Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
  1   2   3   4   5   6   7   8   9   10


 

1

 



Gözdəyməyə qarşı nə edim?  

 

İslam gözdəyməyə qarşı hansı məsləhətləri verir? 



Müəllif: Zibeydə Xudayi 

Bu kitab hədiyyə olunur Həzrət Fatimə övladı Həzrət Mehdinin bir baxışına! 

Cümə günləri sübh, aşiqlərı göz yaşı içində onun baxışı intizarındadırlar və səmimi qalbdən oxuyurlar: 

“Və unzur iləyna nəzrə rəhimətən nəstəkmilu bihəl-kəramətə indək.” (Nüdbə duasından) 

 

Ön söz 

 

Gözdəymə dünyada yayılmış bir inancdır 



 

Qədim  dövrdən  insanları  düşündürən  inanclardan  biri  sirli  təsirə  malik  olan  gözdür.  Gözdəymə 

deyəndə insanlar fövqəl-elmi bir hadisə nəzərdə tuturlar. Gözdəymə həqiqətdir və buna şübhə etməyə 

əsas  yoxdur.  İslam  dini  gözdəymə  hadisəsini  qəbul  edir.  Quran  ayələri,  hədis  və  rəvayətlər  müxtəlif 

şəkildə  gözdəyməni  təsdiqləyir.  Allah-taala  buyurur:  “Göz,  baxış  təsiri  bir  həqiqətdir,  hətta  dağların 

zirvəsini  uçurar.”  (“Musnədi-Əhməd”,  c.  1,  s.  274;  “Tibbul-Əimmə”,  s.  302)  Digər  tərəfdən  dini 

adətlərə qarışmış ənənələr mövcuddur. Belə ənənələr və etiqadlar da gözdə müəyyən enerji olduğunu 

təsdiqləyir. 

Qeyd edək ki, uzun əsrlər boyu bəd nəzər barədə xürafi fikirlər də yaranıb. Gözdəymə həqiqət olduğu 

halda bu hadisə şişirdilib, təhrif olunub. 

Bəziləri  gözdəymə  hadisəsində  ifrata  vararaq  onun  təsirini  böyüdüblər.  Düşünüblər  ki,  göz  enerjisi 

həyatın  bütün  sahələrinə  təsir  göstərə  bilər.  Hətta  öz  gücsüzlüklərini,  tənbəlliklərini,  düşüncəsiz 

hərəkətlərini  başqalarının  bəd  nəzəri  ilə  əlaqələndiriblər.  Hətta  bəd  nəzərin  təsiri  altında  olduqlarını 

sübuta  yetirmək  üçün  həqiqəti  gizlədib,  uğurlarını  pərdələyiblər.  Bəziləri  də  gözdəymə  hadisəsini 

kiçiltməyə  cəhd  göstəriblər.  İddia  ediblər  ki,  əslində  belə  bir  təsir  yoxdur  və  cahil  insanlar  xürafata 

uyaraq buna inanır. Amma belələri çox azdır. 

Belə  görünür  ki, gözdəymə,  bədnəzər  barədə  ifrat  və  təfritçiliklər,  tərəfdarlıq  və  müxalifətçiliklər  bu 

hadisənin metafizik hadisə olması ilə bağlıdır. Yəni bu hadisə fiziki hadisə yox, ruh adlanan fövqəltəbii 

bir  qüvvə  ilə  əlaqəlidir.  Təbii  ki,  təcrübi  elmlərə,  təbiət  elmlərinə  daha  çox  bağlanan  insanlar  bunu 

asanlıqla qəbul etməyib. Onlar heyrətlə deyirlər ki, insan gözü ilə necə zərbə vura bilər?! Gözün təsiri 

onları  təəccübləndirir.  Bəziləri  də  bəd  nəzər  qorxusundan  həyəcanlanaraq  çıxış  yolu  axtarmış  və 

düzgün  yol  tapmadığından  xürafat  ardınca  getmişlər.  Bəd  nəzərdən  qorunmaq  üçün  metal  nişanələrə, 

düyünlənmiş  saplara,  rəngli  şüşələrə,  tilsim  və  cadulara  üz  tutmuşlar.  Bəşər  tarixində  ayrı-ayrı 

dövrlərdə  gözdəyməyə  münasibət  və  onun  qarşısını  almaq  üsulları  fərqli  olub.  Təbii  ki,  yaşadığımız 

texnologiya əsrində də münasibət fərqlidir. 

Müəllif ölkə xaricinə, Asiya və Avropaya səfərlərində bəd nəzərlə bağlı bir çox xürafatlarla rastlaşıb. 

Xüsusilə  mədəniyyətinə  üz  tutduğumuz  avropada  gözdəyməyə  ifrat  xürafi  münasibət  var.  Modern 

həyat yaşayan insanlar gözün təsirindən ağıla gəlməyən dərəcədə qorxurlar. Müxtəlif rənglərə üz tutur, 

boyunbağılar  asır,  qolbaqlar  taxır,  hətta  virtual  aləmdə,  saytlarda  bəd  nəzərin  qarşısını  almaq  üçün 

müzakirələr açırlar. Qətiyyətlə deyə bilərik ki, bu gün avropada şər ruhların qovulması, bəd nəzər ən 

aktual mövzulardandır. 

Əllamə Təbatəbai xürafatla bağlı yazır: “İnsan ən qədim dövrdən bu günə qədər xürafatdan təsirlənib. 

Bəziləri  düşünürlər  ki,  xürafatın  vətəni  şərqdir.  Amma  bu  həqiqət  deyil.  Əgər  qərblilər  şərqlilərdən 

xürafatçıl olmasalar da ən azı şərqlilər qədər xürafatdan təsirlənirlər.” (“Mənəviyyati-Təşəyyö”, s. 246) 

Bir  şərq  ölkəsi  olaraq  İranda  da    gözün  dağıdıcı  təsirinə  etiqadların  uzun  tarixi  var.  Gözdəymənin 

qarşısını  almaq  üçün  ilan  fəqərəsindən  tutmuş  kaftar  gözünədək  vasitələrə  əl  atıblar.  Yumurta 

sındırmaq, paltarı yandırmaq xürafat qarşısında insanların seçdiyi vasitələrdir və bu təssüf doğurur. 



 

2

 



Təəccüblüdür  ki,  dini  təlimlərdə  gözdəymə  haqqında  kifayət  qədər  məlumat  verildiyi  halda  bu  günə 

qədər cəmiyyətdə lazimi araşdırmalar aparılmayıb, xürafata meydan açıq qalır. Müəyyən araşdırmalar 

aparılsa  da,  müəyyən  məqalələr  yazılsa  da,  bu  sadəcə  gözdəymə  hadisəsi  barədə  məlumat  xarakteri 

daşıyır. Amma “görünən kəndə bələdçi lazım deyil”, deyiblər. Təəssüf ki, bu günə qədər gözdəymə ilə 

bağlı xürafatları aradan qaldırmaq üçün dini təlimlərin köməyindən istifadə olunmayıb. 

Bəd nəzər, gözdəymə ilə bağı bu qədər söz-söhbət ortada ikən təbii ki, qarşımızda vəzifələr dayanır. Bu 

sahədə məsuliyyət daşıyanlar insanları xurafatdan çəkindirməklə yanaşı cəmiyyətə onun elmi izahını 

verməlidirlər.  Qeyd  etmək  lazımdır  ki,  müəllif  mövzu  ilə  bağlı  bir  çox    çıxışlar,  müşavirələr 

dinləmişdir. O İmam Rizanın (ə) hərəmi, xanım Məsumənin (s) hərəmi, müqəddəs Cəmkəran məscidi 

və başqa müqəddəs yerlərdə xalqın sualları ilə qarşılaşmış və bunun məhz bəd nəzərə düzgün olmayan 

münasibətlə əlaqələndirmişdir. Təəssüf ki, bu mövzuda müsdəqil bir kitab yazılmamışdır. Əgər mövzu 

lazımi  həddə  araşdırılsaydı,  cəmiyyətə  tövsiyələr  verilsəydi  problem  həll  olunardı.  Bu  sahədə  zəruri 

kitabın olmaması müəllifi həmin işi görməyə sövq etdi. Bu mövzuda yazılmış məqalələr ayrıca kitab 

tərtib olunması üçün stimul oldu. Xüsusi ilə Cənab Doktor Mehdi Əkbərnejadın elmi araşdırması, onun 

həmkarı  Ruhullah  Muhəmmədinin  yazısı  mənim  bu  mövzuda  yazmağım  üçün  kömək  oldu.  Bir  növ 

mövzuya giriş üçün kodlar əldə etdim. (Bu mövzuda məqalə şəmsi 1388-ci ildə yazılmışdır. Məqalədə 

Quran və rəvayət əsasında gözdəymə mövzusu nəzərdən keçirilir.)  

Bu  kitabda  təlaş  göstərilir  ki,  uzun  illər  boyu  xalq  arasında  gözdəymə  ilə  bağlı  yaranmış  ənənələrin 

etiqada çevrilməsinə diqət yönəldilsin. (Gözdəymə barədə məqalə, wikifeqh.ir) Biz bu mövzuda İslam 

təlimlərində yer almış məlumatları nəzərdən keçirəcəyik. Peyğəmbər və din rəhbərlərinin buyuruqları 

əsas meyarlar kimi götürüləcək. Çoxları bu mövzuya dinin münasibətini bilmək istəyir. Siz bu kitabı 

mütaliə etməklə gözdə olan enerjinin gücü ilə yanaşı ona qarşı necə dayanmaqla bağlı tövsiyələrlə tanış 

olacaqsınız.  

Əssəlamu əla mənittəbiəl Huda 

Zibeydə Xudai 

Fərvərdin 1393 

Müqəddəs Qum şəhəri 

 

Kitab nə üçün yazılıb? 

 

Məqsəd mövzu ilə bağlı yanlış düşüncə və xürafatı aradan qaldırmaqdır. Tövhid çağırışçılarının əsas 



vəzifələrindən biri xürafatın aradan qaldırılması olub. Onlar insanların suallarına cavab verib şübhələri 

aradan qaldırmaqla yanaşı insanların düşüncəsini işıqlandırıblar. 

Müəllif  hövzə  tələbəsi  olaraq  göz,  baxış,  gözün  enerjisi,  gözün  təsiri  mövzusunu  araşdırmağı  özünə 

vəzifə  sayıb.  Araşdırmada  ayə  və  rəvayətlər  əsasında  gözdəymə  hadisəsini  aydınlaşdırmağa  cəhd 

göstərilib. Gözdəymə bir həqiqətdir, biz onun xurafat əlavələrini təmizləməliyik. 

Xurafat barədə 

Xurafatın  köklərini  insanların  etiqadlarında  axtarmaq  lazımdır.  İstər  dini,  istər  qeyri-dini  inanclarda 

xürafat təhlükəlidir. Xürafat nəinki dini həqiqi yolundan çıxarır, bütünlüklə dini cameəyə zərbə vurur. 

Xürafat inkişaf və çiçəklənmənin qarşısını alır. 

Alim  və  tədqiqatçıların  nəzərincə  xürafatın  çevrəsi  olduqca  genişdir.  Bizim  savadlı  və  savadsız 

dediyimiz hər iki zümrədə bu mövzuya maraq var. 

Xurafat  nədir?  Xuarafat  ərəb  sözüdür.  Ərəblər  həqiqəti  olmayan,  dəyərsiz  bir  əhvalatı  xürafat 

adlandırıblar.  Qeyd  edək  ki,  xüsusilə  səmavi  kitablar  və  tarixdə  yer  almış  ən  böyük  xürafatlarda 

yəhudilərin əli var. (Hövzənin xüsusi buraxılışı, xürafatla mübarizə, 3 cild, şəmsi 1388) 

Dini və qeyri xürafat nümunələri 

1.Hələ  də  Qərbdə  məsihilər  arasında  nərdivan  altından  keçmək  üç  üqnumun  təhqiri  kimi 

dəyərləndirilir. Bəziləri inanırlar ki, bu hərəkət insana uğursuzluq gətirir. 



Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə