121
onu tutmağa çalışır. Beləliklə, bu iki oyunçudan hansı daha tez boş
yerə çatı onu tutsa, yer onun olur. Digər qaçan isə yersiz qalır və
dairənin xaricində hərlənməklə oyunu əvvəlki qaydada davam etdirir.
Metodik göstərişlər
: 1. Oyunu elə təşkil etmək lazımdır ki, bütün
uşaqlar oyunda fəal iştirak edə bilsinlər. Bunun üçün yaxşı olar ki,
oyun iki dairə boyunca aparılsın. 2. Əks istiqamətdə qaçan uşaqların
bir-birinə toxunmaması üçün uşaqlara necə keçmək lazım olduğunu
öyrətmək lazımdır.
Nömrələrin çağırılması
Oyuna hazırlıq
: Oyunçular iki bərabər qüvvəli komandalara
ayrılırlar. Komandalar meydançanın baş tərəfində çəkilmiş start
xəttinin arxasında sıra ilə dayanırlar. Start xəttindən 25-30 m qabaqda
hər iki komanda üçün bir dayaq qoyulur. Şagirdlər nömrələrini sayırlar
və yadda saxlayırlar.
Dostları ilə paylaş: