.
142
rülməsinə müvəffəq olmuşlar. Əlbəttə ki, bu qayğı onların
həyat tərzinin, güzəranlarının yaxşı olması zəruriyyətindən
yaranırdı. Ona görə də,insanlar yaşadıqları ərazinin flora
və faunasından qidalanmaqla bərabər, onlardan həm də
faydalanmaq vasitəsi kimi istifadə edirdilər. Beləliklə də,
insanlarda təbiətin flora və faunasına qaygı, təbiətə “öv-
lad” münasibəti yaranmaga başlamışdır. Dogrudur, bəzən
təbiət “cılgınlıq” göstərmiş insanların başına olmazın mü-
sibətlərı və fəlakətləti gətirmışdir. Fırtınalar, leysanlar,
daşqınlar, zəlzələlər insanların illərlə böyük zəhmətlər ba-
hasına yaratdıqları maddi və mənəvi sərvətlərı dagıtmış,
yerlə yeksan etmiş, minllərlə insan həyatına qəsd etmışdir.
Lakin təbiətın bütün fəlakətləri insanı dəhşətə gətirib qor-
xutsa da insanlar təbiətdən ayrı düşməmiş, yenə də təbiətə
pənah gətirmiş onun “şıltaqlıqları”na dözməli olmuşlar. İl-
lər keçdikcə insanın təbiət gözəlliklərinə olan meyli art-
mış, təbiətlə qarşılıqlı ünsiyyət yaradaraq öz həyat və
məişətini daha yeni məzmunda qurmağa çalışmışdır. Za-
man ötdükçə insan təbiətin “şah əsər”i, dünyanın “əşrəf”i,
yaranmışların “taçı” olmuşdur. Antropologiya tarixin-
də insanın öz hərəkətlərində və fəaliyyətində tam sərbəst
olmasını (volyuntarizm), hər hansı bir addımının qabaqca-
dan müəyyən olunmasını(fatalizm) təbliğ edən müqayisəli
baxışlar olmuşdur. Cəmiyyət inkişaf etdikcə, insanlar hə-
qiqi azadlığın obyektiv şəraitini əldə edir, şəxsiyyətin mül-
kiyyətdən, hakimiyyət və mədəniyyətdən təcrid olunma-
sını aradan götürür və insan öz tarixinin əsl yaradıcısına
çevrilirdi. Oeyd edək ki, şəxsiyyətin davranışı və hərəkət-
ləri, iradə azadlığı determinasiya problemləri ilə sıx şəkil-
də bağlı idi. Bununla əlaqədar qeyd etməliyik ki, şəxsiy-
yətin bütün davranışları tarixi dövrlərdə müəyyən amillər-
.
143
lə şərtlənirdi. Məhz burada şəxsiyyət subyekt kimi çıxış
edirdi. Bu o deməkdir ki, o, öz hərəkətləri ilə yeni deter-
minasiya sistemi yaradırdı. Buna görə də şəxsiyyətin inki-
şaf və fəallıq dərəcəsi nə qədər yüksək idisə, bir o qədər
də o, çox azadlığa malik olurdu. Bununla yanaşı qeyd et-
məliyik ki, şəxsiyyətin inkişaf dərəcəsi təkcə onun azad-
lıq səviyyəsi ilə deyil, həm də onun həyat fəaliyyətinin
cəmiyyətin qarşısında duran vəzifələrə necə uyğunlaşdırıl-
ması ilə ölçülürdu.
Qeyd edək ki, azadlıq və zərurət anlayışları bir-biri
ilə daima ayrılmaz əlaqədə çıxış edir. İctimai fikir tarixin-
də bu iki anlayışın qarşılıqlı münasibətini açmaq cəhdləri
çox olmuşdur. Bu təsadüfi deyildir: azadlıq və zərurət, on-
ların nisbətinin müəyyənləşdirilməsi, insanların gündəlik
davranış və fəaliyyəti üçün böyük əhəmiyyətə malik ol-
muşdur. Odur ki, müxtəlif dövrlərdə yaşamış alimlər bu
məsələni həll etməyə çalışmışlar. Bu halda onlar ya azad-
lıq və zərurət məsələsini bir-birinə qarşı qoymuş, ya da
onlardan hər hansı birini mütləqləşdirərək digərini lazımı
qiymətləndirməmişlər. Bu anlayışların nisbətini düzgün
müəyyənləşdirmək isə şəxsiyyət azadlığı, şəxsiyyətin öz
hərəkətləri üçün əxlaqi və hüquqi məsuliyyəti dərk etmək
üçün, kreativ düşüncə üçün vacib olmuşdur.
Bəzən şəxsiyyət azadlığı konkret məzmundan ayrı-
lıqda götürülür , ruhun öz-özünü müəyyən etməsi, iradə
azadlığı, xarici mühit və şəraitdən asılı olmayaraq fəaliy-
yət göstərmək imkanı kimi göstərilirdi. Bu nöqteyi-nəzərə
görə isə, azadlıq şəxsiyyətin cəmiyyətdən asılı olmaması,
mütləq mənada müstəqil olması demək idi. Əslində azad-
lıq insan tərəfindən zərurətin dərk olunması və öz fəaliy-
yətində bundan istifadə etməsidir. Şəxsiyyətin cəmiyyət-
.
144
dən mütləq surətdə asılı olmaması fikrini təbliğ edənlər
belə hesab edirdilər ki, şəxsiyyətin cəmiyyətdən asılılığı-
nın qəbul edilməsi guya onun şəxsi məsuliyyətini aradan
qaldırır. Onların fikrincə, əgər insanın fəaliyyəti xarici
mühitlə şərtlənirsə, onda heç bir şəxsiyyət öz hərəkət və
davranışı üçün məsuliyyət daşımamalıdır. Əslində isə şəx-
siyyətin azadlığı onun məsuliyyət dərəcəsi ilə vəhdətdədir.
Şəxsiyyətin azadlıq dərəcəsi artdıqca onun öz fəaliyyəti
üçün məsuliyyəti də yüksəlir. Doğrudur, insanın fəaliyyəti
bütövlükdə obyektiv şəraitdən asılıdır, lakin insan öz ira-
dəsinə uyğun olaraq hərəkət edir. Məhz bunun nəticəsidir
ki, eyni şəraitdə müxtəlif insanların fəaliyyəti bir-birindən
fərqli ola bilir. İnsan obyektiv şəraiti nəzərə almaqla
mümkün olan müxtəlif variantlardan birini azad surətdə
seçərək, fəaliyyət göstərir. Bu zaman o, öz iradəsinə, dün-
yagörüşü və mənəviyyatına uyğun surətdə hərəkət edir.
Deməli, əgər şəxsiyyətin azadlığı onun mümkün olan
fəaliyyət növlərindən birini seçməsində təzahür edirsə,
onun məsuliyyəti həmin seçilmiş yolun qiymətləndirilmə-
sində, onun cəmiyyət üçün xeyirli və ya zərərli olduğunun
müəyyənləşdirilməsində ifadə olunur. Məsuliyyətli olmaq
öz hərəkətinin nəticələrini irəlicədən görmək, fəaliyyət
göstərərkən cəmiyyət qarşısında cavab verə biləcək motiv-
lərdən çıxış etmək deməkdir. Məsuliyyətlilik həm də şəx-
siyyətin əldən verdiyi imkanlar üçün cavabdehliyini
nəzərdə tutur.
Beləliklə, şəxsiyyətin azadlığı onun məsuliyyətin-
dən ayrılmazdır. Məsuliyyətsiz azadlıq özbaşınalığa gə-
tirib çıxarır. Bu müddəa yaşadığımız dövrdə, müstəqillik
şəraitində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bəzən
azadlığı mütləq mənada başa düşərək, onu məsuliyyətdən
Dostları ilə paylaş: |