Kurs: I qrup: 480



Yüklə 13,51 Kb.
tarix11.10.2017
ölçüsü13,51 Kb.
#4419

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə: Uçot-İqtisad

Kurs: I

Qrup: 480



Tələbə: Kürdədehli Simran

Sərbəst iş No:5

Fənn: İqtisadi İnformatika

Mövzu: Kompüter şəbəkələrinin təkamülü

arxitektura

Bakı-2014



Kompüter şəbəkələrinin təkamülü və arxitektura

Kompüter şəbəkəsi — rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.

Kompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnif edilə bilər:

Qlobal şəbəkələr (ing. Wide Area Network, WAN)

Lokal şəbəkələr (ing. Local Area Network, LAN)

Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardır.

Qlobal kompüter şəbəkələri — bir-birlərindən çoğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.

Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir.

Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.

Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur.

Korporativ şəbəkə - lokal şəbəkəyə aid olub, hər-hansı təşkilat daxilindəki kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.

Protokol — kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompüterlərə instalyasiya edilir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:



  • İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi.

  • İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi.

  • Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü.

  • Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü və s.

Kompüter şəbəkələrində aşağıdakı protokollardan istifadə edilir:

  • Ethernet

  • IP

  • USB

  • IEEE 1394 (Firewire, iLink)

  • X.25

  • Frame relay

  • Bluetooth

  • IEEE 802.11

  • Systems Network Architecture

  • RapidIO

  • DHCP və s.


Kürdədehli Simran, Uçot-İqtisad, Qrup 480
Yüklə 13,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə