Kurs işi alüminium və onun ərintilərinin neft-kimya maşınqayırmasında tətbiqi


FƏSİL II.ALMİNİUM VƏ ONUN ƏRİNTİLƏRİNİN TƏTBİQİ



Yüklə 123,83 Kb.
səhifə6/7
tarix03.04.2022
ölçüsü123,83 Kb.
#85009
1   2   3   4   5   6   7
ALÜMİNİUM VƏ ONUN ƏRİNTİLƏRİNİN NEFT-KİMYA MAŞINQAYIRMASINDA TƏTBİQİ

FƏSİL II.ALMİNİUM VƏ ONUN ƏRİNTİLƏRİNİN TƏTBİQİ

2.1.TƏTBİQ SAHƏLƏRİ

Alüminium ərintiləri tökmə və deformasiyaya uğradılan olur. Tökmə alüminium ərintiləri əsasən rafinəedilmiş və qeyri-rafinəedilmiş “çuşkalar” formasında buraxılır.

Ərintilər üzərində onların markalanması göstərildikdə “П” hərfi bu ərintilərin yeyinti qablarının istehsalında istifadə olunması nəzərdə tutulur. Ərintilərin mexaniki xüsusiyyətləri onların kimyəvi tərkibi və alınma üsulundan asılıdır. Əsas komponent-lərin kimyəvi tərkibi markada verilir. Məsələn, ərinti AK12, 12% Si, qalan hissə isə Al; AK7 M2П -7% Si, Cu 2%, qalan hissə Al. Müxtəlif sahələrdə (sənayenin) Al +Si ərintisi –silunin geniş tətbiq edilir və dörd markada hazırlanır- CИЛ- 00, СИЛ-0, СИЛ -1 və СИЛ -2. Bu ərintilərin tərkibində Al (əsas) və Si (10...13%) əlavə: Fe-0,2...0,7%, Mn- 0,05...0,5%, Ca-0,7...0,2%, Ti-0,05...0,2%, Cu- 0,03% və Zn- 0,08% qatılır. Siluminlərdən əsasən tökmə istehsalatında avtomobil, traktor və sərnişin vaqanlarının müxtəlif hissələri hazırlanır.

Deformasiyay uğradılan və termiki emalla möhkəmləndirilən Al ərintiləri qrupunun geniş yayılmış əsas nümayəndəsi- düralüminiumdur.

Düralüminium –alüminumla Cu, Mg, Mn, Si və Fe birgə ərintisidir. Hal-hazırda bu ərintinin bir- neçə markası istehsal olunur.


Marka

Cu, %

Mn, %

Mg, %

Si, %

Fe, %

D 1

D 16


3,8...4,8

3,8...4,5



0,4...0,8

0,3...0,9



0,4...0,8

1,2...1,8



< 0,7

< 0,5

< 0,7

< 0,5

Təzyiq altında emal edilən ərintilər Al (əsas), legirləyici elementlərdən (Cu- 5%, Mg-0,1...2,8%, Mn -0,1...0,7%, Si- 0,8...2,2%, Zn- 2...6,5% və qismən digər qarışıqlardan) ibarətdir. Bu ərintilər aşağıdakı markalardan istehsal edilir: BD1, ABD1, ABD1-1, AKM; bu ərintilərdən yarımfabrikatlar –vərəqlər, lentlər, zolaqlar, lövhələr, külçələr və s. hazırlanır.

Bundan başqa, əlvan metallurgiya antifriksion alüminium ərintiləri istehsal edir və bu ərintilərdən monometellik və bimetallik yastıqlar tökmə üsulu ilə hazırlanır. Kimyəvi tərkibindən asılı olaraq standartlarla aşağıdakı ərinti markaları nəzərdə tutulur: AO3- 7, AO9-2, AO6-1, AO20-1, AMCT. Standartla həmçinin məmulatın iş şəraiti təyin edilmişdir: yüklənmə hüdudu (19,5... 39,2)∙106 N/m2 (200...400 kq/sm2), temperatur 100...1200C, bərklik -200...320 HB.

Ti əldə edilməsi çoz çətindir: əvvəlcə titan qubkaları hazırlanır, vakuum soba-larında əridilir və döyülən Ti istehsal olunur.

Standartlaaşağıdakı qubka titanlar müəyyən edilmişdir: TГ- 90, TГ- 100, TГ- 110, TГ- 120, TГ- 130. [“TГ” – titan qubçatuy], rəqəmlər Brinel üzrə bərkliyi göstərir. TГ titanın tərkibində: Fe -0,2%, Si -0,04%, Ni -0,05%, C -0,05%, Cl-0,12%, N -0,04%, ) -0,1%.

Təzyiqlə emal edilən Ti və Ti ərintiləri kimyəvi tərkibindən asılı olaraq aşağıdakı kimi markalanır: BT1- 00, BT1 -0, OT4- 0, OT4 -1, OT4 –BT5, BT 5-1, BT6, BT20, BT22, ПT-7M, ПT-7B, ПT-1M əsas komponentləri: Al -0,2...0,7%, Mn -0,2...2,0%, Mo -0,5...5,5%, V -0,8...5,5%, Zr- 0,8...3%, Cr-0,5...2,3%, Sn -02...3%, Si -0,15...0,40%, Fe- 0,2...1,5%.

Sink və mis ərintisi – tunc – qədim misir və yunanlara məlum idi. Ancaq, sənaye miqyasında Zn əridilməsinə XVIII əsrdə başlanmışdır. Zn –açıq- boz- mavi ərngli metal olub, otaq temperaturunda və 2000C kövrəkdir, 100...150oC qızdırdıqda plastik hala düşür.

Standartlara uyğun olaraq Zn blok və “Çuşka” şəkilində 25 kq kütləli olmaqla hazırlanır. Standart həmçinin Zn marka və tətbiq sahəsini göstərir: ЦBOO (Zn- 99,97%)- elmi tədqiqat məqsədi ilə hazırlanır; ЦBO (Zn -99,995%) – poliqrafiya və avtomobil sənayesində; ЦB1, ЦB (Zn -99,99%) təzyiq altında emal (məsuliyyətli təyinatlı istehsal); ЦOA (Zn- 99,98%), ЦO (Zn -99,975%) –Zn vərəqlər, Zn ərintilər təzyiqlə, belil, liqatur qaynar və qalzanik sinkləmə ilə; Ц1C, Ц1, Ц2C, Ц2, Ц3C, Ц3- müxtəlif məqsədlərlə istifadə edilir.

Standartla sink ərintilərin markaları, onların kimyəvi tərkibi və onlardan hazırlanacaq məmulatlar təyin edilir:

1. ЦAM4- 10 – xüsusi məsuliyyətli hissələr;

2. ЦAM4- 1 – məsuliyyətli hissələr;

3. ЦAM4- 1B – məsuliyyətsiz hissələr istehsalında;

4. ЦA 40 – məsuliyyətli hissələr dayanıqlı ölçülərlə (4-dörd, O- hərifi);

5. ЦA 4 – dayanıqlı ölçülü məsuliyyətsiz hissələrin istehsalında.

Antifriksion Zn ərintiləri – monometallik və bimetallik məmulatlar istehsalında istifadə olunur. Bu ərintilərin mexaniki xüsusiyyətləri: möhkəmlik hüdudu nisbi uzanma bərklik – 85... 100HB.

Markalarla ərintinin tətbiq oblastı və i. Şəraiti göstərilir: ЦAM9-1,5Л –mono-metallik içlik, vtulka və polzunlar; ЦAM9 -1,5 – bimetallik lentlər; AM10- 5 Л –yastıq və vtulka istehsalında istifadə edilir.

Au, Ag, və Pt qrupuna aid olan metallar və onların ərintiləri nəcib metallara aiddirlər. Bu qrupa aid olan metalların atmosferdə, suda və başqa sahələrdə korroziyaya davamlığı çox yüksəkdir. Au və Ag başqa bu metalların ərimə temperaturu və xüsusi çəkisi böyükdür.

Nəcib metallardan Au və Ag zərgərlik və stomotologiyada geniş istifadə edilir. Təcrübədə, zərgərlik və dişdüzəltməkdə əsas etibarilə üçlü Au –Ag-Cu ərintilərindən istifadə edirlər. Bunlar 375; 583; 750; 916 əyarlı ərintilər geniş yayılmışdır. Hər əyarın 1000 qramında uyğun olaraq 375; 583; 750; 916 qr. Qızıl vardır.

NƏCIB METALLARIN XASSƏLƏRI.



Metalın adı

Kristal qəfəsi

Sıxlıq q/sm3

Ərimə temperaturu, 0C

Bərklik HV

Havada oksidləşmə t-ru, 0C

Ru

Q12

12,5

2310

200

100

Rh

K12

12,4

1960

50

600

Pd

K12

12,2

1550

30

600...800

Ag

K12

10,0

960,5

20

oksidləşmir

Os

Q12

22,5

3050

350

18-20

İr

K12

22,6

2443

150

600...700

Pt

K12

21,6

1769

30

oksidləşmir

Au

K12

19,6

1063

18

oksidləşmir

Pt + Ir; Pt +W; Pt + Ag sistemli ərintilərin oksidləşməyə və buxarlanmaya qarşı müqaviməti yüksək olduğundan, onlardan məsuliyyətli sahələrdə tətbiq olunan müxtəlif aparatların kontaktlarını düzəldirlər.

Tərkibində Pt və Rh (ranium) olan ərintilərdən termocütlər istehsal edilir.

Ən əlverişli (zərgərlik) nisbət dişlərin düzəldilməsində 583 əyarlı Au, Cu: Ag nisbəti 1:1 –dir.

Alüminium metalın, onun birləşmələrinin və ərintilərinin istifadə sahələri saymaq çoxdur. Pəncərələrdən mətbəxə, təyyarələrdən avtomobilin tullantılarına, korkuluklardan bəzəklərə qədər geniş istifadə sahəsinə malikdir. Çeviklik, yumşaqlıq və davamlılıq xüsusiyyətləri ilə bir araya gəldikdə, bir çox məhsul üçün "əlçatmaz hind parça" səviyyəsində bir metal halına gəldi. Birbaşa boksit filizindən əldə edilən alüminium və təkrar tətbiqetmə sənayedə istifadə olunur. Alüminium qırıntıları 100% təkrar emal olunur. Alüminiumdan çox incə təbəqələr və tellər istehsal edilə bilər. İnsan saçından 3 qat daha incə alüminium folqa istehsal edilə bilər. Bənzər metallara nisbətən daha ucuzdur. Elektroliz yolu ilə istehsal olunduğundan elektrik enerjisi onun dəyərinin yüzdə 20-40-nı təşkil edir. Dəmirdən sonra ən çox istifadə olunan metaldır.

Ən çox istifadə olunan məhsul və sahələrdən bəzilərini aşağıdakı kimi sıralaya bilərik: Təkərlər, mühərrik gövdələri, şassi, cib telefonları, planşetlər, kompüterlər, elektron məhsullar (televizor, musiqi məhsulları kimi), ağ əşyalar, qida qablaşdırma məhsulları, rəflər, kabellər, yelkənlər, gəmilər, pəncərələr., daxili və xarici bina örtükləri, güzgülər, elektrik dirəkləri, raketlər, raketlər, ev aksesuarları .

NƏTİCƏ

Alüminium ərintilərinin çatışmayan cəhəti ondadır ki, poladlarla müqayisədə xətti genişlənmə əmsalının yüksək olması nin hesabına onlarda qaynaqlanma zamanı yüksək deformasiya olunma qabiliyyəti yaranır. Nöqsanlı cəhətlərdən biri də ondan ibarətdir ki, alüminium ərintilərini qızdırdıqda onların rəngi dəyişmir, buna görə qaynaqlanma vaxtı və qaz qızdırıcıları ilə konstruksiyaların qızdırılması zamanı əymədə yanıqların əmələ gəlməsi baş verə bilər. Alüminium ərintiləri iladları birləşdirdikdə kontakt korroziyası baş verir. Bu halı aradan qaldırmaq üçün birləşən səthlərin arasına rezindən və başqa materiallardan altlıqlar qoyurlar.

Alüminium profillərin istehsalatda  istifadəsi günü-gündən artmaqdadır. Bərk və dözümlü olmaqla yanaşı yüngül olması, soyuğa dözümlülüyü və yüksək temperaturda  toksik  maddələr buraxmaması xüsusiyyətlərinə görə sənayedə  hər gün yeni  sahələrdə istifadə olunur

Alüminiumun  digər metallardan daha elastik olması və çürüməyə dözümlü  olması onu daha  da cəlbedici edir.




Yüklə 123,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə