Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   2   3   4   5   6   7   8   9   ...   28

H

İFƏ



7

B

AŞ REDAKTORDAN

M

üasir  iqtisadiyyatı  struktur-istehsal-texnoloji 

baxımdan fərqləndirən əsas cəhət onun rəqəmsal 

iqtisadiyyata transformasiya etməsidir. Bu özünü 

Dünya  İqtisadiyyat  Forumunun  Prezidenti  Klaus  Şvabınin 

qeyd etdiyi kimi, həm də IV Sənaye İnqilabında da göstərir. 

IV  Sənaye  İnqilabı  isə  kiberfiziki  sistemlərin  istehsalata 

kütləvi tətbiqidir. Belə qəbul edilir ki, bütün fiziki sistemlər 

vahid bir şəbəkədə, real vaxt rejimində birləşəcək və yeni 

davranış modelinə uyğunlaşacaq. Beləliklə, Böyük Verilənlər 

bazasına (BİG DATA) çıxışı olan iqtisadiyyat sahələri qəbul 

edilən qərarların keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq 

imkanı əldə edəcəklər. Yeni texnologiyaların inkişafı kapitalın 

və  əməyin  yaradacağı  gəlir  arasında  fərqi  də  artıracaq. 

Rəqəmsal texnologiyalara əsaslanan yeni iqtisadiyyat insan 

şəxsiyyətini də dəyişəcək. Çünki IV Sənaye İnqilabı həm də 

etika və estetikanın da yeni prinsiplərinin əsasını qoyacaq. 

Haqqında  danışdığımız  yeni  iqtisadiyyatın  konturları  artıq 

görünməkdədir.

Yeni iqtisadiyyatın yaratdığı yeni tələblərdən biri də bu 

iqtisadiyyata yeni xidmət forması və yeni xidmət vasitəsidir. 

Bu  tələbə  cavab  olaraq  formalaşmış  və  bu  gün  ən  çox 

müzakirə olunan vasitələrdən biri və birincisi Bitcoindir.

Bitcoinlə  bağlı  məlumatların  təhlilindən  görünür 

ki,  ilk  reaksiya  demək  olar  ki,  əsasən  mənfi  olmuşdur.  

Müəyyən  dövrdən  sonra  kriptovalyutaya  "ölüm  hökmü" 

qüvvədə  saxlanılmaqla  onun  yaranmasında  tətbiq  edilən 

texnologiyaların əbədi olaraq "yaşayacağı" ön plana çəkildi. 

Son dövrlərdə Bitcoin haqqında yazılanlar, fikrimizcə, onun 

perspektivləri haqqında daha dolğun və daha əsaslandırılmış 

fikirlərlə fərqlənir.

Belə ki, Beynəlxalq Valyuta Fondunun İcraçı Direktoru 

xanım Kristin Lagart Bitcoinin dəstəklənməsi istiqamətində 

çıxışlar  edir  və  "hər  şey  Bitcoinin  dünya  valyutasına 

çevrilməsi istiqamətində gedir" fikri xüsusi maraq doğurur.

Maraq  kəsb  edən  digər  məqam  Amerika  Birləşmiş 

Ştatlarının  Federal  Ehtiyat  Sisteminin  yeni  seçilmiş  başçısı 

Cerom  Pauellə  bağlıdır.  O,  qeyd  edir  ki,  Bitcoin  hazırda 

iqtisadi sabitlik üçün təhlükə yaratmır və rəqəmsal valyuta 

gələcəkdə olduqca vacib olacaq.

Fikrimizcə, kriptovalyuta artıq bir reallıq kimi görünür. 

Eləcə  də,  rəqəmsal  iqtisadiyyat  və  IV  Sənaye  İnqilabı 

rəqəmsal valyutanı qaçılmaz edir.

Bitcoinlə  bağlı  vacib  bir  məqama  da  diqqət  çəkmək 

yerinə  düşərdi.  Hesab  edirik  ki,  yeni  sənaye  inqilabı  və 

yeni rəqəmsal iqtisadiyyat böyük və kiçik, inkişaf etmiş və 

inkişaf  etməkdə  olan  ölkələr  üçün  tamamilə  yeni  iqtisadi 

indikatorlar gündəliyə gətirəcək və dünya iqtisadiyyatında 

tamamilə yeni rəqabətqabiliyyətli "oyunçular" yetişdirəcək. 

Əminəm  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham  Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  rəqəmsal 

iqtisadiyyat  sahəsində  də  ölkəmiz  önə  çıxacaq.  Dünya 

iqtisadiyyatının  mövcud  vəziyyətində  bu  Azərbaycan 

iqtisadiyyatının  üstünlüyü,  həm  də  onun  üçün  əlavə  bir 

şansdır.

i

.e.d., professor Ədalət Muradov



Rektor, UNEC

Bitcoin - yeni təhlükə yoxsa yeni imkanlar


H

İFƏ



8

K

R



İ

PTOVALYUTA

 

iqtisadi v



ə

 hüquqi aspektl

ə

r

 



S

on  zamanlar  kriptovalyuta  ifadəsi,  xüsusi  ilə  onun 

ilk  nümunəsi  olan  bitkoin,  bütün  kütləvi  informasiya 

vasitələrinin  baş  xəbərləri  sırasında  özünə  yer  almışdır.  Bəs 

kriptovalyuta nədir, onun bu qədər tanınması və yayılmasına səbəb 

nədir sualı çoxlarını düşündürür. 

Əvvəla, qeyd edək ki, kriptovalyuta elektron puldur, daha dəqiq 

desək onun növlərindən biridir. Kriptovalyuta - şəbəkələr əsasında 

(network-based)  qurulmuş,  anonim  (şəxsiləşdirilməmiş),  dövriyyəsi 

qeyri-dövlət  ödəniş  sistemlərin  qaydaları  ilə  həyata  keçirilə  bilən 

qeyri-dövlət pul nümunəsidir. Kriptovalyuta - yaradılması və nəzarəti 

kriptoqrafiya  üsuluna  əsaslanan,  sürətinin  çıxardılması  mümkün 

olmayan şifrələnmiş elektron pul növüdür.

İlk rəqəmsal valyuta bitcoindir. 2008-ci il oktyabr ayında Satoşi 

Nakamuto  ləqəbli  bir  şəxs  internetdə  şəbəkənin  iş  prinsipi  və 

protokolun  təsvirini  əks  etdirən  “Bitcoin  P2P  e-cash  paper”  adlı 

fayl paylaşır və artıq 2009-cu ilin yanvar ayında ilk bitcoin yaradılır. 

Bundan  başqa  onecoin,  ethereum,  steem,  ripple,  litcoin  kimi 

kriptovalyuta  növləri  də  geniş  yayılmışdır.  Hazırda  dünyada  100-

dən  çox  kriptovalyuta  növü  mövcuddur  və  bu  faktın  olması  artıq 

yaxın  gələcəkdə  bu  valyutalara  olan  tələbatın  yüksək  olacağının 

göstəricisidir. Təlabatın əsas göstəricisini isə mübadilə imkanı daha 

çox olan kriptovalyuta müəyyən edəcək. 

Elektron  pulların  nəğd  pullardan  üstünlüklərini  aşağıdakı  kimi 

qiymətləndirmək olar:

•  əla  bölünür  və  birləşdirilir  –  ödəniş  zamanı  pulun  qalığını 

qaytarmağa ehtiyac olmur

•  yüksək  yığcamlıq  –  məbləğin  həcmi  pulun  ölçü  və  çəkisi  ilə 

əlaqəli deyil; 

• emissiya dəyərinin çox aşağı olması – pul çap etməyə, metal, 

kağız, boya və s. istifadəsinə ehtiyac olmur 

• nəğd pullardan fərqli olaraq elektron pulların fiziki mühafizəsi 

daha sadədir 

•  təhlükəsizlik  –  oğurlanmadan,  saxtalaşdırılmadan,  nominalın 

dəyişdirilməsindən  və  s.  qorunması  (müdafiəsi)  kriptoqrafiya  və 

elektron sistemlər ilə təmin edilir. 

Üstünlüklərdən savayı elektron pulların çatışmazlıqları da vardır. 

Bunlar aşağıdakılardır: 

• qaydaya salınmış hüquqi tənzimlənmənin olmaması – bir çox 

ölkələr  elektron  pullara  birmənalı  münasibətini  hələ  də  müəyyən 

etməyiblər 

• nəğd pulda olduğu kimi, elektron pul daşıyıcılarının fiziki məhvi 

zamanı sahibin pul vəsaitini bərpa etmək mümkün olmur 

• tanınması yoxdur – xüsusi elektron qurğu olmadan bunun nə 

olduğunu, məbləğini və s. müəyən etmək asan və tez olmur 

•  pulun  bir  hissəsini  birbaşa  bir  ödəniş  edəndən  digərinə 

i.e.d., prof. YADULLA HƏSƏNLİ



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə