Kuran’i dэnlemeyenler



Yüklə 437,21 Kb.
səhifə4/6
tarix14.04.2018
ölçüsü437,21 Kb.
#38242
1   2   3   4   5   6

... İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (cəhənnəm) odunun əzabına doğru sürükləyirsə, necə olsun? (Loğman surəsi, 20-21)




ŞEYTANIN İNSANLARI

QURANDAN UZAQLAŞDIRMAQ

ÜÇÜN VERDİYİ ƏMRLƏR



Kitabın əvvəlki hissələrində inkar edən insanların liderinin şeytan olduğundan bəhs etdik. Sonrakı hissələrdə də şeytanın inkar edən insanlara verdiyi əmrlərdən və bu əmrlərlə onları Qurandan necə uzaqlaşdırdığından bəhs edəcəyik. Ancaq əvvəl onu qeyd etmək lazımdır ki, şeytan yalnız öz firqəsinə təsir edə bilər.

Şeytanın səmimi qəlbdən Rəbbimizə yönələn, Onun əmr və tövsiyələrinə riayət edən, sadəcə Allahın rizasını qazanmaq üçün ixlasla yaxşılıq edən və hər etdiklərinin əvəzini axirətdə görəcəklərini bilən insanlar üzərində heç bir gücü yoxdur. Şeytan Allahın cəhənnəm üçün yaratdığı insanlar üzərində hakim olur. Məsələn, Allah bütün qadınlara təsəttür ibadətini fərz qılmışdır. Təsəttür qadını Allah qatında ucaltmağa, onu sıxıntıdan qurtarmağa səbəb olur. Təsəttürlə birlikdə əxlaq, davranış və hərəkətlər də Quran və sünnəyə uyğun olmalıdır. Şeytan bunu çətin göstərməyə çalışır. Ancaq mömin qadınlar təsəttürün fitrətlərinə uyğun olduğunu bilir və bu fərzi də lazımi qaydada tətbiq edirlər. Şeytanın doğru yoldan azdırmağa çalışdığı, qulağına fısıldadığı vəsvəsələr iman gətirənlərə təsir etməz. Allah bunu ayələrində belə bildirir:


Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)
Bir başqa ayədə şeytanın bu vəziyyəti belə xəbər verilir:
Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”. (İsra surəsi, 65)
Bu səbəbdən, Allah iman gətirənlərə Quranda "o şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)” şəklində buyurur. Şeytan müxtəlif yollarla insanın bir anlıq səhv etməsinə səbəb ola bilər, ancaq müsəlman səhv edəndə də, dərhal bunun fərqinə varar və tövbə edib Allaha sığınar. “Əraf” surəsində iman gətirənlərə belə bildirilir:
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 200-201)
Ancaq inkar edənlər şeytanın sözünü dinləməklə, onu özlərinə dost etmişlər. Şeytan onları qorxu, təhdid, dünya həyatına dair müxtəlif aldanışlar, vəsvəsələr və vədlərlə təsiri altına almışdır. Artıq onlar şeytanın firqəsinə, üsyankar ordusuna mənsubdurlar. Şeytanın sözləri onlar üçün bir təlimat və əmrdir. Yalnız onun sözünə itaət edirlər.

Şeytanın insanlara verdiyi ilk əmr isə Allahın varlığını inkar etmələridir. Allahın "şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir… (Həşr surəsi, 16)” şəklində bildirdiyi kimi o, insanlara Allahın varlığını inkar etmələrini söyləyir. Sonra əmrlər bir-birini təqib edir: Düşünmə! Dinləmə! Oxuma! Öyrənmə! Uzaqlaş! Yaxınlaşma və Qürurlan!…


Şeytanın əmri: “Düşünməyin”
Düşünmə qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan ancaq dərin düşünərək Allahın sonsuz gücünün, kainatdakı qüsursuz sənətinin fərqinə varır. Yalnız düşünən insan dünyada hər şeyin bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında müəyyən məsuliyyətlərinin olduğunu qavrayır. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allahın varlığının dəlillərini ancaq onların görə biləcəyi bildirilmişdir. Quranın nazil edilmə məqsədi “sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar! (Sad surəsi, 29)” ayəsində xəbər verildiyi kimi, insanların düşünüb dərk etmələri və ondan ibrət almalarıdır. Lakin insanların əksəriyyəti düşünməyi çətin iş kimi görür. Hətta bu insanlar düşünməyin həyat və nizamlarına zərər verəcəyinə inanırlar. Onların anlayışına görə, “ən böyük zərər” insana dünya həyatındakı məsuliyyətlərini xatırlatmaq, onu qəflət halından çıxarmaqdır. Çünki düşünməmək insan zehnini boşaldır və onu demək olar ki, yuxuya verir.

Bu yuxu sanki bir sehr kimi insana bütün məsuliyyətlərini, nə üçün var olduğunu, həyatdakı məqsədini, bir gün öləcəyini unutdurur. Bu yuxunun başqa növü isə insanların özlərini dünya həyatının gündəlik və təkrarlanan işlərinə qapdırmalarıdır. Bəlkə bu insanlar gün ərzində çox şey düşünür, qərar verir, yaxud da problem həll edirmiş kimi görünürlər. Amma, əslində, düşündükləri şeylər gündəlik təfərrüatdan başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının gəlib-keçici olduğu və hər canlının bir gün torpaq olacağı ilə əlaqədar deyil. Əzbərlənmiş, öyrədilmiş, qəliblənmiş hərəkətlər, söhbət və davranışlar insanların bütün həyatını o qədər örtür ki, onlar həyati əhəmiyyətə malik olan həqiqətlər üzərində düşünməyi lazım bilmirlər.

Bu insanlar özləri düşünməkdən qaçdıqları kimi, başqalarının verdiyi nəsihətlərdən də qaçırlar. Allaha iman gətirmələri, Onun rizası üçün yaşamaları və Quran ayələri üzərində düşünmələri barədə çağırışlardan üz çevirirlər.

Ancaq dünyada hər şey və hər varlıq bir məqsədlə yaradılmışdır. Allah kainatdakı hər şeyi insanın düşünməsi üçün yaratmışdır. Allah Quran ayələrində yeri, göyü və onların arasındakıları kimin daha gözəl davrandığını sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa həyatı boyu bütün etdikləri ilə sınanır. Onu yaradan və ölümündən sonra yenidən dirildib hesaba çəkən Allaha qarşısında məsuliyyəti var. Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və tətbiq etmək hər insanın borcudur. Allah buna “məgər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminun surəsi, 68)” ayəsi ilə diqqət çəkir.

Düşünən insan kainatdakı nizamın və qüsursuz dizayn nümunələrinin təsadüfən meydana gəlmədiyini, var olan hər şeyin bir yaradıcısının olduğunu anlayacaq. Ətrafındakı yaradılış möcüzələrini düşündükcə Allahın varlığının dəlillərini, Onun yaratdığı hikmətləri görərək Allaha təslim olacaq və yalnız Onun rizasını qazanmaq üçün yaşayacaq. Bu həqiqətin fərqinə varan şeytan insanların qəflət içində yaşamalarını, Allahın ayələrindən uzaq durmalarını, bunun üçün də düşünməmələrini istəyir. Allah şeytanın hədəfini bu şəkildə bildirir:

 

(İblis) dedi: “…Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm…” (Əraf surəsi, 16-17)

 

Şeytan bu hədəfinə nail olmaq üçün insanları qəflətə salan xüsusi mühitlər hazırlayır. Belə ki, insanların zəif yönlərindən istifadə edib planlar qurur, ssenarilər hazırlayır və bunları insan nəfsinin zövq alacağı hala gətirir. Dindən uzaq insanlar da belə mühitlərdə iman gətirənlərin əksinə, Allahı unudub qəflətə düşürlər.



Məsələn, əyləncə yerləri şeytanın bu planını rahat şəkildə həyata keçirməyə imkan verir. Çünki din əxlaqını yaşamayan insanlar belə yerlərdə heç nə düşünmədən vaxt keçirirlər. Bu məkanlarda dəyər verilən şeylər geyim, bijuteriya, xərclənən pul və ətrafındakı insanlardır. Yüksək səsli musiqi, dumanlı hava, yükək səsli söhbətlər və bağırtılar Allah qorxusu olmayan insanların diqqətini toplamayacağı və düşünməyəcəyi yerlər olur.

Əlbəttə, insanların əylənmələri, onlara maraqlı olan insanlarla söhbət etmələri gözəl nemətdir. Ancaq burada axirətin unudulduğu, Allahın adının anılmadığı məkanlardan söhbət gedir. Yaradılış məqsədini tamamilə unutmuş, Allah qorxusunu qəlbində hiss etməyən, əylənmək üçün deyil, buradakı qafil həyatı yaşamaq üçün vaxtını keçirən insanlar öyüd-nəsihət dinləməzlər. Bu yerlərdə vaxt keçirən insanların əsas məqsədi də budur: “hər şeyi unutmaq” və “düşünməmək”. Belə məkanlara “beynini boşaltmaq üçün” gələn insan 10 dəqiqə əvvəl ağlı başında olduğu halda, bir anda buradakı qarışıqlığı normal qəbul etməyə başlayır. “Çılğın şəkildə əylənmək üçün” hər cür əxlaqsızlığı normal qarşılayır. Halbuki bu cür yerlərdə qab-qacaq qırmaq, stolu çevrimək, salfetləri atmaq, pencək yandırmaq, pis sözlərlə insanlara sataşmaq, təhdidlər, mübahisələr baş verir.

Bu cür yerlərdə Allah qorxusu olmayan insanların faydalı düşünməsi qeyri-mümkündür. Nəzarətdən çıxmış, şiddət və əxlaqsızlığın təşviq edildiyi məkan burada olan insanların tamamilə şeytanın təlqinlərinə tabe olmasına zəmin yaradır. Beləliklə, şeytan insanları “düşünməyin!” əmrinə itaət etdirir. Allah “onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver... (İsra surəsi, 64)” ayəsi ilə şeytanın bu üsuluna diqqət çəkmişdir.

İnsanların qəflət içində yaşadıqları bu həyat sadəcə əyləncə məkanları ilə məhdudlaşmır. Bağırtı, gurultu, insanların Allahın ayələrini düşünməkdən uzaqlaşdırıldıqları hər məkan şeytanın yuxarıda bəhs etdiyimiz planının bir hissəsidir. Futbol matçlarında tribunaları, konsertlərdə stadionları dolduran izdihamın meydana gətirdiyi mühitdə də şeytan eyni vasitələrlə insanları düşünməkdən uzaqlaşdırır. Bir çox insan belə yerlərdə əylənmək, maraqlı oyun seyr etmək və ya gözəl səs dinləmək üçün deyil, insanlara bağırmaq, mübahisə etmək, qısaca desək, hər cür çirkin davranışı göstərmək üçün gəlir. Üstəlik belə yerlərdə bir-iki insan deyil, minlərlə, on minlərlə insandan ibarət izdiham bir-birinə təsir edir və kütləvi surətdə qəflətə düşürlər.

Belə məkanda bir çox insan Allahın onu hər yöndən əhatə etdiyini, hər an ölüm mələkləri ilə qarşılaşacağını ağlına belə gətirmir.

Qəflətə qapılıb həqiqətlərdən qaçan insan ölüm mələklərini gözləmədiyi anda qarşısında gördüyündə isə gec olacaq. Çünki o, həyatını boş əməllərlə, çirkin davranışlarla keçirmiş və Quran ayələrini düşünməkdən qaçmışdır. Düşünməmək üçün müxtəlif üsullara əl atmış, şeytanın oyunlarına aldanmışdır. Halbuki ölümü, həyatın keçiciliyini, Allah qarşısında məsuliyyətlərini düşünən insanın belə qafil halı qəbul etməsi mümkün deyil. Allahın hər an canını alacağını bilən, ölümün nə qədər yaxın olduğunun fərqində olan, ağzından çıxan hər sözdən, ağlından keçən hər düşüncədən və etdiyi hər hərəkətdən hesaba çəkiləcəyinin şüurunda olan insan hansı mühitdə olursa-olsun bunu unutmaz, ağlından çıxarmaz və qəflətə qapılmaz.

Unutmaq olmaz ki, bir məkanda Quran əxlaqına uyğun şəkildə əylənməyin yerinə həddini aşan bir adama da, buna təşviq edənlərə də ölüm eyni yaxınlıqdadır. Bəlkə də həmin insan çölə çıxar-çıxmaz ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi bir anda Allahın hüzurunda hesaba çəkiləcəkdir.

Ölüm insana bu qədər yaxın olduğu halda, insanın qəflət içində yaşaması, əyləci sıradan çıxmış yük maşınının sürətlə üstünə gəldiyini görüb onu vuracağını bildiyi halda, maşının qarşısından çəkilməyən insanın vəziyyətinə bənzəyir. İnsan ömrü boyu belə yaşasa da, ölüm mələkləri canını alarkən bütün yaşadıqlarını arxada qoyacaq. Əgər insan vaxtını Allahın varlığından qafil halda keçirmişsə, o gün cahiliyyə cəmiyyətlərində “həyatını doya-doya yaşamaq” şəklində ifadə edilən bu həyatın ona itkidən başqa bir şey vermədiyini dərk edəcək. Allahı və hesab gününü unutduğu üçün peşman olacaq. Allah Quranda inkarçıların qəflətdə ikən onlara verilən öyüd-nəsihətlərə olan reaksiyalarını belə bildirmişdir:


İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; qəlbləri qəflət içində olaraq...“ (Ənbiya surəsi, 1-3)

.

"Düşünmək insana zərər verir"


Cahiliyyə cəmiyyətində "düşünmək insana zərər verir" kimi batil düşüncə tərzi mövcuddur. Bu, böyük səhvdir. Əslində, bu, insanların Allahın ayələri üzərində düşünmələrinin qarşısını almaq üçün şeytanın taktikalarından biridir. Şeytan insanlara düşünərkən çətinlik çəkəcəklərini, yorulacaqlarını təlqin edərək onları Qurandan uzaqlaşdırır. Hətta cahiliyyə cəmiyyətində çox düşünməyin insanı dəli edəcəyinə inanırlar. Bu inanc şeytanın digər oyunları kimi aldadıcıdır. Əksinə, insan düşünmədiyi zaman ağılsızlığından əziyyət çəkir.

Eyni zamanda, insanların bir çoxu ölüm, axirət kimi mövzular barəsində düşünməyin də məsuliyyətlərini xatırladacağını bildiklərindən, bu mövzuları da düşünmürlər. Bu baxımdan, düşünməmək insanların özlərini aldatmaq və həqiqətləri görməməzliyə vurmaq üçün istifadə etdikləri vasitələrdən biridir. Ancaq düşünmədiklərində məsuliyyətlərinin aradan qalxması kimi fikir yanlışdır. İnsan istəsə də, istəməsə də, düşünsə də, düşünməsə də, məsuliyyətləri azalmaz. Çünki Allah hər kəsi iman gətirməklə və Quran əxlaqını yaşamaqla məsul tutmuşdur. Hər insan dünya həyatında sınanır və əvvəl-axır görməməzliyə vurduğu həqiqətlə üz-üzə gələcək.

Düşünməməyin nəticələrindən biri də bu insanların ətraflarında baş verən hadisələrdən və ya öz başlarına gələn hadisələrdən ibrət almamalarıdır. Allahın insanların düşünüb davranışlarını düzəltmələri üçün yaratdığı hadisələr bu insanların dəyişməsinə səbəb olmaz. Dünyada hər an meydana gələn hadisələrin təsadüf olduğuna özlərini inandıraraq yaşadıqları ibrətverici hadisələrin hikmətlərini təqdir etməzlər. Allah inkarçıların bu xüsusiyyətindən belə bəhs edir:
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tovbə surəsi, 126)
Halbuki böyük fəlakətlər, dünya həyatındakı bəlalar və sıxıntılar insanları düşünməyə sövq edən hadisələrdir. Lakin inkarçılar bu hadisələri mübahisə mövzusu edir, hadisələrin təsadüfən olduğunu dilə gətirir və bu minvalla düşünməkdən qaçırlar. Allahın Quranda bildirdiyi kimi: "...atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi... (Əraf surəsi, 95)”, -deyər və qəflətdə yaşamağa davam edərlər. Hər bəlanı və fəlakəti təsadüflərlə, təbii səbəblərlə izah etməyə çalışır, bunun bir xatırlatma olduğunu unutmağa, düşünməməyə çalışırlar. Başlarına gələn fəlakətləri anlamazlıqdan gəlir, "təsadüflərin yanlışlığı, böyük bir təbii fəlakət, belə olması gözlənilirdi, hər yerdə belə hadisələr olur, bəxtim gətirmədi", -deyərək izah etməyə çalışırlar. "Bu, Allahın bizə xəbərdarlığıdır", -deməz, bunu ehtimal belə etməzlər. Bu da şeytanın bir taktikasıdır.

Dünyada insanın başına gələn hər fəlakət, bəla, sıxıntı, yaxud axirətdəki əzabı xatırladan hər hansı bir hadisə Allahın insanlara lütf olaraq verdiyi fürsətlərdir. Allah dünya həyatındakı bu sıxıntıların şiddətini müəyyən dərəcədə saxlayaraq, insanların Ondan qorxmaları və bu hadisələrdən ibrət alaraq davranışlarını düzəltmələrini istəyir. Bir ayədə Allah dünyəvi əzabların hikmətini belə bildirir:


Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?... (Səcdə surəsi, 21-22)
Allah bu yolla insanlara ölümün yaxın olduğunu, insanın hər hərəkətindən məsuliyyət daşıdığını, dolayısilə, əmr və qadağalarına riayət etməyə borclu olduğunu xatırladır. Ancaq inkarçılar qürurları ucbatından bütün xatırlatmalara əyləncə kimi baxır və inkarlarını daha da artırırlar. Onlara Allahın əzabından qorxmalarını, Allahın ayələrinə tabe olmağı xatırladan elçilərə "əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq? (Mülk surəsi, 25)” şəklində meydan oxuyan cavablar verirlər. Ya da "bu həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil. (Muminun surəsi, 83)” kimi ifadələr işlədərək çirkin cəsarət göstərirlər. Allah “Əraf” surəsinin 95-ci ayəsində çirkin davranışlarının əvəzində bu insanların "özlərinin də hiss etmədən qəflətən yaxalandıqlarını" və böyük əzaba layiq olduqlarını xəbər verir. “Ali-İmran” surəsi insanları o çətin gün barəsində düşünməyə sövq edir:
O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına şəfqətlidir”. (Ali-İmran surəsi, 30)
Şeytanın əmri: "Yaradılış dəlillərini

görməməzliyə vurun"
Kainatdakı hər detal, təbiətdəki və canlılardakı qüsursuz sistemlər çox mükəmməl quruluşa malikdir. Kainatın böyüyündən kiçiyinə qədər hansı hissəsini araşdırsaq, hər birinin şüurlu yaradılış dəlillərini ortaya qoyduğunu görərik. Əsla səhv etməyən bir quruluşa malik olan və orbitlərində firlanan göy cisimlərindən atmosferdəki qazların nisbətinə, insanın yaşaması üçün xüsusi şəkildə yaradılmış bədəndən, hüceyrə, zülal, DNT, atom kimi ən kiçik hissələrə qədər saymaqla bitməyən detal var. Bütün bunlar mükəmməl şəkildə var edilmişdir və qüsursuz şəkildə varlığını davam etdirir.

Ancaq inkarçılar Allahın varlığına və tək olduğuna dair saysız dəlili görməməzliyə vurur, canlıların varlığını təsadüflərlə izah etməyə çalışırlar. İnsanın bədənindəki qüsursuz sistemi, təbiətdəki canlıların yaradılış möcüzələrini, gilasın, çiyələyin, portağalın dadını, qızılgülün qoxusunu, qüsursuz görünüşünü, ulduzların, ayın, günəşin bənzərsiz xüsusiyyətlərini təsadüflərə bağlayır, yaradılış həqiqətini inkar etmək üçün hər vasitəyə əl atırlar. Bu insanlar kainatdakı hər detalın milyonlarla il baş verən təsadüf nəticəsində şüursuz atomların bir yerə yığılması ilə meydana gəldiyini iddia edirlər. Bu mövzuda qarşımızdakı nümunələr təkamül nəzəriyyəsini kor-koranə müdafiə edib bizi əhatə edən milyonlarla yaradılış dəlilini görməməzliyə vuran takümülçü elm adamlarına məxsusdur.

Hüceyrənin varlığından belə xəbəri olmayan XIX əsrdə yaşayan Çarlz Darvin adlı həvəskar bioloq tərəfindən ortaya atılan bu nəzəriyyə dövrümüzün elmi inkişafı qarşısında böyük məğlubiyyətə uğramışdır. Ancaq bu nəzəriyyənin vacib xüsusiyyəti dini inkar edən materialist ideologiyaya elmi don geydirmək olmuşdur. Bu səbəbdən də təkamül nəzəriyyəsi (elmi cəhətdən məğlubiyyətə uğramasına baxmayaraq) materialist elm adamları tərəfindən hələ də yaşadılmağa çalışılır. Bu elm adamları yaradılış həqiqətini inkar etmək üçün elmi həqiqətlərdən qaçır, dəlillərə etibar etmirlər. Onları ən çox narahat edən şey isə yaradılış həqiqətinin dəlillərlə ortaya qoyulması və təkamül nəzəriyyəsinin qüsur və xətalarının elmi qaynaqlarla sübut edilməsidir. Təkamülçü elm adamlarının təkamül nəzəriyyəsinə bağlılıqları artıq elmi yanaşmadan uzaqlaşmış, kor-koranə bağlılıq halına gəlmişdir.

Quranda Allahın varlığının dəlilləri gətirildiyi halda, atalarının dininə olan bağlılıqları ucbatından inkarda israr edən qövmlər nümunə verilmişdir. Bütün dəlillərə baxmayaraq, inanmamaqda israr etmək inkarçıların ortaq xüsusiyyətidir. Allah Quranda inkarçıların bu yönlərini bir çox ayə ilə xəbər verir:


Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda, (onlara) inanma­­dıqlarına görə məhv etdik... (Yunus surəsi, 13)
Hal-hazırda yaradılışı inkar edənlərlər də yuxarıdakı ayədə xəbər verilən nəsillər kimi iman etməməkdə israr edirlər. Bu insanlar açıq-aşkar dəlillərə baxmayaraq, kainatın və bütün canlıların təsadüfən yarandığını, bu dünyada heç kimin qarşısında məsuliyyət daşımadıqlarını iddia edir və Qurandan üz çevirirlər. İmanlı insanlar ətrafdakı hər yaradılış dəlilini heyranlıqla və diqqətlə izləyərkən, Allahın yaradılışındakı ehtişam qarşısında hər gün heyranlıqlarını qat-qat artırarkən, digərləri bu dəlilləri görməyəcək qədər korlaşmışlar. Bu, insanların vicdanlarının korlaşmasının və Allahın haqq kitabından uzaqlaşmalarının nəticəsidir.

İnsanların həqiqətləri görməməzlikdən gəlməsinin səbəbi isə onların inkar etmələri üçün ciddi səy göstərən şeytandır.

Quranda "kim mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 36-37)” ayələrində bildirildiyi kimi, şeytan bu insanları doğru yoldan azdırır. Allahın qüsursuz plan və dizaynı hər yeri əhatə etmişkən, şeytan inkar edənləri həqiqətlərdən uzaqlaşdırır, dünyəvi işlərlə məşğul edir və onların bu dəlilləri görməməzlikdən gəlmələrinə səbəb olur.

Şeytanın tələsinə düşən insanlar onlara haqqı söyləyən insanlara şiddətlə etiraz edirlər. Bu vəziyyət onların iman gətirənlərə qəzəblənmələrinə, kin və nifrət bəsləmələrinə gətirib çıxarır. İnkarçıların Allahın varlığına dair dəlillərin göstərilməsindən və izah edilməsindən keçirdikləri narahatlıq hissini Allah bir ayədə belə bildirir:


... Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq...". (İbrahim surəsi, 9)
Qeyd etmək lazımdır ki, inkar edənlər həqiqətləri, yəni Allahın varlığına dair dəlilləri və Quranın haqq kitab olduğunu qəsdən görməməzlikdən gəlirlər. Bu insanlar həqiqəti bilə-bilə inkar edir, düşünmək istəmirlər. Allahın "…halbuki onlardan bir zümrə var idi ki, Allahın sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)” ayəsində bildirdiyi kimi, bilirlər, amma inkar edirlər. Çünki yaradılış həqiqətini dərk etmək, Allahın bənzərsiz sənətini təqdir etmək üçün çox düşünməyə, saatlarla araşdırmağa, oxumağa gərək yoxdur. İnsan vicdanının səsini dinləyib, səmimi qəlblə bir az diqqət sərf etsə, bir neçə saniyə düşündüyü zaman yaradılış həqiqətini inkar edə bilməyəcək. İnsan vicdanının səsini dinləməli və şeytanın vəsvəsələrinə qarşı diqqətli olmalıdır.
Şeytanın əmri: lovğalanın
Allahın ayələrinə iman gətirməyənlərin, Onun əmr və qadağalarına itaət etməyənlərin ortaq xüsusiyyətlərindən biri də təkəbbürdür. Şeytan insanlara lovğalanma hissi verərək insanları Allaha təslim olmağa, Quran ayələrini dinləməyə qoymur.

Allahın "ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)” ayəsində bildirdiyi kimi, insanlar qürurları səbəbindən ayələrdən üz çevirirlər.

Şeytan insanlara lovğalanma hissini verərək hər şeyi yalnız özünün doğru şəkildə bildiyinə inandırır. Bu səbəbdən, insan ətrafındakıların xatırlatmalarına, tövsiyə və tənqidlərinə qürur və istehza ilə cavab verir. Heç kimi və heç nəyi yol göstərici qəbul etmədiyi kimi, sadəcə öz imanından vaz keçməmək üçün yanlış olduğunu gördüyü şeylərdən belə vaz keçməz. Öz fikrinin yanlış olduğundan, xətalı yönlərinin olduğundan bir az şübhələnsə, doğrunu görə bilər. Lakin inadkar, sabit fikirli xarakter göstərir. Bu səbəbdən, özünə edilən dəvəti səmimiyyətlə dəyərləndirmir, səhv anlayır, iman gətirənlərin bu dəvətlə onlardan üstün olmaq istədiyini düşünərək özlərini aldadırlar. İman gətirənlərin heç bir qarşılıq gözləmədən, sadəcə Allahın rizası üçün insanlara Quran əxlaqını izah etdiklərinə inanmaq istəmirlər. İnkarçıların bu qənaətinə keçmiş qövmlərin zadəganları ilə əlaqəli bir ayədə belə diqqət çəkilir:
Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik”. (Muminun surəsi, 24)
Ancaq unutmaq olmaz ki, qürur və təkəbbürün insana qazandırdığı zərər çox böyükdür. Boş qürur savaşı aparan inkarçılar doğrunu yanlışdan ayırmaq və etdikləri səhv hərəklətlərdən dönmək, özlərini islah etmək kimi fürsəti itirirlər. Səhv etdiklərini əsla qəbul etmədikləri üçün özlərini inkişaf etdirə bilmirlər. Çünki bütün yolları əvvəlcədən bağlamışlar. Xəbərdarlıqların öz lehlərinə olduğunu belə düşünməzlər. Öz fikirlərinin, düşüncələrinin və inanclarının doğru olduğuna o qədər əmin olurlar ki, kiminsə onlardan ağıllı olduğunu ehtimal belə etməzlər. Allah qürurun insanı necə üsyana sürüklədiyini bir ayəsində belə xəbər verir:
Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər… (Bəqərə surəsi, 206)
Keçmişdə firon da hz. Musanın peyğəmbərlik məqamını və onun Allaha boyun əymək təklifini qüruruna sığışdırmamış və özünün güc və maddi imkan baxımından daha üstün olduğunu düşünmüşdür. Qürurlanaraq Allaha üsyan etmiş, ona izah edilənləri dinləməmiş, lovğalandığından Allahın ayələrindən üz çevirmişdir. Eynilə, qövmünə də Allahın ayələrindən üz çevirmək üçün təzyiq göstərmişdir. “Taha” surəsində fironun qövmünə bu cür səsləndiyi bildirilir:
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” (Taha surəsi, 71)
Təkəbbüründən qaynaqlanan zorakılığı və zülmü ilə tanınan Firon da bu baxımdan tamamilə şeytanın təsiri altına düşən, onun əmrlərinə tabe olan şəxs idi. Onun bu azğın xarakterini Allah "özünü yüksək tutan və həddi aşanlardan idi. (Duxan surəsi, 31)” ayəsi ilə xəbər vermişdir.

İnsana bu əxlaqı əmr edən şeytandır. Ancaq şeytan insanların "lovğalanın!" şəklindəki əmrinə itaət etmələrini yetərli görməz. Onun istəyi insanları da özü ilə birlikdə Allaha qarşı üsyan etdirməkdir. Bir ayədə Allah şeytanın əsl hədəfini belə xəbər verir:


(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. (Hicr surəsi, 39)
Şeytan bu istəyinə nail olmaq üçün üsyan etməyi iman etməyənlərin gözündə gözəl göstərməyə çalışır. Bu səbəbdən, inkarçılar özlərini Allahın əmr və qadağalarına tabe olmağa çağıran möminlərə qarşı da çox üsyankar davranır və məlumatlarının az ola bildiyini ehtimal belə etmirlər. Onlar Quran ayələrini dinləməz, lovğalanaraq üz çevirərlər. Quranda Allah hz. Musanın təbliğinə fironun əzəmətlə cavab verməsindən belə bəhs edir: 
(Musa) ən böyük möcüzəni (Firona) göstərdi. O isə yalan sayıb üsyankar olduğunu göstərdi. Sonra da üz döndərib (fəsad törətməyə) girişdi. O, (camaatını) toplayıb dedi: “Sizin ən uca rəbbiniz mənəm!” (Naziat surəsi, 20-24)
Qısaca desək, inkarçılar özlərinin hərtərəfli üstün olduqlarına inanmaq istəyirlər. Fironun misalından da göründüyü kimi, özlərinin aciz qul olduğunu qəbul etməyi qürurlarına sığışdırmazlar. Tərk edə bilmədikləri qürur onları üsyana sürükləyər. Hətta "möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə... Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər... (Nəml surəsi, 13-14)” ayələrində olduğu kimi, Allahın varlığını dəlilləri ilə görsələr belə, şeytanın təsiri ilə inkarlarında israr edərlər. Şübhəsiz, dünyada Allaha qarşı baş qaldıraraq şeytanın əmrlərinə uyanlar bunun əvəzini axirətdə ödəyəcəklər:
Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər... (Əraf surəsi, 36-37)
Şeytanın əmri: dinləməyin
Şeytan doğrunun və yaxşının hiss edilməsinin tərəfdarı deyil. Çünki Quranı eşidən və dinləyən insan vicdanının səsinə tabe olaraq yaxşıların yanına keçə bilər, haqqı tətbiq etməyə, yaşamağa və yaşatmağa başlaya bilər. Məhz bu səbəbdən, şeytan tərəfdarlarını ilk növbədə Qurandan, dolayısilə də Quranı təbliğ edən müsəlmanlardan uzaqlaşdırmağa çalışır. Allah insanları gözəl və doğru olanı etməyə, Allahın razılığını qazanaraq nemət içində yaşamağa dəvət edərkən insanların çoxu şeytanın əmrlərinə tabe olaraq izah edilənləri eşitməmək üşün əllərindən gələni edirlər. Allah "kafirlər: “Bu Qurana qulaq asmayın, (oxunarkən) hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər. (Fussilət surəsi, 26)” ayəsi ilə bu insanların necə münasibət göstərdiklərini bildirilmişdir.

İnkar edənlər Quranı dinləməmək üçün müxtəlif vasitələrə əl atır, yüksək səslə danışaraq üstün gəlməyə çalışır, təcavüzkar üslubla ayələrin oxunmasının qarşısını almağa çalışırlar. Bu vasitələr işə yaramadığında iman gətirənləri susdurmaq üçün şiddətə, təhdidə və başqa təzyiq üsullarına baş vururlar. Bu hərəkətlərinin səbəbi isə eşitdikləri həqiqətlərdən təsirlənəcəklərindən, vicdanlarının oyanacağından və bəzi düşüncələrinin nə qədər səhv olduğunu dərk edəcəklərindən qorxmalarıdır. Bu qorxularını onların üz ifadələrindən, davranışlarından, Quran ayələri oxunarkən və yaradılış həqiqəti izah edilərkən panikaya düşmələrindən anlamaq mümkündür.

Quranda insanlara rəhmət və müjdə olan, onların dünya və axirət həyatlarını xilas edə bilən məlumatların olmasına baxmayaraq, inkarçıların haqqı dinləməkdən qaçacaqlarını bildirən ayələrdən bir neçəsi belədir:
"Ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, (anlaya) bilən camaat üçün bir Kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. (Fussilət surəsi, 3-4)
Onlara: “Önünüzlə olan və arxanızca gələndən qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər). Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər. (Yasin surəsi, 45-46)
Quranda bu mövzuda hz. Nuhun qövmü nümunə verilmişdir. Qövmlərinə Allahı tək İlah etmələrini, gözəl əxlaqı yaşamalarını nəsihət edən bütün peyğəmbərlər kimi, hz. Nuh da qövmünün inkarı ilə qarşılaşmışdır:
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə, mən hər dəfə onları dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər”. (Nuh surəsi, 5-7)
Ayədə də bildirildiyi kimi, hz. Nuh qövmünü müxtəlif yollarla Allaha iman gətirməyə dəvət etmiş, ancaq qövmü onu dinləməmişdir. Burada vacib məqamı vurğulamaq lazımdır. Elçilərin bu dəvətlərindən üz çevirənlər və Allahın vəhyini dinləməmək üçün qulaqlarını tıxayanlar bunu şeytanın güclü təlqini ilə edirlər. Çünki inkar edənlər bir kəlmə belə dinləmədən, elçilərə endirilən müqəddəs kitabları oxumadan izah edilənlərə qarşı çıxırlar. Allah “Kəhf” surəsinin 101-ci ayəsində inkarçıların Quranı dinləməyə dözə bilmədiklərini bildirir. Bu insanlar: "Dinləsəm də, vaz keçməyəcəm", -deyərək əvvəldən üz çevirirlər.

Halbuki belə vəziyyətdə məntiqli davranmaq, yəni dəvəti dinləmək, izah edilənlər barədə ətraflı məlumat toplamaq, Allahın haqq kitabını diqqətli şəkildə oxumaq lazımdır. Ancaq inkar edənlər şeytanın "dinləməyin!" əmrinə tabe olur və əvvəldən üz çevirirlər. Çünki şeytan çox yaxşı bilir ki, əgər insanlar Quranı səmimi şəkildə dinləsələr, qəflətdən xilas olacaq və açıq şüurla Quranda bildirilən həqiqətlərin fərqinə varacaqlar. Məhz bu səbəbdən, şeytan insanların Quranı dinləmələrinin qarşısını almağa çalışır.

Onun bu tələsinə düşüb, Quranı dinləməmək üçün qulaqlarını tıxayanlar bilməlidirlər ki, hesab günü kitabları sol əllərinə verildiyində çox böyük peşmançılıq hissi keçirəcəklər. O gün şeytanın firqəsinin istədiyi yeganə şey ölüm olacaqdır:
Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin! Sonra da cəhənnəmə atın! Çünki o, böyük Allaha iman gətirmirdi, və kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bu gün burada onun üçün bir dost tapılmaz. Qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər”. (Haqqə surəsi, 25-37)
Şeytanın əmri: "İman gətirənlərə yaxınlaşmayın,

uzaqlaşın"
Şeytanın insanların Quranda izah edilənləri dinləmələrinə, oxuyub öyrənmələrinə mane olmaq üçün verdiyi başqa bir əmr ''yaxınlaşmayın, uzaqlaşın'' şəklindədir. Bunun üçün özünə tabe olanları Quranı oxuyan, tətbiq edən və Qurana dəvət edən insanlardan uzaqlaşdırmağa çalışır. Çünki iman gətirənlər Allaha olan güclü təslimiyyətləri sayəsində hər hərəkət, davranış və söhbətlərində insanlara Allahı xatırladır, gözəl əxlaqları ilə ətraflarında müsbət aura yaradırlar. Möminlərlə birlikdə olan insanlar istəsələr də, istəməsələr də onlardan təsirlənir və qəlbləri İslama isinir. Bu isə şeytanın istəmədiyi bir şeydir. Bu səbəbdən də, inkar edənlərə iman gətirənlərdən uzaqlaşmalarını, onlarla münasibət qurmamalarını əmr edər. Hətta iman gətirənlərə qarşı istehzalı münasibət göstərmələrini istəyər, çünki bununla aralarında isti münasibətin yaranmasının qarşısını ala bilər.

Şeytanın güçlü təlqini sayəsində inkar edənlər Allaha iman gətirənlərdən uzaqlaşmağa səy göstərirlər. Bir insanın iman gətirdiyini, Allah üçün yaşadığını bilmələri inkarçıların bu insandan uzaqlaşmaları, ya da ona qarşı kin bəsləmələri üçün yetərli olur. Çünki möminlər xatırlatdıqları həqiqətlər sayəsində inkarçıların din əxlaqından uzaq yaşadıqları həyat üçün mənəvi cəhətdən təhlükəlidirlər. Quranda inkarçıların Allahın ayələrini zikr edən və ya xatırladan möminlərə qarşı münasibətləri bu şəkildə izah edilir:


Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: “O divanədir!” – deyirlər. Halbuki bu aləmlərə ancaq bir öyüd-nəsihətdir! (Qələm surəsi, 51-52)
Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar… (Həcc surəsi, 72)
Ayələrdə inkar edənlərin iman gətirənlərə olan kinləri, düşmənçiliyi izah edilir və bunun yeganə səbəbi də Allahın ayələrinin oxunması olduğu bildirilir.

İnkarçıların məqsədlərindən biri də özləri kimi digər insanları da din əxlaqından uzaqlaşdırmaq, doğru yoldan sapdırmaqdır. Bu səbəbdən, iman gətirənlərə qarşı simpatiya bəsləyən, onlarla görüşmək və fikirlərini dinləmək istəyən insanların qarşısını almaq üçün əllərindən gələni edir, uzaqlaşdırmaq üçün səy göstərirlər. Beləliklə, Allahı və Onun ayələrini xatırladan, ölümün yaxın olduğunu düşünmələrini söyləyən, hesab günü ilə xəbərdar edən və vicdanlarını oyadan insanların ətrafında olmasının qarşısını alırlar. Hər kəsin özləri kimi Quran ayələrindən qaçaraq yaradılış məqsədini düşünmədən yaşamaları isə daha asan olacaq.

İnkarçıların hədəfləri iftiralarla, təzyiqlə iman gətirənləri cəmiyyətdən uzaqlaşdırmaq, bütün əlaqələrini kəsməkdir. Çünki bu, onların insanları haqqa dəvət etmələrinin qarşısını alan ən təsirli vasitədir. Bu barədə Quranda verilən nümunələrdən biri Kəhf əhlidir.

İman gətirən bir qrup gənc inkarçı qövmlərin təzyiqi nəticəsində bir mağaraya sığınmaq məcburiyyətində qalmışdılar. “Kəhf” surəsində bu insanlarla əlaqədar belə bildirilir:


Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr) danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. (Cavanlardan biri o birilərinə )(dedi:) “Bizim bu xalqımız Allahdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 14-16)
İnkar edənlər tarixən peyğəmbərlərin də cəmiyyət tərəfindən dəstəklənməmələri üçün müxtəlif iftira və təzyiqlərə əl atmışlar. Bu iftiraların səbəbi insanların onlardan qaçmalarını, uzaqlaşmalarını təmin etməkdir. Ancaq inkarçılar (Hz. Nuhun qövmündə olduğu kimi) etdiklərindən yalnız özləri ziyan çəkəcəklər:
Onlar həm haqqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər. (Ənam surəsi, 26)

Şeytanın əmri: Quran əxlaqından bəhs edən

kitabları oxumayın, oxutmayın
Tarix boyu inkarçılar insanların iman gətirmələrinə mane olmaq, iman gətirənləri isə bu yoldan döndərmək üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Bu vasitələrdən biri və ən başlıcası insanları din əxlaqı mövzusunda məlumatlandıran, gözəl əxlaqı öyrədən kitablardan uzaqlaşdırmaq olmuşdur. Bu məqsədlə saysız-hesabsız kitab yandırmış, çap edilməsinin və yayılmasının qarşısı alınmışdır. Xüsusilə, dövrümüzdəki kommunist və materialist sistem insanlara Allahın varlığının dəlillərini göstərməyi hədəfləyən və Quran əxlaqından bəhs edən kitabların oxunmasına, oxudulmasına təzyiqlərlə, sui-qəsdlərlə, iftiralarla mane olmağa çalışmışdır.

Yaradılış həqiqətini və Quran həqiqətlərini izah edən kitabların qəsdən zərərli və elmdən uzaq olduğunu qələmə verərək, insanları Allaha iman gətirməyə dəvət edən insanların cəmiyyətdəki nüfuzunu zədələməyə çalışmışlar.

Əslində, bütün bunlar şeytanın insanların Allahı inkar etmələri üçün uyğun zəmin hazırlamaq məqsədilə apardığı siyasətdir. Bir qisim din əxlaqından uzaq insanlar şeytanın insanların oxuyub-öyrənmələrinə, mühakimə edib həqiqətləri bilmələrinə mane olma yönündəki hədəfinə vasitəçi olurlar. Bu siyasət Rusiya, Çin kimi kommunist ölkələrdə açıq şəkildə tətbiq edilərkən, materialist həyat anlayışına sahib idarəçilər də buna təşviq edilmişdir. Kommunist Rusiyanın müsəlman-türk dövlətlərində əlifbanı dəyişdirməsi, sonra bütün kitab nəşrlərini nəzarət altına almasının səbəblərindən biri də insanların dinlərini öyrənmələrinə mane olmaq, dolayısilə mənliklərini itirmələrini təşkil etməkdir. Eynilə Çin dövləti də Şərqi Türküstan xalqının müsəlman mənliyini itirməsi üçün Quran və Qurandan bəhs edən kitablar oxunmasına qadağa qoyması buna misal ola bilər.

Nəticədə inkarçılar yaradılışa dair kitabları başqalarına oxutmadıqları kimi, özləri də oxumazlar. Çünki Allahı və din əxlaqını izah edən əsərləri oxuduqları zaman öz fəlsəfələrindən şübhəyə düşməkdən, müdafiə etdikləri fikirlərə olan inanclarını itirməkdən qorxurlar. Bu səbəbdən, kommunistlərin lideri Leninin illər əvvəl "insan özünü dinə həsr etməmək üçün dindən uzaq durmalıdır" yönündə verdiyi nəsihətləri ondan sonra gələn inkarçılar da bir-birlərinə vəsiyyət edərək tətbiq etmişlər.

Həyatlarını dinsiz fəlsəfə üzərində quran bu insanlar üçün Allahın varlığını və hər şeyi Onun yaratdığını qəbul etmək kabusa çevrilmişdir. Bu səbəbdən, əvvəlki qövmlər kimi Allaha təslim olmaqdan qaçır, Allahın lütf olaraq onlara göndərdiyi haqq kitabdan faydalanmırlar. Ancaq bu qaçış onlara zərərdən başqa heç nə verməyəcək.
Şeytanın əmri: lağ edin
İnkarçıların Quranı dinləməmək üçün ən çox istifadə etdikləri vasitələrdən biri Allahın ayələrinə və möminlərə istehza etmələridir. Allah inkarçıların bir-birlərinə vəsiyyət etdikləri bu əxlaq pozuqluğunu bir ayəsində belə bildirir:
Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər. Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. (Ənam surəsi, 4-5)
Bir başqa ayədə isə bu şəkildə bildirilir:
(Musa) dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər. (Zuxruf surəsi, 47)
İstehza etmələrinin səbəbi isə izah edilənləri dinləmək istəməmələridir. Çünki bu həqiqətlərə qulaq asanda vicdanları oyanır, axirətin varlığının, ölümün və dünya həyatındakı məsuliyyətin ağıllarına gələcəyindən qorxurlar. Bu səbəbdən, Allahın elçiləri vasitəsilə endirdiyi dinlərə lağ etmək məqsədilə bu mövzuda fikirlərinə görə karikaturalar çəkir, istehzalı yazılar yazır, bununla nəşələnməyə və Quranda bildirilən həqiqətləri unutmağa çalışırlar.

İnkar edənlərin bu üslubu şeytanın firqəsində bir-birlərinə qarşı dərin hörmət və heyranlıq meydana gətirir. İstehza etməyi bir üstünlük kimi gördüklərindən, bunu edən insana hörmət edirlər. Etdiklərinə görə iman gətirənlərin zərər görəcəklərini və mənəvi cəhətdən çökmələrini düşünmələri isə böyük səhvdir. İnananların bu vəziyyətə baxış prizmasını anlamazlar. Çünki onlar istehzanı güc göstərişi və üstünlük kimi qavrayırlar. Halbuki istehza çarəsizliyin və gücsüzlüyün əlamətidir. İstehza fikri açıqlaması olmayan, qarşısındakı fikrə qarşı dəlil gətirə bilməyən insanların bu zəifliklərini və komplekslərini gizlətmək üçün istifadə etdikləri vasitədir. Quranda bu mövzuya xüsusilə diqqət çəkildiyi üçün istehzanın dinə inanmayanların inananlara qarşı istifadə etdiyi vasitə olduğunu bilən müsəlmanlar bu davranışı ibadət həzzi ilə qarşılayarlar. Lakin lağ edən şəxs bunu bilmədiyi üçün etdiyi hərəkətin təsirli olduğunu düşünür. Eyni hərəkət özünə qarşı ediləndə özü bundan təsirləndiyindən, qarşı tərəfin də bu cür reaksiya verəcəyindən əmin olur.

İnkarçılar dövrümüzdə də Quran ayələri və iman gətirənlər haqqında istehzalı üslubla dini zarafatlar edərək inkarlarının üstünlük olduğunu düşünərlər. İstehza ilə inkarlarını haqlı göstərməyə çalışan insanlar Allahın “Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 15)” ayəsi ilə bildirdiyi kimi, ancaq qısa müddət istehza edə bilərlər. Ölüm gəlib çatdığı zaman "…istehza etdikləri (əzab) onları bürüyəcəkdir. (Zumər surəsi, 48)” ayəsinə uyğun məkanla qarşılaşacaqlar.

Allah lağ edənlərin cəhənnəm əzabı qarşısındakı vəziyyətlərini Quranda belə təsvir edir:


Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edir və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı (dirildiləcəklər)?” De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz)”. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən (dirilib) görməyə başlayacaqlar. (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, haqq-hesab günüdür!” (Onlara deyiləcək:) “Bu, yalan saydığınız fərqləndirmə günüdür!” (Saffat surəsi, 12-21)
Şeytanın əmri: çoxluğa uyun
İnsanların Quranda bildirilən həqiqətlərdən qəflətdə olmalarının və Allahın ayələrini inkar etmələrinin ən vacib səbəblərindən biri də şeytanın onları "inkar edən insanların çoxluğu ilə" aldatmasıdır. İnsanların əksəriyyətinin Allahı inkar etməsi, yaradılış həqiqətindən qaçması və Quran əxlaqına uyğun olmayan həyat tərzi keçirməsi, öz həyatını cəmiyyətdə qəbul edilən normalara əsasən qurması bir insan üçün qaçış vasitəsidir. Bu səbəbdən, ona verilən hər suala "hamı belə edir, onlar da inkar edir, onlardan belə gördüm!" kimi qəlibləşmiş cavablar verir. Belə insanın düşdüyü vəziyyət onu düşünməkdən də məhrum edir.

Bu insanlar düşünmədən, həyatın girdabına düşərək əzbərlədikləri şeylərdən başqa "mən niyə bunları edirəm, niyə bu insanlarla birlikdəyəm, niyə onların ardınca gedirəm, niyə düşünmədən hərəkət edirəm?" kimi sualları özlərinə verməzlər. Ağıl və vicdanlarına ehtiyac duymadan, cəmiyyətin doğru və yanlışlarını olduğu kimi mənimsəyər, onların qurduğu həyat şəklini yaşayarlar. Buna səbəb olaraq isə yaşadıqları cəmiyyətin qəbul etdiklərini göstərirlər. Allahın ayələrindən üz çevirərək öz yanlış məntiq və düşüncələrini göstərici kimi qəbul etmələri, onların "güclü olduğu" kimi batil inanca qapılmalarına səbəb olur. İzdihamla birlikdə hərəkət edən şəxslərin müstəqil şəkildə düşünüb, qərar vermələri də o qədər çətin olur. Bir-birlərinin izni, razılığı olmadan hərəkət etməkdən çəkinirlər. "Çoxluğa uyma" psixologiyaları səbəbindən, haqqı, doğrunu bilsələr belə, bunu açıqlamaqdan çəkinərək səmimi qənaətlərini gizlədərlər.

Bu mövzuda ən çox rast gəldiyimiz nümunələrdən biri təkamül nəzəriyyəsini müdafiə edən materialistlərdir. Təkamülə inananlar: "İllərdən bəri müdafiə edildiyinə görə bu doğrudur", -deyə düşünürlər, "bu qədər insan təkamülə inanırsa, mən də inanmalıyam" düşüncəsi ilə hərəkət edir və "hər kəs elmi həqiqətləri görməməzlikdən gəlirsə, hər halda mən də elə etməliyəm" nəticəsinə varırlar. Beləliklə, kor-koranə təkamül nəəzəriyyəsini müdafiə etməyi özlərinə borc bilirlər. Bu cür insanların Allahın varlığını inkar etmək üçün irəli sürdükləri ssenarilərin əsası "hamı inanırsa, doğrudur" şəklindədir. Belə ki, dünya səviyyəsində təşkil edilmiş bu yalana qarşı elmi mübarizə aparmaq cəsarət tələb edir, çünki qarşına milyonlarla insanı almış olursan.

Halbuki insanların əksəriyyəti "onlar dini inkar edirdilər, hamının birdən yanılmasının çətin olduğunu düşündüm" şəklində bəhanənin arxasında gizlənə biləcəklərini düşünürlər. Allah “Ənam” surəsinin 116-cı ayəsində: "Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar", -deyə bildirərək çoxluğa uymağın doğru olmadığını xəbər vermişdir. Dolayısilə, bir fikri çox insanın müdafiə etməsi o fikrin mütləq doğru olduğu mənasına gəlməz.

Bu səbəbdən, insan hər zaman vicdanının səsini dinləməli, çoxluğun qəbul etdiyi fikirlərlə hərəkət etməkdən vaz keçməlidir. Yoxsa qarşısına çox sayda insan toplayan hər insanın doğru yolda olduğu kimi yanlış məntiq çıxacaq ki, bu da dəlillərin yerini haqsız çoxluğun alması mənasına gəlir.

Çoxluğun təsirini güc kimi qəbul edən firon da hz. Musa ilə qarşılaşdığı zaman eyni vasitədən təzyiq kimi istifadə etmək istəmişdir. Hz. Musa Allahın varlığına dair açıq-aşkar dəlilləri göstərəndə isə firon bütün xalqını bir yerə toplamışdır. Bunu etməkdə məqsədi izdiham önündə qalib olmaq və xalqa təsir etmək idi. İkincisi isə izdihamın gücünün iman gətirənlərə təsir edəcəyini düşünməsi idi. Eyni şey hz. İbrahimin bütpərəst qövmünə də aiddir. Onun qövmünün öndə gələnləri də hz. İbrahimlə danışmaq üçün bütün insanları toplamışdılar. Ayələrdə bu şəkildə buyurulur:


Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” (Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. (Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. (Ənbiya surəsi, 59-61)
Əslində bu, inkar edənlərdə mövcud olan bir düşüncə tərzidir. İnkarçılar iman gətirənlərlə qarşılaşdıqları zaman yalnız olmaqdan, ətraflarında onları dəstəkləyən insanların olmamasından narahat olurlar. Həmişə izdihamlı qrupla birlikdə olmaq istəyirlər. Ancaq iman gətirənlər Allahı dost və vəkil etdiklərindən heç vaxt heç bir mövzuda sarsılmazlar. Allah inananların sayca onlardan daha çok olanlara qarşı necə imani güc ilə hərəkət etdiklərini belə xəbər verir:
(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)
Şübhəsiz, möminlər Allaha olan təslimiyətləri ilə qurtulacaqlar. Şeytanı və inkarda öndə gedənləri özlərinə dost edənlərin cəhənnəmdəki yalvarışları isə dünya həyatındakı haqsız izdihamın nə qədər yanlış yolda olduğunu insanlara açıq şəkildə göstərəcək. Çünki o gün inkar edənlər peşmançılıq içində tək-tənha qaldıqlarını söyləyəcəklər. O gün güvəndikləri izdiham onlardan uzaqlaşacaq:

Həmin gün gerçək hökm vermək ancaq Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır. Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 26-30)

YANLIŞ FİKİRDƏN

QURTULMAQ


Bir fikrə etiraz etmək və ya onu tamamilə inkar etmək üçün əvvəl bu fikir haqqında ətraflı məlumat toplamaq lazımdır. Bir fikir, təklif və nəsihətdən heç nə oxumadan qaçmaq, bu mövzuya qarşı irəli sürüləcək alternativin olmadığını göstərir.

Bu vəziyyət Quran ayələrini dinləmək istəməyən şəxsin məntiqidir. Qurandan üz çevirənlərdən niyə Quranı dinləmədikləri, oxumadıqlarını soruşsaq, onların cavabları əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, ya əzbərlənmiş ön mühakiməyə, ya da sadəcə zənn və təxminlərə əsaslanacaq. Bu şəxslərin Qurandan səmimiyyətsiz şəkildə qaçdıqlarının ən bariz nümunəsi isə Quran haqqında heç bir məlumatlarının olmamasıdır.

Əslində, bu, bir çox insanın bütün həyatını bürüyən böyük xətadır. İnsanların əksəriyyəti yanlış fikir ucbatından öz düşüncələrinə qarşı olan fikirləri öyrənməz, onların kitablarını oxumaq istəməzlər. Kommunist düşüncəyə sahib olanlar sadəcə öz fikirlərini müdafiə edən, faşistlər faşist düşüncəyə sahib olan şəxslərin, ateistlər də ateistlərin kitablarını oxuyarlar.

Ancaq bu vəziyyət insanların dünyagörüşünün artmasının qarşısını alır. Bir mövzu haqqında məlumatsız biri ilə o mövzu haqqında danışmaq, ona o fikrin yanlış və ya doğru tərəflərini izah etmək mümkün deyil.

Hər mövzuda məlumata yiyələnmək isə insanın qərar və fikirlərinin doğru və məqsədəuyğun olması baxımından vacibdir. Çünki məlumatsız insan hər cür təlqinə açıq olur. Bu səbəbdən, yanılma ehtimalı daha çoxdur. Şüurlu, mədəni, azad düşüncəli və dünyagörüşlü insan isə daha geniş, təhlilləri daha ətraflı, fikirləri də əzbərə yox, konkret dəlillərə əsaslanır. Məhz belə insanlara yanlışları izah etmək, doğruları göstərmək daha asandır.

İman gətirənlər üçün bu vəziyyət başqa prizmadan vacibdir. Qurandan ətraflı məlumatı olan, eyni zamanda mədəni, geniş məlumat sahibi olan möminin ətrafında baş verənlərə baxışı daha kəskin, qərarları daha məqsədəuyğun olur. Məsələn, dinsiz ideologiyaları, onların məntiqlərini və vəd etdikləri sistemlərin təhlükələrini bilən bir mömin Quranda tərif edilən əxlaqın üstünlüyünü təqdir edə bilir. Qurana qarşı olan kommunizm, faşizm və ya anarxizm kimi fikirlər haqqında məlumat sahibi olan bir mömin bu fikirləri Quranla analiz edərək insanlığa verdiyi zərərlərin fərqinə vara bilir. Beləliklə, insanlara da bu zərərləri, səhvləri bildirə, doğru olanın Quran əxlaqını yaşamaq və yaşatmaq olduğunu izah edə bilər.

Məhz bu səbəbdən, insanların inkarda yarışdıqları bir dövrdə hər müsəlmanın üzərinə düşən vəzifə hər fikir haqqında məlumat toplamaq, Qurana qarşı fikirlərlə elmi mübarizə aparmaq üçün özünü yetişdirmək, mədəniyyətini, dünyagörüşünü artırmaqdır. Baş verən hadisələr qarşısında reaksiyasız qalmaq, "qarşı tərəf bunları deyir, biz də belə cavab verək", -deyə düşünməmək, çıxış yolları axtarmamaq müsəlmana yaraşmaz. Müsəlman böyük şövq, əzm və imanla Quranda bildirilən həqiqətləri qəlbən yaşamalı, bir yandan da Qurana qarşı fikirlərin zərərlərini, pisliklərini, bu iddiaların yanlış tərəflərini öyrənməlidir. Çünki digər insanlara din əxlaqını izah etmək, dinə qarşı olan insanlarla fikri mübarizə aparmaq ancaq onların fikirlərini bilməklə mümkün ola bilər.

Bundan başqa, Quranda Allahın bir çox ayəsi ilə xəbər verdiyi bütpərəst dinləri tanımaq, haqq dinləri necə degenerasiyaya uğradığını bilmək də vacibdir. Bununla keçmişdə baş verənlərin dövrümüzdə hansı formalarda ortaya çıxdığını görmək mümkün olur. Bu səbəbdən, Quranda "ataların dini" kimi vurğulanan batil dinləri, totem anlayışını da öyrənmək lazımdır. Belə ki, Quranda digər dinlərdən, müşriklərdən lat, uzza və mənata tapınan cəmiyyətlərdən bəhs edilir, iman gətirənlərin bu cür mövzular barədə məlumat əldə etmələrinin vacibliyinə diqqət yetirilir. Dolayısilə, müsəlman digər inanclar, ideologiyalar və fəlsəfələri yaxşı bilməli, kitablarını oxumalı və hər biri haqqında məlumata yiyələnməlidir.

Müsəlmanın öyrənməli olduğu mövzuların sayını dilədiyimiz qədər artıra bilərik. Çünki Quranda bir çox elmə - biologiya, astronomiya, arxeologiya, botanika, coğrafiya, tarix, kimya, psixologiya, incəsənət kimi bütün həyatımızı əhatə edən məlumatlara diqqət çəkən ayələr var. Bu ayələrdən anlayırıq ki, əsas məlumatlara, mədəniyyətə sahib olan imanlı bir şəxs Allahın yaratdığı hər şeyi incəliklərinə qədər öyrənəcək, gördüyü mükəmməlliyi diqqətlə araşdıracaq, dolayısilə, özünü və kainatda var olan hər şeyi yaradan Allaha dərin imanla bağlanacaq. Bundan başqa, elmi texnologiyadan xəbərdar olmaq Quranın möcüzələrinin görünməsində də vacib addım olacaqdır. Belə ki, "... Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar... (Fatir surəsi, 28)” ayəsi ilə də məlumat və fikir sahibi olmağın vacibliyinə diqqət çəkilmişdir.


Müsəlmanın üzərinə düşən vacib öhdəlik
İnsanların əksəriyyəti Allaha və Qurana iman gətirdiklərini söyləyirlər. Ancaq bu insanların əksəriyyəti ömürləri boyu bir dəfə də Quranı oxumamış və Quranda bildirilən əxlaqı, ibadətləri və hökmləri yerinə yetirməmişlər. Halbuki bütün həyatını Qurandan xəbərsiz keçirmək və ya sadəcə iman gətirdiyini söyləyib Quranda tərif edilən həyatı yaşamamaq Allahın razı olmadığı bir davranışdır. Allah “Ənkəbut” surəsində bu şəkildə bildirir:
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)
Dolayısilə, Allaha və Qurana iman gətirdiyini söyləyən hər kəsin Quranı oxuması, ayələr üzərində dərin düşünməsi, Allahın bütün insanlar üçün göndərdiyi Kitabı çox yaxşı öyrənərək tətbiq etməsi vacibdir. Çünki insanlar qiyamət günündə Quranla bütün etdikləri ilə hesaba çəkiləcəklər.

İnkar edənlər isə heç oxumadan, öyrənmədən, sahib olduqları yanlış fikirləri səbəbindən Quranı inkar edirlər. Bir dəfə belə oxumadıqları, üzərində diqqətlə düşünmədikləri halda, Quranda xəbər verilən həqiqətlərdən qaçmalarının səbəbi imansızlıqlarından vaz keçməmələridir. Oxuyub-öyrəndikdən sonra nəticəyə varmaq əvəzinə, "oxusam da, fikirlərimdən və ön mühakimələrimdən vaz keçməyəcəm", -deyərək, onlara səmimi şəkildə yaxınlaşanları əvvəlcədən rədd edərlər.

Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, insanların əksəriyyəti Qurandan uzaq durarkən, ayələri inkar edərkən daim ətraflarındakı insanların təsiri altında qalırlar. Bəziləri din əxlaqını bilməyən və fərqli şəkildə tətbiq edən bir insanın təsiri üzündən dindən soyuyur, bu yanlış məlumatların təsirindən illərlə qurtula bilmir. Bəziləri isə ateist və ya dinə düşmən olan bir inkarçıdan eşitdiyini özünə ölçü götürür, bütün həyatını bu düşüncələrin əsasında qurur. Bu insanların ən böyük səhvi yanlış insanlardan eşitdikləri və oxuduqları ilə din haqqında qərar vermələridir.

Allah qatında əsl din Quranda bildirilən haqq dindir. Dolayısilə, din əxlaqını (istər inanan, istər inanmayan) öyrənmək istəyən hər insan ilk növbədə Qurana müraciət etməli və Quranı səmimiyyətlə oxumalı, ayələr üzərində dərindən düşünməlidir.

Məlumatsız və şüursuz şəkildə, sadəcə belə gördüyü və öyrəndiyi üçün Qurandan qaçmaq, bunu edən hər insan üçün böyük itkidir və belə itkinin (Allahın diləməsindən başqa) axirətdə əvəzi yoxdur. Bu səbəbdən, ağıllı və vicdanlı hər insan Allahın seçdiyi və Peyğəmbərimizə (s.ə.v.) vəhy edərək göndərdiyi Kitabı oxuyub-öyrənməlidir. Allah Quranın insanları qurtuluş yollarına çatdıracağını bir ayədə belə bildirir:
... Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)
Allah “Təkvir” surəsində insanlara Qurandan qaçmamağı tövsiyə edir:
Bu, daşqalaq olunmuş şeytanın sözü də deyildir. Elə isə hara gedirsiniz? Bu, aləmlərə yalnız bir nəsihətdir – sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. (Təkvir surəsi, 25- 28)

Məhz bu səbəbdən, iman gətirənlərin üzərinə vacib vəzifə düşür: insanların Allahın ayələrindən qaçmasının qarşısını almaq üçün ciddi şəkildə səy göstərmək. Bunun üçün ilk növbədə elmlə insanlara Quranın sonsuz hikmətlərini izah etmək, Allahın yaradılış möcüzələrinə diqqət çəkmək, hər insanı yaradılış həqiqətindən, Quran əxlaqının nəsib etdiyi gözəlliklərdən xəbərdar etmək lazımdır. Əlbəttə ki, insanların əksəriyyəti bu həqiqətləri dinləmək və oxumaq istəmirlər. Ancaq bir müsəlman dinləmək və oxumaq istəməyənlər üçün də dinləyə biləcəkləri və oxuya biləcəkləri şəkildə əsərlər yazmalı, hər alternativdən axıra qədər istifadə etməlidir.

QURANI DİNLƏMƏYƏNLƏRİN

BÖYÜK QƏFLƏTİ



Şeytanın yolu ilə gedən insanlar bütün kainatı yoxdan var edən Allahı inkar etdikləri üçün gördükləri hər varlığa ayrı-ayrılıqda mənlik verirlər. Bunların hər birinin Allahdan müstəqil gücü olduğunu zənn edirlər.

Halbuki bu varlıqlar tamamilə Allahın qüdrəti və hakimiyyəti altındadır. Bu varlıqlara insanın özü və yaşadıqları da daxildir. Çünki insan beyninin içində yaşadığı maddədən ibarət dünyanı sadəcə qavrayır, yəni bu varlıqların beyninə verilən surətini görür və sadəcə beynindəki görüntülərlə əlaqədə olur. Bu görüntülərin əsli ilə əsla təmasda ola bilməz.

Məsələn, yolda gedən bir maşını görməyimiz, onun siqnal səsini eşitməyimiz və ya bu maşına mindiyimiz zaman oturacağının yumşaqlığını, metalının bərk olduğunu hiss etməyimiz üçün bu maşının əslinə çatmağımız vacib deyil. Biz maşının varlığına dair bütün məlumatları sadəcə beynimizdə hiss edirik. Dolayısilə, maşının xarici dünyada var olan əsli ilə əlaqədə olmağımız mümkün deyil. Bizim əlaqədə olduğumuz həqiqət sadəcə beş duyğu orqanımız sayəsində beynimizdə qavradığımız elektrik siqnallarından başqa bir şey deyil. Bizim ömrümüz sadəcə və sadəcə beynimizin içində keçir. Xaricdəki maddə ilə əsla əlaqədə ola bilmərik. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Təkamül yalanı, Sonsuzluq artıq başlamışdır, Həqiqəti bilmək, Xəyalın digər adı : maddə, Qüllədəki kiçik adam)

Eynilə, mitinqdə çıxış edən insan da, əslində, beyninin içindəki izdiham üçün danışır. Bu insan izdiham üçün danışdığını sadəcə zənn edir. Yəni çıxış edən insan beyninin içindəki mitinqdən kənara çıxmaz. İzdihamı təşkil edən insanlar da hər biri ayrı-ayrı onlara səslənən bu insanı öz beyinlərində görürlər. Bütün danışıqlar, bağırtılar insan beynindən kənara çıxmır.

Dolayısilə, heç vaxt əslinə çata bilməyəcəyi bir şeyin arxasınca qaçmaq, heç vaxt əsilləri ilə danışmadığı insanlara dəyər vermək, heç vaxt əslinə toxunmadığı əşyaları mənimsəmək beynindəki görüntünün xaricinə çıxa bilməyən bir şəxs üçün çox mənasızdır. Bu mövzunu yuxu nümunəsi üzərində düşünə bilərsiniz. Məsələn, yuxuda ətrini hiss etdiyiniz, görüntüsünü gördüyünüz, istiliyini hiss etdiyiniz bir yemək olmadığı halda, bu yeməyin dadına baxa bilər, hətta istidən dilinizin yandığını hiss edə bilərsiniz. Yaxud da məsuliyyətli bir işə gecikdiyinizi, buna görə də həyəcanlandığınızı da həyatdakı kimi bütün detalları ilə yuxunuzda yaşaya bilərsiniz. Yuxudan oyanana qədər də yaşadığınızın həqiqiliyindən əmin olursunuz. Məhz yuxuda yaşanan bu hadisələr, yaşadığımız dünyaya da aid ola bilər.

Bu, dünyaya bağlanan insanların düşünmək istəmədikləri aşıq-aşkar elmi həqiqətdir. Nə qədər qaçmağa çalışsalar da, qəbul etməmək üçün nə qədər israr etsələr də, bu, bir həqiqətdir. Üstəlik bu, insanın bütün həyatı boyu yaşadığı bir həqiqətdir. Bundan qaçan hər kəs bilməlidir ki, beyninin içindəki dünyadan kənara çıxması əsla mümkün deyil. Dolayısilə, maddənin mütləq varlığı ilə əlaqədə olduğuna inanaraq Quranı inkar edənlər bu vacib məlumatlar əsasında düşünsələr, dəyər verdikləri şeylərin, əslində, bir qavramadan ibarət olması həqiqəti ilə üz-üzə qalacaqlar. Beləliklə, həvəslə bağlanmalarına, qorxmalarına və ya qürurlanmalarına səbəb olan şeylər də mənasını itirəcək.

Eynilə, sözlərinə etibar edilən, öndər qəbul edilən insanlar da Allahın insanların beynində yaratdığı qavramadan ibarətdir. Dolayısilə, şeytana, onun insan surətindəki təcəllilərinə və ya təsiri altındakı insanlara qeyd-şərtsiz itaət etmək, əslində, yuxarıda bəhs etdiyimiz maddədən ibarət dünya ilə əlaqədə olduğunu düşünməkdən başqa bir şey deyil.

Bir insan maddənin əsl mahiyyəti ilə bağlı bu vacib həqiqətlərin fərqinə varmadan illərlə yaşaya bilər. Bəlkə bir çox insan kimi ətrafındakı insanları, təbiəti və bütün kainatı beyninin içində gördüyünü, xaricdə olanların həqiqətləri ilə əsla əlaqədə olmayacağını düşünməyə bilər. Ancaq bir neçə saniyə diqqətini toplayıb, səmimiyyətlə düşünməsi insanın bütün həyata baxışını dəyişməsi və yanlış fikirlərdən qurtulması üçün yetərlidir.

Məsələn, siz əlinizdə tutduğunuz bu kitabı, kitabda yazılanları, bir-bir çevirdiyiniz səhifələri düşünün. Əslində, bunların hər biri duyğularınız vasitəsilə beyninizə gələn qavramadan ibarətdir. Gördüyünüzü zənn etdiyiniz kitabın əsli ilə təmasda olmadığınızı, yalnız beyninizə gedən elektrik siqnallarını qavradığınızı, səhifələri çevirdiyiniz əlinizin əsli ilə ömrünüz boyu heç qarşılaşmadığınızı bir daha düşünün. Bu möcüzəvi vəziyyəti anladığınız an əsl həyata başlayacaqsınız. Çünki maddənin əsli ilə heç vaxt əlaqədə olmayacağını və sadəcə xaricdə olanların görüntülərini görəcəyinizi əsl mənada anlamaq insanın dünya həyatında öyrənəcəyi ən böyük elmi həqiqətdir.

Bütün bu həqiqətlər insanın Allahın qarşısındakı aciz vəziyyətini bir daha sübut edir. Çünki şeytanın insanı boş vədlərlə aldatdığı dünya həyatı da insan üçün xəyal dünyasından başqa bir şey deyil. Bütün bu həqiqətlər hər şeyi yaradan Rəbbimizə təslim olmağımıza, Ona iman gətirməyimizə və Ondan qorxmağımıza gözəl vasitədir.

Bu kitabda izah edilənlər bütün insanlara bir xəbərlarlıqdır. Ümid edirik ki, vicdanlarının səsini dinləyənlər bu çağırışı dinləyib həqiqətlərdən qaçmazlar. Allah bir ayədə belə buyurur:
Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır. (Ənbiya surəsi, 106)

NƏTİCƏ

Bu kitabda izah edilən insan xarakterlərini əsla özünüzdən uzaq görməyin. Çünki siz də Quranı indiyə qədər oxumamış və ya oxumaq istəsəniz də, indiyə qədər sahib olduğunuz ön mühakimələrə görə oxumaqdan vaz keçə bilərsiniz. Bəlkə gündəlik işlərinizin çoxluğundan vaxt ayıra bilmədiyinizi düşünərək belə qərar vermiş, bəlkə də ətrafınızdan "çox oxuma, yoxsa təsiri altına düşərsən" kimi məntiqsiz təlqinlər ala bilərsiniz. Ya da sadaladığımız bu ehtimalların heç birini yaşamamış və Quranı oxumağı ağlınızdan belə keçirməyə bilərsiniz. Ancaq önünüzdə böyük bir imkan var: şeytanın insanların Quranı dinləmələrinə mane olmaq üçün verdiyi əmrlərə tabe olmayıb vicdanınızın səsini dinləyə bilərsiniz.

Əgər Quranı oxuyan, ayələrdə bildirilən həqiqətləri bilən bir insansanızsa, yenə də qarşınıza gözəl bir fürsət çıxmışdır. Burada izah edilənlərdən, Qurandan qaçan insanların necə böyük bir zərərdə olduqlarını görmüş vicdanlı bir insan kimi başqalarının da Quranı oxumalarını tövsiyə edə bilərsiniz. İnsanları Allahın dinini öyrənməyə, Quran əxlaqını yaşamağa, İslamın verdiyi gözəllikləri öyrənməyə təşviq edə bilərsiniz.

Hər şeyi yoxdan var edən və dünyanı insanlar üçün bir imtahan yeri edən Rəbbimiz şeytana güc verib insanlara "eşitmə, dinləmə, düşünmə" dedizdirir. Ancaq siz bu imtahanın fərqinə varıb şeytanın əmrlərinə qulaqlarınızı tıxamalı və vicdanınızın: "Eşit, dinlə", -deyən sözünə tabe olmalısınız. Unutmayın ki, sizə şeytanın təlqinlərini verən, Allaha iman gətirməyinizə mane olan, güc və iqtidar sahibi görünən öndərləriniz də, Allahın sizi sınamaq üçün yaratdığı varlıqlardır. Allah şeytanın bu çağırışlarına necə qarşılıq verəcəyinizlə bağlı sizi sınayır. Eynilə, onların "kitabları oxumayın, düşünməyin" əmrlərini verən səsi yaradanın da Allah olduğunu əsla unutmayın.

Unutmayın ki, bu insanların hər birinin ayrı-ayrı güc sahibi olduğunu düşünərək, onlardan çəkinmək, qorxmaq və heç düşünmədən onlara itaət etmək böyük səhvdir. Çünki o insanların hər biri də Allahın onlar üçün yazdığı qədərə təslim olur və Allah diləmədikcə heç nəyə güc yetirə bilməzlər. Ancaq bir həqiqət var, o da bütün insanların bu gün, ya da sabah, yaxın, ya da uzaq bir zamanda mütləq ölüm mələkləri ilə qarşılaşıb tək-tənha hesaba çəkiləcəkləridir. Hər insan istəsə də, istəməsə də, ağ bezə sarılıb yerin üç metr altına girəcək və üstünə torpaq atılacaq. Hər insan Allahın hüzuruna çıxacaq. Bilin ki, insan Allahın hüzuruna çıxdığı anda yanında onu Allahı inkar etməsini dəstəkləyən, təşviq edən, hətta özü də inkar edən, dost sandığı insanlardan heç biri olmayacaq. Bu səbəbdən, sizi inkara təşviq edən insanların canlı və sağlam olmaları sizi aldatmasın. Çünki hesab günü o insanların heç birini yanınızda görməyəcəksiniz. Allah ayədə belə bildirir:


Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

Yüklə 437,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə