turistlərin  hüquqi  statusunun 

müəyyənləşdirilməsi baxımından zəruri müddəaları 

özündə  əks  etdirir.  Belə  ki,  göstərilən  Məcəllənin 

müddəaları  turistlərin  davranışlarına  münasibətdə 

nəzərdə  tutulan  vəzifələrin  həyata  keçirilməsinə 

istiqamətlənmişdir [4; 83].   

       Turistlərin  hüquq  və  vəzifələri,  həmçinin, 

dövlətdaxili  qanunvericilik  aktlarında  da  ehtiva 

olunmuşdur. Nümunə qismində “Turizm haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  6-7-ci 

maddələrini göstərmək olar.  

       Ümumilikdə yuxarıda turistlərin hüquqi statusu 

ilə  bağlı  beynəlxalq  hüquqi  aktların  əsas 

müddəaları  şərh  edilmişdir.  Lakin  kosmik 

turistlərin  hüquqi  statusunun  müəyyən  olunması 

üçün  kosmik  məkanın  özünəməxsus  cəhətləri  ilə 

əlaqədar  bəzi  fərqli  məqamları  özündə  ehtiva 

etdiyini  nəzərə  alaraq  bu  məsələnin  beynəlxalq 

kosmos  hüququ  çərçivəsində  araşdırılması  daha 

məqsədəuyğundur.  Bu  nöqteyi-nəzərdən  kosmik 

turistlərin  hüquqi  statusunun  müəyyənləşməsi 



 

- 6 - 


məsələləri  ayrı-ayrı  dövlətlərin  “Kosmik  fəaliyyət 

haqqında”  qanunları,  mühüm  beynəlxalq  hüquqi 

aktlar  və  qeyd  olunanlara  əsasən  gələcəkdə  qəbul 

olunacaq komik turizmim hüquqi rejimini müəyyən 

edən  beynəlxalq  müqavilə  çəçivəsində  şərh 

edilmişdir.   

       Kosmik  turizmin  inkişafa  başladığı  indiki 

dövrdə  kosmik  səyahətlərdə  iştirak  edən  şəxslərin 

hüquqi statusu ilə bağlı müəyyən problemlər yarana 

bilər.  Bu  status  tam  mənada  professional 

kosmonavtların  statusu  ilə  uyğun  gəlmir.  Bu  gün 

beynəlxalq  kosmik  turizmin  hüquqi  rejimi  lazımi 

səviyyədə tənzimlənmədiyi üçün 22 aprel 1968-ci il 

tarixli  “Kosmonavtların  xilas  edilməsi  haqqında 

Saziş”  həm  professional  kosmanavtlara  həm  də 

kosmik 


turistlərə  aid  olunur.  Ümumiyyətlə 

kosmonavt  –  kosmik  uçuşlarda  kosmik  gəminin 

komandiri və ya ekipaj üzvü qismində iştirak edən 

şəxsdir. 1967-ci il “Kosmos haqqında” müqaviləyə, 

habelə  “Kosmonavtların  xilas  edilməsi  haqqında 

Saziş”-ə  və  Ay  haqqında  Sazişə  əsasən, 

kosmonavtlar “bəşəriyyətin elçiləri” kimi nəzərdən 

keçirilir.  Qeyd  olunan  beynəlxalq  müqavilələr 

dövlətlərin  üzərinə  kosmonavtlarla  əlaqəli  bir  çox 

hüquq  və  vəzifələr  qoymuşdur.  Göründüyü  kimi 

kosmonavtla  kosmik  turistlərin  hüquqi  statusu 

arasında  kəskin  fərqlər  mövcuddur.  İndiki  halda 

kosmik  turistlərin  hüquqi  statusu  hər  hansı 

beynəlxalq  hüquqi  aktla  tənzimlənmədiyi  üçün 




 

- 7 - 


“Kosmonavtların xilas edilməsi haqqında Saziş”-in 

şərtləri  tam  mənada  kosmik  turistlərə  də  şamil 

olunur.  Məlum  olduğu  kimi,  müasir  elmi-texniki 

inkişaf  nəticəsində  kosmosla  bərabər  Antarktidaya 

da,  turizm məqsədləri ilə  səfərlərin reallaşdırılması 

üçün  şərait  yaranmışdır.  Müəyyən  hüquqşünas 

alimlərin  fikrincə,  Antarktika  və  kosmik  məkan 

ümumi  istifadə  ərazisinə  çevrildiyindən  və  onların 

rejimi 

universal 



beynəlxalq 

müqavilələrlə 

tənzimləndiyinə  görə  bu  ərazidən  istifadə  forması 

kimi  yerdəyişmə  forması  universal  səviyyədə 

nizama  salınmalıdır.  Hal-hazırda  antarktik  turizm 

bir  neçə  ümumi  xarakterli  beynəlxalq  normativ 

sənədlərlə tənzimlənib.       [6; 61]. Ancaq kosmik 

turizm  isə  heç  bir  universal  və  regional  normativ-

hüquqi  aktla  tənzimlənməmişdir.  Onu  da  qeyd 

etməliyik  ki,  kosmik  turizmin  heç  bir  normativ-

hüquqi  aktla  tənzimlənməməsinə  baxmayaraq  bu 

turizm  növü  hal-hazırda  qüvvədə  olan  beynəlxalq 

hüquqi-aktların  heç  biri  ilə  qadağan  edilmir.  Qeyd 

etməliyik  ki,  məqalənin  əvvəlində  vurğuladığımız 

kimi, 

bu 


gün 

kosmik 


turizm 

planlarını 

reallaşdırmaq  ərəfəsində  olan  bir  çox  şirkətlər  hər 

biri  ayrılıqda  özünəməxsus  şərtlər  müəyyən  edib 

sadəcə  qısa  treyninq  vasitəsi  ilə  vətəndaşları  bu 

uçuşa dəvət edirlər.  Bu baxımdan kosmik turizmin 

hüquqi  rejiminin  tənzimlənməsi  üçün  bu  sahədə 

mütləq  mənada  vahid  beynəlxalq  səviyyəli  hüquqi 

akt  qəbul  olunmalıdır.  Belə  bir  beynəlxalq-hüquqi 



 

- 8 - 


akt ilk növbədə bu sferada fəaliyyət göstərən bütün 

şirkətlər  üçün  vahid  qəbul  olunmuş  qaydalar 

müəyyən edə bilər. Hal-hazırda bir çox dövlətdaxili 

normativ  aktlarda  bu  məsələyə  (kosmik  turizm) 

xüsusən  də  “Kosmik  fəaliyyət  haqqında”  olan 

qanunlar  çərçivəsində  yer  verilmişdir.  Ancaq  qeyd 

etməliyik  ki,  bu  sahədə  beynəlxalq  sazişin  olması 

ümumilikdə  dünya  dövlətləri  üçün  etalon  rolunu 

oynayacaq.  Ən  əsası  məhz  bu  sazişlə  hansı 

şəxslərin  kosmik  uçuşda  iştirak  etməsi  və  ya  bu 

uçuşda  iştirak  edə  bilməyən  şəxslərin  dairəsi 

konkret  olaraq  müəyyən  ediləcək.  Bu  səpkili 

sazişdə  xüsusi  bölmə  məhz  kosmik  turistlərin 

hüquq və vəzifələrinə həsr oluna bilər. Bu bölmədə 

kosmik 

turistlərin 



həyat 

və 


sağlamlığının 

qorunması,  bununla  bağlı  zəruri  halda  ilk  andan 

turistlərə  təxirəsalınmaz  tibbi  yardım  göstərilməsi, 

digər bu kimi məsələlər nəzərdə tutula bilər. Qeyd 

edək 

ki, 


turizm 

sahəsində 

turistlərin 

təhlükəsizliyinin  təmin  olunması  həmişə  əsas 

diqqət mərkəzindədir. Bu baxımdan qəbul olunacaq 

sazişdə  həm  də  kosmik  turizmin  reallaşdırılması 

çərçivəsində  kosmik  turistlərin  təhlükəsizliyinin 

təmin  olunması  ilə  bağlı  dövlətlərarası  əməkdaşlıq 

məsələlərinə  xüsusi  yer  ayrılmalıdır.  Bununla 

yanaşı, 


turistlərin 

səyahət 


zamanı 

şəxsi 


təhlükəsizlik  qaydalarına  əməl  olunması  kimi 

öhdəliklər  xüsusi  bölmə  şəklində  də,  təsbit  oluna 

bilər.  Belə  saziş  nəticə  etibarilə  kosmik  turistlərin 



 

- 9 - 


hüquqi  statusunu  və  ümumilikdə  kosmik  turizmin 

hüquqi rejimini müəyyən edəcək.  

       Əksər  ölkələrdə  kosmik  turist  və  ekipaj 

üzvlərinin hüquqi statusu həmin ölkələrin “Kosmik 

fəaliyyət  haqqında”  qanunu  və  dövlətlərin  kosmik 

agentlikləri və ya bu sahədə mövcud olan müvafiq 

təşkilatları  arasında  ikitərəfli  müqavilələri  ilə 

müəyyən  olunur.  Məsələn,  Rusiyanın  “Kosmik 

fəaliyyət  haqqında”  Qanununun  20-ci  maddəsinə 

əsasən Kosmik uçuşda iştirakla bağlı istək bildirən 

və  müəyyən  olunmuş  peşəkarlıq  və  tibbi  tələblərə 

cavab  verən  RF-nin  vətəndaşları  kosmik  uçuşun 

həyata keçirilməsi və hazırlığına müsabiqə əsasında 

seçilirlər.  Bir  çox  dövlətlərdə  kosmonavtların 

hazırlıq  qaydası,  idarə  edilən  kosmik  obyektlərin 

ekipajının  formalaşdırılması  və  uçuş  proqramının 

təsdiq  olunması,  habelə  kosmonavtların  hüquq  və 

vəzifələri,  onların  əməyinin  ödənilməsi  və 

professional  fəaliyyətləri  ilə  əlaqədar  digər  şərtlər 

həmin  dövlətin  qanun  və  normativ-hüquqi  aktları 

çərçivəsində  müqavilələrə  uyğun  olaraq  müəyyən 

olunur  [7;  38].  Kosmosa  turizm  məqsədilə 

kommersiya  xarakterli  kosmik  fəaliyyətin  hüquqi 

rəsmiləşdirilməsi  üçün  adətən  kosmik  turist, 

vasitəçi  və  kosmik  uçuşu  reallaşdıracaq  aidiyyəti 

şirkət  arasında  müqavilə  bağlanılır.  Qeyd  olunan 

şəkildə  bağlanılan  müqavilələrin  ümumi  qaydası, 

əsas  şərtləri  və  bütövlükdə  nümunəvi  forması  da 

məhz  kosmik  turizmlə  əlaqədar  qəbul  olunacaq 



 

- 10 - 


vahid  beynəlxalq  hüquqi  aktda  mütləq  surətdə  öz 

əksini tapmalıdır. Bununla əlaqəli olaraq 1970-ci il 

Səyahətlər  üçün  müqavilələr  üzrə  Beynəlxalq 

Konvensiyanın  mühüm  müddəalarına  da  istinad 

edilə bilər.  

       Bununla  yanaşı  qeyd  edək  ki,  Almaniya 

Federativ  Respublikasının  1979-cu  il  tarixli 

“Turizm  kontraktları  haqqında”  Qanunu  turizm 

şirkətlərinin  məhkəmə  qaydasında  istehlakçılar 

qarşısında  cavab  verməsi  ilə  bağlı  münasibətləri 

tənzim  edir.  Ümumiyyətlə  beynəlxalq  turizm 

münasibətlərinin 

tənzimlənməsində 

məhkəmə 


presedentləri  də  özünəməxsus  şəkildə  mühüm 

əhəmiyyət kəsb edir. Müasir dövrdə kosmik turizm 

planlarını  reallaşdırmaq  üzrə  olan  şirkətlərin  sayı 

artdıqca  məhz  belə  turlarda  iştirak  edən  şəxslərlə 

imzalanan  müqavilələrdə  də  bu  səpkili  müddəalar 

ön  planda  olmalıdır.  Bunun  tətbiqi  üçün  ilk  öncə 

qeyd  etdiyimiz  qəbul  oluncaq  kosmik  turizmin 

hüquqi  rejimini  tənzimləyən  beynəlxalq  hüquqi 

aktda  bu  növ  turizmi  həyata  keçirəcək  şirkətlərin 

məhkəmə qaydasında istehlakçılar qarşısında cavab 

verməsi  ilə  bağlı  münasibətlər  öz  ifadəsini 

tapmalıdır.  Turizm  sahəsində  mövcud  bir  sıra 

beynəlxalq  müqavilələrin  tələbləri  məhz  qəbul 

oluna  biləcək  kosmik  turizmin  hüquqi  rejimini 

müəyyən  edən  beynəlxalq  hüquqi  aktda  xüsusi 

əsaslarla  təsbit  oluna  bilər.  1954-cü  ildə  BMT 

çəçivəsində  işlənib  hazırlanmış  və  qəbul  olunmuş 



 

- 11 - 


Turistlər  üçün  gömrük  güzəştləri  haqqında 

Konvensiyaya  əsasən,  turistlərin  şəxsi  istifadə 

əşyalarının  sırası  müəyyən  edilmişdir.  Həm  də  bu 

konvensiyanın  turistlərin  əl  baqajında  olan  və  sui-

istifadə  halları  üçün  istifadəsinə  icazə  verilməyən 

şəxsi  istifadə  əşyalarının  müvafiq  beynəlxalq-

hüquqi  sənəddə  göstərilən  miqdarda  ölkə  ərazisinə 

gətirilməsi  halları  təsbit  olunmuşdur.  Hesab  edirik 

ki,  kosmik  məkanda  kosmik  turistlərin  istifadə  edə 

biləcəyi əşyaların siyahısı dəqiqləşdirilərək kosmik 

turizmin hüquqi rejimini müəyyən edən beynəlxalq 

hüquqi  sənəddə  mütləq  qaydada  öz  əksini 

tapmalıdır.  Dünyada  artıq  kosmik  turizmin  aktual 

olduğu  bir  dövrdə  yuxarıda  qeyd  olunan 

məsələlərin həlli xüsusilə vacibdir.     

       Məsələn,  Rusiya  Federasiyası  Hökumətinin 

“Federal  Kosmik  Agentliyin  Əsasnaməsinin  təsdiq 

olunması  haqqında”  26  iyun  2004-cü  il  314  №-li 

qərarı ilə Agentlik aşağıdakı məsələləri təşkil edir:  

       -  Kosmonavtların  seçilməsi  və  hazırlığı  (m. 

5.3.11.6 Əsasnamə);  

       -  Kosmik  fəaliyyət  məsələləri  ilə  bağlı  digər 

dövlətlərin  müvafiq  təşkilatları  və  beynəlxalq 

təşkilatlarla  qarşılıqlı  əlaqələrin  yaradılması  və 

müəyyən 

olunmuş 


qaydada 

beynəlxalq 

müqavilələrin imzalanması; (m. 5.3.12 Əsasnamə); 

       -  Kommersiya  xarakterli  beynəlxalq  kosmik 

proqram  və  layihələrin  reallaşdırılması  ilə  bağlı 

xarici  partnyorlarla  müəyyən  olunmuş  qaydada 




 

- 12 - 


müqavilələrin  bağlanması;  (m.  5.3.19  Əsasnamə) 

[8; 9-14]. 

       Yuxarıdakı  misalda  qeyd olunan məsələlərin o 

cümlədən kosmik turizmlə bağlı  vacib məqamların 

gələcəkdə  Azərbaycan  Respublikasının  Milli 

Aerokosmik  Agentliyinin  həyata  keçirdiyi  mühüm 

fəaliyyət  istiqamətləri  sırasına  daxil  olması 

mütərəqqi  hesab  oluna  bilər.  Bununla  bağlı  qəbul 

edilən  "Azərbaycan  Respublikasının  2008-2025-ci 

illər üçün kosmik fəaliyyət konsepsiyası" və "Milli 

Aerokosmik  Agentliyin  2009-2013-cü  illər  üçün 

inkişaf Proqramı"nı xüsusilə vurğulamalıyıq.   

        Hal-hazırda  qüvvədə  olan  beynəlxalq  və 

ölkədaxili  normativ  aktların  heç  biri  Kosmosda 

göstərilən  (xüsusən  də  kosmik  turizmlə  əlaqəli) 

xidmətlərin vergi qaydaları və prinsiplərini nəzərdə 

tutmayıb.  Kosmik  turizmin  ilk  reallaşdırıldığı 

dövrdə turistik fəaliyyət xüsusən də kosmik turizm 

lisenziyalaşdırılmamışdır.  Demək  olar  ki,  əksər 

ölkələrdə 

kosmik 

turizm 


hal-hazırda 

lisenziyalaşdırılan  fəaliyyət  növünə  aid  deyil. 

Kosmik  turizm  fəaliyyətinin  lisenziyalaşdırılması 

və  Kosmosdakı  xidmətlərin  vergi  qaydaları  və 

prinsipləri  ilə  bağlı  beynəlxalq  çərçivəli  ümumi 

xarakterli  qaydalar  qəbul  olunacaq  kosmik  turizm 

haqqında 

beynəlxalq 

hüquqi 

aktda 


təsbit 

olunmalıdır.   

        Sığorta  kosmik  fəaliyyətin  ayrılmaz  tərkib 

hissəsidir. 

Məsələn, 

Rusiya 


Federasiyasının 


 

- 13 - 


“Kosmik  fəaliyyət  haqqında”  Qanununun  25-ci 

maddəsində  qeyd  olunur  ki:  “Kosmik  texnikanı 

istismar  edən  və  ya  sifariş  əsasında  kosmik 

texnikanın  yaradılması  və  istifadəsini  həyata 

keçirən  təşkilatlar  və  vətəndaşlar  kosmonavtların, 

kosmik infrastruktur obyektinin işçilərinin həyat və 

sağlamlığını  həm  də  həyat  və  sağlamlığa  və  digər 

şəxslərin əmlakına vurulan zərərə görə məsuliyyəti 

qanunla  müəyyən  edilmiş  qaydada  mütləq  olaraq 

sığortalamalıdırlar.  Məsələn,  Rusiyada  hal-hazırda 

üçüncü  şəxslər  qarşısında  mülki  məsuliyyətin 

mütləq sığortasını Federal Kosmik Agentlik həyata 

keçirir  [6;  65].  İndiki  halda  əksər  ölkələrdə  bir 

qayda olaraq kosmik fəaliyyətlə bağlı sığorta haqqı 

150 mln dollardan 500 mln dollara qədər müəyyən 

olunur. Kosmik fəaliyyəti həyata keçirən təşkilatlar 

və  vətəndaşlar  könüllü  şəkildə  kosmik  texnikanı 

(risklərlə 

bağlı  itkilər,  kosmik  texnikanın 

zədələnməsi və s.) sığortalaya bilərlər. Hər hansı bir 

dövlətin  yurisdiksiyası  altında  kosmik  fəaliyyəti 

həyata  keçirən  xarici  təşkilatlar  və  vətəndaşlar 

kosmik  texnikanı  və  ən  əsası  kosmik  fəaliyyətlə 

əlaqədar 

riskləri 

həmin 


dövlətin 

mülki 


qanunvericiliyi  (Mülki  Məcəllə)  ilə  müəyyən 

edilmiş  qaydada  sığortalıyırlar.  Eyni  qaydada 

kosmik  fəaliyyətin  sığortası  qaydası,  onun  təşkili, 

həyata  keçirilmə  formaları,  dəyən 

zərərin 

ödənilməsi,  konkret  məbləğ  çərçivəsində  sığorta 

haqqı,  kosmosa  turistik  səfərlərdə  iştirak  edən 



 

- 14 - 


vətəndaşların  tibbi  sığortalanmasının  təşkili  və 

şərtləri  və  s.  məsələlər  gələcəkdə  qəbul  olunacaq 

kosmik  turizmin  hüquqi  rejimini  müəyyən  edən 

beynəlxalq  hüquqi  aktda  mütləq  surətdə  təsbit 

olunmalıdır.         

       Ümumiyyətlə  bu  gün  turizmin  yeni  növlərinin 

(kosmik  turizm)  inkişafı  və  bu  inkişafa  uyğun 

hüquqi  islahatların  reallaşdırılması  turizm  sahəsi 

üzrə  ixtisaslaşmış  beynəlxalq  təşkilatlardan  o 

cümlədən BMT-nin digər bu səpkili təşkilatlarından 

daha  çox  asılıdır.  Qeyd  etməliyik  ki,  müvafiq 

sferada  yəni  turizmin  yeni  növlərinin  (kosmik 

turizm) 

hüquqi 


tənzimlənməsi 

baxımından 

Ümumdünya Turizm Təşkilatı xüsusilə mühüm rol 

oynayır.  Lakin  bununla  bağlı  onun  beynəlxalq 

hüquq  yaradıcılığı  prosesində  iştirakı  və  imkanları 

genişləndirilməlidir. Və ya kosmik turizmin hüquqi 

rejiminin  müəyyən  olunması  sahəsində  intensiv 

hüquqi  islahatların  reallaşdırılması  baxımından 

kosmik  turizm  sferasındakı  hüquqi  kateqoriyaları 

şərh  edərkən  qeyd  etdiyimiz  kimi  Kosmik  məkan 

üzrə beynəlxalq qurum yaradılmalıdır.                            

      Kosmik  fəaliyyət  daxilində  kosmik  turizmin 



hüquqi  tənzimlənmə  məsələləri  ilə  bağlı  həyata 

keçirilən sistemli analiz nəticəsində aşağıdakı elmi 

nəticələr əldə olunub:  

1)

 



Kosmik turizmin hüquqi rejiminin və kosmik 

turistlərin  hüquqi  statusunun  hər  hansı 

beynəlxalq hüquqi aktla tənzimlənməməsi ilə 



 

- 15 - 


əlaqədar  olaraq  bu  sahədə  mütləq  mənada 

vahid  beynəlxalq  hüquqi  akt  qəbul 

olunmalıdır.  

2)

 



Qəbul  olunacaq  kosmik  turizm  haqqında 

beynəlxalq  sazişdə  hansı  şəxslərin  kosmik 

uçuşda iştirak etməsi və ya bu uçuşda iştirak 

edə bilməyən şəxslərin dairəsi konkret olaraq 

müəyyən edilməlidir.   

3)

 



Belə  bir  sazişdə  xüsusi  bölmə  məhz  kosmik 

turistlərin  hüquq  və  vəzifələrinə  həsr 

olunmalıdır.  Bu  bölmədə  kosmik  turistlərin 

həyat  və  sağlamlığının  qorunması,  bununla 

bağlı  zəruri  halda  ilk  andan  turistlərə 

təxirəsalınmaz  tibbi  yardım  göstərilməsi, 

digər bu kimi məsələlər nəzərdə tutula bilər. 

4)

 



Qəbul  olunacaq  sazişdə  həm  də  kosmik 

turizmin reallaşdırılması çərçivəsində kosmik 

turistlərin  təhlükəsizliyinin  təmin  olunması 

ilə 


bağlı 

dövlətlərarası 

əməkdaşlıq 

məsələlərinə xüsusi yer ayrılmalıdır. Bununla 

yanaşı  turistlərin  səyahət  zamanı  şəxsi 

təhlükəsizlik qaydalarına əməl olunması kimi 

öhdəliklər  xüsusi  bölmə  şəklində  də,  təsbit 

oluna bilər.    

5)

 

Kosmosa  turizm  məqsədilə  kommersiya 



xarakterli 

kosmik 


fəaliyyətin 

hüquqi 


rəsmiləşdirilməsi 

üçün 


bağlanılan 

müqavilələrin  ümumi  qaydası,  əsas  şərtləri 

və  bütövlükdə  nümunəvi  forması  da  məhz 



 

- 16 - 


kosmik  turizmlə  əlaqədar  qəbul  olunacaq 

vahid  beynəlxalq  hüquqi  aktda  öz  əksini 

tapmalıdır. 

6)

 



Kosmik 

turizmin 

hüquqi 

rejimini 



tənzimləyən beynəlxalq hüquqi aktda bu növ 

turizmi həyata keçirəcək şirkətlərin məhkəmə 

qaydasında  istehlakçılar  qarşısında  cavab 

verməsi  ilə  bağlı  münasibətlər  təsbit 

olunmalıdır. 

7)

 



Mühüm 

beynəlxalq 

konvensiyaların 

müddəalarına  əsasən  kosmik  məkanda 

kosmik  turistlərin  istifadə  edə  biləcəyi 

əşyaların  siyahısı  dəqiqləşdirilərək  qəbul 

olunacaq  kosmik  turizmin  hüquqi  rejimini 

müəyyən  edən  beynəlxalq  hüquqi  sənəddə  

nəzərdə tutulmalıdır. 

8)

 



Kosmik 

turizm 


fəaliyyətinin 

lisenziyalaşdırılması 

və 

kosmosdakı 



xidmətlərin  vergi  qaydaları  və  prinsipləri  ilə 

bağlı  beynəlxalq  çərçivəli  ümumi  xarakterli 

qaydalar  qəbul  oluna  biləcək  kosmik  turizm 

haqqında  beynəlxalq  hüquqi  aktda  təsbit 

olunmalıdır.   

9)

 



Kosmik  fəaliyyətin  sığortası  qaydası,  onun 

təşkili,  həyata  keçirilmə  formaları,  dəyən 

zərərin 

ödənilməsi, 

konkret 

məbləğ 


çərçivəsində  sığorta  haqqı,  kosmosa  turistik 

səfərlərdə  iştirak  edən  vətəndaşların  tibbi 

sığortalanmasının  təşkili  və  şərtləri  və  s. 



 

- 17 - 


məsələlər  gələcəkdə  qəbul  olunacaq  kosmik 

turizmin  hüquqi  rejimini  müəyyən  edən 

beynəlxalq  hüquqi  aktda  mütləq  surətdə 

təsbit olunmalıdır.  

10)

 

Kosmik  turizmin  hüquqi  rejiminin 



müəyyən olunması sahəsində intensiv hüquqi 

islahatların 

reallaşdırılması 

baxımından 

kosmik  məkan  üzrə  beynəlxalq  qurum 

yaradılmalıdır.                             

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI: 



1.

 

Azərbaycan 



Respublikasının 

“Turizm 


haqqında” 4 iyun 1999-cu il tarixli Qanunu;   

2.

 



Соглашение  о  спасании  космонавтов, 

возвращении  космонавтов  и  возвращении 

объектов,  запущенных  в  космическое 

пространство, 1968 года.  

3.

 

Конвенция  о  регистрации  объектов, 



запускаемых  в  космическое  пространство 

(Нью-Йорк, 14 января 1975 года).  

4.

 

Ə.İ.Əliyev,  E.Aslanov,  «Beynəlxalq  turizm 



hüququ» Bakı, 2012;   

5.

 



И.Глебов 

“Международное 

право 



словарь” (Дрофа) Москва, 2010; 



6.

 

С.Малков,  “Космическое  право  :  курс 



лекций” Москва, 2007; 

7.

 



Батяев А.А. Комментарий к Закону РФ от 

20  августа  1993  г.  N  5663-1  "О 




 

- 18 - 


космической  деятельности".  -  Система 

ГАРАНТ, 2011 г. 

8.

 

 Е.Л.Писаревский: 



Правовые 

основы 


космического  туризма  //  Туризм:  право  и 

экономика. - 2006. - N 2. - С. . 9-14. 

9.

 

 Н.Соколова, 



Туризм  в  Российской 

Федерации  :  Правовое  регулирование”  : 

учебное  пособие;  (Волтерс  Клувер) 

Москва, 2010;  



 

Some issues of legal regulation of space tourism 

within space activity 

Annotation 

Kuluyev İ.O., Prof Dr. of Law. 

Khalilov Z.Z., 

National Aviation Academy 

 

Keywords: «space activity», «space tourism», 

«space tourist»; 

 

       The offers related to definition of main essence 

of  legal  regulation  of  space  tourism  in  the 

international space law, the theoretical comments of 

current legal categories in this area and comparative 

analysis  of  interior  state  legislative  acts,  problems 

related  to  legal  status  of  the  space  tourists  and 

perspectives  of  legal  regulation  on  above-said  are 

stated in the article.         

 



 

- 19 - 


Некоторые вопросы правового 

регулирования космического туризма в 

рамках космической деятельности 

Аннотация 

д.ю.н., проф. Кулиев Ибрагим Орудж оглы 

Халилов Зафиг Закир оглы 

Национальная Академия Авиации 

 

Ключевые 

слова: 

«космическая 

деятельность»,  «космический    туризм», 

«космический турист»;  

 

       В 

статье 

даны 


указаны 

и 

даны 



определенные  предложения  по  определению 

основной 

сущности 

вопросов 

правового 

регулирования  

космического 

туризма 


в 

международном 

космическом 

праве,  


теоретическое комментарие правовых категорий 

в  этой  сфере  и  сравнительный  анализ 

внутригосударственных  законодательных  акт, 

проблемы  связанные  с  правовым  статусом 

космических туристов и перспективы правового 

регулирования в связи с вышеуказанными.  



 

 

 



İmza: __________________________ 

Yüklə 121,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə