Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   20   21   22   23   24   25   26   27   28

H

İFƏ



58

Kriptovalyutalar və

 beynəlxalq pul köçürmələri

KONFİDENSİAL

BANKLARIN FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRƏ AYRICA BANK HESABI 

AÇMADAN XİDMƏT GÖSTƏRMƏLƏRİ DAHA GENİŞ BANK 

ƏMƏLİYYATLARI APARMAĞA İMKAN VERİR 

i.e.d., prof. ELNUR SADİQOV

K

riptovalyuta    müasir  dövrdə 



virtual  rəqəm  ifadə  edən  və 

ingilis  dilindən  tərcümə  edilmiş 

pul  mənasını  ifadə  edir.  Yəni 

pulun  istifadə  olunması,  onun 

təqdim edilməsi elektron vasitələrlə həyata 

keçirilir. Onda adi pul elektron formasında 

təqdim edildiyinə görə həmin pul elektron 

kriptovalyuta  adlanır.  Adi  pulun  elektron 

formada  hesabda  əks  olunması  bir  qayda 

olaraq  fiziki  baxımdan  bank  və  yaxud 

ödəmə  terminalı  vasitəsilə  həyata  keçirilir. 

Belə  ki,  adi  valyuta  elektron  növdə  daha 

çox  təqdimat  xüsusiyyəti  daşıyır.  Lakin, 

kriptovalyuta  elektron  sistemdə  emissiya 

edildiyinə görə, digər valyutalar bu sistemə 

daxil  ola  bilmir.  Nəticədə  kriptovalyuta 

dünya valyuta sisteminə adi elektron pullar 

kimi daxil olur.  

Dünya 

valyuta 


sistemində 

kriptovalyutanın  müsbət  və  mənfi 

cəhətləri  də  vardır.  Kriptovalyutanın 

müsbət  cəhəti  odur  ki,  hər  bir  arzu  edən 

bu  valyutadan  istifadə  edə  bilir.  Eyni 

zamanda  kriptovalyutada  inflyasiyanın 

olması 

qeyri-mümkündür. 



Həmçinin 

kriptovalyutanın sahibi haqqında məlumat 

əldə etmək qeyri-mümkündür. Yalnız hesab 

sahibinin  pul  kisəsinin  xüsusi  nömrəsi 

onun  sahibinə  məlumdur.  Digər  tərəfdən 

kriptovalyutanın  çatışmayan  cəhətləri 

də  mövcuddur.  Bir  sıra  ölkələrin  milli 

valyutalar  üzrə  əməliyyatlarında  tənzim 

edicilər  problemlərlə  qarşılaşa  bilərlər. 

Nəzərə almaq lazımdır ki, kriptovalyutanın 

parolu itəndə onun təkrar bərpa olunması 

geyri mümkündür. Bu zaman pul kisəsində 

olan  vəsait  sistemdən  tamamilə  silinərək 

əlavə  problemlər  yaradır.  Hal-hazırda 

dünyada ən böyük kriptovalyuta Bintcoin-

dir.  Belə  ki,  Bitcoin  öz  mahiyyətinə  görə 

PAROL BƏRPA 

OLUNMUR


BİTCOİN 

BANKOMATI

KRİPTOVALYUTANIN 

SAHİBİ HAQQINDA 

MƏLUMAT ƏLDƏ 

ETMƏK QEYRİ 

MÜMKÜNDÜR

pul  vahidlərinin,  həmçinin  onların  birja  vasitəsilə 

yerləşdirilməsi zamanı real görünür. Müasir dövrdə 

bitcoin 3,2 milyard ABŞ dolları həcmində  kapitalın 

tədavülünü  təmin  etmişdir.  Hal-hazırda  Bitcoin 

dəyişdirilə  bilər  və  bir  sıra  bankomatlarda  ticarət 

və  xidmət  əməliyyatlarında  istifadə  oluna  bilər. 

Elektron  pullar  artdıqca,  onların  ölkələr  arasında 

tədavülü  sürətlənir.  Yəni,  pul  kütləsinin  tədavülü 

zamanı ödəniş sistemlərində operatorlar istər daxili, 

istərsə  də  beynəlxalq  ödənişlərdə  hesab  sahibinin 

gizli  saxlanılması  şərtilə  əməliyyatların  həyata 

keçirilməsini reallaşdırırlar. Burada pul köçürülməsi 

bir  ölkənin  daxilində  həyata  keçirilsə,  onda  xarici 

ölkənin  valyutası  ilə  aparılan  əməliyyat  yalnız  yerli 

valyutanın  müvafiq  məzənnəsi  ilə  müəyyən  edilir. 

Beynəlxalq  pul  köçürmələrində  ayrıca  maliyyə-

ödəniş  bölmələri  müəyyən  edilir  və  bu  əməliyyat 

rimessiya adlanır. Nəzərə almaq lazımdır ki, köçürülən 

pul  digər  ölkədə  təsdiq  edici  sənədlər  vasitəsilə 




H

İFƏ



59

müəyyənləşdirilir. 

B e y n ə l x a l q 

pul 


köçürmə 

əməliyyatında  müxtəlif 

vasitəçilər, 

yəni 


pul 

sisteminin  operatorları  iştirak 

edirlər.  Bunlara  aiddir:  Mərkəzi 

Bank, kommersiya bankları, beynəlxalq 

pul köçürmə sistemləri, eyni zamanda milli 

pul köçürmə sistemləri, qeyri-bank təşkilatları 

və  yaxud  rabitə  şöbələri  ola  bilər.  Digər 

tərəfdən beynəlxalq pul köçürmə əməliyyatlarında 

komission  xidmət  haqqının  həcmi  xüsusi  əhəmiyyətə 

malikdir.  Beynəlxalq  pul  köçürmə  əməliyyatlarında  hansı 

valyutanın  köçürülməsinin  xüsusi  rolu  vardır.  Burada  ayrı-

ayrı valyuta məzənnələri üzrə köçürüləcək valyutanın beynəlxalq 

valyuta  birjasında  hansı  tarifə  əsasən  köçürülməsi  də  əvvəlcədən 

müəyyənləşdirilməli və tənzim edilməlidir. 

Beynəlxalq valyuta köçürmələrində banklar xüsusi sistemdən istifadə 

edərək müştərilərə yeni ödəniş formaları təklif edirlər. Burada xüsusilə bankların 

fiziki və hüquqi şəxslərə ayrıca bank hesabı açmadan xidmət göstərmələri daha 

geniş bank əməliyyatları aparmağa da imkan verir.

Beynəlxalq ödəniş sistemində zəruri amillərdan biri beynəlxalq bank köçürmələrinin 

təhlükəsizliyinin  təmin  edilməsidir.  Beynəlxalq  pul  köçürmələrindən  ödəniş  sistemi,  yəni 

təhlükəsizliyin  təmin  edilməsi  bir  sıra  amillərdən  asılıdır.  Bunlara  hesab  sahibi  haqqında 

məlumatların  gizli  saxlanılması,  hesab  sahibinin  hansı  ölkənin  ərazisində  yerləşməsi  haqqında 

yalnız xüsusi kodlarla idarə olma prosesi əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, məlumatların 

gizli saxlanılmasında zəruri cəhətlərdən biri pulun hansı formada təqdim edilməsidir. Bu pul köçürmə 

əməliyyatlarındakı həyata keçirilən ödənişlərin hansı müddətə alıcıya təqdim edilməsidir. Belə ki, 

beynəlxalq  bank  köçürmələrində  ödənişi,  yəni  komission  xidmət  haqqını  pul  göndərən  tərəf 

öz üzərinə götürür. Nəticədə, hər bir iştirakçı ölkədə aparılan əməliyyatın məzmununa görə 

bank emitentə və yaxud ödəniş aparan tərəfə sonradan məlumatın verilməsini də nəzərdə 

tutur. Burada beynəlxalq banklar arası telekommunikasiya sistemi olan SVİFT sisteminin 

əhəmiyyəti daha böyükdür. Belə ki, müxtəlif banklar müqavilə bağlayaraq beynəlxalq 

ödənişlərdə öz müştərilərinə müvafiq xidmət növlərini təklif edə bilirlər. SVİFT-

dən  istifadə  edən  tərəflər  xüsusi  İNTERFEYS  sistemindən,  yəni  aparat  və 

proqram təminatından kompleks istifadə edə bilərlər. Bu zaman banklar 

müqavilə bağlayaraq beynəlxalq valyuta köçürmələrində onlara məxsus 

olan  identifikasiya  kodundan  istifadə  edirlər.  Ödənişlər  ya  plastik 

kartlar, ya da  ki, adi hesab açmaqla əməliyyatları həyata keçirmək 

mümkündür.  Beynəlxalq  ödənişlərdə  Western  Union, 

MoneyGram, Unistream, Contact, Miqom, Faster, Zolotaya 

Korona, Lider, Forsac kimi sistemlərdən istifadə edilir. 

Bu  zaman  köçürülən  hər  bir  valyuta  5  dəqiqədən 

24  saatadək  qarşı  tərəfə  çatdırılır.  Lakin,  bu 

əməliyyatlarda  iştirak  edən  valyutaların  hər 

birinin komission xidmət haqqı köçürülən 

valyutanın növündən və məbləğindən 

asılıdır. Beləliklə, elektron valyutalar 

müasir  dövrün  daha  əlverişli 

ödəniş  formasına  keçməyin 

zəruriliyini bir daha müasir 

cəmiyyət  qarşısında 

bir  tələb  kimi 

qoymuşdur.



H

İFƏ



60

K

riptovalyutalar insanların pullar haqqında ənənəvi 



fikirlərini dəyişməkdədirlər. Azərbaycanda, eləcə 

də demək olar ki, postsovet məkanı ölkələrinin 

hamısında kriptovalyuta ilə bağlı hər şey özündə 

tamamilə öyrənilməmiş sahəni əks etdirir. Səbəb də odur 

ki, bizdə kriptovalyutadan demək olar ki, heç kim istifadə 

etmir və bu səbəbdən də bu sahəni araşdırmaq və təhlil 

etmək üçün emprik məlumatlar demək olar ki, çox azdır. 

Bu  sahənin  tədqiqat  problemi  ondadır  ki,  hələ  də  tam 

aydın deyil ki, bu rəqəmsal valyutaların unikal keyfiyyətləri 

özünü  istifadəçi  praktikasında  necə  göstərir,  yəni 

kriptovalyutalar  daha  çox  leqal  maliyyə  əməliyyatlarının 

optimallaşdırılması üçün istifadə olunur, yoxsa daha çox 

qanunvericiliyin pozulması üçün kölgə iqtisadiyyatının və 

ya  kriminal  iqtisadiyyatın  çiçəklənməsinə  xidmət  etmiş 

olur.  Ümumilikdə  götürsək  kriptovalyutaların  gələcəyi, 

perspektiv  dövrdə  legitimləşdirilməsi  ilə  bağlı  ideya  və 

fikirlər bu gün ən çox müzakirə olunanalardandır.

Hal-hazırda  istifadəçiləri  kriptovalyutalarla  işləməyə 

sövq  edən  motivlər  sırasında  aşağıdakıları  sadalamaq 

mümkündür: 

1.  Müəyyən  təcrübələrin  reallaşdırılması  imkanları 

(həmçinin qeyri-leqal və kriminal xarakterli);

2. Kriptovalyutalarla işləyənlərin şəxsi keyfiyyətləri ilə bağlı 

motivlər (onlar üçün bu maraqlıdır, onlar novatordurlar);  

3. Praqmatik düşüncələrlə bağlı motivlər, yəni gələcəkdə 

bu yolla gəlir əldə etmək və biznes qurmaq və s.

Bu  sistemin  gələcəkdə  maneəsiz  böyüməsini  təmin 

edəcək  ən  vacib  faktorlardan  biri  –  insan  faktorudur. 

Məsələ  burasındadır  ki,  kriptovalyutalarla  əməliyyatlar 

zamanı heç bir iz buraxılmadan, anonim olaraq istənilən 

ünvana  köçürməni  etmək  mümkündür.  Kriptovalyutalar 

vasitəsilə  həyata  keçirilən  ödəniş  və  hesablaşmalarda 

qeydiyyatın  anonimliyi  səbəbindən  sistemdə  köçürmə 

edənin və alıcının kimlikləri heç cür müəyyən edilə bilmir. 

Bu sistem elə qurulubdur ki, tranzaksiyanın kim tərəfindən 

və  nə  zaman  həyata  keçirildiyini  əvvəlcədən  dəqiq 

bilmədən  həmin  tranzaksiyanın  alıcısını  “hesablamaq” 

və  müəyyənləşdirmək  mümkün  deyildir.  Kobud  desək, 

misal  üçün,  Bitcoin-lərdə  bu  qeydiyyat  yazısı  34  hərfli 

və  rəqəmli  simvollardan  ibarət  koddur  ki,  bu  kod  yalnız 

sahibinə  məlum  olmaqla,  kriptovalyutanı  alanın  və  ya 

göndərənin  şəxsiyyətinin  və  yerləşmə  yerinin  başqası 

tərəfindən müəyyən edilə bilməsinə heç bir imkan vermir. 

Bu  cür  qazanc  vasitəsinin,  həmçinin  pul  vəsaitlərinin 

yaradılması  və  onların  anonim  transferi  imkanlarının 

mövcudluğu,  mahiyyət  etibarı  ilə  bütün  dövlət  nəzarət 

sistemlərini və orqanlarını heç bir məsuliyyət daşımadan 

“aşmağa”  imkan  verir.  Həmçinin,  nəzərə  almaq  lazımdır 

ki,  xüsusi  mənbələrdə  bir  sıra  kriptovalyutaları,  xüsusilə 

ən populyarı sayılan bitcoin-ləri digər adi valyutalara çox 

rahat  dəyişmək  mümkündür  ki,  bütün  bunlar  isə  “qara 

məqsədli” şəxslərin diqqətini çəkir, çirkli pulların yuyulması 

üçün olduqca cəlbedici ortam yaratmış olur. 

Qısaca  desək,  bu  sistemin  əsl  mahiyyətində  anonim 

olaraq,  vergi  ödəmədən,  nəzarətin  mümkünsüzlüyü 

şəraitində  hara  gəldi,  kimə  gəldi,  istənilən  ödənişi  və 

ya  hesablaşmanı  etmənin  mümkün  olduğu  nəhəng  bir 

sistemin fəaliyyəti dayanır. 

Əvvəldə  də  qeyd  etdiyimiz  kimi  kriptovalyutaların 

ən  populyar  nümunəsi  Bitcoin-dir  (BTC).  Bitcoin-lərin 



PUL DÖVRİYYƏSİ SFERASINDA YENİ TEXNOLOGİYALARIN -  

VALYUTALARIN YENİ NÖVÜ OLAN KRİPTOVALYUTALARIN DÖVRİYYƏYƏ 

GİRMƏSİ YENİ SOSİAL REALLIĞIN MEYDANA GƏLMƏSİNƏ SƏBƏB OLMUŞDUR

KÖLGƏ  


İQTİSADİYYATININ 

KRİPTO-ÇALARLARI

SƏBUHİ TANRIVERDİYEV



H

İFƏ



61

Şəkil 1. Bitkoinin Manata nəzərən məzənnəsinin son bir illik dəyişməsi 

Sxem 1. Kriptovalyutaların xüsusiyyətləri 

generasiyası  üçün  müəyyən  hədd  vardır  və  bu 

hədd  21  milyon  ədəd  Bitcoin-ə  qədərdir,  ondan 

sonra  kriptopulların  yaradılması  dayanacaqdır. 

Bitcoin-ləri  hazırlayanların  strategiyasına  əsasən, 

bu  zaman,  məzənnə  sürətlə  artacaq,  bu  da  imkan 

verəcəkdir  ki,  bir  Bitcoin-in  daha  kiçik  hissələrinə 

bölünməsi  reallaşdırılsın  və  daha  sonra  həmin  kiçik 

hissələrin  generasiyası  prosesi  başlansın  (Bitcoin-

lərin  bölünməsinin  proqramlaşdırılmış  limiti  bunu 

etməyə imkan verir). Bundan sonrası üçün, ambisiyalı 

və  uğurlu  senari  ilə  düşünsək  ehtimal  etmək  olar 

ki,  kriptovalyuta  bütün  planet  üçün  əsas  valyutaya 

çevrilə  bilər.  Bu  isə  həmin  zamana  qədər  dövlətlər 

tərəfindən  “nəzarət”  adlı  əlavə  xüsusi  bir  “super 

alət”in  yaradılması  mümkün  olmasa  kriptovalyuta 

istifadəçilərinin  maliyyə  əməliyyatları  üzərində 

nəzarətin  dövlətlər  tərəfindən  tam  itirilməsinə 

gətirib çıxara bilər. Bədbin senari ona aparır ki, bütün 

dövlət  strukturları  və  nəhəng  biznes  korporasiyalar 

buna  qarşı  “müharibə”  elan  edəcək  və  onu  sıradan 

çıxaracaq  və  ya  öz  nəzarətinə  götürəcəklər,  bu 

hadisələrə isə hələ çox var və hal-hazırda bu alətdən 

istifadə  edərək  rahat  qazanc  əldə  edənlərin  sayı 

milyonlarladır.    Sistemin  yeganə  “zəif  nöqtəsi” 

ondadır  ki,  artıq  xüsusi  virus  proqramlar  hazırlanır 

ki, istifadəçinin kompüterinə düşdükləri halda parolu 

əldə  edib  qara  düşüncəli  şəxslərə  ötürə  bilər  ki, 

sonucda şəxsin kriptovalyuta “kisəsi” boşaldıla bilər. 

Bu  isə  daha  çox  sistemin  deyil,  kompüterin  şəxsi 

təhlükəsizliyinin  ciddi  təmin  edilməsi  məsələsi  kimi 

ortalığa aktual çıxmış olur. Ümumiyyətlə isə Bitcoin-

lərin son bir ildə adi valyutalara nəzərən məzənnəsi 

virtual  aləmdə  durmadan  sürətlə  artır,  son  bir  ildə 

digər  valyutalara  nəzərən  dəyərdə  10  dəfəyə  yaxın 

arta bilmiş, son iki ayda olan dəyər artımı daha böyük 

maraq doğurmuş, 14 sentyabr 2017-ci ildə 1 Bitcoin 

5507 manatdan 11 noyabr 2017-ci il tarixində 12520 

manata kimi artım nümayiş etdirmişdir. Ümumilikdə 

illik  məzənnə  dəyişməsi  aşağıdakı  şəkildə  öz  əksini 

tapmışdır.

Kriptovalyutalar  meydana  çıxandan  müxtəlif 

qanunsuz  fəaliyyətlər  nəticəsində  itirilən  məbləğlər 

milyard  dolları  ötmüşdür.  Minlərlə  insanlar 

kriptovalyutalar  istifadə  edən  birjalar,  onlayn  pul 

kisələri  və  digər  elektron  resurslara  hücum  edən 

dələduz və hakerləri “mükafatlandıraraq” öz vəsaitləri 

ilə vidalaşmışlar. Digərləri isə mayninq üçün mövcud 

olmayan  avadanlıqlar  və  ya  “bulud  müqavilələri” 

almış  və  beləcə  fırıldağa  qurban  olmuş,  digərləri 

spekulyativ  birja  əməliyyatları  ilə  əldə  etdikləri 

kriptovalyutaları  həmin  resurslar  bağlandığına  görə 

itirmişlər,  üçüncülər  öz  bitcoin-lərini  ölkələrində 

qadağan  olunmuş  onlayn-kazinolarda  uduzmuş, 

digərləri  birja  və  fondlara  vəsait  yatırmış,  sonra 

məlum olmuşdur ki, maliyyə piramidalarıdır.

Son 

aylarda 


postsovet 

ölkələrində 

kriptovalyutalara qarşı ən yüksək hökümət dairələri 

səviyyəsində 

ciddi 

antitəbliğat 



kampaniyası 

başlanmışdır. İlk öncə sentyabrın 8-də Rusiya Mərkəzi 

Bankının  sədri  Elvira  Nabiullina  Moskva  iqtisadi 

forumunda çıxış edərək bəyan etdi ki, baxmayaraq ki, 

bəzi  Rusiya  şirkətləri  öz  məhsul  və 

xidmətlərinin  ödənişi  üçün  bitcoin-

lər,  kriptovalyutalar  qəbul  edirlər, 

kriptovalyutalar  daxili  bazara  rəsmi 

olaraq  çətin  ki,  buraxılsınlar.  Elvira 

Nabiullinanın  fikirlərinə  əsasən 

“Kriptovalyutalardan  məhsul  və 

xidmətlər üzrə hesablaşmalarda pul 

kimi aktiv istifadə edilir. Fikrimizcə, 

bu pul dövriyyəsinə təhlükə yaradan 

risk kimi çıxış edir və biz əlbəttə ki, 

kriptovalyutalardan  pul  surroqatı 

kimi  istifadə  edilməsinə  icazə 

verməyəcəyik.  Çoxları  bunda  yeni 

texnologiyalardan  istifadə  etməklə 

asan  və  tez  qazanc  əldə  etmə 




H

İFƏ



62

imkanını  görürlər.  Texnologiyaların  inkişafı  müəyyən 

üstünlüklər versə də Mərkəzi Bank tənzimləyici qurum 

kimi  mümkün  risklər  haqda  düşünməli  və  bu  risklər 

barədə əvvəlcədən xəbərdarlıq etməlidir”. Bundan da 

öncə maliyyə nazirinin müavini Aleksey Moiseev sadə 

vətəndaşlar  üçün  kriptovalyutalarla  əməliyyatlara 

qadağalrın  tətbiqinin  zəruriliyini  göstərmiş  və  belə 

investisiyaların  olduqca  təhlükəli  olduğunu  və 

yalnız  peşəkar  investorlar  tərəfindən  həyata  keçirilə 

bilmələri  ilə  bağlı  bəyanatı  səslənmişdir.  Rusiya 

Mərkəzi  Bankının  sədrinin  bu  bəyanatından  bir 

neçə  gün  sonra,  sentyabr  ayının  16-da  Özbəkistan 

Mərkəzi  Bankı  rəsmi  olaraq  bəyənat  verdi  ki, 

kriptovalyutalarla  anonim  əməliyyatlar  qanunsuz 

pul dövriyyəsinə və dələduzluğa “geniş qapılar açır”, 

bəzi ölkələrdə isə birbaşa kölgə iqtisadiyyatının daha 

sürətli  inkişafına  səbəb  olur.  Bəyənatda  həmçinin 

bildirilir  ki,  kritovalyutalar  mərkəzi  bankların  pul 

dövriyyəsinə  nəzarəti  və  “azad  pul-kredit  siyasətinin 

həyata  keçirilməsi”  imkanlarını  məhdudlaşdırır,  ən 

pisi  isə  terrorizmin  və  digər  cinayətkar  fəaliyyətlərin 

maliyyələşdirilməsi  üçün  çox  “rahat  vasitə”yə 

çevrilməkdədir. Mərkəzi Bankın analitiklərinin fikrincə 

kriptovalyutalar  adi  pulların  oynadığı  funksiyaları 

oynaya bilməz, eləcə də hər hansı ehtiyat təminatından 

məhrum  olduğundan  kriptovalyutalar  “öz  dəyərini 

tez-tez  dəyişən  törəmə  vasitələrə”  çevrilmiş  olurlar. 

Bəyanatda  göstərilir  ki,  Özbəkistan  Respublikasının 

qanunvericiliyi kriptovalyutalarla ödənişlərin və digər 

əməliyyatların  aparılmasını  nəzərdə  tutmur  və  bu 

səbəbdən də mərkəzi bank əhaliyə kriptovalyutalarla 

əməliyyatlarda  iştirak  etməyi  heç  məsləhət  bilmir. 

http://cbu.uz

Bundan bir neçə gün sonra Rusiya Federasiyasının 

prezidenti  Vladimir  Putin  kriptovalyutalara  həsr 

olunmuş  geniş  müşavirədə  bildirdi  ki,  düzdür 

kriptovalyutalar dünyada  günbəgün  populyarlaşaraq 

tam  hüquqlu  hesablaşma  vasitəsinə  çevrilir,  eyni 

zamanda  bu  sfera  ciddi  risklərin  daşıyıcısına  da 

çevrilməkdədir. “İlk növbədə bu cinayət yolu ilə əldə 

edilmiş kapitalın yuyulmasına, vergilərdən yayınmağa 

və  hətta  terrorizmin  maliyyələşdirilməsinə,  həmçinin 

qurbanları  əksər  hallarda  sadə  vətəndaşlar  olacaq 

dələduzluq  və  fırıldaqçılıq  sxemlərinin  yayılması 

imkanıdır. Kriptovalyutalar anonim subyektlərin qeyri-

məhdud dairəsi tərəfindən buraxılır. Kriptovalyutaların 

alıcıları hüquqa zid fəaliyyətə cəlb oluna bilərlər. Həm 

də bu kriptovalyutaların ümumiyyətlə heç bir təminatı 

da yoxdur” deyə Rusiya prezidenti bildirmişdir. https://

www.kommersant.ru

Oxşar  fikirlər  və  meydana  çıxan  suallar  tək 

postsovet məkanını deyil, dünyanın nəhəng ölkələrini 

də narahat etməkdədir. Bu ilin 29 sentyabr tarixində 

Cənubi Koreyanın maliyyə xidmətləri üzrə Komissiyası 

kriptovalyutaların  bütün  növləri  üzrə  investisiyaların 

cəlbi  və  investisiya  qoyuluşlarını  qadağan  edən 

qərar  qəbul  etmişdir.  Cənubi  Koreyanın  tənzimləyici 

qurumunun  fikrincə  bu  cür  vasitələrdən  istifadə 

maliyyə  dələduzluğu  riskini  olduqca  artırır,  bu 

səbəbdən  də  qadağaların  tətbiq  edilməsi  qərara 

alınmışdır.  Komissiya  kriptovalyutalarla  da  ticarət 

əməliyyatları  üzərində  ciddi  nəzarətin  yaradılmasına 

ehtiyac olduğunun zəruriliyini bildirmişdir. Çin isə 30 

sentyabr tarixindən kriptovalyuta ilə fəaliyyət göstərən 

birjaların  fəaliyyətinə  tam  qadağa  tətbiq  edən  qərar 

qəbul etmişdir. http://www.rbc.ru. 

Göründüyü  kimi  bu  proseslərdə  mərkəzləşmiş 

nəzarətin  olması  qaçılmazdır,  çünki  müvafiq 

nəzarət  dövlətin  klassik  funksiyası  olmaqla  əmtəə-

pul  münasibətlərinin  bazisini  təşkil  edir.  Bazar  üç 

nəhəngin  üzərində  dayanır:  kreditor,  borc  alan  və 

tənzimləyici  –  hakim.  Hər  bir  aktivin  emitent-sahibi 

vardır  ki,  o  da  bu  aktivlərə  görə  investor-kreditor 

qarşısında öhdəlik daşıyır və nəhayət onların ikitərəfli 

münasibətlərini qoruyan və ona hüquqi təminat verən 

tənzimləyici – hakim olmalıdır. İş gedib böyük itkilərə 

çatanda, hökmən iki böyük fiqur meydana çıxacaqdır: 

pulları  verən  şəxs  və  pulları  alan,  sonra  da  itirən  və 

ya  oğurlayan  şəxs.  Əgər  burada  üçüncü  hakim-

tənzimləyici olmasa, onda bizi anarxiya gözləyə bilər 

ki, inanırıq ki, bunu da heç kim istəmir.




H

İFƏ



63

unec

Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət, 6 

Tel:(+99412) 437-10-86, Faks: (+99412) 492-59-40

www.unec.edu.az




H

İFƏ



64

Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə