Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə19/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   15   16   17   18   19   20   21   22   ...   96

 
 
66 
 
Bağçalar gətirir barı, 
Gedər göylümün qubarı,  
Koroğlunun Nigar yarı,  
İstambuldan yar almağa.  
Sözdəri tamam eliyəndən sora, ağa, düştü yollara. Dərəni-təpəni 
tey  eliyip  ta  gəldi  İstambulun  şəərinə.  Çatar-çatmaz  gördü  bir 
böyük bağıdı. Nigar xanım həmişə gələrdi o bağın içinə, qırx dana 
qıznan.  O  bağda  cəşn  tutardılar,  çalardılar-çağırardılar.  [Nigar] 
bağbana demişdi:  
–  Bağban,  bağı  bəzərən,  gülləri  sularan,  təxtləri  quraran,  mən 
gələcəğəm  qızdarınan  bu  gün  bağa.  Dünən  gecə  bir  yuxu  gör-
müşəm. Göylüm mənim çox pərişandı.  
Bağban dedi: 
– Nigar xanım, mən də bir yuxu görmüşəm. Göylüm mənim bir 
az  pərişandı.  Amma,  bağ  içində  güman  elləm  bir  şey  yoxdı.  Ta-
mam  qızılgüllər  açılıbdı,  bulbullər  cəh-cəh  vurur.  Amma,  yeməli 
bir şey yoxdı. Miivə vaxtı dəgil.  
Bahar  fəsliydi.  Koroğlu  bəəd,  çatmışdı  ki,  bağın  dorünə.  Dola-
nırdı-gəzirdi İstambulun doorünü, görə bu bağ hardadı, Nigar gələ o 
bağa.  Bir  qoca  kişi  baxdı,  gördü  yükləyip  gəlir  bir  qatırı.  Bilinmir 
arpadı, bilinmir buğdadı, nəydi? Gəlirdi yoluynan. Çatdı, [dedi:] 
– Ay qoca əmi, uğur olsun. 
Dedi:  
– Uğurun xeyir olsun.  
Qoca bir baxdı Koroğlunun sibillərinə. Çaxmak kimi vurmuşdu 
eyni qulaxları dalına,  misli  yal kimi Qıratın üstündə. Qoca baxdı, 
dedi:  «Hay  cavannıx.  Cavannıx  yaxçı  olar,  oğul,  bil  cavannığın 
qədrini». 
Dedi: 
– Qoca əmi, məgə sən cavanıy nə? 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
67 
– Həə, mən də cavanıydım, sənin kimiydim. Amma, qocalıx be-
lim əgip.  
Dedi: 
– Qoca əmi, istiirəm bir söz xəbər alam? 
Dedi: 
– Buyur! 
Dedi: 
–  Deyillər  Cəfər  paşanın  bir  bağı  var.  Qızdar  gələr  o  bağa.  O 
bağ hardadı? 
Dedi: 
– O, böyük ağacı görrən? Bağın içində, səlm ağacı?  
Dedi: 
– Bəli. 
Dedi: 
– O ağac bağın vəsətindədi. Qızdar gələr o bağın içinə. Amma, 
qoymazdar heş kəsi o bağa, elə ki səni! Çünki bir qəribə cavanay! 
Onnan sora, atın hara boşdaray? 
Dedi: 
– Atımnan  işiy olmuya. Mən  istiirəm gedəm o bağa. Mən  aşi-
ğəm. Görürsən, sazım var çiynimdə. Əgər, o bağda, mən icazə ver-
səyiz,  Nigar  xanım  üçün  beş  dana  sööbət  eliyəm,  bir  ənam  alam, 
keçəm gedəm.  
Dedi: 
– Oğul, məgər Nigar xanım elə hər gələn aşığı bağa qoyar?! Nigar 
xanım özdərində çalçı var, çağırçı var. Qəribəni qoymazdar o bağa. 
Dedi: 
– Xub, qoymaz, qəyidib gedərəm daa. Bir  şey  istəməm  ki,  mən. 
Ağlım başımdadı, başım ləşimdədi, sözüm döşümdədi, gedərəm daa.  
Dedi: 
– Elə həmin bağdı ki, deyirəm. Nigar gələr o bağa.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
68 
Ağa,  qoca  rədd olannan  soora  Koroğlu  Qıratı  əndi,  buxovladı, 
hörüklədi. Bir böyük gülşən çimən idi, çimənzara. Dolandı, bağın 
gəldi qapısına.  
İndi  Nigar  xanım  neçə  dənə  qıznan  dolup  bağın  içinə,  çalıllar, 
çağırıllar,  hey  gəzillər.  Bu  yavaş-yavaş  girdi  bağın  içinə.  Baxdı 
gördü  bəli,  Nigar  xanım  təxt  üstündə  oturup.  Amma,  nə  cür, 
zülflərin töküp çiyninə, nə cür? Eyni aya, günə deyər: «Sən çıxma, 
qoy mən çıxım, ulduznan davaçıdı». 
Nigar xanım baxdı bağbana [dedi]: 
– Ay bağban, gə bura görüm. 
Bağban gəldi. 
[Nigar xanım dedi:] 
– De gi, mən məgər sənə deməmişdim bağı xəlvət elə, mən gə-
ləcəğəm  bağda  cəşni  tutam  qızdarınan?  Ürəgim  qubar  tutup.  Bu 
cavan hardan girip bu bağa?  
Dedi: 
– Valla, xanım başıya and olsun, çıqqaya and olsun, mən bağda 
heş  kəs  qoymamışdım  qala.  Qızdar  gəlib,  ardınca  bağın  qapısın 
açıq qoyup. 
Dedi: 
–  Məgər  qapı  açıx  oldu,  hər  kəs  gələr  həyət  içinə,  bağ  içinə? 
Tutun buni bağdan çıxardın çölə! Atın çölə bunu, qoymiyin bağda 
dolana.  
Ağa, qızdar gəldi, [Koroğlunun] dördü bu qolunnan, dördü o qo-
lınnan [tutub] (Koroğluydu daa, qızdar da yeyip, əfiyip) [dedilər:] 
– Oğlan, bu bağdan çıx! 
Yalandan bu cür vurullar quluncuna, [deyillər:] 
– Hay, bu bağdan çıx! 
Koroğlu gülür. Nigar xanım da təxt üstə baxır.  
Deyər:  
– Səbr eliyin, xanımnan mən iki kəlmə danışum, gedərəm daa.  
[Qızdar dedilər:] 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
69 
– Xanımnan nə danışıran oğlan? Xanım icazə vermir atası üzü-
nə baxa danışa, sən istiirən xanımnan danışay? 
Bağbana [Koroğlu] deeri:  
– Bağbançı, sən bu qızdara deginən.  
Bağban deeri:  
–  Mən  nə  deyim?  Xanım  deyir,  gedəy  görək  bu  bağdan!  Çıx 
bağdan, mənim üçün söz olur.  
Dedilər:  
– Oğlan, çıx ged bu bağdan. Əlan xanımın vəxti yoxdi. Sən xa-
nımnan danışay, sözün var? Get, xanımın ayrı yerdən qonağı gəlir 
bura. Bəəd, iki saatdan sora gəl.  
Koroğlu dedi: 
– Baa qızlar, mən üş gündü, üş gecədi gəzirəm  bu bağı tapmı-
şam. Cəfər paşanın qızı dəgil məgə bu?  
Dedilər: 
– Niyə? 
Dedi: 
– Bunun adı məgə Nigar dəyi? 
Dedilər: 
– Niyə? 
Dedi: 
– Xub, mənim  buna bir ərzim  var. İcazə siz verin  mən  bunuy-
nan danışum, mən onda gedərəm. 
Dedilər: 
– Olmiyəcək, xanım icazə vermir.  
Tutdılar genə qolunnan bunun, çəkələr, ordan qovalar, çıxadələr 
qapıdan gedə.  
Aldı Koroğlu, bu sözdəri deyir: 
Qızdar, mən bir bazurqanam,  
Cinsi-tucara
3
 gəlmişəm. 
Bu sözdərə allanmanam, 
Açux bazara gəlmişəm.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə