Kurs işi alüminium və onun ərintilərinin neft-kimya maşınqayırmasında tətbiqi



Yüklə 123,83 Kb.
səhifə5/7
tarix03.04.2022
ölçüsü123,83 Kb.
#85009
1   2   3   4   5   6   7
ALÜMİNİUM VƏ ONUN ƏRİNTİLƏRİNİN NEFT-KİMYA MAŞINQAYIRMASINDA TƏTBİQİ

1.4.Alminium və ərintilər

Alüminium yer kürəsi səthində yayılmasına görə oksigendən və silisiumdan sonra üçüncü yeri tutur. Alüminium gümüşü ağ rəngdə metaldır.Onun ərimə temperaturu 660°S, sıxlığı 2,7 q/sm'-dir. Üzü mərkəzli kub kristal qəfəsə malikdir, yüksək elektrikkeçiriciliyilə ve korroziyaya davamlılığı ilə xarakterizə olunur. Alüminiumun korroziyaya davamlılığı onun səthində nazik Al2O, örtüyü yaranması ilə izah olunur. Tabi alınmış alüminiumun mexaniki xassələri belədir 0,3 = 80 Mpa, 0,2 = 30 MPa, = 35%. Soyuq

Alüminium aşağı sıxlığa, yüksək elektrik- və istilik keçiriciliyinə malik, maqnit nüfuzluğu olmayan metaldır. O, buxar, yanacaq, yağ , azot və sulfat turşusunda və içməli su mühitində yüksək korroziyaya davamlı olur. Bu metalın səthində yaranan və çox möhkəm olan Al3O. - alüminium oksidinin hesabına olur və oksigenin daxil olmasına imkan vermir. Alüminium tazyiqlə yaxşı emal olunur və qaynaqlanır, amma aşağı tökücülük xassələrinə malik olur və kəsmə ilə pis emal edilir.

Texniki alüminiumun üç qrupa bölünən 13 markası buraxılır:

1) xüsusi təmizlikli alüminium (A999);

2) yüksək təmizlikli alüminium (A995, A99, A97, A95);

3) texniki təmiz alüminium (A85, A8, A7, A6, A5, A0,A və AE).

Markalarda «A» hərfi alüminiumu, rəqəmlər isə metalın təmizlik dərəcəsini göstərir. A999 markalı alüminiumun tərkibində 99,999%; A995, A99, A97, A95 markalı alüminiumda uyğun olaraq 99,995; 99,99; 99,95%; A85, A8, A7, A6, A5, A0, A və AE markalarında uyğun olaraq 99,85; 99,8; 99,77 99,6; 99,5; 99,0; 99,0; 99,5% alüminium olur. Alüminiumun əsas aşqarları - dəmir və silisium möhkəmliyi artırır, plastikliyi isə aşağı salır.

(99,0% Al) kimi təsniflənir. Təmiz alüminiumun mexaniki xassələri aşağı olduğu üçün əksər hallarda alüminium ərintilərindən istifadə edilir.Alüminiumun ərintiləri deformasiya olunan və tökmə ərintilərinə bölünür. Deformasiya olunan alüminiumdan çubuq, profil, boru tipli yayma məhsulları, tökmə alüminium ərintilərindən isə fasonlu töküklər hazırlanır. Kifayət qədər möhkəmlik, plastiklik və özlülüklə bərabər yaxşı texnoloji xassələrə, kiçik sıxlığa, yüksək korroziyaya davamlılığa malik olduğu üçün alüminium ərintiləri aviasiyada, gəmiqayırmada, avtomobil sənayesində və başqa sahələrdə tətbiq olunur. Tökmə alüminium ərintiləri 5 qrupa bölünür.

I qrup - alüminium - silisium АЛ2, АЛ4 və s. tərkibində 6-dan 13%-ә qədər silisium vardır;

II qrup - alüminium - silisium - mis АЛЗ, АЛ5 və s.;

III qrup - alüminium - mis АЛ7, АЛ19 və АЛ33;

IV qrup - alüminium - manqan АЛ8, АЛ13, АЛ22 və s.;

V qrup - alüminium - digər komponentlər АЛ1, АЛ11, АЛ21 və s.

Tökmə alüminiumların markalanma prinsipi: öndə AL (alümmnium) hərfi, sonra ərintinin sıra nömrəsini göstərən rəqəm yazılır, məsələn, АЛІ, АЛ2 və s. Bə'zi alüminium tökmə ərintiləri A hərfi ilə başlanır, ondan sonra faizlə miqdarını göstərməklə legirləyici komponentlərin hərfi işarəsi qoyulur. Məsələn, AK21 M2,5 H2,5 - tərkibində 21% silisium, 2,5% mis, 2,5% nikel olan alüminium tökmə ərintisi deməkdir. Mö'tərizədə göstərilmiş ərinti markaların sonunda yazılan B hərfi ərintinin metal qırıntılarından və tullantılardan hazırlandığını göstərir. Məsələn, (АЛ10С). Deformasiya olunan alüminium ərintiləri termiki e'mal ilə möhkəmləndirilməyən və termiki e'mal ilə möhkəmləndirilən alüminium ərintilərinə ayrılır. Termiki e'mal ilə möhkəmləndirilməyən ərintilərə alüminiumum manqanla və maqneziumla ərintiləri (AMnC, AMql, AMq2 və s.) daxildir. Bu ərintilərdən presləmə yolu ilə borular, maye üçün tutumlar və s. hazırlanır. Termiki e'malla möhkəmləndirilən ərintilərə dliiralümin avial (AC), B95, AK və s. tipli ərintilər daxildir. Ən geniş yayılmış deformasiya olunan alüminium ərintisi düralümindir ərintinin əsas komponentləri alüminium, mis və maqneziumdan ibarətdir. Düralümin D hərfi və sıra nömrəsi ilə markalanır. Məsələn, Dl, D12 və s., onlar bir-birindən kimyəvi tərkibinə və mexaniki xassələrinə görə fərqlənir. Düralümindən təyyarələnin örtükləri, yük avtomobillərinin kuzovları və s. hazırlanır.

Xüsusi və yüksək təmizlikli alüminium elektrik sənayesində şinlərin, kabel və naqillərin, həmçinin elektrik kondensatorlarının, kimya cihazlarının, folqaların və s. Hazırlanması üçün istifadə olunur. Hal-hazırda bir çox cərəyan keçirən mis detalları daha ucuz alüminiumla əvəz edirlər.Texniki təmiz alüminiumdan qab-qacaq və geniş tələbat olan məmulatları hazırlayırlar. Bundan aviasiya sənayesində boruların hazırlanmasında, metallurgiyada - polad istehsalında poladın oksigensizləşdirilməsində, polad detalların odadavam- artırmaq məqsədilə onların səth qatının zənginləşdirilməsi üçün (alitirləmə), gəmiqayırmada - istilik qoruyucu kimi folqa şəklində istifadə olunur. Texniki təmiz alüminiumun əsas hissəsini alüminium ərintilərinin istehsalı üçün istifadə edirlər. Belə ki, bu ərintilərdə aşağı sıxlıq, yüksək möhkəmlik və korroziyaya dözümlülük, qeyri-maqnitlilik, kövrək dağılmaya az meyllilik, aşağı temperaturlarda mexaniki xassələrinin saxlanılması, yüksək texnoloji xassələr və s. onların sənayedə daha çox tətbiqinə səbəb olur.

1.5.Deformasiya olunan alminium ərintiləri

Deformasiya olunan alüminium ərintilərinin tərkibində alüminiumdan başqa manqan, maqnezium, mis və s. elementlər olur. Bu ərintilər, sənayedə istifadə olunan bütün alüminium ərintilərinin əsasını təşkil edir və təzyiqlə emala (döyməyə, ştamplamaya, yaymaya və s.) yaxşı uğrayırlar. Deformasiya olunan alüminium ərintiləri tərkibindəki (alüminium nəzərə alınmadan) əsas elementin miqdarından asılı olaraq aşağıdakı qruplara bölünür:

1) alüminium-manqanlı (AMц);

2) alüminium-maqneziumlu (AMг);

3) alüminium-misli və ya düralüminium (D).

Markadakı rəqəmlər ərintinin şərti sıra nömrəsini göstərir.Bütün deformasiya olunan alüminium ərintiləri möhkəmlik həddindən asılı olaraq aşağı (6, - 300 MPa qədər), orta (0, = 300 + 450 MPa) və yüksək (04 > 450 MPa) möhkəmlikli qruplara bölünürlər. Yüksək möhkəmlikli ərintiləri əlavə olaraq «B» hərfi ilə, döymə və ştamplama üçün istifadə olunan ərintiləri isə «AK» hərfləri ilə markalayırlar.

Ərintilərin markasına, əsas işarələrdən başqa, hərf və rəqəmlər də daxil edilir ki, bunlar da məhsulun tədarükünü və ya termiki emalın növünü göstərir:

H - yanıqlanmış vəziyyət (qızmar yayma, tabalma, soyuq yayma, tabalma və soyuq yayma);

П - yarıyanıq vəziyyət (qızmar yayma, tabalma, soyuq yayma; natamam tabalma);

ГК - qızmaryayılmış yarımfabrikatlar;

M - tabıalınmış ərintilər;

T - tabalmanı və təbii köhnəlməni keçmiş ərintilər;

TC - tablamanı və süni köhnəlməni keçmiş ərintilər.

Deformasiya olunan alüminium ərintilərinin əksəriyyətinin səthinə təmiz alüminiumdan üz çəkilir. Üzçəkmə (plakirləmə) texnoloji, normal və qalınlaşdırılmış olur. Texnoloji plakirləmə yayma zamanı lövhələrdə səth çatlarının əmələ gəlməsinin qarşısını almaq üçün tətbiqtbdilir. Texnoloji plakirləmədən sonra lövhə «Б» hərfi ilə işarələnir. Üz-çəkilmiş qatın qalınlığı lövhənin hər iki tərəfində onun qalınlığının 1,5%-i qədər olur.

Alüminium-manqanlı (AMц) və alüminium-maqneziumlu (AMr) ərintilər termiki emalla möhkəmlənməyən ərintilərə aid edilir. Onlar yüksək plastikliyə və korroziya dözümlülüyünə malik olurlar, yaxşı qaynaqlanır və ştamplanırlar, lakin aşağı möhkəmlikli olurlar. Onlardan korroziyaya dözümlü de tallar, qaynaqlanmış məmulatlar, borular, bərkidicilər, ştamplanmış detallar və s. hazırlayırlar. Termiki emalla möhkəmlənən ərintilərə düralüminium (D) aid edilir. Maksimum möhkəmliyə o, tablamadan sonra malik olur. Düralüminium sənayedə geniş tətbiq edilir, xüsusi ilə təyyarəqayırmada, ondan təbəqə konstruksiyalan, borular, hava vintlərinin pərləri və s. hazırlanır. Lakin düralüminium ərintiləri aşağı korroziya davamlılığına malik olur və qaynaqlanmırlar. Döymə və ştamplama üçün istifadə olunan ərintilərin (AK) tərkiblərində az miqdarda nikel olur, hansı ki, onların özlülüyünü və möhkəmliyini artırır. Onlar isti halda yüksək plastiklik əldə edirlər, bu isə tələb olunan forma və ölçülərdə döymə və ştamplama məmulatlarını almağa imkan verir.


Yüklə 123,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə