Kursu üZRƏ Tədrİs proqramı



Yüklə 33,25 Kb.
tarix16.11.2017
ölçüsü33,25 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Menecment kafedrası

Bakalavr hazırlığı üçün

İctİmayyətlə əlaqələrİn İdarə edİlməsİ”

KURSU ÜZRƏ Tədrİs

proqramı

Tərtib etdi:

Həsənov Mircavid Ağakərim oğlu

Azərbaycan Dövlət İqtisad Universitetinin

Menecment” kafedrasının müəllimi



Bakı –2015



Mövzu 1. İctimayyətlə əlaqələrin idarə edilməsi fənninə giriş.
Fənnin əsas məqsədi və vəzifələri. Müasir dövrdə fənnin tədrisinə olan əsas zəruriyyət. İctimaiyyətlə əlaqələr anlayışı. İctimaiyyətlə əlaqələr işinin xüsusiyyətləri. İctimaiyyətlə əlaqələr və bəzi oxşar anlayışlar Təşkilatlarda idarəetmə sistemi və ictimayyətlə əlaqələrin qurulmasının məzmun və şərtləri.

Mövzu 2. Kursun vəzifələri

Nizam-intizam öyrənilməsi məsələləri:

İctimayyətlə əlaqələrin qurulması prinsipləri. Nəzəri baxımdan mühüm inkişaf meyilləri ilə tələbələri tanış etmək, xaricdə və daxildə vəziyyətin xüsusiyyətini aydınlaşdırmaq, dünya PR - ictimaiyyətlə əlaqələrin təşkili konsepsiyaları haqqında biliklər vermək;

Praktiki baxımdan bəzi metodlar və texnologiyaların ictimaiyyətlə əlaqələrin idarə edilmsə üzrə siyasəti, o cümlədən biznes imkanlarına dair məlumatları mənimsəmək.



Mövzu 3. İctimayyətlə əlaqələrin idarə edilməsi
prosesinin formalaşması

İctimaiyyətlə əlaqələr üzrə sferanı nizama salan qanunlar və normativ aktlar. Əxlaq və PR-ın peşəkar standartları. İctimaiyyətlə əlaqələr sahəsində mütəxəssislərin aparıcı milli və beynəlxalq birləşmələri. PR-mütəxəssisin peşəkar davranışının kodekslərinin növləri.

· PRSA-ın peşəkar standartlarının kodeksi.

· RASO-un etik prinsiplərinin bəyannaməsi.

· Reklam fəaliyyətini nizama salan qanunlar və normativ aktlar.

Mövzu 4. İctimaiyyətlə əlaqələrdə imicin
kommunikativ funksiyaları.

Kommunikasiya prosesinin məzmun və rolu. PR xüsusiyyətləri kimi kommunikasiya növü. Korporativ imic anlayışı, korporativ mədəniyyət, firma üslubu. Kommunikasiya modelləri. Marka: elementlər, formalaşması konsepsiyası. İmiclərin qurulması texnologiyaları. Brendin formalaşmasının konsepsiyası.



Mövzu 5. Təşkilatın informasiya siyasəti və onun
fəaliyyətində rolu PR xidməti.

İnformasiya toplanılması mərhələsi. İnformasiya resursları və onların qiymətləndirilməsi meyarları. Rəqiblərin PR-kampaniyalarının təhlili. KİV-in öyrənilməsi, yayılan informasiyanın idarə edilməsi.



Mövzu 6. İctimai rəyin formalaşması və təhlili.

Cəmiyyət və ictimai rəyin statusu. Təşkilatda ictimai rəyin formalaşması prosesini çətinləşdirən səbəblər. “İctimai rəy” idarəetmə institutu kimi. İctimai rəyin növləri. İctimai rəyin obyekti və subyekti. İctimai fikrin təşəkkülü və inkişafı. İctimai rəy də müasir təşkilatı şəraitin vəziyyəti. İdarəetmə sistemində ictimai münasibətlər, ictimai rəyin yer.



Mövzu 7. PR fəaliyyətinin ilkin mərhələsi kimi tədqiqat.

Tətbiqi sosioloji araşdırmalar. Çıxarış: Proqram tələbləri, tipləri və növləri. Məlumatın yığılması metodları: düz müşahidə, sənədlərin təhlili, sorğular. Təkrar tədqiqatlar. İdarəetmədə tədqiqat sahəsi kimi etikanın yeri. Tədqiqat məlumatlarının işlənməsi.



Mövzu 8. Reklam və media planlaşdırması.

Reklam kommunikasiya anlayışı, onun məqsədi və əsas tərkib. Reklam kommunikasiya effektivliyi. İnformasiya planlaşdırması, auditoriya əhatəsi. Reklamın psixoloji fəndlərш. Reklam kampaniyasının keçirilməsi və hazırlanmasıтжт əsas mərhələləri. Bilərəkdən yalnış reklam və onun məsuliyyəti. Müxtəlif KİV-də, reklam üstünlükləri və çatışmazlıqları xüsusiyyətləri. Mətbuatda, televiziyada, radioda reklam, internetə reklam.



Mövzu 9. İctimaiyyətlə əlaqələrdə əsas təşkilati struktur.

İctimaiyyətlə əlaqələr xidmətinə təsir prosesi ictimai fikir. “İctimai rəyin liderləri” anlayışları və “xüsusi maraqlar qrupunun” təyini. İqtisadi, maliyyə cəmiyyəti, siyasi, sosial-mədəni, klerikal, peşəkar mühit. Əsas təşkilati strukturlar: müstəqil konsultant-eksperti, korporativ PR-departamenti, tipik agentlik, konsaltinq firması üzrə müstəqil beynəlxalq şirkət və agentliklərin beynəlxalq şəbəkəsi.



Mövzu 10. Planlaşdırma sisteminin identifikasiya əlamətləri (firma üslubu) formal.

Planlaşdırma sisteminin identifikasiya əlamətləri (firma üslubu) formal. Firma üslubu PR-mütəxəssisin fəaliyyətinin kontekstində. Firma üslubunun komponentlərinin minimal paketi. Planlaşdırma sistemi istiqamətdə stilin inkişafı. Heyətə olan tələblər. Kollektivlə işin xüsusiyyətləri. Daxili kommunikasiyaların yaradılması.



Mövzu 11. PR təşkilati tədbirləri.

Sərgi və yarmarkaların ictimaiyyətlə əlaqələrin həyata keçirilməsində rolu. Sərgilərin keçirilməsinin təşkili. Təqdimatlar, onların məqsədi və keçirilməsinin xüsusiyyətləri. Konfranslar, onların növləri və hazırlıq qaydaları. Açılış mərasimi. Açıq qapı günləri. Üsullar, onların mahiyyəti, təyinatı hazırlanması və keçirilməsi. Seçki kampaniyası. Açıq çıxışları, onların təyinatı və hazırlıq qaydalarını. İctimaiyyətlə əlaqələrin saxlanması və bərqərar olması üçün telefondan istifadə.



Mövzu 12. Qeyri-kommersiya təşkilatları ilə ictimaiyyətlə əlaqələrin qurulması.

Qeyri-kommersiya təşkilatının funksiyaları, xarakterik cəhətləri. Qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin xüsusiyyətləri müasir iri təşkilatlarda. Qeyri-kommersiya sektorunda ictimaiyyətlə əlaqələrin rolunu. KİV ilə qeyri-kommersiya təşkilatlarının qarşılıqlı əlaqələrinin xüsusiyyətləri. İctimai birliklərin kütləvi xarakterik fəaliyyəti. Qeyri-kommersiya təşkilatlarında könüllü əmək.



Mövzu 13. İnvestisiyaların cəlb edilməsində PR-texnologiyaları.

İnvestisiyaların cəlb edilməsinin aktuallığı. Sponsorluq əhəmiyyəti. Xeyriyyəçilik – PR-fəaliyyətin mümkün növü kimi. Dövlət və qeyri-dövlət müəssisələrində xeyriyyəçiliyin xüsusiyyətləri. Qəyyumluq. İnvestisiyaların cəlb edilməsi vaxtı danışıqların aparılmasının xüsusiyyətləri. Qrantlar. İctimayyətlə əlaqələrin idarə edilməsində investisiyaların cəlb edilməsinin inkişaf perspektivləri.



Mövzu 14. İctimayyətlə əlaqələrin idarə edilməsində korporativ kommunikasiyalar.

Korporativ mədəniyyət anlayışı. Strateji planlaşdırma strukturunda korporativ mədəniyyətin yeri. Daxili imici. Korporativ mədəniyyət və nüfuz parametrlərinin qarşılıqlı əlaqəsi. Heyətin korporativ imici və loyallıq əlaqəsi. "Korporativ məsuliyyət" anlayışı. Təşkilatın korporativ dəyərləri. Təşkilatın lideri və xarici imicinin formalaşdırılması metodları.



Mövzu 15. Azərbaycanda ictimaiyyətlə əlaqələr üzrə işin vəziyyəti.

Azərbaycanda “Pablik rileyşin” - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydaları. Özəl Sektorda İctimaiyyətlə Əlaqələr. Qeyri Hökumət Təşkilatlarında İctimaiyyətlə Əlaqələr. BP Amoco-nun İctimaiyyətlə əlaqələr işi. Chevron Şirkətinin İctimaiyyətlə Əlaqələr işi. Azərbaycanda ictimaiyyətlə əlaqələr işinin inkişafı.



Ədəbiyyat siyahısı



  1. Даулинг Г. Репутация фирмы: создание, управление и оценка эффективности. – М.: Консалтинговая группа «ИИМИДЖ-Контакт»: ИНФРА-М, 2003

  2. Filip Qurov. İnternetdə biznesin təşkili: şəbəkədə PR və reklam haqda hər şey. — M.: "Zirvə", 2008.

  3. “Public Relations” Ramil Məhərrəmov Bakı 2002

  4. Алешина, И.В. Паблик рилейшнз для менеджеров/ И.В. Алешина. - М.: ИКФ "ЭКМОС", 2004.

  5. Кузнецов В. Ф. Связи с общественностью: теория и технологии: учебник для студентов вузов, обучающихся по специальности 350400 "Связи с общественностью. - Изд. 3-е, испр. и перераб. - Москва: Аспект Пресс, 2009

  6. Теория и практика связей с общественностью: учебник для студентов вузов, обучающихся по специальности 030602 (350400) "Связи с общественностью". - 2-е изд. - Москва: Питер, 2010

  7. Ильин А. С. Теория и практика связей с общественностью: курс лекций. - Москва : КноРус, 2009

  8. Доти Д. Паблисити и паблик рилейшнз. М., 1996

  9. www.sowetnik.ru

  10. .www.pronline.ru

  11. www.publicity.ru

: images -> tedrisprogramlari -> menec
menec -> «bakalavr» PİLLƏSİNDƏ TƏHSİl alan təLƏBƏLƏR ÜÇÜN «İdarəetmənin sosiologiyası və psixologiyası»
menec -> Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləR İnstiTUTU azərbaycan döVLƏT İQTİsad universiteti
menec -> «İnnovasiya menecmenti» fənni üzrə tədris proqrami bakı 2015 FƏSİl I. İnnovasiya nəZƏRİYYƏSİNİn və metodologiyasinin əsaslari
menec -> Tədris proqramı Fənnin kodu: 050407 Tərtib etdi
tedrisprogramlari -> Beynəlxalq biznes” FƏNNİNİn təDRİs proqram I baki – 2008 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
menec -> Məmur etikası fənninin proqramı. Mövzu Məmur etikası fənninə giriş
menec -> Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl probleməRİ İnstiTUTU azərbaycan döVLƏT İQTİsadi universiteti
menec -> Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl probleməRİ İnstiTUTU azərbaycan döVLƏT İQTİsadi universiteti
menec -> 2-жи мювзу: Менежментин елми мяктябляри


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə