Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   2   3   4   5   6   7   8   9   ...   28

H

İFƏ



11

kriptovalyuta  bazarında  qiymət  köpüyü  yaranmışdır. 

Möhtəkirlik  1200$-a  qədər  kriptovalyutanın  dəyərini 

artırmışdır. Alış bitincə bu qiymət köpüyü dağılmış və məzənnə 

bir  neçə  dəfə  aşağı  düşmüşdür.  Hal-hazırda  bitcoin  artıma 

doğru gedir bu iştirakçılar arasında yüksək tələblə əlaqəlidir. 

 Bitcoinin digər ödəniş vasitələrindən fərqliliyi və investisiya 

möhtəkirlik məqsədli üstünlükləri aşağıdakılardır:

1.  Möhkəm  emissiya  –  kənardan  ona  nəzarət  etmək 

mümkün deyil; 

2.  Qiymət  dəyişikliyi  –  yəni  valyuta  iqtisadi-siyasi 

faktorlardan asılı deyil, tələb və təklifin əsasında formalaşır.     

Bitcoinlərin  riskli  tərəfləri  var.  Burada  risk  mənbəyi 

bitkionlərin mübadilə servislərinin etibarlığına bağlıdır.

Bitcoinin qiyməti bu il 500%-dən çox artaraq, qızıl, birja 

indeksləri və əmlak kimi investisiya alətlərini geridə qoyub.

Dünya  İqtisadi  Forumunun  (DİF,WEF)  “Blok  Zəncirinin 

(blockchain)  Potensialını  Fərq  Etmək”adlı  hesabatındakı 

məlumata  istinadən  2008-ci  ildə  qlobal  iqtisadi  böhranın 

ardından Satoshi Nakamoto adlı bir şəxs tərəfindən elektron 

pul sistemi qurulub.

“Rəqəmsal pul”, “kripto valyuta” kimi adlarla da işlədilən 

virtual  pulların  ənənəvi  pullardan  əsas  fərqi,  hökümətlər 

tərəfindən idarə edilməməsidir.

Hesabata görə, dünya miqyasında 900-ə yaxın virtual pul 

var.  Bunlar  arasında  Bitcoin  106  milyard  dolların  üzərindəki 

bazar  dəyərilə  birinci  yerdədir.  Bitcoin  bu  il  500%-dən  çox 

artım göstərərək, qızıl, birja, əmlak kimi investisiya alətlərinin 

önünə keçib.

Bitcoinin  ardınca  29.2  milyard  dollarlıq  bazar  dəyərilə 

Ethereum və 7.8 milyard dollar ilə Ripple gəlir.

Daha əvvəl Çin, Rusiya, Vyetnam kimi ölkələr virtual pullara 

dair qaydalar yaradaraq, bəzi qadağalar qoyarkən, bu addımlar 

virtual pulların ucuzlaşmasına səbəb olmuşdur.

Sonuncu dəfə dünyanın ən böyük birja əməliyyatçısı ABŞ-

ın  CME  Group  şirkəti  bu  ilin  dördüncü  rübündə  Bitcoin  ilə 

fyuçers  əməliyyatlarına  başlamağı  planlaşdırdığını  və  lazımi 

tənzimləyici  qurumların  rəyini  gözlədiyini  bildirmişdir.  Bu 

xəbərin ardından Bitcoin 5 faiz dəyər qazanıb.

Artıq  bəzi  müsəlman  ölkələrində  kriptovalyuta  birjası 

qurulur,  o  cümlədən  BƏƏ,  Küveyt,  Bəhreyn  və  Səudi 

Ərəbistanda  “”  İndoneziyada  “Bitcoin”  və  Malaziyada 

“Coinbox” fəaliyyətə başlayıb.

Lakin,  müsəlmanları  ən  çox  narahat  edən  xüsusiyyət 

kriptovalyutanın vahid tənzimləyicisinin olmasıdır.

Bank  tərəfindən  nəzarət  olunur.  Kurs  məzənnəsi 

ölkənin  siyasi-iqtisadi  vəziyyətinə  görə  formalaşır. 

Bitcoinlərin ənənəvi tənzimlənmə sisteminə heç bir 

aiddiyatı yoxdur, onu maliyyə piramidası kimi qəbul 

edirlər.


Bitcoin sistemi insanların inamından asılıdır. Əgər 

insanlar arasında bu valyutaya tələb və inam varsa 

bu valyuta dövriyyədə istifadə olunur. 

Bundan  başqa,  bitcoin  sistemi  təhlükəsizlik 

əsasında çalışır və burada pulun yığımı etibarlıdır.

Bitcoin valyutasının emissiyası aktiv istifadəçilərin 

sayına  bağlıdır.  Nə  qədər  çox  tranzaksiya  həyata 

keçirilirsə  o  qədər  də  dəyər  artır.  Bununla  bağlı 

söyləmək  lazımdır  ki,  bir  neçə  il  bundan  öncə 



H

İFƏ



12

Bugün  qlobal  kriptovalyuta  bazarında  ticarət 

edilən  yüzlərlə  kriptovalyuta  mövcuddur.  Lakin 

ilk  mərkəzləşməyən  kriptovalyuta  2009-cu  ilin 

yanvarında  təqdim  edilən  bitcoindir.  Mövcud 

olan  müxtəlif  kriptovalyuta  növləri  arasında 

innovasiya  tətbiqi  cəhətdən  fərqliliklər  vardır. 

Kriptovalyutaların  əksəri  bitcoin  valyutanın  və  ya 

digər  əsas  kriptovalyutaların  müxtəlif  formalarıdır. 

Bu  kriptovalyutalar  “altcoin”  adlanaraq  daha  az 

innovasiya ilə xarakterizə olunurlar.

2016-cı ilin əvvəli ilə müqayisədə kriptovalyutaların 

cəmi bazar kapitallaşmasının həcmi üç dəfə artaraq 

2017-ci ilin ortalarında 27 milyard dollara çatmışdır. 

Burada daha böyük pay innovativ kriptovalyutalara, 

daha az pay isə altcoin-lərə aiddir. 

Baxmayaraq  ki,  bitcoin  hələ  də  bazar  payına 

görə dominant kriptovalyutadır, digər kriptovalyuta 

növlərinin  də  tədricən  bazar  payları  genişlənir. 

2015-ci  ilin  martında  bitcoin  bazar  kapitallaşması 

ümumi bazarın 86 faizini əhatə edirdisə, 2017-ci ilin 

martında bu pay 72 faizə qədər azalmışdır. Ethereum 

şəbəkəsinin təqdim etdiyi “ether” (ETH) ikinci ən böyük 

bazar kapitallaşmasına malik kriptovalyutadır. 2016-

cı ildə 10 faizlik bazar payına malik bu kriptovalyuta 

2017-ci ildə 16 faizlik paya sahib olmuşdur. Son üç 

ildə bazar payı ciddi şəkildə eniş göstərən isə “ripple” 

kriptovalyutası  2017-ci  ildə  1  faizlik  paya  sahibdir 

(2015-ci  ildə  isə  8  faiz).  Ümümi  bazar  kapitallaşma 

həcmi  nisbi  olaraq  stabil  qalan  kriptovalyuta  növü 

laytkoindir  (2015-ci  ildə  2  faiz,  2017ci  ildə  1  faiz).  

Qeyd olunan kriptovalyutalardan əlavə olaraq digər 

kriptovalyutalar qrupunun isə 2015-ci ildəki 3 faizlik 

bazar payı 2017-ci ildə 6 faizədək artmışdır. 

Hər kriptovalyuta növü üzrə gündəlik əməliyyatları 

nəzərdən  keçirdikdə  bitcoin  kriptovalyutanın 

müqayisədə  çox  daha  artıq  istifadə  edildiyini  görə 

bilərik.  İkinci  ən  çox  istifadə  edilən  isə  “Ether” 

kriptovalyuta növüdür. Digər kriptovalyuta növlərinin 

tranzaksiya həcmi isə bitcoin və ether kriptovalyutalar 

ilə müqayisədə xeyli aşağıdır. Lakin laytkoin (litecoin) 

kriptivalyutanı çıxmaq şərtilə, 2016-cı ilin sonlarından 

etibarən  qeyd  edilən  valyutaların  əksəriyyətinin 

tranzaskiya  həcmində  artım  müşahidə  edilir.  Bu 

baxımdan  Monero  və  DASH  kriptovalyutalarındakı 

yüksəliş daha sürətlidir.

Təqdim olunan məlumatlardan göründüyü kimi 

Bitcoin  hələ  də  kriptovalyuta  bazarında  ən  önəmli 

component  kimi  qalmaqdadır.  Ancaq  qiymət 

ƏHLİMAN ABBASOV



Şəkil 1. Kriptovalyuta bazar kapitallaşması 

25 milyard dolları keçmişdir

bitkoin


digər kriptovalyutalar


Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə