Kredit buklet



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü1,46 Mb.
#69856


AVTO KREDİTLƏR

BİZNES KREDİTLƏR

İSTEHLAK KREDİTLƏRİ

İPOTEKA

 KREDİTİ

BAKI - 2013



“QAYNAR XƏTT”

AZƏRBAYCAN RESPUBLİKASININ

MƏRKƏZİ BANKI

Maliyyə savadlılığı - 

pulunuza dəyər qatın!

KREDIТ


KREDIТ

Məsuliyyətli borclanma

Kredit borcunuzu vaxtlı 

vaxtında ödəyin

Kredit üzrə ödənişi vaxtında edə bilmədikdə, bank 

sizdən  gecikdirməyə  görə  cərimə  (dəbbə  pulu) 

tutacaqdır. Ödəniş intizamınızın pozulması sizin 

kredit tarixçənizə xələl gətirə bilər.  

Bu  səbəbdən  ödənişləri  heç  zaman  gecik-

dirməyin.  Bu,  sizin  etibarlı  müştəri  olmağınıza 

imkan  yaradar  və  gələcəkdə  bank  sizə  təkrar 

kredit verdikdə müəyyən güzəştlər edə bilər.

Həmçinin  unutmayın  ki,  kimsə  sizin  adınıza  kredit 

götürürsə,  bu  halda  ən  böyük  məsuliyyət  sizin 

üzərinizə  düşür.  Belə  kreditin  ödənişinin 

gecikdirilməsi halında borcu siz ödəməli olacaqsınız.

Şəxsi  məlumatların  oğurlanmasının 

qarşısını necə almaq olar?

 

Əgər  ehtiyacınız  yoxdursa,  kredit  kartlarını  və 



şəxsiyyət vəsiqənizi üzərinizdə daşımayın. Bütün 

maliyyə  sənədlərinizi  evinizdə  etibarlı  bir  yerdə 

saxlayın. Heç zaman kredit kartları üzərində pin 

kodu yazmayın.

Sizin  haqqınızda  məlumatlar  daşıyan  gərəksiz 

maliyyə  sənədlərini  ləğv  edin:  kassa  çekləri, 

bankomat  qəbzləri,  hesabdan  çıxarışlar,  kredit 

almaq üçün verilən ərizə, köhnə kredit kartları və s.

Elektron  poçt  vasitəsi  ilə  məktub  göndərərək 

məlumatları əldə etməyə cəhd edənlərin “tilovuna 

düşməyin”.  Onlar  həqiqətən  mövcud  olan 

təşkilatların adından sizi saxta internet saytlarına 

daxil olmağa dəvət edə bilərlər. 

Heç  bir  bank  hesabınız  barədə  məlumatları 

elektron poçt və ya internet vasitəsilə göndərməyi 

və yaxud dəqiqləşdirməyi tələb etməz. Əgər belə 

bir məktub almısınızsa, bu o deməkdir ki, kimsə 

dələduzluq  məqsədilə  şəxsi  məlumatlarınızı 

almağa çalışır.

493 11 22 (3-87)

Bank üzrə:            



493 13 23

Milli valyuta üzrə: 




Əgər  kredit  üzrə  girov  qoyulubsa,  deməli  bank 

daha  az  risk  daşıyır.  Ona  görə  də  bank  girovlu 

kredit  üzrə  girovsuz  kreditlə  müqayisədə  daha 

aşağı faiz dərəcəsinə razı ola bilər.

 məqsədi şəxsi istehlakdır. Bu 

krediti məşğulluğunuzla və ya sahibkarlıqla bağlı 

olmayan məqsədlər üçün xərcləyə bilərsiniz. 

Kreditin məbləği kifayət qədər böyük olduqda və 

girov təminatı olmadıqda, kreditin verilməsi üçün 

bank zamin tələb edə bilər. Bu, valideynlərinizdən 

biri  və  ya  zəruri  olduqda  sizin  yerinizə  krediti 

ödəməyə hazır olan tanışınız ola bilər. Bu, böyük 

bir  məsuliyyətdir.  Bu  barədə  kimdənsə  xahiş 

etməmişdən  əvvəl,  yaxud  kimsə  sizdən  onun 

zamini olmağı xahiş etdikdə yaxşıca fikirləşin.

 

Müflisləşmə – kreditor-



larınıza  (borc  verən-

lərə)  olan  borclarınızı 

ödə yə  bilmədiyiniz 

vəziyyətə  düşməyiniz 

deməkdir.  Bu,  fövqəla-

də  bir  haldır.  Müflis-

ləşdiyiniz  təqdirdə,  bu 

hadisə  sizin  kredit 

t a r i x ç ə n i z d ə   u z u n  

müddət qalacaqdır.



İstehlak kreditinin

Kredit almaq haqqında 

qərarı  kortəbii  olaraq 

qəbul  etməyin:  hətta 

faiz dərəcəsi sıfır olan 

kredit  belə  yüksək 

komissiyalara  (xidmət 

haqlarına) görə bahalı 

ola bilər. Ona görə də 

mütləq  kreditin  faktiki 

illik  faiz  dərəcəsini 

(FİFD) öyrənin.

Müflisləşməyə imkan yaratmayın

Hansı yaşda insanlar 

kredit ala bilər?

Kreditlərin hansı növləri vardır?

18 yaşı tamam olmuş hər bir şəxsə kredit verilə 

bilər.  Bununla  belə,  əgər  yaşınız  18-dən 

aşağıdırsa,  lakin  əmək  müqaviləsi  üzrə  işləyir, 

valideynlərinizin razılığı ilə sahibkarlıq fəaliyyəti 

ilə məşğul olursunuzsa və ya qanun yol verdiyi 

halda nikaha girmişsinizsə, siz həmin yaşda da 

kredit ala bilərsiniz. 

Bankdan  iki  növ  kredit  ala  bilərsiniz  –  məqsədli 

kredit və istehlak krediti.

-  müəyyən  bir  məqsəd  üçün, 

məsələn, maşın almaq, təhsil almaq və ya biznes 

qurmaq  üçün  verilir.  Bu  zaman  siz  böyük 

ehtimalla  pulu  “canlı”  olaraq  görməyəcəksiniz. 

Məsələn, təhsil krediti alarkən bank, pulu birbaşa 

universitetin  hesabına  köçürəcəkdir.  Məqsədli 

kreditlərin  əsas  növlərindən  biri  mənzil  almaq 

üçün verilən ipoteka kreditidir. 

Əgər  məqsədli  kredit  hər  hansı  bir  aktivin 

(məsələn,  mənzilin)  alınması  üçün  sərf  edilirsə, 

onda  həmin  aktiv,  bir  qayda  olaraq,  kredit  üçün 

girov  qoyulur.  Bu,  o  deməkdir  ki,  kredit 

qaytarılmadığı  təqdirdə  bank  öz  pulunu  geri 

almaq  üçün  girovun  satılmasını  tələb  etmək 

hüququna malikdir. 

Məqsədli  kredit 

Kredit nə üçün lazımdır?

Bəzən  insanlar  pulları  olmayanda  və  ya  az 

olanda belə nə isə almaq istəyirlər. Pul yığmaq 

üçün vaxt və iradə tələb olunur. Lakin, əgər çox 

gözləmək  istəmirsinizsə  və  ya  müəyyən 

səbəbdən təcili pula ehtiyacınız yaranarsa, onda 

bankdan kredit götürə bilərsiniz. Bu zaman bank 

sizə  müəyyən  pul  məbləğini  faizlə  borc  verir. 

Bundan  əlavə,  bank  bəzi  komissiyalar  (xidmət 

haqları)  da  ala  bilər,  məsələn:  ərizəyə 

baxılmasına, kreditin verilməsinə görə və s. 

Beləliklə, siz, istədiyiniz əşyanı təxirə salmadan ala 

bilərsiniz.  Ancaq  unutmayın  ki,  nəyi  isə  kreditlə 

almaq  heç  də  hədiyyə  almaq  demək  deyil.  Borc 

aldığınız  pulu  faizi  ilə  birlikdə  qaytarmalı 

olacağınızı unutmayın. Bu səbəbdən kredit almaq 

haqqında  qərar  qəbul  etməzdən  əvvəl  ciddi 

düşünmək lazımdır. 



Document Outline

  • Page 1
  • Page 2

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə