Краткое описание покрытия



Yüklə 17,56 Kb.
tarix14.04.2018
ölçüsü17,56 Kb.
#38194
növüXülasə

TƏMİNATIN QISA XÜLASƏSİ

FİZİKİ ŞƏXSLƏRİN ƏMLAKININ SIĞORTASI
Bu sənəd müqavilənin bir hissəsi deyil və ancaq məlumat xarakteri daşıyır.


Sığorta obyekti

Təminat

Sığortalanmış risklər

İstisnalar*

1. Daşınmaz və daşınan əmlakın bütün obyektləri (əgər Müqavilədə başqa şey nəzərdə tutulmayıbsa) sığorta obyektidir.

Daşınmaz əmlak :

- Şəhərdə yerləşən ayrıca tikilmiş şəxsi ev;

- Şəhərdən kənarda yerləşən ayrıca tikilmiş şəxsi ev;

- Çoxmərtəbəli binada yerləşən mənzil (2000-ci ilədək tikilmiş); - Çoxmərtəbəli binada yerləşən mənzil (2000-ci ilədən sonra tikilmiş).

Lakin, torpaq sahələri, yeraltı ehtiyatların yataqları və su obyektləri istisna olmaqla.

Daşınan əmlak :

elektron avadanlıq, kompyuterlər, mebel.



2. Üçüncü şəxslərin əmlakına və sağlamlığına vurulan zərərə görə sığortalının mülki məsuliyyəti.

1. Maddi ziyandan sığorta.

2. Üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası.

Üçüncü şəxslər qarşısında məsuliyyətin limitləri: 5,000 dollar

Sığorta haqqı - 15 ABŞ dolları

Franiza - 100 ABŞ dolları

10,000 dollar

Sığorta haqqı - 20 ABŞ dolları

Franiza - 100 ABŞ dolları

20,000 dollar в

Sığorta haqqı - 40 ABŞ dolları

Franiza - 200 ABŞ dolları

25,000 dollar

Sığorta haqqı - 50 ABŞ dolları

Franiza - 250 ABŞ dolları

50,000 dollar

Sığorta haqqı - 100 ABŞ dolları

Franiza - 500 ABŞ dolları


1. Yanğın, partlayış, ildırım vurması, zəlzələ, tufan, qasırğa,

Təyyarələrin və digər uçan aparatların və onların hissələrinin düşməsi,

sığortalanmış sahədə və ya ona qonşu yerlərdə boru və rezervuarlardan sızan suyun yaratdığı su basması, daşqın, sel, sürüşmə, torpaq çökməsi və qalxması,

üçüncü şəxslərin pis niyyətlə qanuna zidd hərəkətləri, sındırmaqla oğurluq, qarət, quldurluq.



2. Yanğının (onun söndürülməsinin nəticələri də daxil olmaqla), partlayışın və ya boru və rezervuarlardan suyun sızmasının üçüncü şəxslərə vurduğu ziyana görə məsuliyyət.

ÜMUMİ İSTİSNALAR.

  • Əgər sığortah sığortalının qərəzli hərəkətləri və ya onun kobud ehtiyatsızlığı nəticəsində baş veribsə.

  • Müharibə (elan olunmuş və olunmamış), işğal, düşməncəsinə hərəkətlər, terror aktları, xarici qəsbkarların hərəkətləri,vətəndaş müharibəsi, inqilab, qiyam, üsyan, çevriliş, hərbi əməliyyatlar, hakimiyyətin silahlı yolla əldə olunması, yerli və dövlət orqanlarının sərəncamı ilə əmlakın götürülməsi, müsadirə, rekvizisiya, həbs, məhv olması və ya zədələnməsi və digər oxşar hadisələr.

  • Nüvə enerjisinin istənilən formada təsiri.

  • Sığortalının sığorta obyektini düzgün istifadə etməməsi nəticəsində yaranan zərərlər.

  • Sığorta obyektini zərərin yaranma anına olduğu vəziyyətdən daha yaxşı vəziyyətə gətirmək xərcləri.

  • Sığortalanmış əmlakın korroziya, çürümə, qocalma, öz-özünə alışma və digər təbii xassələr nəticəsində zədələnməsi və ya məhv olması.

  • Təmir və ya tikinti işləri üzündən yaranmış zədələnmələr.

  • Qısa qapanma, gərginliyin dəyişməsi və sair səbəblər üzündən elektrik cihazlarının zədələnməsi.

Sığorta təminatı aşağıda sadalanan əmlaka şamil olunmur:

Nağd pullar, valyuta, əskinazlar, çeklər, markalar, sənədlər, istiqraz vərəqələri, veksellər, borc sənədləri, vauçerlər (çeklər), sikkələr, jetonlar, hesablar, kredit kartları və qiymətli kağızların digər növləri, bəzək və ləl-cavahiratın bütün növləri, geyim və incəsənət əsərləri (rəsmlər, əl işi xalçalar, zərgərlik məmulatı və sair).




Yüklə 17,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə