Kreditlər üzrə faktiki illik faiz dərəcəsi



Yüklə 152,08 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü152,08 Kb.
#69155

background image
Kreditlər üzrə faktiki illik faiz dərəcəsi 

 

Maliyyə  xidməti  istehlakçılarının  hüquqlarının  qorunması  üçün  qabaqcıl  beynəlxalq  praktikada 



istifadə  edilən  alətlərdən  biri  də  kreditlər  üzrə  faktiki  illik  faiz  dərəcəsinin  (FİFD)  potensial 

borcalanlara  əvvəlcədən  bildirilməsidir.  FIFD-nin  əsas  məqsədi  banklar  tərəfindən  kreditlərin 

verilməsi zamani borcalanlara tətbiq olunan əlavə xərclərin məcmu şəkildə illik faiz dərəcəsi ilə 

göstərilmiş vahid indikator ilə ifadə olunmasıdır. 

 

Həmçinin,  FlFD-nin  tətbiqi  müştərilərə  bank  məhsulları  və  xidmətləri  təklif  edən  banklar 



arasında rəqabətli seçim şəraiti yaradır ki, bu də əhalinin bank sektoruna etimadının atmasına və 

kredit risklərinin minimallaşdırılmasın, habelə bazarda sağlam rəqabət münasibətlərin inkişafına 

müsbət təsir edəcəkdir. 

 

Bu nöqteyi nəzərdən  əsasən korporativ (hüquqi şəxslər) sektora xidmət göstərən “PAŞA Bank” 



öz  qabaqcıl  mövqelərini  qoruyub  saxlayır.  Yarandığı  ilk  gündən  Bank  əsasən  müştərilərinə 

təqdim  etdiyi  məhsul  və  xidmətlər  üzrə  minimal  komisyon  haqları  alır.  Misal  üçün,   məbləğ, 

müddət, faizlər və digər şərtlərdən asılı olmayaraq, Bankın bütün müddətli kreditlərin verilməsi 

üzrə  standart  və  dəyişilməz  komisyon  haqqı  cəmi  0,2  %,  sənədli  əməliyyatlar  üzrə  isə  0.3  % 

təşkil edir. Daha riskli hesab edilən kredit xəttləri üzrə komisyon haqq 1 % təşkil edir. 

 

Bu komisyon haqqın tətbiq olunması şərti ilə bank tərəfindən təqdim olunan kreditlər üzrə FİFD 



aşağıdakı Cədvəldəki kimi ola bilər.  

 

Öz fəaliyyətində ən əsas 3 prinsipdən biri sayılan şəffaflıq prinsipini rəhbər tutan “PAŞA Bank” 



ASC bu Cədvəlin dərc olunması vasitəsi ilə bankın FİFD göstəricilərinin bank bazarında ən aşağı 

olduğunu  və  onların  nominal  faiz  göstəricilərindən  kəskin  şəkildə  fərqli  olmadığını  bir  də  hər 

kəsə bəyan edir.  

 

FİFD hesablanması cədvəli 

Kreditin 

növü 


Kredit məhsulunun  

minimum məbləği 

Nominal faiz 

dərəcələri (min - 

max) 

Komisyon 



haqq** 

Müddət 


FİFD (min - 

max) 


Müddətli 

kredit 


AZN 30.000* 

16-18 % 


0.20% 

12 ay 


16.3840%   -  

18.3858 % 

24 ay 

16.2052 %  -  



18.2069% 

36 ay 


16.1426%   -  

18.1443 % 

Kredit xətti  

AZN 30.000 

16-19 % 

1% 


12 ay 

17.0950 % - 

20.1123 % 

24 ay 


16.5910 % - 

19.6058% 

Sənədli 

əməliyyat 

AZN 50.000 

3% 


0.30% 

3 ay 


4.21% 

6 ay 


3.61% 

9 ay 


3.41% 

12 ay 


3.31% 

 

*  ”PAŞA  Bank”  tərəfindən  ayrılan  kreditlərin  minimum  məbləği.  Digər  şərtlər  (müddət  və  %  dərəcələri)  



bankın ortalama  statistik göstəricilərindən götürülüb.  Komisyon haqları  şərtlərdən asılı olaraq vahiddir və 

dəyişilmir. 

**  FİFD  hesablanması  zamanı  müştərilərin  təqdim  etdikləri  təminatlar  üzrə  sığorta  və  qiymətləndirmə 

xərcləri də nəzərə alınmalıdır. 

 

Yüklə 152,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə