Kurs: I ixtisas: Beynəlxalq münasibətlər Müəllim: Ülviyyə Hümbətova



Yüklə 5,05 Mb.
tarix29.04.2022
ölçüsü5,05 Mb.
#86122
adu


Kurs: I

İxtisas: Beynəlxalq münasibətlər

Müəllim: Ülviyyə Hümbətova



Hazırladılar: Fərid Hacızadə,Yusif Cəfərov,Raya Xalıqova

QƏRARIN QƏBULU

Qərar qəbul edilməsi özü bir prosesdir. Bu proses bu ardıcıllıqla qurulmalı və həyata keçirilməlidir.


1. Problemin diaqnozunun qoyulması - hansı iş (məsələ) barədə qərar qəbul edilməlidir?

2. Meyarların müəyyənləşdirilməsi - problem nədir və hansı standartları pozulmuşdur?



3. Alternativlərin tapılması - aşkar edilmiş çatışmamazlıqları aradan götürmək üçün hansı variantlar vardır?

4. Alternativlərin qiymətləndirilməsi- problemin həllində hansı variant daha sərfəlidir və müəssisənin imkanlarına uyğundur?

5. Qərar qəbul edilməsi - ən səmərəli qərar variantının seçilməsi.

6. Qəbul edilmiş qərarın icrası - işin gedişinin qərara müvafiq dəyişdirilməsi.


Qərar qəbul edilməsi prosesi əks əlaqənin yaradılması ilə yekunlaşır. Bu

isə o deməkdir ki, qəbul edilən qərar həll ediləcək problemlə bilavasitə

bağlı olmalı və qərarın qəbul edildiyi məqamda real vəziyyətlə müqayisə

olunmalıdır. Bu baxımdan, qəbul olunmuş hər bir qərar aşağıdakı tələblərə

cavab verməlidir:


məqsədəuyğun olmalı;

stimullaşdırıcı olmalı;

kompleks xarakter daşımalı;

çevik olmalı;

kəmiyyət və keyfiyyət göstəricilərinə malik olmalı;

səmərəli olmalı;

optimal olmalı;

vaxtında olmalıdır.


Qərar qəbul edilməsində iştirak edən əsas üsullar üç qrupa bölünür:

  • İntuitiv qərar;
  • Müşahidə və ya səriştə əsasında qərar;
  • Rasional qərar.

İntuitiv qərar - hər bir rəhbər işçinin (menecerin) intuisiya əsasında qəbul etdiyi qərardır. Bu halda, daxili hissin hökmü əsas götürülür və heç bir təcrübəyə və ya elmi biliyə istinad edilmir.

  • İntuitiv qərar - hər bir rəhbər işçinin (menecerin) intuisiya əsasında qəbul etdiyi qərardır. Bu halda, daxili hissin hökmü əsas götürülür və heç bir təcrübəyə və ya elmi biliyə istinad edilmir.
  • Mülahizə və ya səriştə əsasında qərar - aparılmış müşahidələrin yekunlaşdırılması və yaxud da əvvəllər baş vermiş pozuntuların (xətaların) həlli zamanı müsbət nəticə vermiş təcrübənin (səriştənin) tətbiqi yolu ilə olur. Bu halda həm ayrı-ayrı fərdlərin, həm də ümumi kollektivin təcrübəsinə və səriştəsinə əsaslanmaq olar.
  • Rasional qərar - elmi və təcrübi biliklərin tətbiqi, rəhbər işçinin intellektual səviyyəsi və qabiliyyəti əsasında qəbul olunur. Bu halda əsas meyar, elmi - nəzəri biliklərə və həm də qabaqcıl təcrübəyə və müasir elmi metodlara əsaslanmaqdır.

TƏşƏkkürlƏr


Yüklə 5,05 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə