Kurs işi Kurs : II qrup: k-44 Tələbə: Mahmudov Anar



Yüklə 442,13 Kb.
səhifə1/3
tarix07.11.2017
ölçüsü442,13 Kb.
#8740
  1   2   3

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


Kafedra: İqtisadi-Nəzəriyyə 2

Fakultə: Maliyyə-Kredit




Kurs işi


Kurs : II

Qrup: K-44

Tələbə: Mahmudov Anar

Mövzu: “Sahibkarliğin Mahiyyəti və Formaları

Elmi rəhbər: İ.e.dok., Prof. Meybullayev.M
BAKI-2006

Sahibkarlığın Mahiyyəti və Formaları
Kurs işinin planı:


  1. Giriş ...............................................................................3

  2. Sahibkarlıq fəaliyyətinin məzmunu və onun

bazar iqtisadiyyatında yeri...............................................4

  1. Sahibkarlıq fəaliyyətinin formaları..................................10

  2. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili.........................18

  3. Azərbaycanda sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri....24

  4. Nəticə................................................................................32

  5. Ədəbiyyat siyahısı.............................................................33



Giriş
Bazar iqtisadi sisteminə əsaslanan iqtisadiyyatın formalaşmasında və inkişafında sahibkarlıq bilavasitə rol oynayır. Bazar iqtisadiyyatını səciyyələndirən əsas cəhətlərdən biri sahibkarlığın inkişafıdır. Elə bazar iqtisadi sistemini digər sistemlərdən fərqləndirən əsas cəhət də azad sahibkarlıq anlayışıdır. Sahibkarlığa belə bir elmi tərifini isə belə vermək olar:Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etəmyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskarlıq fəaliyyətidir.Bu fəaliyyətlə məşğul olanlar isə sahibkar adlanırlar. Görkəmli iqtisadçıların fikri də maraqlıdır.K.Makkonel və S.Bryunun fikrincə bazar iqtisadiyyatının səciyyəvi cəhətləri xüsusi mülkiyyət, sahibkarlıq və seçmə azadlığı, şəxsi maraq, rəqabət, bazar sistemləri və iqtisadiyyatda dövlətin minimum rolundan ibarətdir1.Bazar iqtisadiyyatında sahibkarlığın mühüm yerinin qeyd edən iqtisadçılar yetərli saydadır.Onlara misal İngilis iqtisadçıları A.Smit, D.Rikardo, macar iqtisadçısı Y.Kornain, amerikan iqtisadçıları K.Makkonel, S.Bryunun, fransız iqtisadçıları A.Marşal, J.B.Sey və s. misal göstərmək olar.

Sahibkarlıq fəaliyyətinə Azərbaycan Respublikası çərçivəsində baxaq.

1991-ci il 18 oktyabr tarixi Azərbaycanın siyasi və iqtisadi həyatında önəmli günlərdən biridir.Həmin gün Azərbaycan Respublikası rəsmi olaraq 70 illik Sovet Sosialist Respublikasının əsarətindən qurtuldu. Aydındır ki, Sovet Sosialist Respublikasının iqtiasdiyyati mərkəzləşdirilmış planlı inzibati-amirlik sisteminə əsaslanırdı.Azərbaycan müstəqillik əldə etdikdən ölkəmizin iqtisadi həyatında böyük dəyişikliklər baş verdi.Belə ki,Azərbaycan Respublikası inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçməyə başlamışdır.Bununla da Azərbaycan Respublikasının hələ də sona çatmayan keçik dövrü başladı.Bazar iqtisadiyyatına keçidlə aparılan geniş islahatlar əhalinin işgüzar fəaliyyəti üçün əlverişli şərait,o cümlədən də sahibkarlar təbəqəsinin formalaşmasına imkan yaratdı.Yuxarıda qeyd etdiyimiz kimi,sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının ən başlıca struktur fəaliyyətlərindən biri və deyək olar ki, birincisidir. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsində yazılır:”Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.”

Sahibkarlıq fəaliyyəti haqında Azerbaycan Respublikasının qanununda yazılmışdır,”Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məs`uliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir”



Sahibkarlıq fəaliyyətinin məzmunu və

onun bazar iqtisadiyyatında yeri
Bazarın klassik formalarının yaranması hələ ibtidai cəmiyyətin dağıldığı və quldarlıq sisteminin yarandığı tarixi dövrə təsadüf etsə də, bazar iqtisadiyyatının formalaşması yalnız kapitalizm cəmiyyəti dövründə baş vermişdir.Bu gün bazar iqtisadiyyatlı ölkələrin əksəriyəti kapitalist sisteminə daxil olan ölkələrdir.Bunun əsas səbəbi ondan ibarətdir ki, bazar iqtisadiyyatının normal fəaliyyəti üçün zəruri şərt olan cəmiyyətin üzvlərinin və təsərrüfat vahidlərinin öz davranışlarında iqtisadi azadlığı məhz kapitalizm cəmiyyəti daxilində mövcud olmuşdur.Bazar iqtisadiyyatının birinci şərti iqtisadi azadlıqdır.A.Smit bu barədə yazırdı ki,“Əgər millət tam azadlıqdan istifadə edərək inkişaf edə bilməsəydi, yer üzündə haçansa tərəqqi edə bilən millət tapmaq mümkün olmazdı.”1 Lakin indiyədək mövcud olan bütün iqtisadi sistemlərdə bu meyar cəmiyyətin bütün sahələrinə, iqtisadiyyatın hər bir subyektinə şamil edilməmişdir.Ümumiyyətlə, kapitalizmlərdən əvvəlki sistemlərdə işçi qüvəsinin ictimai əməyə cəlb edilməsində qeyri-iqtisadi metodlardan istifadə edilirdi. Bu cəmiyyətlərin heç birində insanların öz iş qüvvəsi üzərində azad surətdə sərəncam vermək imkanı olmamışdır.Belə bir imkan yalnız kapitalizm quruluşunda mövcud olmuşdur.Ona görə də bazar iqtisadiyyatı yalnız kapitalizm quruluşu əsasında yarana bilərdi.

İctimai əmək bölgüsünün əmələ gəlməsilə xüsusi mülkiyyət də əmələ gəldi.Lakin bu xüsusi mülkiyyət kapitalizm dövründəki xüsusi mülkiyyətdən köklü surətdə fərqənir.Belə ki, kapitalizmə qədərki dövrdə xüsusi mülkiyyətə sahib olmaq hüququ onların bütün üzvlərinə deyil, ayrıca kiçik bir qrupa aid idi.Cəmiyyətin böyük bir hissəsinin təşkil edən təhkimli kəndlilər, qullar bu hüquqdan məhrum idi.Lakin kapitalizm cəmiyyətində xüsusi mülkiyyətlə iqtisadi azadlıq bir-birini şərtləndirir və biri digərini tamamlayır.Belə ki, cəmiyyətin hər bir üzvünün azad şəkildə xüsusi mülkiyyətə sahib olmaq hüququ var.Yəni, bu cəmiyyətdə hər bir şəxs azad fəaliyyət göstərə bilər.Bu zaman hər bir şəxs öz fəaliyyətində hər şeydən əvvəl öz şəxsi mənfəətini əsas götürür. Beləliklə, sahibkarlıq fəaliyyətinin yalnız bazar iqtisadiyyatı şəraitində mövcudluğunu şərtləndirən aşağıdakı 3 cəhəti qeyd etmək olar.



  1. Sahibkarlıq fəaliyyətin bazarla əlaqəli halda mövcud olur,yəni o, əmtəə təsərrüfatı şəraitində real məzmun alır. Həm quldar həm də feodal təsərrüfatları xüsusi mülkiyyətə əsaslansa da,əsasən natural təsərrüfat formasında çıxış etmiş və qapalı xarakter daşımışdır.

  2. Hər bir quldar, yaxud feodal öz təsərrüfatının səmərəli, məhsuldar fəaliyyətində maraqlı olsalar da, hər halda bu təsərrüfatların bilavasitə məqsədi mənfəət qazanmaq olmamışdır.Bunlardan fərqli olaraq sahibkarlıq fəaliyyəti hər şeydən əvvəl mənfəət naminə həyata keçirilir.

  3. Sahibkarlıq fəaliyyəti əsasən iqtisadi cəhətdən azad olan insanların fəaliyyətinə əsaslanır.Quldar və feodal təsərrüfatlarında çalışanlar tam, yaxud yarımasılı vəziyyətdə olmuşlar.

Bazar iqtisadiyyatı şəaritində mənfəət əldə edilməsi üçün həyata keçirilən xüsusi azad sahibkarlıq fəaliyyəti yalnız çoxsaylı istehlakçıların müxtəlif tələblərinin ödənilməsinə yönəldiyi üçün, nəticədə həm istehsalçıların, həm də istehlakçıların fərdi marağının ödənməsi ilə ictimai mənafeyin də reallaşması baş verir.A.Smit yazır ki, satış üçün hər bir məhsul istehsal edən adam (sahibkar) yalnız öz şəxsi marağını güdür, xüsusi mənfəəətdən çıxış edir. Lakin bu zaman o,”görünməz əllər” vasitəsilə öz məqsədinə tamamilə daxil olmayan məqsədə doğru yönəlir, yəni özü də bilmədən cəmiyyətin mənafeyinə xidmət etmiş olur. Yəni sahibkarlıq şəxsi gəlir və ya mənfəət əldə etmək məqsədi ilə öz riski və əmlak məsuliyyəti ilə həyata keçirilən təşəbbüskar fəaliyyət olsa da, yalnız şəxsi məsələ deyil, demək olar ki, daha çox ictimai məsələdir.

Sahihkarıq fəaliyyəti haqqında bir neçə baxışlara baxaq. “Fahibkar” ifadəsinin Şərq iqtisad elmində ilk dəfə kim tərəfindən işləndiyi məlum deyil. Qərb iqtisadiyyatında isə ilk dəfə bu anlayışı Fransız iqtisadçısı Kantilyon işlətmişdir. Onun fikrincə, feodalizm cəmiyyətindəki torpaq mülkiyyətçilərinə və müxtəlif növlü muzdurlara yeni iqtisadi sistemdə, yəni kapitalizm cəmiyyətində mənfəət götürmək məqsədilə digərlərindən məhsulu müəyyən qiymətə alaraq bazarda özünə də məlum olmayan qiymətə satmağa çalışan(deməli risk edən) yeni insanlar qrupu əlavə olunmuşdur. Bu insanları Kantilyon sahibkarlar adlandırmışdır. Onun fikrincə, sahibkarlıq xüsusi növ iqtisadi funksiya olub, müxtəlif növ əmtəələr bazarında tələblə təklif arasaında uyğunluq yaratmağa xidmət edir.

Fransız iqtisadçısı J.B. Sey də Smit kimi, sahibkarı risk etməsinə baxmayaraq,mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən şəxs kimi göstərirdi. Sey öz təhlilinində sahibkarlıq fəaliyyətini istehsal amillərindən səmərəli istifadə forması kimi xarakterizəı edir. O, həm də sahibkarın mənfəətinin təmin edilməsi üçün istehsal amillərinin az gəlirli sahələrdən yüksək gəlirli sahələrə azad surətdə axa bilməsinə xidmət edən iqtisadi mühiti- bazar mühitini təhlil edir. Sahibkarın bütövlükdə əldə etdiyi gəlirləri və bu gəlirlərin sahibkarlıq bilikləri və təcrübəsilə bağlı əldə edilən hissəni açıb göstərir. Sahibkarlıq fəaliyyətinin klassik nəzəriyyəsi də Sey tərəfində yaradılmışdır. Bu nəzəriyyə bazar iqtisadiyyatı nəzəriyyəsinin tərkib hissəsi kimi bu gün də öz əhəmiyyətini saxlamışdır.

İngilis iqtisadçıları A.Smit və D.Rikardo iqtisadiyyatda sahibkarlığa xüsusi yer ayırmışlar. Smit sahibkarları öz istehsalını təşkil edən, planlaşdıran, onun nəticələri üzərində sərəncam verən, risk edən mülkiyyətçi kimi səciyyələndirir.A. Smit baar sisteminin mərkəzi mexanizmini- rəqabət mexanizmini geniş təhlil edərək göstərir ki, yalnız öz vəziyyəti barədə düşünən insanlara qarşı analoji olan daha çox adam zidd mövqedə durur.Beləliklə, bazarda fəaliyyət göstərən hər bir fərd rəqiblər tərəfindən təklif olunun qiyməti qəbul etmək məcburiyyətində qalır. Belə şəraitdə analoji məhsul istehlakçılarına nisbətən daha çox məhsul istehsal etmək istəyən sahibkar üçün alıcıların tapılması işi olduqca çətinləşir. Eyni zamanda rəqiblərinə nisbətən işçisinə daha az əmək haqqı vermək istəyən sahibkar münasib işçi tapa bilmir.Beləliklə, bazar mexanizmi bütün bazar iştirakçılarını intizamli olmağa sövq edir.

D.Rikardo kapitalizmdə mütləq, daimi, təbii istehsal üsulu görmüş, sahibkarlıq fəaliyyətinə isə faydalı təsərrüfatçılığın məcburi elementi kimi baxmışdır.

Alman iqtisadçısı V. Zombart sahibkarlıq qarşısında duran məqsədi 2 yerə: əsas və asılı məqsədlərə bölmüşdür.Onun fikrincə, mənfəət əldə edilməsisahibkarlıq fəaliyyətinin əsas deyil, ikinci dərəcəli məqsədidir. Bu fəaliyyətin əsas məqsədi isə daimi inkişaf etmək,genişləndirməkdir. Bu məqsədə çatmaq üçün sahibkar risk etməli, inadkarlıq və inam göstərməli, ümumi mənafe naminə bir çox insanları işə cəlb etməyi bacarmalıdır.

Avstriya iqtisadçısı Y.Şumpeterin sahibkarlıq haqda fikirləri də maraqlıdır. Sahibkarı novator adlandıran Şumpeter onun başlıca vəzifəsi kimi istehsal amillərinin yeni kombinasiyasına və beləliklə də, iqtisadi tərəqqiyə nail olmağı irəli sürür. Şumpeterə görə, sahibkar olmaq digərlərinin edə bilmədiyini etmək, əvvəldən görə bilmək, köhnəliyə zidd çıxmaq, yenilik tapıb onu tətbiq etmək, qabaqcadan verilmiş proseslər əsasında deyil, həmin prosesləri özü müəyyən edərək fəaliyyət göstərmək qabiliyyətidir. Sahibkar fəaliyyətinin subyekti həm istehsalın sahibi, fərdi kapitalist və ya mülkiyyətçi, həm də istehsal müəssisəsinin, bankın səhmdar cəmiyyətinin idarəedicisi ola bilər.

Fransız iqtisadçısı A.Marşalın iqtisadi tətqiqatlarında da sahibkarlıq fəaliyyətinin tətqiqinə rast gəlmək olar. O, ilk dəfə istehsalın 3 klassik amilləri(torpaq, kapital, əmək) siyahısına dördüncü amili- təşkili əlavə etmişdir.Məhs o vaxtdan etibarən sahibkarlıq anlayışı geniş mənada təsəvvür edilir. Marşal sahibkarlıq fəaliyyətinin əsas sferası kimi istehsal sferasını qəbul edir. Dirəg tərəfdən O, azad sahibkarlıqla bazar iqtisadiyyatının əsas şərti olan iqtisadi azadlığı eyniləşdirməklə sahibkarlıq fəaliyyətini bazar iqtisadiyyatının fərqləndirici xüsusiyyəti kimi qeyd etmişdir.

Nobel mükafatı laureatı, İngilis iqtisadçısı F.A.Xayek sahibkarlıq fəaliyyətinə yeni aspektdən yanaşmışdır. Onun fikrincə sahibkarlıq fəaliyyətinin mahiyyəti- yeni iqtisadi imkanların axtarılması və öyrənilməsidir.

Marksizmin iqtisadi nəzəriyyəsində isə sahibkarlığa demək olar ki yer verilməmişdir. K.Marks sahibkar və kapitalist anlayışlarını bir-birindən ayırmamış, kapitalistin bütün iqtisadi fəaliyyətinin dəyər və izafi dəyər təlimi baxımından təhlil etmişdir. Bu təlimə görə, kapitalistin mənfəənin mənbəyini muzdlu fəhlələr tərəfindən yaradılan dəyərin (məhsulun) haqqı ödənilməmiş hissəsi təşkil edir. Sahibkara məxsus olan risk etmək, qabaqcadan görmək, yenilikçi olmaq, səmərəli idarə etmək və s. anlayışlara isə Marks öz iqtisadi təlimində yer verməmişdir.

Sahibkarlıq fəaliyyətilə bağlı məsələlərdən biri də sahibkarlığın subyektidir. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun I bölməsinin III maddəsində yazılır:


  1. Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər:

  • fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;

  • mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;

  • hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;

  • xarici hüquqi şəxslər.

2. Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

3. Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.

4. Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını və məs`uliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə tənzimlənir.

Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin nizamnaməsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə müəssisənin fəaliyyətinə qarışa bilməz.

Göründüyü kimi, bəzi istisna halları çıxsaq, hər bir kəs sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Lakin bununla belə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bir sıra tələblər irəli sürülür. Bu tələblərin bəzilərinə nəzər salaq. Bunlardan biri kapitala malik olmaqdır. Bu kapital ya lap əvvəldən sahibkarın özünə məxsus ola bilər, ya da o, həmin kapitalı kənardan məsələn, icarə formasında əldə edə bilər. Kapital sahibkara istehsal ehtiyatlarını öz sərəncamına almaq imkanı verərək, sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli start vəziyyəti yaradır. Lakin bu kapitaldan səmərəli və mənfəətlə istifadəni təmin etmir. Həm də, bu kapitalın ilkin həcmi sahibkarlıq fəaliyyətinin imkanlarına təsir etsə də, onun keyfiyyəti ilə bilavasitə əlaqədar deyildir. Qərb ölkələrinin sahibkarlıq sahəsindəki təcrübələri göstərir ki, bir sıra hallarda bu sahədə əldə edilən qələbə pulun, kapitalın ilkin həcmi ilə əlaqədar olmayıb, yenilikçılık, risk, ideya ilə asılı halda yaranmışdır.Yəni, kapital sahibkarlıq fəaliyyəti üçün zəruri olsa da , kifayət deyildir.Bu sahədə müvəffəqiyyət qazanmaq üçünbir sıra cəhətlər məsələn, mürəkkəb bazar konyukturası şəraitində düzgün qərar çıxara bilmək, istehsal amillərinin ən səmərəlisində istifadə etməyə nail olmaq, elim-texniki tərəqqidən istifadə etmək, iş görmək bacarığı və s. tələb olunur. Bunlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi təfəkkür tərzi, konkret olaraq sahibkarlıq təfəkkürü tələb olunur ki, bunun da tərkib hissəsi kimi təşəbbüskarlıq, digərləri ilə münasibətə girmək bacarığı, yüksək məsuliyyət hissi, təşkilatçılıq, qətilik, inadkarlıq, liderliyə can atmaq və s. xüsusiyyətlər sahibkarda cəmləşməlidir.

Lakin yuxarıda göstərilən keyfiyyətlərin hamısı sahibkarda cəmləşməyə də bilər.Bu halda həmin şəxslər özlərində olmayan keyfiyyətlərə malik olan digər şəxslərlə şəriklik, payçılıq və digər şərtlər daxilində müştərək sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Belə olduqda isə həmin şəxslər sahibkarlıq fəaliyyətinin birgə, kollektiv subyektlərinə çevrilirlər.Bəzi ölkələrdə dövlət özü də zəruri hallarda müvafiq müəssisələrin, idarə və təşkilatların simasında sahibkarlıq fəaliyyətinin subyektinə çevrilirlər.

Sahibkarlıq fəaliyyətinin subyektləri bir-birilə qarşılıqlı fəaliyyətdə və asılılıqda iştirak edirlər.Bu asıllığı aşağıdakı şəkildə görmək olar.

Dövlət

Tərəfdaş Sahibkar Alıclıar

Muzdlu işçi

ŞƏKIL 1. Sahibkarlıq fəaliyyətinin subyektləri arasında asılılıq

Sahibkarlıq fəaliyyətinin subyektlərinin 4 funksiyası var:



  1. Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resursları bir yerə toplayır.

Bunlara təbii, investisiya və əmək resurslarını aid etmək olar.

  1. Sahibkar iqtisadi fəaliyyətin ən əsas məsələləri üzrə qərarlar qəbul edir.

  2. Sahibkar yenilikçidir.

  3. Sahibkar öz vəsaiti, iş vaxtı və iqtisadi mühitdəki nüfuzu ilə risk edir.

Sahibkarlıq fəaliyyətilə bağlı məsələlərdən biri də sahibkarlıq fəaliyyətinin obyektidir.Ən ümumi mənada sahibkarlığın obyekti kimi əmtəələr istehsalı, onların satışı və ya müxtəlif növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iqtisad ifəaliyyət başa düşülür.Yəni sahibkarlıq fəaliyyəti əmtəələr və xidmətlərlə bağlıdır. Əmtəələr fiziki, maddi əşyalardır, xidmətlər isə görünməzdir, maddi deyildir. Xidmətlə bağlı sahibkarlıq fəaliyyəti daha geniş vüsət almışdır.Bu sahibkarlıq fəaliyyətinə bank, sığorta, nəqliyyat, turizm, reklam və s. xidmətlər aiddir.Əmtəələrin satışı ilə əlaqədar xidmətlər də vardır. Əmtəənin istehlakçılara çatdırmaq, quraşdırmaq, satışından sonra qulluq etmək və digər xidmətlər buna misal ola bilər.Yuxarıda deyilənləri ümumiləşdirsək, sahibkarlıq fəaliyyətinin obyekti kimi əmtəə(xidmət) istehsalı, satışı və müxtəlif növ xidmətlər göstərilməsidir.

Sahibkarlıq fəaliyyətinin məzmunundan danışdıqda, sahibkarlıq fəaliyyətinin mühitini də qeyd etmək lazımdır. Sahibkarlıq mühiti özündə iqtisadi sərsəstlik dərəcəsini, sahibkarlar ordusunun mövcudluğunu, iqtisadi əlaqələrin bazar tipləri çoxluğunu, sahibkarlıq kapitalının formalaşmasının və zəruri ehtiyatların istifadəsinin mümkünlüyünü birləşdirən ictimai-iqtisadi şəraitdir.Bu mühit 2 qrupa ayrılır: sahibkarlıq fəaliyyətinin xarici və daxili mühiti

Sahibkarlığın xarici mühitinə aşağıdakılar aid edilir: iqtisadi, siyasi, hüquqi, sosial-mədəni, texnoloji, coğrafi və infrastruktur amilləri. Müəssisənini xarici mühitinə aşağıdakıları da aid edirlər:İşçilərin peşəkarlıq səviyyəsi,firmanın alıcılar arasında nüfuzu,həmkarlar ittifaqı,rəqiblər, dünya bazarının vəziyyəti,ETT-nin nailiyyətləri və s.

Bu amillər haqda qısa məlumat verək.İqtisadi mühitə ilk növbədə əhalinin alıcılıq qabiliyyətini aid etmək olar.Çünki, o. Sahibkarın məqsədinə nail olmaq, yəni mənfəət əldə etmək vasitəsidir.Sahibkarlığın inkişafı üçün siyasi mühit iqtisadi mühit qədər önəmlidir.Hökumətin iqtisadi siyasəti,siyasi məqsəd və vəzifələri, iqtisadiyyatı idarəetmə üsulları sahibkarlığın inkişafını stinullaşdıra və ləngidə bilər. Sahibkarlıq fəaliyyəti üçün siyasi sabitlik xüsusi əhəmiyyət kəsb edir.Sahibkarlıq gələcəyin qeyri-müəyyənliyini sevmir.Çünki, o, öz əmlakı ilə risk edir.Sahibkarlıq fəaliyyətinin hüquqi təminatları mühüm əhəmiyyət kəsb edir. Sahibkarlıq fəaliyyəti yalnız qanunvericiliyə əsaslanmaqla və qanunvericiliklə müdafiə olunmaqla inkişaf edə bilər.Hər bir ölkədə qanunvericilik aktları ilə sahibkarlıq fəaliyyəti üçün hüquqi mühit yaradılmalıdır.Sosial-mədəni mühitə ictimai şüur, əxlaqi və dini normalar, əhalinin təhsil səviyyəsi, yaş-cins tərkibi, adət-ənənə vəs. aid edilə bilər. Bunlar insanların həyat tərzini, zövqünü, dünyagörüşünü, işə münasibətini formalaşdırır, onların müxtəlif möv əmtəələrə və xidmətlərə, əmək haqqı səviyyəsinə, əmək şəraitinə tələbatını müəyyən edir. Sahibkarlıq fəaliyyəti həmişə müəyyən texnika və texnologiyadan istifadəyə əsaslanır. Cəmiyyətdə elmin, texnikanın və texnologiyanın inkişaf səviyyəsi ənənəvi sahələrdə sahibkarlıq fəaliyyətinə əlverişli təsir etməklə yanaşı yeni sahibkarlıq fəaliyyəti sahələri yaradır. Yalnız yeni, qabaqcıl texnologiya sahibkara rəqabət mübarizəsinə qabil gələmək imkanı verir. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi ərazinin coğrafi mövqeyi, təbii-iqlim şəraiti, təbii sərvətləri, avtomobil, su, hava, dəmir yol şəbəkəsi və s. coğrafi mühiti təşkil edir. Bu mühit sahibkarlığın bu və ya digər sahələrinin üstün inkişafına şərait yaradır, sahibkarlar tərəfindən ölkəyə investisiyaların yönəldiləsinin mühüm amilini təşkil edir.İnfrastruktur ünsürləri də sahibkarlıq mühitində mühüm yer tutur. Bu mühit sahibkarların qarşılıqlı əlaqələrinin yaradılmasına və ya kommersiya əməliyyatları aparılmasına, sahibkarlıq fəaliyyətinin səmərəliliyinə kömək edən müxtəlif təşkilatlar şəbəkəsindən ibarətdir. Infrastruktur ünsürlərinə sahibkarlıq fəaliyyəti ilə bu və ya digər dərəcədə əlaqədar olmasına baxmayaraq, aşağıdakıları aid etmək olar:maliyyə xidməti göstərən banklar; əmtəələrin bölüşdürülməsi üzrə xidmət göstərən pərakəndə və topdan satış obyektləri;hüquq,mühasibat uçotu, auditor xidmətlərini göstərən firma və idarələr;bazarların öyrənilməsi üzrə marketinq strukturları;reklam;nəqliyyat agentlikləri;sığorta şirkətləri;rabitə və informasiya strukturları;lizinq şirkətləri və s.

Müəssisənin daxili mühiti sahibkarın bilavasitə təsirinə məruz qala bilən amillərdən ibarətdir.Yəni bu amillər sahibkar tərəfindən idarə oluna bilər. Sahibkarlıq fəaliyyətinin daxili mühitinin əsas amilləri aşağıdakılardan ibarətdir:


  • Sahibkarın məqsədi;

  • Məqsədinə nail olmaq üçün seçiləcək texnologiya;

  • Seçilmiş texnologiyaya uyğun təşkilati struktur;

  • Struktur bölmələrinin vəzifələri;

  • Qoyulan vəzifələrin icraçıları(işçiləri)

Sahibakrın məqsədi onun fəaliyyət göstərdiyi xarici və daxili mühitin elementlərinin təsiri ilə formalaşır.

Sahibkarlıq fəaliyyətinin formaları

Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun I bölməsinin IV maddəsində yazılmışdır:

1. Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icaza verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

2. Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.

Sahibkarlığı bir sıra əlamətlərinə görə formalara ayırmaq olar.


  1. Fəaliyyət obyektinin mülkiyyət mənsubiyyətinə görə:

  1. öz mülkiyyəti ilə

  2. özgənin mülkiyyəti ilə

Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda göstərilmişdir:

“Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.”



Sahibkarlıq fəaliyyəti müəyyən istehsal vasitələri mülkiyyətlə və intellektual mülkiyyətlə yerinə yetirilir. Adətən istehsal vasitələri və intellektual mülkiyyət sahibləri özləri sahibkarlıq fəaliyyəti göstərirlər.Lakin bazar iqtisadiyyatı şəraitində özgənin mülikyyətilə sahibkarıq fəaliyyəti geniş yayılmışdır.İstehsal vasiələrinin sahibi onunla sahibkarlıq fəaliyyətini başqasına həvalə edə bilər.Belə ki, mülkiyyətçi öz müəssisəsinə rəhbər təyin etməklə sahibkarlıq funksiyasını müqavilə ilə başqasına həvalə edə bilər. Həmçinin mülkiyyəti icarəyə götürməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olar.Kredit götürməklə sahibkarlıq fəaliyyəti də özgənin mülkiyətilə sahibkarlıq fəaliyyəti hesab oluna bilər.Özgənin intelelktual mülkiyyəti ilə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olar Məsələn, Elmi-labaratoriya, konstruktor börosu təşkil edən sahibkarlıq fəaliyyəti

  1. Sahibkarlıq fəaliyyəti sahəsi seçilməsi sərbəstliyinə görə sahibkarlıq fəaliyyəti:

  1. xüsusi icazə tələb olunmayan

  2. xüsusi icazə tələb olunan

  3. qadağan olunan

hər bir ölkədə ictimai mənafe baxımından xüsusi icazə tələb edən və qadağan olunan sahibkarlıq fəaiyyəti sahələri müəyyən olunur. Bu sahələrə aid olunmayan sahibkarlıq fəaliyyət isə xüsusi icazə tələb olunmayan sahələrdir. Məsələn, ayaqqabı, paltar istehsalı, məişət elektrik cihazları təmiri və s. Xüsusi icazə tələb olunana sahikarlıq fəaiyyəti növlərinin siyahısı Azərbaycan Respublikası Milli məclisi tərəfindən müəyyən olunur. Bu sahəyə aşağıdakılar aid edilir: neftin və təbii qazın, qara və əlvan metalların hasili və emalı; tərkibində qiymətli metallar və daşlar olan təkrar xammalın, tullantıların tədarükü və emalı; Dərman vasitələrinin, texnikanın istehsalı və satışı; zəhərli ilanların, qiymətli eyvan və balıqların ovlanması və digər sahələrlə məşqul olan sahibkarlıq fəaliyyəti

  1. Sahibkarlığın subyektinə görə

  1. xüsusi

  2. dövlət

  3. milli

  4. xarici

  1. Sahibkarlıq qərarları qəbul etmə üsuluna görə

  1. fərdi

  2. kollektiv

Fərdi sahibkarlıq fəaliyyəti bir nəfər tərəfindən yerinə yetirilir, o,qərarları təkbaşına yerinə yetirir.Bunlara hüquqi şəxs yaratmadan safibkarlıq fəaliyyəti göstərənlər(fərdi müəssisə sahibləri və s.) aiddir. Kollektiv sahibkarlıq vahid məqsəddə birləşən iki və daha çox şəxs tərəfindən həyata keçirilir.Sahibkarlığın bu formasında təsərrüfat qərarları kollektiv şəkildə qəbul olunur.

  1. Sahibkarlıq fəaliyyətinin təşkili baxımından

  1. Fiziki şəxs yaratmaqla

  2. Hüquqi şəxs yaratmaqla

Ümumiyyətlə sahibkar öz sahibkarlıq fəaliyyətinə başladığı zaman hansı növ müəssisə yaradacağına qərar verməlidir. Bu sahibkarın subyektiv amillərindən asılıdır.Məsələn, sahibkarın malik olduğu kapitalın həcmi, sahibkarın məxsus olduğu qabiliyyətlər və s. Yuxarıda qeyd etdiyim kimi sahibkar tək və ya şərikli şəkildə fəaliyyət göstərə bilər. Biznes aləmində belə bir aforizm var: “ Yaxşı dostunla hec vaxt biznesə getmə, bu dostluğun sona yetməsinin əmin yoludur”1

Azərbaycanda müəssisələr haqqında qanuna görə müəssisələr aşağıdakı təşkilatihüquqi formalarda olur:



  1. Dövlət müəssisəsi

  2. Fərdi(ailə) müəssisəsi

  3. Şərikli (tam ortaqlı) müəssisə

  4. Payçı və şərikli(komandit ortaqlıqlar) müəssisə

  5. Məhdud məsuliyyətli müəssisə

  6. Səhmdar cəmiyyət

Dövlət müəssisəsi dövlət mülkiyyətinə əsaslanır və 2 formada olur.a) əmlakı tamamilə dövlətə məxsus, b) səhmlərin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisələr. Dövlət müəssisələri xüsusi bölmənin öz kapitalını yönəltmək istəmədiyi və ya yönəldə bilmədiyi sahələrdə sahibkarlıq fəaliyyəti həyata keçirirlər. Məsələn, iş yüksək kapital tələb etdikdə, fəaliyyətin nəticəsinin müddəti və kəmiyyəti məlum olmadıqda, istehsal edəcəyi məhsul və ya xidmət dövlət tərəfindən tənzimləndikdə və s. Bəzi ölkənin enerji təminatı, nəqliyyat, rabitə və s. kimi sahələr var, hansı ki bu sahələr iqtisadiyyatın normal fəaliyyətini təmin edirlər.Bunu ŞƏKİL 2. də əyani görmək olar. Bu sahələr dövlət müəssisələrinin fəaliyyət dairəsinə daxildirlər. Dövlət müəssisələri ictimai əhəmiyət daşıyan sahələri də əhatə edirlər. Bu sahələrdə dövlət müəssisələrinin əsas məqsədi gəlir əldə etmək deyil, əhalinin tələbatını ödəməkdir.Məsələn, hal-hazırda əhalinin nəqliyyata olan gündəlik tələbatının əsas hissəsinin ödəyən Bakı metropolitreninin gəlirləri xərclərindən qat-qat aşağıdır. 2003-cü ilin dövlət büdcəsindən metropolitenin vaqon parkının təzələnməsinə 40, maya dəyəri ilə gediş haqqı arasındakı fərqi ödəməyə - 30 mlrd manat ayrılıb1. Dövlət müəssisələrinin əhatə dairəsinə həm də təbii resursların hasilatı və elmtutumlu sahələr aiddir.








1999

2000

2001

2002

2003

2004

Sənaye üzrə, cəmi

dövlət

62,7

56,3

53,3

45,2

43,7

41,8

qeyri-dövlət

37,3

43,7

46,7

54,8

56,3

58,2

Metal filizlərin hasilatı

dövlət

100

100

100

100

91,2

90,0

qeyri-dövlət

-

-

-

-

8,8

10,0

koks və neftayırma
məhsullarının istehsalı

dövlət

99,9

99,9

99,9

99,5

99,4

99,4

qeyri-dövlət

0,1

0,1

0,1

0,5

0,6

0,6

Kimya sənayesi

dövlət

93,6

82,6

83,3

82,6

74

77.3

qeyri-dövlət

6,4

17,4

16,7

17,4

26

22.7

Rezin və plastik
kütlə istehsalı

dövlət

77,8

56,8

14,7

24,7

2,4

12.7

qeyri-dövlət

22,2

43,2

85,3

75,3

97,6

87.3

Metalurgiya

dövlət

89,7

84,1

45,7

18,9

54,1

52.7

qeyri-dövlət

10,3

15,9

54,3

81,1

45,9

47.3

Maşın və avadanlıqların
istehsalı

dövlət

92,6

84,4

96,3

98,2

76,6

60.9

qeyri-dövlət

7,4

5,6

3,7

1,8

23,4

39.1

Hesablama texnikası
istehsalı

dövlət

100

100

82,8

100

80,4

92

qeyri-dövlət

-

-

17,2

-

19,6

8

Elektrik maşınları və
elektrik avadanlıqları istehsalı

dövlət

85,7

67,3

53,8

78,8

67,7

71.2

qeyri-dövlət

14,3

32,7

46,8

21,8

32,3

28.8

Elektrik enerjisi, qaz,
suyun istehsalı və bölüşdürülməsi

dövlət

99,9

99,8

99

94,2

91,1

89.9

qeyri-dövlət

0,01

0,2

1

5,8

8,9

10.1

ŞƏKİL 2.Sənaye istehsalının mülkiyyət formalarına görə strukturu(faizlə)

Fərdi(ailə) müəssisəsi vətəndaşən mülkiyyətində və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir. Mülkiyyətçi müəssisənin öhdəliklərinə öz əmlakı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.Fərdi müəssisənin bir necə üstünlükləri vardır.Məsələn,işə başlamaq və onun fəaliyyətinə son vermək asandır. Burada sahibkar hec kəslə məsləhətləşmək, hec kəsdən icazə almaq(dövlətdən başqa) məcburiyyətində deyils.Ancaq dövlətdən lisenziya alıb işə başlayır; gəlirlərini hec kimlə bölüşmür, buna görə də sahibkar işin nəticəsinə son dərəcə maraqlıdırlar. öz müəssisəsini öz gələcək nəslinə viras kimi saxlaya bilər və s. Bu müəssisələrin həmçinin mənfi cəhətləri də vardır. Məsələn, sahibkar müəssisəsinə görə limitsiz öhdəlik daşıyır. Əgər müəssisə səmərəli fəaliyyət göstərməzsə, bütün müəssisəyə sahibkar özü cavabdehdir; fəaliyyətə başlamaq üçün çox maliyyə vəsaiti tələb oluna bilər, bu da hamıya sahibkarlıq fəaliyyətinə başlamağa imkan vermir; İşi tək idarə etmək çətin ola bilər, tək işləyəndə müəssisə sahibkar bəzi gəlirlərdən məhrum olur.məsələn, sığorta, məzuniyyət və s. ödəmələr. Bu müəssisələr adətən qısamüddətli fəaliyyət göstərdiklərindən, digər sahibkar strukturları,əsasən də maliyyə-kredit təşkilatları onlarda fəaliyyətə həvəs göstərmirlər.

Şərikli (tam ortaqlı) müəssisə azı 2 fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasənda təsis edilən müəssisələrdir.Şəriklər müəssisəyə pay qoyurlar və müəssisədən çıxdıqda da öz paylarını geri alırlar. Şəriklər müəssisənin öhdəliklərinə bütün əmlakları ilə cavabdehdirlər. Bu müəssisənini də bəzi üstünlükləri var: fərdi sahibkarlıqdan fəqli olaraq, daha geniş maliyyə imkanlarına malik olurlar; Aydındır ki, hər bir insanın ayri-ayri qabilliyyətləri var. Burada şəriklər arasında vəzifə bölgüsü aparmaqla müsəssisədə ixtisaslaşma aparmaq olar. Şəriklər bir-birinə sərbəst vaxt verirlər.Bu vaxtdan istifadə edərək sahibkar öz qabiliyyət və prespektivlərini artıra bilər. Bütün bu müsbət cəhətlərlə yanaşı şərikli müəssisələrin mənfi cəhətləri də vardır:Qoyduğu paydan asılı olmayaraq, bütün müəssisəyə cavabdehlik. Sahibkar öz səhvi üzündən oldu-olmadı, müəssisənin borclarına bütün əmlakı ilə cavabdehdir. Bəzi şəriklər çox pay doyur, bəziləri isə daha çox əmək sərf dir. Bu da gəlirlərin bölüşdürüləmində konfliktə səbəb olur.Qərarların qəbul edilməsində də şəriklər arasında mübahisə baç verə bilər.

Payçı və şərikli(komandit ortaqlıqlar) müəssisə azı şərik və bir payçı tərəfindən təsis edilir. Müəssisənin öhdəliklərinə şəriklər bütün əmlakı ilə, payçılar isə yalnız verdiyi pay həcmində məsuliyyət daşıyırlar. İdarə heyətinin seçilməsi və onların səlahiyyətlərinin seçilməsində yalnız şəriklərin səs vermək hüququ var. Müəssisədaxili qərarların qəbul edilməsində isə həm şəriklərin, həm də payçıların hüququ vardır. Payçı və şərik müəssisədən çıxdıqda öz payını geri alır.

Məhdud məsuliyyətli müəssisə bir və ya bir neçə höquqi və ya fiziki şəxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir. Təsisçilər nizamnamə fondundakı payları həcminə görə məsuliyyət daşıyırlar. Burada payçılar öz üzərinə düşən hissəni qiymərli maddi dəyərlərlə(torpaq,mənzil,daş-qaş və s.) də ödəyə bilər.Cəmiyyətin iştirakçılarına qiymətli kağız hüququna mailk olmayan və cəmiyyətin razılığı olmadan bir kimsəyə satıla bilməyən şəhadətnamə verilir. İştirakçılar bu şəhadətnaməyə əsasən pay alırlar.Bu pay öz sahibinə payçıların iclasında iştirak etmək, divident almaq, cəmiyyət fəaliyyətini dayandırarkən əmlakın bir hissəsini almaq imkanı verir. MMC-lərin bir fərqləndirici cəhəti də var ki, bu müəssisələrin fəaliyyəti haqda məlumat ictimai mətbuatda cap edilmir.Bu da sahibkara müəssisənin sirlərini etibarlı şəkildə qorumağa imkan verir.

Səhmdar cəmiyyət təsərrüfat fəaliyyətini həyata keüçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdırılan fiziki və ya hüquqi şəxs tərəfindən könüllü saziş əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyət azı 3 fiziki və ya hüquqi şəxs tərəfindən yaradılır. Səhmdar cəmiyyətin iştirakçıları verdikləri pay həcmində məsuliyyət daşıyırlar və verdikləri pay müqabilində də divident alırlar.Səhmdar cəmiyyətlər insanlara imkan verir ki, ən kiçik vəsaitlərini belə işguzarlıq fəlaiyyəti həyata keçirmək üçün bir yerə toplasınlar və səmərəli istifadə etsinlər. Bu da eyni bir müəssisədə xeyli sayda mülkiyyətçilərin mənafelərinin əlaqələndirilməsini və vahid bir məqsədə yönəldilməsini təmin edir.Səhmdar cəmiyyətləri müxtəlif mülkiyyətçilərin kapitallarının birləşdirilməsinin ən etibarlı və möhkəm formalardan biridir. Cəmiyyət üzvlərindən hər hansi biri üzvlükdən çıxarsa, cəmiyyət ləğv edilməyib fəaliyyətinə davam edir.Səhmdar cəmiyyətlərin 2 tipi var: açıq və qapalı səhmdar cəmiyyətləri. “Açıq tipli” səhmdar cəmiyyətində səhmdarların sayı məhdudlaşdırılmır,səhmlər fond birjasında satılıb alınır. “Qapalı tipli” səhmdar cəmiyyətində isə səhmlər bir neçə təsisçilərə məxsusdur və azad alınıb-satılmır.

Sahibkarlıq fəaliyyəti öz miqyasına görə kiçik ,orta və iri sahibkarlığa bölünür. Və hər bir bazar iqtisadiyyatı ölkəsində dövlət kiçik və orta sahibkarlıq üçün müxtəlif imtiyazlar və güzəştlər sistemi tətbiq edir.Bu imtiyazlar və güzəştlər sistemi əhalinin, əsasən də onun maddi imkanları məhdud olan hissəsinin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına stimul yaratmaq məqsədi daşıyır. Kiçik və orta sahibkarlıq azad bazar iqtisadiyyatının ən yüksək elementlərindən biri olmaqla aşağıdakı mühüm funksiyaları yerinə yetirir:



    1. İqtisadiyyatın lazımi çevikliyini, istehsalın ixtisaslaşmasını və kooperativ ləşməsini təmin edir ki, bu da iqtisadi səmərəliyi şərtləndirir

    2. İstehsal sahələrində yaranmış geriləmələri tezliklə aradan qaldırır, elmi-texniki yenilikləri istehsalata daha tez tətbiq edir və çəkdiyi xərci qisa müddətə çıxarır.

    3. Bazar iqtisadiyyatı üçün lazım olan rəqabət mühitini yaradır və antiinhisarçı rolunu oynayır, bazar konyukturasının dəmişməsinə tez bir zamanda reaksiya verir.

    4. Elə sağlam işguzarlıq mühiti yaradır ki, bunsuz şəxsi marağa və istehsalçıların təşəbbüsünə əsaslanan bazar iqtisadiyyatı mümkün deyil

Dünya ölkələrinin təcrübəsi göstərir ki, kiçik, orta və iri müəssisələri müəyyən etmək üçün vahid meyar yoxdur.Müəssisənin miqyasının müəyən olunması strukturunda da eynilik yoxdur. Bəzən sənayenini hər hansı bir sahəsində müəssisələrin miqyasında xeyli müxtəliflik olur. Kiçik və orta sahibkarlığı dəqiq təsnifatlaşdırmaq üçün onların təşkilati, hüquqi, sosial, iqtisadi və sosioloji aspektləri əhatə edən keyfiyyət xüsusiyyətlərini konkretləşdirmək lazım gəlir ki, bu da mürəkkəb və çətin məsələdir. Daha çox müəssisədəki işçilərin sayına, əsas kapitalın dəyərinə, satlıq məhsulun dəyər ifadəsində həcminə, kapital qoyuluşu həcminə və s. göstəricilərə görə təsnifləşdirmədən istifadə edilir.

Azərbaycan Respubilikasında 2000-ci il iyulun 1-dən sonra dövlət əmlakının özəlləşdirilməsinin Dövlət proqramında müəssisələr işçilərin sayına görə aşağıdakı kimi təsnifləşdirilir.



Sahə mənsubiyyətinə
görə müəssisələri
növləri

İşçilərin sayına görə
qruplaşdırma




kiçik

orta

iri

sənaye

50-dək

50-150

150-dən çox

nəqliyyat və rabitə

50-dək

50-100

100-dən çox

tikinti

50-dək

50-100

100-dən çox

Elmi-texniki

30-dək

30-75

75-dən çox

Ticarət,xidmət dairəsi və s.

25-dək

25-50

50-dən çox

ŞƏKİL 3. Müəssisəlin təsnifatı.


Kiçik sahibkarlığın fəaliyyət dairəsini müxtəlif səbəblərə görə orta və iri müəssisələrin siraət edə bilmədiyi və ya iqtisadi cəhətdən qeyri-əlveriçli hesab etdiyi sahələr təşkil edirlər.Ümumiyyətlə kiçik sahibkarlıq sistemi özündə bir neçə sahələri birləşdirir.

  1. Yerli bazar üçün işləyən kiçik həcmli və mövsümi məhsullar istehsal edən müəssisələr, mağazalar, kafelər, atelyelər və s.

  2. Maşınqayırma məhsulları (cihazlar,hissələr, alətlər) istehsal edən müəssisələr

  3. Orta və iri müəssisələrin yardımçı istehsalı kimi çıxış edən müəssisələr

Kiçik sahibkarlığın inkiçaf etdirilməsi ölkənin inkişafında daha əhəmiyyətli rola malikdir. Ona görə də,bu müəssisələrin sayı getdikcə artır. Bu da işsızlərin işlə təmin olunmasında böyük rol oynayır.Bu dinamikanı aşağıdakı cədvəldə də görmək olar.


İllər

Fəaliyyət göstərən
müəssisələrin sayı(vahid)

İşləyənlərin siyahı
sayı(nəfər)

orta hesabla bir müəssisədə
işləyənlərin sayı

2000

24254

99778

4

2001

25121

118714

5

2002

24721

125804

5

2003

21178

187521

9

2004

19462

135831

7

ŞƏKİL 4.Kiçik müəssisələrin fəaliyyəti


Kiçık müəssisələrin digərlərinə nisbətən bir neçə üstün cəhətləri vardır:

  1. Kiçik müəssisələrin yaradılması üçün daha az ilkin kapital tələb olunur.

  2. Kiçik müəssisələr öz fəaliyyətlərində daha cəld və çevikdirlər. Buna görə də bu müəssisələr bazardakı dəyişikliklərə daha tez uyğunlaşa və öz fəaliyyətlərini alıcıların tələblərinə uyğun yenidən qura bilirlər.

  3. Kiçik müəssisələr yüksək rentabelliyə malikdirlər, yəni məhsulları daha az istehsal xərcləri hesabına istehsal edə bilirlər. Buna istehsal xərclərinə qənaət etməyə imkan verən bir neçə amillər səbəb olur: bu müəssisələrin dar ixtisaslaşması, əmək haqqının, inzibati idarəetmə xərclərinin, istehsal xərclərinin daha aşağı səviyyəsi, işçilərdən, avadanlıqlardan daha səmərəli istifadə olunması

  4. Kiçik müəssisələrdə kapitalın dövriyyəsi daha tez baş verir.

  5. Kiçik müəssisələr inhisarçılığın məhdudlaşdırılmasında, bazarda rəqabətin yaradılmasında böyük rol oynayırlar.

  6. Kiçik müəssisələt istehsal tullantılarından daha səmərəli istifadə edirlər. Hətta, bəzən iri müəssisələrin tullantıarı hesab edilən məhsullar kiçik müəssisələr üçün istehsal texnologiyasının zəruri komponenti rolunu oynayırlar.

  7. Kiçik müəssisələr əsasən yerli bazar üçün işlədiklərinə görə, nəqliyyat xərxləri azalır. İstehsal və xidmətlərin istehlak sferasına yaxınlaşmasına, yerli xammal, əmək, material ehtiyyatlarının iqtisadi proseslərə cəlb edilməsinə əlverişli şərait yaradır.

  8. Kiçik müəssisələrin müxtəlif səbəblər üzündən öz fəaliyyətini dayandırması və ya fəaliyyətinin başqa sahələrə yönəltməsi bazar üçün elə də mənfi təsir etmir.

  9. Kiçik müəssisələrin sahibləri müəssisə iflasa uğradıqda dərin psixoloji gərginliyə məruz qalmırlar.

Bu saydığımız müsbət cəhətlərlə yanaşı kiçik müəssisələrin mənfi cəhətləri də vardır. Məsələn, İqtisadi cəhətdən müstəqil olan kiçik sahibkarların əsasən fərdi fəaliyyəti onlar üçün bir sıra problemlər yaradır.Çünki, əslində bu müstəqillikhəm prinsip, həm də təcrübi fəaliyyətdə yaşamaq uğrunda mübarizədən ibarətdir.Kiçik sahibkarlıq daima yüksək rəqabət şəraitində fəaliyyət göstərirlər.Kapital tutumlu texniki vəzifələrin həyata keçirilməsi, kənardan investisiyaların əldə edilməsi, zəruri informasiyaların alınması, ixtisaslı menecerlərin cəlb edilməsi, işçilərin sosial cəhətdən mühavizəsi, və s. sahələrdə kiçik müəssisələrin imkanları iri müəssisələrə nisbətən məhdud olur.

İqtisadiyyatın inkişafında iri sahibkarlığın rolu da danılmazdır. İri korporasiyalar və onların nirlikləri hər şeydən əvvəl texnoloji tərəqqini, iqtisadi artımı, və əhalinini sosial müdafiəsini təmin edirlər. İqtisadiyyatın elmtutumlu, infrastruktur və hasilat sahələrində onların mövqeləri daha böyükdür.Çünki, belə sahələrdə kiçik və orta sahibkarlıq fəaliyyət göstərə bilmir.Bunu əsasən sənaye sahələrinə aid etmək olar. İri sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin sayı az olsa da, məşğul olduğu fəaliyyət sahəsidə hegemonluğu öz əllərində saxlayırlar.Məsələn, ABŞ-da iri korporasiyalar bütün sənaye firmalarının təqribən beşdə birini təşkil etsələr də, ölkənin bütövlükdə sənaye məhsulunun 90 %-ni istehsal edir. İri müəssisələr adətən kütləvi və sabit çeşidli məhsul istehsal edirlər.

İri müəssisələrin də bir sıra özünəməxsus cəhətləti var:


  1. Qabaqcıl texnika və texnologiyadan geniş istifadə

  2. kapitalın yüksək təmərküzləşməsi və mərkəzləşməsi

  3. Güclü istehsal bazası, formalaşmış informasiya sistemi,sabit təsərrüfat əlaqələri,xarici bazarda etibarlı nüfuz

  4. geniş maliyyə imkanları

  5. daha uzun dövrü əhatə edən fəaliyyət

  6. bazar dəyiçikliklərinə uzun müddət müqavimət göstərə bilmə imkanı

  7. Fəaliyyəninin geniş surətdə reklam imkanı, yüksək dəyərli elmi-tətqiat işləri aparması və s.

Fəaliyyət istiqamətinə görə sahibkarlığı aşağıdakı qruplara ayırmaq olar:

    • İstehsal sahibkarlığı

    • Ticarət sahibkarlığı

    • Maliyyə sahibkarlığı

    • Məsləhət sahibkarlığı

Fəaliyyət sahəsinə görə də sahibkarlıq fəaliyyətini qruplaşdırırlar:Sənaye, kənd təsərrüfatı, nəqliyyat,xidmət sahəsi və s.


Yüklə 442,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə