Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

H

İFƏ



17

NE

C

Ə

 TƏ

YİN

 

OL

U

NU

R

?

b u n u 


e t m ə k 

bacarığında olmadığımızı 

etiraf  edərək)  vurğulayaq  ki, 

kriptovalyutanın  dəyəri  qızıl  və  ya 

digər  qiymətli  metal  kimi  ona  olan  fiziki 

tələbatla  deyil,    onun,  məhz  aztapılan,  nadir 

olması  və  ona  olan  tələblə  bağlıdır.  İstənilən 

valyutanın  (kağız  pulun)  maya  dəyəri  onun  real 

dəyərinin  (kursunun)  cüzi  bir  hissəsini    təşkil  etdiyi 

kimi bitcoin-in maya dəyəri də onun məzənnəsinin az bir 

hissəsini təşkil edən tərkib elementlərindən ibarətdir:                                                                                                            

    a) elektrik enerjisinə çəkilən xərclər;                                                                                                

b) mayninqin təşkilinə çəkilən qoyuluşlar;                                                                                     

  c) tranzaksiya üzrə komissiyon haqqlar və s.

Kriptovalyutanın  məzənnəsinin  əsas  hissəsini  iqtisadi 

agentlərin ona olan məcmu istehlak tələbi formalaşdırır. Sonuncu 

qismində  isə  artıq  virtual  deyil,  bitkoin-ə  mübadiləyə  hazır  olan 

ənənəvi maddi dəyərlilər çıxış edir.  Ümumiyyətlə, praktiki baxımdan 

bitkoin-in  məzənnəsinin  müəyyənləşdirilməsi  üçün  aşağıdakıların 

nəzərə alınması kafidir:

1.  Fundamental  təhlil.  Yəni  bitcoin-in  kursu  ilə  bağlı  bütün 

mümkün iqtisadi-statistik informasiyanın öyrənilməsi;                                                                                                           

2. Virtual bazarda  pamperlərin, yəni iri investor və möhtəkirlərin 

fəaliyyətinin  təhlili.  Çünki,  məhz    iri  oyunçular  məzənnə  ilə  bağli 

alətləri – korrelyasiya, aşağı salma, kütləvi axın və sairəni tətbiq etmək 

imkanına malikdirlər.

3. Texniki təhlil. Beləki məhz, texniki indikatorlara malik treyderlər 

kursun  gündəlik  maksimum  və  minimum  hədlərini  izləməklə 

məzənnənin ümumi  trendini müəyyənləşdirmək və çevik korrektə 

etmək imkanına malik olurlar.

Lakin eyni zamanda göstərək ki, digər maliyyə alətlərində 

olduğu kimi bitcoin-in də  dəqiq kursunu deyil, onun ancaq 

artma-azalma  istiqamətini,  yəni  trendini  müəyyən  etmək 

mümkündür.  Fransız  alimi  L.Başelyenin  spekulyasiya  

nəzəriyyəsinin  əsaslarını  qoyduğu  elmi  baxışlarında 

əsaslandırıldığı    kimi,  burada  əsas  məsələ  trendin 

fluktuasiya  nöqtələrinin  tapılaraq  düzgün 

müəyyən edilməsidir.

Bütün  bunlarla  yanaşı  unudulmama-

lıdır  ki,  bitcoin  məzənnəsinin  artımı, 

hər şeydən öncə, ona olan kütləvi 

maraqla  bağlıdır.  Heç  də 

hələ 

sonadək 


lazımi  

elmi 


təhlilə 

gətirilməmiş  bitcoin  ha-

disəsi  özündə  kifayət  qədər 

qeyri-müəyyənlik  elementləri  daşı-

sa  da,  spekulyativ  effekt  baxımından 

olduqca  cəlbedici  və  cazibədar  qüvvə  təsiri 

bağışlayır.  Təsadüfi  deyildir  ki,  03.11.2017-ci  il 

tarixi  sövdələşmələr  bazarında  bitcoin-in  məzənnəsi 

7450  ABŞ  dollarınadək  yüksəlmişdir.  Hətta  nəhəng 

maliyyə  derivativləri  bazarı  –  CME  Group  ilin  sonunadək 

bitcoin  üzrə  fyuçers  sövdələşmələrinin  təşkilini  planlaşdırır. 

Reallıq bundan ibarətdir ki, artıq bitcoin industriyası altında real 

pullar dövr edir. Ən maraqlısı da  budur ki, bitcoin-ə yatırılmış 

real  pulların  dəyərsizləşməsi  ehtimalı,  hər  hansı  bir  maliyyə 

qoyuluşunun və ya  dominant valyutanın ucuzlaşması ehtimalından 

elə də böyük deyildir. 

Azərbaycan  reallıqlarından  isə  bu  cür  qlobal  hadisələrə  baxış 

bucaqlarının  olduqca  ehtiyatla,  gözləməklə  müəyyənləşdirilməsi, 

bizcə daha optimal variant kimi qəbul edilməlidir. Ölkəmizdə maliyyə 

bazarının,  xüsusilə  fond  bazarının  müasir  inkişafı  və  strukturlaşması 

prosesinin  mövcud  indiki  durumunda  belə  “ehtiyatlı”  ssenari 

daha  ağlabatan  görunür.  Yüksək  intellekt  və  qabiliyyət  tələb  edən 

kriptovalyuta bazarında çox mürəkkəb texnoloji  proqramları özündə 

ehtiva  edən  bitcoin  hadisəsində  söz  sahibi  olmaq  üçün  ən  azından 

normal, adi maliyyə bazarına, xüsusən də fond bazarına sahib olmaq 

gərəkdir.

Yekun  olaraq  bir  daha  vurğulayaq  ki,  çağdaş  iqtisadiyyatda 

insanlar  arasında  davranış  qaydalarını  obyektiv  iqtisadi  qanu-

nauyğunluqlardan  üstün  tutan  müasir  qlobal  iqtisadi  məkanda 

kriptovalyuta  hadisəsi  ölkə  maliyyəçilərinin  və  iqtisadçılarının 

diqqət  mərkəzində  olmalıdır.  Ona,  maliyyə  bazarının  bir 

tərkib elementi kimi milli iqtisadi davranış təfəkkürümüz və 

hüquqi  normalarımız  hüdudlarında  imkan  yaradılmalıdir. 

Unudulmamalıdır  ki,  hələ  19-20-ci  əsrin  bir  sıra 

iqtisadi  nəzəriyyələrində  qeyri-bəşəri  qlobal  maliyyə 

böhranlarına yol açmış və mahiyyəti etibarı ilə  saxta 

kapital statusuna “yüksəlmiş” bu cür spekulyativ 

maliyyə kapitalı elementləri, əsaslandırılmış 

obyektiv  və kəskin elmi tənqid atəşinə 

tutularaq,    məzmunu    etibarı  ilə 

darmadağın edilmişdir.

Qlobal iqtisadi 



məkanda kriptovalyuta 

hadisəsi ölkə 

maliyyəçilərinin və 

iqtisadçılarının diqqət 

mərkəzində olmalıdır”



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə