L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə69/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   227
Muteherrik ve eylenceli oyunlar

Metodik göstərişlər
: I. Oyunun səmərəsini və marağını artırmaq 
üçün ayrı-ayrı dairələr (hər üç nəfər) bir-birindən mümkün qədər aralı 
dayanmalıdır. 2. Dairədə özünə yer tutmuş oyunçunu güclə itələyib 
çıxartmağa icazə verilmir. 
İtiayaqlılar komandası 
 
Oyuna hazırlıq
: Meydançanın bir tərəfində start xətti çəkilir. 
Oyunçular üç komandaya ayrılırlar: biri start xəttinin arasında, biri 
sağında, o biri isə solunda cərgəyə düzülürlər. Start xəttindən 15-20 m 
qabaqda hər komanda üçün bir dairə çəkilir və içərisinə toppuz 
(qumbara) qoyulur.
Hər komandadan bir nəfər (cərgədə birinci dayananlar) start 
xəttinə hazır dayanırlar.
Oyunun gedişi
: Müəllimin «Marş» komandası ilə oyunçular öz 
dairələrinə doğru qaçırlar və dairədəki toppuzu götürüb üç dəfə yerə 
vurduqdan sonra yenə öz yerinə qoyub start xəttinə qaçırlar. Bunu 
hansı oyunçu daha tez eləsə öz komandasına xal qazanmış olur. Sonra 
həmin qaçan oyunçular cərgələrdə öz yerlərinə keçirlər, növbəti 
oyunçular isə start xəttinə gəlir və beləliklə də oyun davam edir. Bütün 
oyunçular qaçandan sonra daha çox xal toplamış komanda qalib gəlir. 
Metodik göstərişlər
: I. Dərsin sıxlığını artırmaq üçün hər dəfə üç 
nəfər deyil, oyunu 4-5 nəfərin qaçması ilə keçirmək olar. 2. Şagirdləri 


120 
2 qrupa ayırıb, ayrı-ayrı start xətləri üzrə oyunu keçirtmək 
mümkündür.
 
Ağ ayılar 
 
Oyuna hazırlıq
: Meydançada oyun keçiriləcək sahə xətlərlə 
cızılır. Meydançanın bir küncündə üçbucaq şəklində bir sahə 
nişanlanır. Bura «ağ ayıların mağarası» hesab olunur. İki nəfər aparıcı 
(«ağ ayılar») ayrılır. «Ağ ayılar» mağarada dayanırlar. Qalan 
oyunçular «ayı balaları» sərbəst halda meydançaya yığışırlar.
Oyunun gedişi
: Müəllimin işarəsi ilə «ağ ayılar» mağaradan 
çıxırlar və əl-ələ tutaraq «ayı balalarını» tutmağa çalışırlar. Onlar «ayı 
balasına» çatdıqda onu araya alırlar və boş əllərini elə tuturlar ki, «ayı 
balası» qolları arasında qalsın. Sonra onlar tutduqları «ayı balalarını» 
mağaraya aparırlar. Tutulmuş oyunçu mağarada qalır, «ağ ayılar» 
başqasını tutmağa gedirlər. Mağarada iki nəfər tutulmuş «ayı balası» 
olduqda onlar da «ağ ayılar» kimi əl-ələ tutub «ayı balalarından» 
tutmağa başlayırlar. Oyun iki nəfər tutulmamış oyunçu qalana qədər 
davam edir. Bu iki nəfər oyunun qalibi sayılır, onlar oyunu yenidən 
başlamaq üçün «ağ ayılar» hesab olunurlar. «Ayı balalarına» 
aparıcıların qolları arasından dartınıb çıxmağa və mağaradan çıxıb 
qaçmağa icazə verilmir. «Ağ ayılara» isə oyunçunun əlindən və 
paltarından tutmağa icazə verilmir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə