Kurs işi Kurs : II qrup: k-44 Tələbə: Mahmudov Anar


Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili



Yüklə 442,13 Kb.
səhifə2/3
tarix07.11.2017
ölçüsü442,13 Kb.
#8740
1   2   3
Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili
Hər bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs əvvəlcə qərar verməlidir ki, sahibkarlığın hansı formasında fəaliyyət göstərəcək. Sahibkarlıq fəaliyyətinə başlanılmasına 2 aspektdən baxaq: hüquqi və təşkilati.

Sahibkarlıq fəaliyyəti ilk əvvəl dövlət qeydiyyatından keçməlidir. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əsaslanır. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və rayon və icra hakimiyyəti aparır. Sahibkar fiziki şəxs olduqda isə qeydiyyat Azərbaycan Respublikası Vergilər Nazirliyində aparılır. Müəssisənin dövlət qeydiyyatına alınması üçün:



  • Təsis sənədləri və hüquqi şəxsin nizamnaməsi

  • Hüquqi şəxsin yaradılması haqqında təsis müqaviləsi

  • Dövlət rüsumunun ödənilməsi haqda sənəd

  • Təsisçinin hüquqi ünvanı(fiziki şəxs olduqda- poçt) haqqında sənəd

Sahibkar tək və ya bir neçə təsisçilərlə fəaliyyət göstərə bilər. Müəssisəçılər tərəfindən yaradılarsa, təsis müqaviləsi tərtib olunur. Müqavilədə müəssisənin adı və növü, təsisçilər haqda məlumat, nizamnamə fondu, Təsisçılərin fondakı payı, öhdəliklər, gəlirlərin bölüşdürülmədi qaydası və s. göstərməlidir. Təsisçılər(təsisçilərdən biri) fiziki şəxslər olduqda, onların təsis müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Əgər təsisçi təkdirsə təsis müqaviləsinə ehtiyac qalmır.

İstisnasız olaraq bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. Nizamnamədə müəssisənin adı və növü, hüquqi ünvan, təsisçılər barədə məlumat, müəssisənin hüquq və vəzifələri, nizamnamə fondu, fəaliyyətin məzmunu və məqsədi, müəssisə əmlakının yaranması və mənfəətin bölüşdürülməsi qaydası və s. göstərilir.

Dövlət qeydiyyat orqanı müraciət edənə 10 gün müddətində dövlət qeydiyyatı haqda şəhadətnamə, yaxud imtina barədə yazılı məlumat verilir. Bu şəhadətnamə hüquqi şəxslərin möhür, ştamp, firma blanklarının və əmtəə nişanlarının hazırlanması, bank hesablarının açılması, vergi orqanlarında uçota alınmaları üçün əsas sənəddər.

Ədliyyə Nazirliyində qeydiyyata düşdükdən sonra Azərbaycan Respublikası Statistika Komitəsinə müraciət edib, identifikasiya kodunu təsdiq etdirib qeydiyyatdan keçmək lazımdır.Bundan sonra terli vergi orqanlarında qeydiyyatdan keçmək, bankda müəssisənin nizamnamə fondunu təşkil edən hesab açmaq, Sosial Müdafiə, Məşğulluq və Əlillər fondlarda qeydiyyatdan keçmək lazımdır. Sonuncu mərhələdə maliyyə və mühasibat sənədləri, müvafiq nazirliklərdən və təşkilatlardan lisenziyaların, yanğın idarəsindən və sair idarələrdən icazələr, qiymətli kağızların emissiyası(səhmdar cəmiyyətlər üçün) alınır. Bütün bunlardan sonra müəssisə öz fəaliyyətinə başlaya bilər. Ümumiyyətlə, bütün bu qeydiyyatlar sadələşdirilməlidir. Çünki, bu proseslər nə qədər mürəkkəb olarsa, gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı da bir o qədər çox olur. Bazar iqtisadiyyatının inkişafında sahibkarlıq fəaliyyətinin rolunu nəzərə alsaq, bu proseslərin sadələşdirilməsinin mütləq olduğunu aydın görərik.

Klassik sahibkarlıq modelində isə sahibkarlıq fəaliyyəti aşağıdakı kimi izah edilir.Aşağıdakı sxemə bazaq:

Df Dv

Mülkiyyətçilər Əmtəənin istehlakçıarı

Sahibkarlıq fəaliyyətinin Sahibkarlıq fəaliyyətinin

amilləri və vasitələri F Sahibkar T son məhsulları

ŞƏKIL 5. Sahibkarlıq fəaliyyətinin biritpli sxemi

Sahibkar (T) müxtəfil dövrdə əmtəə(xidmət) ilə istehlakçıların tələbatınıtəmin etmək və onun əvəzinə, yəni onu satmaq sayəsində müəyyən pul hasil etmək üçün fəaliyyət göstərir. Sahibkar son məhsul kimi, öz fəaliyyətində əmlak qiymətlilərini, elmi-texniki məhsulunu, istehlak əmtəələrini, informasiyanı,intellektual məhsulları,pulu,valyutanı,qiymətli kağızları, məişət, inşaat, nəqliyyat və istehlakşı üçün lazım olan istənilən başqa işləri, xidmətləi və məhsulları realizə edir. Sahibkar məhsulu(əmtəəni,xidməti) realizə etmək üçün onlara malik olmalıdır. Odur ki, məhsulu(xidməti) alır və ya onu özü istehsal edir, onun hərəkətini təmin edərək alıcılara satır. Təbiidir ki, məhsulun alınma və istehlakçılara ötürülməsi prosesini həyata keçirmək üçün sahibkarın vəzifəsi sahibkarlıq fəaliyyətinin (F) amillərini - əmtəəni və dövriyyə vəsaitlərini (işçi qüvvəsini, informasiyanı, istehsal üçün maddi və maliyyə resurslarını, məhsulun daşınmasını və satışını) hərəkətə gətirməkdir.

Əgər sahibkar özü bu vəsaitlərə malik deyilsə, o, pul (Df) verməklə bunları mülkiyyətçidən alır və əmtəələri satır. Sadə hallarda istehlakçıya əmtəə kimi vəsait və amillər lazım olduqda sahibkar onları mülkiyyətçidən alaraq dəyişmədən istehlakçıya satır. Bu zaman sahibkar əmtəə satan mülikyyətçilər ilə onların onların alıcıları arasında ticarət-əlaqəçi funksiyasını yerinə yetirir.

Nəticədə sahibkarlıq içinin məntiqi sxemi aşağıdakı kımi olur:
Df F T Dv

Sahibkar Df pulu ilə F vəsaitlərini əldə edir, onları T əmtəəyə və xidmətə çevirir, əmtəə və xidmətləri realizə edərək Dv pulunu hasil edir. O, bu zaman çalışır ki,

Dv>Df olsun.

Sahibkarlıq fəaliyyəti müəyyən sistem halında həyata keçirilir.(ŞƏKİL 8.) Göründüyü kimi bu sistemin başlanğıcında istehsalın işə salınma amilləri, sonda isə hazır məhsulun buraxılışı və satışı gəlir.


kapital


Gəlirlər




İş qüvvəsi



Müəssisə
İstehsalı işə

salma amilləri


Xammal və material

Texnoloji proses

Hazır məhsul burax.


Satış

ŞƏKİL 6. İstehsal prosesinin sxemi


Müəssisənin fəaliyyətə başlamsı üçün hər şeydən əvvəl maliyyə vəsaiti lazımdır. Müəssisənin fəaliyyəti üçün zəzuri olan maliyyə resurslarının 2 əsas növü var:

  1. Əsas fondlar şəklində uzunmüddətli maliyyə vəsaiti

  2. Hər sikli üçün lazım olan və qısamüddətli tələbatı(əmək haqqı,xammal və material, cari xərclərin ödənilməsi) ödəməyə yönəldilən maliyyə vəsaiti

Müəssisə müxtəlif maliyyə mənbələrindən istifadə edir:

  • Şəxsi əmanət

  • Yaxın qohum və tanışlardan alınan vəsaitlər

  • Birgə borclular qrupu vasitəsilə alınan kreditlər

  • Bank kreditləri

  • Kredit ittifaqları vasitəsilə aınan kreditlər

  • Humanitar yardım məqsədilə alınan vəsaitlər

  • Qrantlar proqramları vasitəsilə alınan vəsaitlər

İstehsal fəaliyyətilə məşğul olmaq istəyən hər bir şəxs müəyyənləşdirməlidir ki, hansı konkret məhsulu istehsal edəcək və hansı xidmət növü göstərəcək. Sonra müəssisə marketinq fəaliyyətinə başlayaraq istehsal edəcəyi məhsula və göstərəcəyi xidmətə olan tələbatı müəyyənləşdirməli, potensial istehlakçını axtarıb tapmalı və onunla birbaşa əlaqəyə girməlidir. Sahibkarlıq risqini minimuma endirmək məqsədilə sahibkar ilə istehlakçı arasına ilə müqavilə bağlanır.

Sahibkar səmərəli fəaliyyət yaratmasında sahibkarlıq mühitini, bazarı öyrənmək və təhlil etmək vacibdir. Bunun üçün aşağıdakılar müəyyənləşdirilməlidir:Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün əlverişli mühit, investisiya üçün əlverişli imkanlar, fəaliyyətə mənfi və müsbət təsir göstərən amillər, kredit əldə etmək imkanlar, dövlət imtiyazları və güzəştləri, infrastruktur şəbəkəsi, rəqiblər, tərəf müqavilləri. Bu təhlildən sonra strategiya müəyyənləşdirilir. Bundan sonra qarşıya qoyulan məqsədə çatmaq üçün tədbirlər məcmusu işlənib hazırlanır. Öncə ümumi ümumi vəzifələr işlənib hazırlanır, konkret məqsədlər müəyyənləşdirilir, nəzarət imkanları aydınlaşdırılır, əsas tədbirlər, taktika işlənib hazırlanır, əldə olan resurslar və maddi-texniki təminat müəyyənləşdirilir.

İşçi heyətinin düzgün seçilməsi sahibkarlıq fəaliyyətinin uğurla həyata keçirilməsinində mühüm rol oynayır. Kadrların düzgün seçilməsi istehsal prosesində ba verə biləcək problemləri asanlıqla həll etməyə imkan verir. Sahibkarin özündən də çox şey asilidir. Sahibkar çalışmalıdır ki,müəssisənin komemersiya sirri gizli saxlanılsın, müəssisənin imici müdafiə olunsun, istehlakçıların və istehlakçıların və işguzar adamların rəğbətini qananmaq mümkün olsun. Buna görə sahibkar kadrlarla, işçi heyətilə gündəlik səmərəli iş aparmalı, onların işlərini müntəzəm olaraq düzgün qiymətləndirməlidir. İşçiləri həvəsləndirmək üçün onlara yüksək əmək haqqı,əlavə mükafatlar təsis etməli, eyni zamanda ciddi iş rejimi yaratmalıdır.

Elmi-texniki inqilab sahibkarlıq fəaliyyətinin hər bir mərhələsində əmək bölgüsünün dərinləşməsinə səbəb olmuşdur. Bu əmək bölgüsü müəssisələrdə təşkilatı strukturların formalaşmasında əsas rol oynamışdır.Müəssisənin təşkilati strukturunun hər bölməsi qarşısında müəyyən vəzifələr qoyur ki, onlar da öz növbəsində bölmənin iş yerləri arasında hissələrə bölünürlər.İş yerlərində və bölmələrdə vəzifələrin düzgün təyin olunması və bölüşdürülməsi sahibkarlıq fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Struktur bölmələrində və iş yerlərində vəzifələrin yerinə yetirilməsi onun icraçıları qarşısında müəyyən tələblər qoyur.Hər bir vəzifə özünün xüsusiyyətləri ilə icraçıdan müəyyən biliklər, qabiliyyət, ixtisas səviyyəsi tələb edir.Buna görə də vəzifələrə görə icraçılara qoyulan tələblər kadrların seçilməsində əsas rol oynayır.

Sahibkarlıq fəaliyyətinin daxili mühitinin amilləri və onlar arasında qarşılıqlı əlaqəni aşağıdakı şəkil-sxemdə görmək olar.






Texnologiya







İşçilər Məqsəd Struktura



Vəzifələr

ŞƏKIL 7. Sahibkarlıq mühitinin daxili mühitinin amilləri

və onların qarşılıqlı əlaqəsi.

İqtisadi mühit amili də sahibkarlığa əhəmiyyətli dərəcədə təsir edir. Belə ki,inflyasiya istehlakçının alıcılıq qabiliyyətini azaldır.Yeni vergilər gəlirlərin bölüşdürülməsini dəyişə bilər və müvafiq alıcılıq qabiliyyətində dəyişikliyə gətirib çıxarır.Sosial şəraitlə əlaqədər demək olar ki, hökumətin dəyişməsi sahibkarlığa köməyə təsir edə bilər. Sabitliyin olması sahibkarlıq fəaliyyəti üçün demək olar ki, birinci amildir. Çünki sahibkar öz əmlakı ilə risk edir. Bu halda sahibkarlar uzunmüddətli investisiya qoyuluşuna həvəs göstərmirlər. Hüquqi mühitə gəldikdə isə, qanunvericikildə olan dəyişikliklər sahibkarlıq fəaliyyətinə mənfi və ya müsbət təsir edə bilər, yəni sahibkarları həvəsləndirə və ya ləngidə bilər.Ümumiyyətlə qanunvericilik sahibkarların fəaliyyətinə əlverişli mühit yaratmalıdır.

Sahibkarlıq fəaliyyətininə səmərəli olmasına aşağıdakı amillər də əsir edir. Yeni texnologiya. Əgər sahibkar sahibkar özü yeni texnologiyadan istifadə edirsə, istehsalı səmərəli edir.Əgər rəqibi yeni texnologiyanı istehsala tətbiq edirsə, bu sahibkar üçün mənfi nəticələrə gətirib çıxarır. Sosial-mədəni mühit. Bura yeni modanın gəlməsi, əhalinin yaş-cins tərkibi,təhsil səviyyəsi və s. daxildir.Ümumiyyətlə, sahibkar fəaliyyətini inkiçaf etdirmək, müvəffəqiyyət qazanmaq üçün müntəzəm olaraq ictimaiyyətlə iş aparmalıdır.Sahibkarın fəaliyyətinə təbii-iqlim, coğrafi mühit də geniş təsir edir.

Sahibkar öz fəaliyyəti planlaşdırmadan müvəffəqiyyət əldə edə bilməz. Planlaşdırma müəssisə yaradılarkən Biznes-planın yaradılmasından başlayır.



Biznes-plan – müəyyən bir istehlak bazarında və sosial-iqtisadi mühitdə fəaliyyət göstərən müəssisənin texniki-iqtisadi və təskilati fəaliyyətinin öyrənilməsi və təhlili nəticəsində hazırlanan, hər hansı bir işi görməyə başlamazdan əvvəl həmin işin nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirmək üçün tərtib edilən və müəssisənin inkişaf layihəsinin həyata keçirilmə proqramını özündə birləşdirən sənəddir. Biznes-planda müəssisənin strateji inkişaf perspektivlərinin iqtisadi və maliyyə cəhətləri, eləcədə ondan irəli gələn konkret tədbirlərin texniki-iqtisadi əsaslandırılması öz əksini tapır. Biznes-planda sahibkarlıq subyekti tərəfindən nəzərdə tutulan işlərin hansı mərhələlər üzrə və hansı maliyyə mənbələri hesabına həyata keçiriləcəyi, məqsədə çatmaq üçün nə qədər xərc çəkiləcəyi və xərclərin nə dərəcədə səmərə verəcəyi açıqlanır. İqtisadi cəhətdən əsaslandırılıb işlənmiş biznes-plan, müəssisəyə perspektivli inkişaf istiqamətlərinin, yeni satış bazarlarının, fəaliyyət növlərinin və onların həyata keçirilməsi ardıcıllığının seçilməsində köməklik göstərir.

Sahibkarlıq fəaliyyətinə başladıqdan sonra onun gələcək fəaliyyəti planlaşdırılmalıdır. Çünki o, fəaliyyət istiqamətlərini, məqsədini, məqsədə çatmaq yoillarını və vasitələrini müəyyənləşdirir.Aydındır ki, sahibkarın əsas məqsədi mənfəət əldə etməkdir.Müəssisə fəaliyyətinin də son mərhələsi məhsul satışıdır.Deməli, sahibkarın məqsəd daha çox məhsul satmaqdır.Bunu üçün sahibkar aşağıdakılara əsaslanmalıdır.



  1. Alıcının ehtiyaclarını hal-hazırki ehtiyaclarını ödəyən məhsul istehsal etmək

  2. Alıcıların ehtiyacları, zövqu dəyişdikcə məhsul istehsalını da ona uyğun dəyişmək

  3. Alıcıların təbəbatlarına təsir edə bilən məhsul istehsal etmək

  4. Müəssisənin imicini yaratmaq

  5. Məhsulun keyfiyyətinə xüsusi fikir vermək.

  6. Əmtəənin yeridilməsi və reklamın köməyilə gələcək istehlakçıların almaq arzusunu stimullaşdırmaqla bazar artırıla bilər.

  7. Bazarın yerinin düzgün seçilməsi

  8. Mövsümlə ayaqlaşmaq

  9. Satışdan sonrakı xidməti təşkil etmək(quraşdırma, təmir) və s.

Ümimiyyətlə, məhsulu yüksək keyfiyyətdə istehsal etmək satışın artırılmasında birinci amildir. Sahibkar keyfiyyət üçün məsuliyyət daşıyır. Məsuliyyətin 2 növü var: kommersiya və hüquqi məsuliyyət. Kommersiya fəaliyyəti dedikdə, məhsulun keyfiyyətinin istehlakçının tələblərinə cavab verən səviyyədə istehsal etmək, keyfiyyətə görə iradların azaldılması və s. başa düşülür. Hüquqi məsuliyyət isə sahibkarın öz istehlakçıları qarşısında daşıdıqları vəzifə ilə əlaqədardır.Bunlar qanunvericilik aktları ilə tənzimlənir.Pozulduqda isə sahibkar məsuliyyətə cəlb olunur. Bütün bu deyilənlərə görə məhsulun keyfiyyətini artırmaqda son dərəcə maraqlıdır. Sahibkar buna son texnilogiyanın nəaliyyətlərindən, innovasiyadan istifadə etməklə nail ola bilər. İnnovasiya prosesi hər şeydən əvvəl aşağıdakıların yerinə yetirilməsindən ibarətdir:

  • Yeni məhsuların mənimsənilməsi, buraxılan məhsulun modernləşdirilməsi.

  • Yeni istehsal vasitələrini istehsal prosesinə cəlb edilməsi.

  • Yeni texnologiya və məhsulun istehsalı üsularından istifadə edilməsi

  • İstehsalın təşkili və idarə olunmasının daha mütərəqqi formaları.

İnnovasiyanın nəticələri isə aşağıdakılardan ibarətdir.

  • Məhsulun çeşidi təzələnir, rəqabət qabiliyyəti yüksəlir, əhalini tələbatının ödənilməsinə kömək edir.

  • İstehsalın səmərəliyi yüksəlir,məhdud resurslardan qənaətlə istifadə olunur,istehsal xərcləri azalmaqla mənfəət artır.

  • Yeniliklər sosial nəticələrlə səciyyələnir.

Müsəssisənin uğurlu biznes fəaliyyəti üçün müəssisənin yerləşdiyin yerin mövqeyi də çocx əhəmiyyətlidir. Bu xammal və materialların əldə olunmasına və hazır məhsulun bölüşdürülməsinə xərcləri artıra və azalda bilər.Müəssisənin yerləşdirilməsində istehsal prosesinin xüsusiyyətləri nəzərə alınmalıdır.Məsələn, əgər istehsal prosesi çox mxammal tutumludursa, müəssisəni xammal mənbəyinə yaxın yerləşdirmək;Əgər hazır məhsulun həcm və çəkisi xammalın həcm və çəkisindən çoxdursa, müəssisəni bazara yaxın yerləşdirəmək; məhsul tez xarab olandırsa, bazara yaxın yerləşdirmək lazımdır.



Azərbaycanda sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri

Bazar iqtisadiyyatını sahibkarlıq fəaliyyətini nəzərə almadan təsəvvür etmək mümkün deyil. Bazar iqtisadiyyatlı ölkənin inkişafı yolu sahibkarlıq fəaliyyətini inkişaf edirməkdən keçir. Azərbaycanın da iqtisadi inkişafı üçün sahikarlıq fəaliyyətinin inkişafı zəruridir. Artıq sahibkarlığın inkişafı bütövlükdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin öncül istiqamətlərindən birinə çevrilmişdir.Artıq bazar iqtisadiyyaına keçid prosesinin dönməzliyini təmin edən özəl sektor formalaşmışdır. Məşğul olan əhalinin mülkiyyət növləri üzrə bölgüsünün dinamikasını göstərən cədvələ tanış olsaq, bunu görə bilərik.(Şəkil 8.) Nəzərə alq ki, bu cədvəl Azərbaycan Respublikasının müstəqillik qazandığı vaxtdan(təxminən bazar iqtisadiyyatın keçid dövrünün başlandığı vatdan) bu günə qədər olan dinamikanı əhatə edir.







1990

1995

1998

1999

2002

2001

2002

2003

2004

2005

dövlət

70.7

56.1

46.2

36.2

34.5

33.4

32

31.5

31.7

31.9

qeyri-dövlət

29.3

43.9

53.8

63.8

65.5

66.6

68

68.5

68.3

68.1


































kooperativ

10.7

9.4

0.5

-

-

-

-

-

-

-

fərdi

12.6

17.5

20.9

38.5

38.9

39

39.3

38.8

38.5

38.1

xüsusi

-

0.2

9.6

10

7.3

5.9

6.9

7.9

7.8

9

bələdiyyə











0.4

0.5

0.5

0.5

0.5

xarici investisiyalı
və birgə müəssisələr

-

-

0.7

0.8

1

0.9

0.9

1.1

1.4

1.5

dinə xidmət
edən şəxslət

-

0.1

1

1

0.9

0.9

0.9

0.9

0.8

0.8

sərbəst məşğul
olan əhali

6

16.7

21.1

13.5

17.4

19.5

19.5

19.3

19.3

18.2

ŞƏKIL 8. Məşğul olan əhalinin mülkiyyət növləri üzrə bölgüsü (faizlə)


Dövlət mülkiyyətinin özəlləşdiriləməsi və Kiçik və Orta sahibkarlığın inkişafı sahəsində həyata keçirilən dövlət köməyi tədbirlərinin nəticəsində özəl sektor ölkə iqtisadiyyatında hakim rola yiyələnmişdir.Bu gün Azərbaycanda həyata keçirilən özəlləşdirmə nəticəsində 21 mindən çox kiçik müəssisə xüsusi sahibkarlığın sərəncamına daxil olmuşdur. Ölkənin aqrar bölməsində həyata keçirilən islahatlar nəticəsində kənddə torpaqlar üzərində yeni tip istehsal münasibətləri- xüsusi mülkiyyət münasibətləri bərqərar olmağa başlamış, bu tip iqtisadi münasibətlərə uyğun gələn kiçik təsərrüfat forması- kəndli fermer təsərrüfatları və sosial baza-fermerlər surətlə yayılmışdır. Nəticədə bu gün ölkədə itehsal edilən kənd təsərrüfatı məhsulunun 95%-i özəl sektorun payına düşür.

Azərbaycan Respublikasının konstitutisiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, azad sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması, inkişafı və qorunması ilə bağlı fundamental müddəalar öz əksini tapmışdır. Hətta ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkili zərurəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə ölkədə sahibkarlığın inkişafına dövlət qayğısını artırmaq, bu sahədə mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlər görülməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurası yaradılmışdır.Sahibkarlar Şurasının əsas məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və bu sahəyə dövlət qayğısının istiqamətləri barədə təkliflər hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etməkdən ibarətdir.Sahibkarlığın tənzimlənməsi, inkişaf etdirilməsi üçün bir neçə qanun, sərəncam, fərmanlar verilmişdir. Məsələn, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Əmtəə birjası haqqında”, “Haqsız rəqabət haqqında”, “Lizinq xidməti haqqında”, ”Müəassisələr haqqında”, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" və s. Azərbaycan Respublikası Qanunları. Sahibkarlıq fəaliyyətinin inkişafı üçün komitələr, fondlar yaradılmışdır. Məsələn, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi (Dövlət Komitəsi), Sahibkarlığa Kömək Milli Fondu (Milli Fond) və s.

Ölkəmizdə sahibkarlığın sosial-iqtiadi iqtisadi strukturunun formalaşması bir sıra amillərin təsiri altında baş verir.


  1. Azərbaycan əhalisində sahibkarlıq ruhu, təşəbbüskarlıq, işguzar fəaliyyətə meyllilik həmişə, hətta inzibati sistemdə də yüksək olmuşdur.Bazar iqtisadiyyatına keçidlə əlaqədar aparılan iqtisadi islahalar bunu daha da gücləndirmiş, yeni-yeni xüsusi müəssisələrin yaradılmasına səbəb olmuşdur.

  2. Həyata keçirilən özəlləşirmə prosesinin xüsusiyyətləri.Məlumdur ki, özəlləşdirmə iqtisadiyyatda dövlət mülkiyyətinin payının azaldılması və xüsusi mülkiyyətin buna müvafiq üstün payının bərqərar olaması, həmin mülkiyət üzərində formalaşan azad sahibkarlıq fəaliyyətinin inkişafı və buna uyğun olaraq yaranan yeni sosial təbəqənin- sahibkarların cəmiyyətdəki rolu ilə səciyyələnir. Lakin aparılan özəlləşdirmə prosesi müsbət cəhətlərlə yanaşı, bir sıra mənfi cəhətlərlə də müşahidə edilmişdir:

a) Özəlləşdirmə paylarının ölənin bütün əhalisinə paylanması respublikanın bütün təbəqələrinin bu prosesdə iştirakına imkan verməklə onu n kütləviliyini təmin etməli idi. Real həqiqətdə isə iqtisadi ehtiyaclar səbəbindən xeyli insan öz özəlləşdirmə çeklərini dəyər-dəyməzinə satmaları nəticəsində həmin payların əksər hissəsi cəmiyyətin imkanlı təbqələrinin, xarici iş adamlarının əllərində cəmləşmişdir.

b) Özələşdirilən müəssisələrin, xüsusən kiçik obyektlərin yeni sahibləri əmələ gəlsələrdə, onlar sahibkar kimi çıxış edə bilmirlər. Əlavə investisiya qoyuluşları həyata keçirmək, yeni texnika, texnologiya, yeni idarəetmə metodları tətbiq etmək imkanlarının məhdudluğu, obyektlərin özəlləşdirilməsi zamanı ilkin qiymətlərin yüksəkliyinə görə sahibkarların dövlət borclarını ödəyə bilməməsi bu problemi yaradan səbəblərdəndir.



  1. Azəraycanda sahibkarlığın sosial iqtisadi strukturuna mənfi təsir edən amillərdən biri də bu gün aktual mövzulardan buru olan rüşvətdir.Ölkənin işguzar aləmində elə bir vəziyyət yaranmışdır ki, sahibkarlar rüşvət verməzlərsə, qanuni səviyyədə, normal fəaliyyət göstərə bilməzlər. Bəzən isə, vergilərin yüksək olması və digər səbəblər üzündən sahibkar özü rüşvət verməklə gizli fəaliyyətə üstünlük verir. Bəzi sahibkarlar isə, belə bir şəraitdə fəaliyyət göstərə bilmirlər və öz fəalyyətlərini dayandırırlar.

Sahibkarliq fəaliyyətinin inkişafına yetərli sayda amillər təsir göstərdiyindən,sahibkarlığa dövlət köməyi də vahid proqram şəklində həyata keçirilməlidir. Bu proqram aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir.

  1. Maliyyə-investisiya fəallığı

  2. İxraca yardım və daxili bazarın müdafiəsi;

  3. Aqrar sektorun inkişafı;

  4. Kiçik və orta sahibkarlığın inkişafı

Bu proqramda aşağıdakılar nəzərdə tutulura bilər: maliyyə köməkliyi, texniki kömək, informasiyanın əldə olunması imkanlarının yaradılması, sahibkarlıq birliklərinin yaradılmasına və fəaliyyətinə kömək, vergi imtiyazları və güzəştləri, sahibkarlıq infrastrukturunun yaradılmasına kömək, madi-texniki təminat sahəsində kömək, kiçik və orta sahibkarlara dövlət sifarişləri vermək və s.

Maliyyə-investisiya fəalığı aşağıdakı istiqamətlərdə aparılmalıdır.



  • Güzəştli və uzunmüddətli (1 il və daha çox) kredit qoyuluşları üzrə dövlət mənşəli və təminatlı kompensasiya və qarantiya sistemi formalaşdırılmalıdır.

  • Konkret müəssisələr (o cümlədən özəlləşdi rilən) üzrə dövlət sağlamlaşmainvestisiya proqramları həyata keçirilməlidir. Bu proqram lar ən əvvəl dövlət üçün vacib regional, sosial, iqtisadi ehtiyacların ödənilməsinə yönəlməlidir.

  • Güclü milli maliyyə, bankkredit qurumları sisteminin qurulması, onların xarici tərəfdaşlarla cəlbedici və qarşılıqlı faydalı əməkdaşlığı üçün müvafiq əlverişli şərait yaradılmalıdır.

  • Korporativ qiymətli kağızlar bazarının formalaşdırılması önə çəkilməli, banklar üçün səhmdar cəmiyyətlərin səhmlərinin likvid cəlbediciliyi təminatı yaradılmalıdır.

Hal-hazırki vəziyyətdə Azərbaycan Respublikasının iqtisadi-sosial inkişafı regionları kompleks inkişaf etdirmədən mümkün deyil. Bu istiqamətdə artıq geniş addımlar atılmışdır: 2005-ci ildə respublika prezidentinin respublika səviyyəsində sahibkarlarla görüşü, prezidentin regionlarda sahibkarlala bilavasitə görüşləri, regionların inkişafı haqqında övlət proqramları, prezidentin sərəncamları və s.

Regionun kompleks inkişafı ərazidə olan mülkiyyət münasibətlərinin təkmilləşməsinə, onların əlaqəsi və vahid məqsəd üçün sosial-iqtisadi şəraitinin dəyişməsinə təsir göstərir. Sahibkarlıqda prioritetlik, onun növünün regionun aparıcı problemlərinin həllindəmühüm rol oynaması ilə xarakterizə olunur. Sahibkarlıq regionda məşğulluq və əhalinin həyat səviyyəsinin, həmçinin yoxsulluq proqramı çərçivəsində problemlərin həllində mühüm rol oynayır. Respublikada işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan resursların həcmi yaşayış minimumunu müəyyən edir. Yeni iş yerlərinin açılması sosial vəziyyətin və yoxsulluğun ləğvi üçün də əsas amil hesab edilir. Regionda təsərrüfat fəaliyyətinin təşkili, quruluşu təkmilləşdikcə, sahə və ərazi üzrə komplekslər yarandıqca istehsal güclərinin mərkəzləşməsi baş verir. Regionun kompleks sosial-iqtisadi inkişafı onun əhalisinin alıcılıq qabiliyyətinə, gəlir və məşğuliyyətinə, sosial mühitinə təsir göstərir. Regionlarda kəndli(fermer) təsərrüfatının ümumi sayı 2589-a çatmışdır(01.01.2003).

Sahibkarlığın region xüsusiyyətləri onun növünə və inkişafına lazım olan region potensialının xüsusiyyətləri ilə müəyyənləşdirilir. Buna aqrar bazar xüsusiyyətlərinə uyğun gələn sahibkarlıq növünün, əsas məhsullarının istehlakına, emalına və ixracatına uyğun olan inkişaf meylinin nəzərdə tutulmasını aid etmək olar. Aqrar sahibkarlıq əhatə dairəsinə görə resursların tərkibinin böyük hissəsini özündə birləşdirdiyindən, daha çox əhali və iş qüvvəsini əhatə etdiyindən və bazarda əmətəə, xidmət, tələb və təklifi formalaşdırdığından təsərrüfatın işinin idarə olunmasında aparıcı həlqə rolunu oynayır. Aqrar sahibkarlığın təsərrüfat formaları onların hər bir regionun malik olduğu resurslara və əhali tələbatının konkret xüsusiyyətlərinə əsaslanır. Aqrar sahədə sahibkarlığın inkişafına nail olmaq həmçinin və ilk növbədə Azərbaycanın ərzaq müstəqilliyini təmin etmək ölkə üzrə kəskin regional iqtisadi disproporsiyaların və kənd əhalisi arasında kütləvi işsizliyin aradan qaldırılması, ənənəvi istehsal və emal sahə lərinin dirçəldilməsi baxımından önəmlidir. Bu sahədə istehsal prosesinin təmin edilməsi çoxsaylı komponentlərin — toxum və əkin materiallarının, kimyəvi vasitələr və gübrələrin, texnika və maşınların və başqa zəruri elementlərin sahibkarlar tərəfindən real əldə etmə, eləcə də hazır məhsulun real satışı imkanları ilə birbaşa bağlıdır.

Aqrar sektorda real nəticələrin əldə edilməsi, dövlət iştirakının səmərəliliyinin təmin edilməsi, bütövlükdə yönəldiləcək qüvvə və vəsaitlərin bu sahədəki dirçəlişi təmin edə bilən (müsbət impuls daşıyan) nöqtələrdə cəmləşməsini şərtləndirir. Belə nöqtə olaraq hazır məhsulun satınalınması seçilə bilər. Dövlətin (eləcə də maliyyəbank kapitalının) iştirakı ilə yaradılmış xüsusi qurumlar (maliyəsənaye qrupları, aqrar fondlar və banklar, əmtəəxammal birjaları və s.) vasitəsilə işlək mexanizmlər qurmaq mümkündür:



  1. Fyüçers müqavilələri bazasında seçilmiş məhsul növləri (strateji məhsullar — taxıl, pambıq, üzüm və s.) üzrə istehsal prosesinin əvvəlində satınalma işi qurulur və sığortalanır;

  2. Kontraktlar əsasında (faktiki satış qiyməti, həcmi və müddəti göstərilməklə) təminatlı satış imkanları qazanan aqrar sahibkarlar öz istehsal ehtiyacları üçün zəruri komponentləri (xüsusi kredit proqramları, lizinq və b. əsaslarla) əldə edir və fəaliyyət göstərir; hazır məhsul yarananda natura və ya dəyər formasında son qarşılıqlı hesablaşmalar aparılır;

  3. Hazır məhsul ən əvvəl dövlət ehtiyacları və zəruri satınalma proqramlarına, eləcə də sərbəst bazara yönəldilir.

Respublikamızda bu sahədə müəyyən əməli addımlar atılır. Subsidiya aqrar sahədə yeni yaradılan özəl qurumalrın formalaşması və inkişafı üçün zəruridir. Bu məqsədlə respublika prezidentinin “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” fərmanında kənd təsərrüfatı istehsalçılarının cəlb edildiyi 9 növ müxtəlif vergi və ödəmələrdən( torpaq vergisi istisna olmaqla) 5 il müddətində azad edilməsi və 119 milyard manat vergi borcunun silinməsi və digər güzəştlər nəzərdə tutulur. Respublikada aparılan aqrar islahatlar beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Onlar ölkəmizə müxtəlif texniki və maliyyə yardımları göstərirlər. Dünya Bankı və Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondundan 28.8 milyon, Avropa Birliyi Əməkdaşlıq Fondundan 16 milyon ABŞ dolları həcmində kreditlərin ayrılması və Yaponiya hökumətinin qrantı hesabına 7.5 milyon dollarlıq texnikanın gətirilərək lizinq yolu ilə verilməsi buna misaldır.

Bütün bunlar müasir aqrar istehsalın, sahibkarlıq fəaliyətinin dövlət tərəfindən qarşıya çıxan təlblərə müvafiq olaraq daha səmərəli, hər bir ölkənin mənafeyini mümkün qədər maksimum təmin etmək baxımından tənzimlənməsini həyati əhəmiyyətli zərurətə çevirmişdir.

Sahibkarlığa dövlət köməyinin istiqamətlərindən biri də ixraca yardım və daxili bazarın müdafiəsidir. Daxili bazarın müdafiəsi yerli istehsalın obyektiv iqtisadi maraqları və yerli ehtiyaclar nəzərə alınmaqla, beynəlxalq təcrübədə sınanmış çeşidli səmərəli mexanizmlərə əsaslanmalıdır. Daxili bazarın müdafiəsi əsasən tarif və qeyritarif məhdudiyyətlərini əhatə edir. Bu normalar qanunvericilik qaydasında xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin hüququ əsasını formalaşdırmalıdır. Ayrıayrı məhsul növlərinə münasibətdə tənzimlənmə, müdafiə tədbirləri kimi nəzərdə tutulur: ixrac və idxalın kəmiyyət məhdudiyyətləri, ixrac və idxala dövlət inhisarı, idxalın məhdudlaşdırılması və ya qadağan edilməsi, idxala texniki, ekoloji, keyfiyyət və başqa tələblər, nəzarət və s.

Nəzərdə tutulur ki, yerli istehsal və yerli istehlak həcmləri nəzərə alınmaqla, xarici mənşəli məhsulların daxili bazara daxilolma imkanları, həcmləri, çeşidləri, zəruri hallarda isə müddətləri tənzimlənməli, reqlamentləş dirilməli, nəticə etibarı ilə yerli məhsulların üstün rəqabət imkanları, idxalı əvəzləyən sahələrin inkişafı təmin edilməlidir. Bu tədbirlər müddətli xarakter daşımalı, konkret sahə üçün digər stimullaşdırıcı amillər də (güzəştli kreditləşdirmə, risklərdən sığor talama və s.) kompleks təşkil etməklə, nəticədə real inkişaf impulsu rolunu oynamalıdır.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərində yazılmışdır: “ Dünya təcrübəsi göstərir ki, müasir sahibkarlıq sistemi dövlətibn geniş köməyilə formalaşır. Azərbaycanda sahibkaarlığı surətlə inkişaf etdirmək məqsədilə güclü dövlət siyasəti həyata keçiriləcək. Bunun üçün sahibkarığın dövlət tənzimlənməsi mexanizminin tərkib hissələri kimi qoruyucu, istiqamətləndirici, həvəsləndirici, nəzarətedici və habelə məhdudlaşdırıcı tədbirlər sistemi müəyyənləşdiriləcək. Bazar münasibətlərinin inkişaf etmədiyi və iqtisadiyyatda güclü dövlət inhisarçılığı olduğu bir şəraitdə sahibkarlıq sisteminin dövlət tərəfindən tənzimlənməsi xüsusilə kiçik və orta sahibkarlığa əlverişli rəqabət mühitinin formalaşdırılması və onu bilavasitə müdafiəsi ünsürlər ilə vəhdət təşkil edəcəkdir.” Bu sənəddə kiçik sahibkarlığın formalaşmasına üstünlük verilməsi siyasəti yeridiləcəyi və onun inkişafı üçün xüsusi tədbirlər görüləcəyi nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsinə başlanılıb və hal-hazırda bu sahədə geniş işlər görülür.Bu tədbirlərin istiqamətləri Kiçik Sahibkarliğa Dövlət Köməyi Haqqinda Azərbaycan Respublikasinin Qanununun 6-cı maddəsində göstərilmişdir:


Yüklə 442,13 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə