Kurs işi alüminium və onun ərintilərinin neft-kimya maşınqayırmasında tətbiqi



Yüklə 123,83 Kb.
səhifə3/7
tarix03.04.2022
ölçüsü123,83 Kb.
#85009
1   2   3   4   5   6   7
ALÜMİNİUM VƏ ONUN ƏRİNTİLƏRİNİN NEFT-KİMYA MAŞINQAYIRMASINDA TƏTBİQİ

Alüminium filizləri. Alüminium yer qabığında ən geniş yayılmış (8,8%) metaldır; temiz halda tapılmır, lakin 250-ə qədər mineralın tərkibində müşahidə edilir. Onun sənaye əh- əmiyyətli fılizləri boksidlər (48...60% Al203, 10 ..30% AI(OH)3, 1,7% Si02, az miqdarda dəmir və s.); kaolinlər - AI2032Si022H20 (20...40% Al203 və s.); nefelinlər - (Na, K)20 AI203 2Sİ02 (24...34% Al203 və s.) və mirək- kəb tərkibli alunitlərdən - (Na,K)2S04 AI2(S04)32 Aİ2 036H20 (22...23% Al203 və s.) ibarətdir.

Alüminiüm almaq üçün əsas xam material boksidlərdir. Onlar tərkibində hidrooksid- iər olan mürəkkəb dağ süxurlarıdır. Bundan başqa boksidlərin tərkibində dəmir oksidi və hidrooksidi, kvars şəklində alüminium oksidi, kaolinit, həmçinin kalsium karbonatı, titan oksidi və b. olur. Boksidlərin tərkibində Al203 çoxadıqca və Si02 azaldıqca onun keyfiyyəti artır.. Boksidlərdə Al203-ün miqdarı 60%-ə qədərolur.

Boksidlərdən sonra alunit filizi daha geniş yayılıb. Alunit ehtiyatı üzrə Azərbaycanda Daşkəsən şəhəri yaxınlığındakı Zəylik yatağı Çindəki yataqdan sonra dünya miqyasında ikincidir.

1.2. Alüminim oksidinin alınması

Şəkil 1.1-də verilmiş sxemdən göründüyü kimi alminium almaq üçün əwəlcə təmiz alüminium oksidi almaq lazımdır.

Müasir alüminium sənayesində filizir tipi və onların tərkibindən asılı olaraq bir neçə üsuldan istifadə edilir. Qələviləşdirmə ilə alüminium oksidinin alınma üsullarından dahs geniş yayılmış - bişirmə üsulunu araşdıraq.

Tərkibində 6...8%-dən 17...20%-ə qədər Si02 olan boksid və əhəng daşı 20...30 mrr ölçüsünə qədər xırdalanır və şixtədə Al203 vs Fe203 hər bir qram-molekuluna bir qram-molekula soda və hər bir qram-molekula Si02 üçün iki qram-mol əhəng daşı hesabı ilə hazırlanmış soda məhlulu ilə dozalaşdınlır.

Şəkil 1.1. Alüminium istehsalının ümumi sxemi


Alınmış nəm çixtə kürəli dəyirmanlarda incə üyüdülür və uzunluq ölçüsü 80...150m və diametri 2,5...5m olan kiçik sürətlə dönən boruvari sobaya yüklənir. Alınmış maye pulpa sobanın soyuq qutaracağına verilir, burada temperaturu 400C olan sobadan çıxan qazlarla görüşür.

Nəticədə nəmlik buxarlanır və quru şixtə 1250C temperaturlu qızmar zonaya keçir. Qızdıqcü şixtədə mürekkeb kimyevi proseslər gedır, onlardan ən mühümləri:


Na2C03+Aİ203= Na20 Al203+C02;

2Si02+2Ca0=2Ca0 Si02.

Sobadan alınmış bişmiş material soyudulur, xırdalanır ve avtoklavda qatı soda meəhlulunda qəlevileşmeyə uğradılır. Avtoklav diametri 1,6...2,3 m və hündürlüyü 8 m olan qapaqlarla hermetik bağlana bilən metal gövdəli silindr şəklindədir. Avtoklava 8... 12 atm təzyiqli və 250°C temperaturlu buxar verilir. Avtoklavda alüminium hidrooksidi yeyici natr- ium hidrooksidlə reaksiyaya girir:

Al203 3H20+2Na0H=Na20 AI203+4H20.

Natrium alüminat məhlulu (Na20AI203) pulpa şəklində sonrakı emala göndərilir.

Filizin tərkibindəki dəmir, titan və kalsium oksidləri həll olmur və avtoklavda çöküntü şəklində ayrıiır. Zərərli aşqar Sİ02 qələvi mənlulda həll olur:

Sİ02+2Na0H= Na20 Sİ02 +H20.

Sonradan onun kənarlaşdınlması mürəkkəbləşir və məhluldakı natrium alüminatla reaksiyaya girərək çöküntü verir:

2(Na20 Si02)+Na20 AI203+4H20= Na20 Al203 Si02 2H20+4Na0H

Sonuncu reaksiyadan göründüyü kimi Si02-nin kənarlaşdırılması Al203 və NaOH-in sərfini artırır. Avtoklavdakı pulpa süzgəcdən keçirildikdən sonra çökdürücü silindrik çənlərə tökülür və burada yavaş-yavaş uzun müddət qarışdırılır; nəticədə alüminat məhlulundan alüminium hidrooksidi aynlır. Bu prosesin getməsi üçün çökdürücüyə katalizator - kristallik alüminium hidrooksidi əlavə edilir. Çöküntünün ayrılma reaksiyası

Na20 AI203+4H20->2Na0H+2AI(0H)3
üzrə gedir. Alınmış alüminium hidrooksidi təmiz yuyulur, süzgəcdən keçirilir və sonuncu əməliyyata - közərdilməyə (kalsinasiya pros- esi) göndərilir. Bunun üçün istifadə edilən uzunluq ölçüsü 50...70 m, diametri 2,5.. 3,5 m olan və 1...2 dövr/deq sürətlə dönən maili sobaya hidrooksid yüklənir, tədriclə 200°C tem- peraturlu zonadan 1200°C temperaturlu zonaya hərəkət etdirilir və reaksiyası

2AI (0H)3->AI203 +3H20

üzrə təmiz Al203 alınır. Bayer üsulu ilə apan- lan prosesdə Al203-ün çıxışı 90%-ə qədər olur.


Yüklə 123,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə