Kurs layiHƏSİ Mövzu: “Qazma rotorunun layihələndirməsi” Tələbə Axundov H. S. Tələbə Qasımov E. R. Rəhbər, müəllim. Qasımova S. A. Bakı – 2023 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti



Yüklə 0,69 Mb.
səhifə5/7
tarix22.05.2023
ölçüsü0,69 Mb.
#111951
1   2   3   4   5   6   7
layihe numunesi (2)

Şək. 1.6. PA-LM tipli paker:
xarici diametri, mm: a) 150, 160, 185, 210, 236, 265; b) 119 və 136;
1 – başlıq; 2 – dayaq; 3 – manjetlər; 4 – konus; 5 – plaşka;
6 – plaşkatutucusu; 7 – silindr;
8 – tutucu; 9 – fənərin övdəsi;
10 – başmaq; 11 – qıfıl; 12 – qayka; 13 – barmaqcıq; 14 – lülə

Təzyiqin 10 MPa qiymətində piston plaş¬katutu¬cusunu itələyir, vint kəsilir, plaşkalar konusa doğru irəliləyir və istis¬mar kolonuna söykənərək kip¬ləşdirici manjetlər üçün dayaq yaradır.


Boru kəmərinin ağır¬lığı nəticəsində plaş¬kalar istismar kəmərinə batır və pakerin oturmasını, eyni zamanda birləş-mənin kipliyini təmin edir.


Pakerin keçidi təzyiq 21 MPa-ya qədər yüksəldikdə açılır. Təzyiqin bu qiymətində vint kəsilir və yəhər kürə ilə birlikdə düşür. Paker boru kəmərinin qaldırılması yolu ilə quyudan çıxardılır. Oxboyu qüvvə götürüldükdə manjetlər və lülə azad olur və yuxarı hərəkət edərək öz arxasınca konusu dartır, nəticədə plaşkalar sıxıcı qüvvədən azad olur.





Şək. 1.7. PN-ƏQM (PPQM1) tipli paker:
1 – mufta; 2 – dayaq; 3 – manjetlər; 4 – lülə; 5 – içlik; 6 – konus; 7 – işgil; 8 – plaşka;
9 –plaşkatutucusu; 10 – vint; 11 – örtük; 12 – piston; 13- klapanın gövdəsi; 14 – kürə;
15 yəhər; 16 – kəsilən vint

1PD-LH və 2PD-LH (şək. 1.8) tipli pakerlər neft və qaz quyularının istismar kolonunun fəzalarını bir-birindən ayır¬¬maq və onları layın təsirindən mühafizə etmək üçün nə¬zərdə tutulmuşdur. Bu pakerlər yuxarı və aşağı lövbər qur¬ğusu, kipləşdirici, hidrosilindr və təsbit edicidən iba¬rət¬dir. Pakerin oturdulması əvvəlcədən onun keçidini bağ¬la¬maq üçün yəhərə (şək. 1.8 a,c) və ya konus «b»-yə şarı bura¬xıb qaldırıcı boru daxilində təzyiq yaratmaqla həyata keçirilir.





Şək. 1.8. PD-LH tipli paker:

A, b – xarici diametri 136, 140, 145 mm olan 1PD-LH tipli paker; c – 2PD-LH-185-210:


1 – lövbərin gövdəsi; 2 – dairəvi plaşka; 3 – manjetlər; 4 – lülə; 5 – şlips; 6 – itələyici;
7 – silindr; 8 – piston; 9 – tutucu; 10, 14, 17 və 19 – kəsilən vintlər; 11 – zolotnik; 12 – konus; 13 – plaşka; 15 – plaşkatutucusu; 16 – yəhər; 18 – təsbit edicinin oymağı.
1PD-LH pakerində (şək. 1.8 a) maye «b» oyuğundan keçərək, zolotnikin altına daxil olur və onu aşağı sürüş¬dür¬məklə vint kəsilir və bununla da tutucunun pistonla ilişmə əlaqəsi kəsilir. Piston itələyici vasitəsilə manjetləri sıxaraq istismar kolonu ilə kiplik yaradır. Eyni zamanda zolotnik konusu plaşkaya itələyir və plaşka istismar kolonuna bata¬raq orada lövbərləşir. Konusla birlikdə silindr və şlipslər aşağı hərəkət edərək itələyicinin üzərində kəsilmiş dişlərə ilişərək manjet və plaşkanın işçi vəziyyətini təsbit edir. Paker qal¬dı¬rı¬cı boru kəmərlərinin dartılması və qaldırılması vaxtı yük¬dən azad olur, nəticədə vint kəsilir və lülə plaş¬ka¬tu¬tu¬cu¬sun¬dan azad olur. Lülənin yuxarıya doğru sonrakı hə¬¬¬rəkə¬tində manjetlər sıxılmadan azad edilir. Bu vaxt lülə pis¬tona söy¬kə¬nə¬rək onu silindrə dirənməyə məcbur edir ki, bu da öz növ¬bə¬¬sində plaşkanın altından konusun çəkilmə¬si¬nə və onun azad olunmasına səbəb olur. Pakerin keçid sahə¬si qal¬dı¬rı¬cı¬da təzyiqin artması hesabına vintin kəsilməsi ilə açılır.

Pakerdə (şək. 1.8 b) lay agenti təzyiq altında lülədəki «b» deşiyindən silindrə daxil olur. Vintlər kəsildikdən sonra silindr plaşkatutucusu ilə birlikdə yuxarı qalxır və plaşkalar konus üzərinə dartılır, eyni zamanda manjetləri sıxır. Belə¬liklə aşağı plaşkaların lövbərləşməsi və istismar boru kəmə¬rinin kipləşdirilməsi icra olunur. Plaşkaların geriyə sürüş¬məsi şlipslər tərəfindən məhdudlaşdırılır. Konusla birlikdə təsbit edicinin oymağı yuxarı hərəkət edir.


Qaldırıcı boruda təzyiqin təsiri ilə yuxarı lövbərin plaşkası xaricə doğru itələnərək istismar kolonunun diva¬rına sıxılır. Qaldırıcı boru kəmərini yuxarı hərəkət etdirməklə vintlərin kəsilməsindən sonra lülənin çıxıntısı konusa söykə¬nir və onu plaşkaların altından çıxarır, nəticədə paker löv¬bər¬dən azad olur. 2PD-LH (şək. 1.8 c) tipli pakerin fərqləndirici xüsu­siyyəti plaşkalar altı boşluğun paker altı boşluqla «a» deşiyi vasitəsilə əlaqələndirilməsi hesabına yuxarı lövbərin plaşka­larında daimi lövbərləşdirici qüvvənin olmasıdır. Pakerin oturdulması vaxtı lay agenti təzyiq altında qaldırıcı borula­rın boşluğundan «b» deşiyinin vasitəsilə zolotnik və konu­sun altına daxil olur. Zolotnik yuxarı hərəkət edərək vintləri kəsir və pistonla konusu tutulub saxlanmadan azad edir. Halqalarla kipləşdirilmiş silindrin daxilində konus yüksək təzyiq altında plaşkaların içərisinə daxil olur və onları eninə yerdəyişməyə vadar edərək istismar kəmərlərinə sıxır və löv­bər­ləşməni təmin edir. Eyni zamanda piston zolotnik və itə­ləyici ilə birlikdə yuxarı irəliləyir və manjetləri sıxır. Beləliklə şlipslər itələyicinin üzərində kəsilmiş dişlərə ilişərək manjet və plaşkaları işçi vəziyyətdə təsbit edir.


Paker qaldırıcı kəmərləri dartdıqda vintlər kəsil­dik­dən sonra lövbərləşmədən azad olur. Lülə lövbərin gövdəsi ilə birlikdə yuxarı qalxaraq manjetləri sıxılma­dan azad edir, itələyicinin çıxıntısı silindri yuxarı dartır və konusu plaşka­ların altından çəkərək onları sərbəst­ləşdirir. Yuxarı lövbərin plaşkası, manjetlərdə hermetiklik pozulduqdan və plaşkada olan təzyiq bərabərləşdikdən sonra təmasdan azad olur.



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə