L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 6. QAYIQDA DÖRD NƏFƏR (2 saat)



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə14/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

Dərs 6. QAYIQDA DÖRD NƏFƏR (2 saat)
Motivasiya
Müəllim: 
– “Bağda ərik var idi, salaməleyk var idi, bağda ərik qurtardı, salaməleyk
qurtardı” atalar sözünü necə şərh edə bilərsiniz?
Şagirdlər bu atalar sözü ilə bağlı situasiya düşünüb təqdim edir, həmin ifa -
dənin hansı məqamlarda və kim haqqında işlənməsi ilə bağlı fikir yürüdürlər. 
Oxu
(St. 2.2.1)
Mətn müxtəlif şagirdlər tərəfindən səsli oxunur. Bu zaman hər
bir hissəyə uyğun səs tonu seçilməsinə diqqət yetirilməlidir (yeri gəlsə, müəl -
lim bir parçanı özü oxuya bilər). 
Fəndaxili şaquli inteqrasiya (1-ci mətndaxili tapşırıq). VI sinifdə şagirdlər
təsviri və nəqli xarakterli mətnlərlə tanış olublar. Müəllim şagirdlərə hər iki tipli
mətnlərin xüsusiyyətlərini xatırladaraq mətnin təsviri və nəqli xarakterli ab -
zaslarını fərqləndirməyi tapşırır. Çalışmaq lazımdır ki, tapşırığı yerinə yetirən
şagirdlər fikirlərini əsaslandırmaq üçün  təsviri və nəqli xarakterli mətnin xü -
su siyyətlərinə istinad etsinlər.
2-ci mətndaxili sual vasitəsilə şagirdlərdə hadisələrin davamını proqnozlaş -
dırmaq bacarığı inkişaf etdirilir.  
(St. 2.2.2) 
Oxu zamanı mətndəki obrazların davranışını izləyib qeydlər
aparmaq üçün cütlərə iş vərəqləri paylanmalıdır. Müəllim tapşırığın həcmini
nəzərə ala  raq hər obraz haqqında qeyd aparmağı müxtəlif cüt lə rə tapşıra
bilər. İş vərəqində aşağıdakı tapşırıqları qeyd etmək məqsədəuyğundur:
Standartlar
Təlim nəticələri
2.2.1. Səs tonu, temp və fasiləni göz -
lə məklə mətni oxuyur. 
Mətnin ruhuna uyğun səs tonu seçir.
2.2.2. Mətnin tərkib hissələri arasındakı
əlaqəni müəyyənləşdirir.
Bədii əsərin kompozisiyasını müəyyən
edir.
3.1.3. Qurduğu plan əsasında mətnin
hissələrini məntiqi cəhətdən əlaqə 
-
ləndirir.
Mətnin məzmunundan çıxış edərək
məntiqi sonluq yazır.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
la rına görə fərqləndirir.
İcbar növ feilləri fərqləndirir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
fikirlərə münasibət bildirir.
Başqasının fikrini təkzib və ya təsdiq
etmək üçün əsaslı arqu mentlər və əks-
arqumentlər gətirir. 
39
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


Beləliklə, şagirdlər əsərdə hadisələrin inkişaf dinamikasından və xarakter -
lə rin açılmasından asılı olaraq mətnin kompozisiyasını müəyyən edir və hər
bir hissə haqqında fikir yürüdürlər.
3-cü tapşırıq yerinə yetirilərkən mətndən aşağıdakı məqamlar qeyd oluna
bilər:
– gəncin həyəcandan tənbəkisini yerə salması və üzməyi bacardığını
gizlətməsi;
– qəssabın bayaqdan üstündə oturduğu döşəkçəni qu  caqlaması;
– professorun qayıqdakı yeganə xilasedici həlqəni boynuna keçirməsi;
– qəssabın üç qurban vəd etməsi, sonra isə bunu bir qurbana endirməsi;
– professorun başqa vaxt özünü Sokrata bənzətməsi;  
– xilasedici həlqə boynunda olduğu halda professorun hamını sakitliyə
dəvət etmək istəyi;
– gəncin nəzərlərini qadından qaçırması. 
4-cü suala cavab verməklə şagirdlər mətnin ideyası ilə bağlı fikir yürüdürlər.
Yazı
(St. 3.1.3)
5-ci tapşırığın icrasına başlamazdan əvvəl şagirdlərə müha ki -
mə xarakterli mətnin xüsusiyyətləri, eləcə də mətn sonluğunun funksiyaları
xatırladılır. Bildirilir ki, bədii mətnin sonluğu nəqli və ya mühakimə xarakterli ola
bilər. Nəqli xarakterli sonluqda, adətən, qəhrəmanların sonrakı taleyi haq -
qında məlumat verilir. Mühakimə xarakterli sonluq daha çox təmsillər, novel-
lalar üçün xarakterikdir. Bu zaman əsərin ideyası açıqlanır.
Müəllimin nəzərinə!
Əslində, mətnin məzmunu ilə bağlı iki əsas fikri vurğulamaq olar: 
1) istənilən ekstremal vəziyyətdə insan öz təmkin və ləyaqətini itir mə -
məlidir; 2) “Bağda ərik var idi...” Şagirdlər mətnə sonluq yazarkən bu
ideyaların hər ikisini əhatə edə və ya yalnız biri üzərində dayana
bilərlər.
Obrazın adı və ekstremal vəziyyətə qədər davranışı: ______________________  
_______________________________________________________________
Düşdüyü ekstremal vəziyyət:_________________________________________ 
_______________________________________________________________
Ekstremal vəziyyətdə davranışı:____________________________________
_______________________________________________________________
Vəziyyətdən sonra davranışı: ________________________________________
_______________________________________________________________
40

BÖLMƏ
Çap üçün deyil


Müəllim tapşırığın tələbinə əsasən yazılacaq sonluqda  “ekstremal vəziy -
yət”, “psixoloji məqam”, “eqoizm”, “altruizm”, “centlmen” kimi söz və ifadələr -
dən yerli-yerində istifadə etmələri üçün həmin sözlər üzərində iş apara bilər.
Ekstremal – adi şə rait dən fərqlənən, qeyri-adi, təhlükəli.
Altruizm – başqasının  naminə, təmənnasız olaraq öz mənafeyini qurban
ver mə.
Eqoizm – ancaq özünü, öz mənafeyini düşünmə; xudbinlik.
Psixoloji – insanın ruhi vəziyyəti ilə bağlı olan. 
Centlmen – gözəl geyimi, incə davranışı ilə fərqlənən nəzakətli, tərbiyəli
adam. 
Dil qaydaları
(St. 4.1.2) 
6-cı tapşırıq motivasiya xarakterlidir. Sözlərdəki -dır
4
şəkilçisini
müəyyən edən şagirdlər eyni zamanda həm hərəkəti icra etdirəni – birinci
sub yekti, həm də hərəkəti icra edəni – ikinci subyekti müəyyən etməyə çalı -
şırlar. Şagirdlər feilin bu məna növünün mahiyyətini anladıqdan sonra həmin
səhifədəki icbar növ feillər haqqında nəzəri materialı mənimsəyirlər. Müəllim
bu zaman şagirdlərin diqqətini “icbar” sözünə yönəldə rək bu sözün “məcbur”
sözü ilə leksik-qrammatik yaxınlığını izah edir. 
7-ci və 8-ci tap şırıqlar vasitəsilə mətndə icbar növ feilləri, daha sonra isə
bu feillərin iştirak etdiyi cümlələrdə hə rəkətin obyektini, I və II subyektini
müəyyən etmək bacarığı formalaşdırılır. 9-cu tapşırığın icrası zamanı şagird -
lər bəzi icbar növ feilli cümlələrdə II subyektin naməlum qaldığını aşkar edirlər.
10-cu tapşırıq tətbiqi xarakter daşıyır: eyni fikri müxtəlif cür ifadə etmək
bacarığının inkişafına xidmət edir. Tapşırıqda verilmiş məlum növ feilli
cümlələr aşağıdakı kimi dəyişdirilə bilər:
1. Ata yorulduğuna görə odunları uşaqlara daşıtdırdı.
2. Nənə eynəyini itirdiyindən məktubu nəvəsinə oxutdurdu.
3. Səlim xəmir xörəklərini çox sevdiyi üçün bacısına xəngəl bişirtdirdi.
11-ci tapşırıq düşünmək və mühakimə yürütmək tələb edir. Zahirən icbar
növə bənzəyən feilləri fərqləndirərkən onların subyektlə münasibətini aydın -
laşdırmaq, obyektin və 2-ci subyektin olub-olmadığını müəyyənləşdirmək
vacibdir.
Danışma
(St. 1.2.4) 
12-ci tapşırıq debat xarakterlidir. Bu zaman müəllim icbar növ
feilləri müəyyən edə bilmək bacarığını inkişaf etdirməklə yanaşı, 1.2.4 stan dar -
tını bir daha reallaşdırmaq imkanı əldə edə bilər. Çalışmaq lazımdır ki, debat
zamanı “oxumaq” sözünün ifadə etdiyi anlayışlara istinad edilsin (təhsil almaq
və mütaliə etmək), bu söz “oxutdurmaq” (məktubu) sözü ilə müqayisə edilsin.
41
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə