L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə2/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   2   3   4   5   6   7   8   9   ...   56

alt-standartlar MMV-də verilmiş mətn vasitəsilə və ya müzakirə fəaliyyəti zamanı
danışma ilə sintezdə reallaşdırılır.
Dil qaydaları bu prosesdə ayrıca bir mərhələ təşkil edir və özü düşünmə
(mətndəki müəyyən nitq materialının dilçilik baxımından araşdırılması), dərketmə
(müvafiq dil qaydası ilə bağlı nəzəri materialın mənimsənilməsi) və tətbiqetmə
(dil qaydası ilə bağlı çalışmaların yerinə yetirilməsi) mərhələlərinə bölünür.
Oxu – mətn üzərində iş. Dərs prosesindəki hər bir fəaliyyət həmin dərsin
mövzusunu təşkil edən mətn üzərində qurulur. Oxu məzmun xətti iki əsas
standartı (2.1; 2.2) ehtiva edir: lüğət ehtiyatı və oxu yub-anlama. MMV-dəki
dərslərin şərhində “Söz ehtiyatı” ayrıca rubrika şəklində “Oxu”dan sonra gəlsə
də, dərs prosesində mətnin oxusu zamanı bu işin paralel şəkildə aparılması
məqsədəuyğundur, çünki tanış olmayan söz və ifadələrin mənası yerindəcə
araşdırılmasa, mətnin tam qavranılması mümkün deyil. 
Dərslikdə bədii mətnlərlə müqayisədə elmi-kütləvi mətnlər üstünlük təşkil edir.
Bunun bir neçə səbəbi var:
1. Məlumdur ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda 5-ci sinifdən
başlayaraq Azərbaycan dili ilə yanaşı, ədəbiyyat fənni də tədris edilir. Bu iki fənn
üzrə kurikulumlarda bir neçə məzmun xətti (oxu, yazı, danışma) üst-üstə düşür.
Fərq yalnız bundadır ki, ədəbiyyatda həmin məzmun xətləri üzrə standartlar
yalnız bədii mətnlər əsasında, Azərbaycan dili fənnində isə həm bədii, həm də
elmi-kütləvi mətnlər əsasında reallaşdırılır. 
2. Kurikulumun konsepsiyasına görə, dilin tədrisi ünsiyyət bacarığının
inkişafına yönəlməlidir. Ünsiyyət isə informasiyanın qəbul edilməsi və ötürülməsi
prosesindən ibarətdir. Adi həyatda heç kim bunu nəzmlə və ya poetik cümlələrlə
etmir. Şagirdlər bilməlidirlər ki, deyilən, yazılan hər bir cümlə müəyyən infor-
masiya daşımalıdır. Ona görə də cümləni elə formalaşdırmaq lazımdır ki, infor-
masiya tam olaraq qavranılsın. Eləcə də oxuyarkən və ya dinləyərkən vacib
informasiya yükü daşıyan ifadə və cümlələrə diqqət yetirmək, onları mənimsəmək
lazımdır. Bütün bu deyilənləri, ilk növbədə, elmi-kütləvi mətnlər vasitəsilə reallaş -
dırmaq mümkündür.
3. Orta məktəbdə tədris olunan digər fənlər kimi, Azərbaycan dilinin də əsas
məqsədlərindən biri şagirdlərdə ümumi intellektin, dünyagörüşünün inkişafıdır.
Buna isə, ilk növbədə, müvafiq yaş səviyyəsinə uyğun elmi-kütləvi mətnlərin
oxunması ilə nail olmaq mümkündür.
4. 7-ci sinif üçün Azərbaycan dili kurikulumunda bir sıra standartlar məlumat
xarakterli mətnlərlə və ümumiyyətlə, informasiya ilə işləməyi tələb edir. Məsələn:
2.2.3. Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslandırır.
3.1.2. Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir.
5. Kurikulumun tədris qarşısında qoyduğu tələblərdən biri də fənlərarası
inteqrasi yadır. Ona görə də dərslik müəllifləri digər fənn kurikulumlarını təhlil
etməklə orada ehtiva olunan bilik və bacarıqları da elmi-kütləvi mətnlər vasitəsilə
reallaşdırmağa çalışmışlar.
6
GİRİŞ
Çap üçün deyil


Dərslikdəki bəzi elmi-kütləvi mətnlər informasiya baxımından yüklü görünə
bilər. Lakin qeyd etmək lazımdır ki, 1) dərslik müəllifləri mətnləri tərtib edərkən
digər fənn kurikulumlarını da nəzərdən keçirmiş, şagirdlərin bilik səviyyələrini
nəzərə almışlar; 2) dərslərin şərhində bu cür mətnlərin oxunması üçün müxtəlif
üsul və texnikalar təklif olunur ki, həmin metodlar mətnin şagirdlər tərəfindən daha
asan qavra nılma sına kömək edir (bu üsullar haqqında MMV-yə girişin “Təlim
texnologiyaları” hissəsində məlumat verilir). 
Azərbaycan dili metafəndir. Bu fəndə əldə edilən bacarıqlar – dinləmə,
danışma, oxu, yazı digər fənlərdə zəruri vasitəyə çevrilir. Azərbaycan dili
dərsindəki mətn üzərində işlə digər dərslərdəki analoji fəaliyyət arasında fərqlər
var. Məqsəd, predmet fərqlidir. Digər fənlərdə məqsəd mətndəki məlumatları
mənimsətməkdir. Azərbaycan dilində isə məlumatları mənimsəmək bacarığını
formalaşdırmaqdır. Burada biliyin, informasiyanın yadda saxlanılması vacib deyil,
onlar gələcəkdə qiymətləndirmə obyekti olmayacaq.
Mətnlərin oxunması üçün vaxtın müəyyən olunması vacib məsələlərdən biridir.
Şagirdlər sürətli oxu vərdişlərinə alışmalıdırlar. Araşdırmalar göstərir ki, insan bir
səhifəlik mətni 1,5-2 dəqiqəyə oxuyub anlaya bilir. Sinfin səviyyəsini və mətnin
informasiya yükünü nəzərə almaqla 7-ci sinifdə mətnlə ilkin tanışlıq zamanı bir
səhifəni oxumaq üçün 2-4 dəqiqə ayırmaq kifayətdir. Mətnin qavranılması üzrə
işə (qeydlər götürmək, istiqamətləndirilmiş oxu üzrə suallara cavab axtarmaq,
şərhlər yazmaq və s.) isə, əlbəttə, daha çox vaxt ayırmaq lazımdır.
Dinləmə. MMV-də verilmiş dinləmə mətnləri dərsin mövzusu ilə bağlı olur, bir
sıra hallarda dərslikdəki mətni məzmun baxımından tamamlayır. Bu, dinləmə
standartları ilə yanaşı, oxu və yazı üzrə də bəzi standartların reallaşdırılmasına
xidmət edir. Belə ki, şagird dinləmə mətnindəki məlumatlardan çıxış edərək
oxuduğu mətndəki fikrə münasibət bildirir (2.2.3.), ifadə yazır (3.1.1.) və ya
yazacağı mətni (esseni, təqdimatı) yeni faktlarla zənginləşdirir (3.1.2.).
Dinləmə standartları müzakirə və debatlarda da reallaşdırılır. Belə ki, şagird
danışanın fikirlərinə, onun nitqindəki ton və emosiyaya reaksiya verməklə dinləyib
anladığını nümayiş etdirir (1.1.1., 1.1.2.).
Yazı. VII sinfin yazı standartları müxtəlif yazı formaları üzrə (inşa, ifadə, esse,
hekayə) bacarıqları inkişaf etdirməyi tələb edir. 
Pedaqoji ədəbiyyatda esse ilə inşa arasında kəskin sərhəd qoyulmur. Lakin
nəzərə almaq lazımdır ki, müasir təhsildə daha çox esse yazı formasına müraciət
olunur. Çox zaman geniş və mücərrəd mövzuda olan ənənəvi inşadan fərqli
olaraq esse konkret situasiya ilə bağlı fikir bildirməyi tələb edir və bir çox hallarda
bu situasiyaya münasibət birmənalı olmur. Məsələn:
İnşa mövzusu: “Novruz adət və mərasimləri”.
Esse mövzusu: “Novruz bayramında qulaq falı adətinə münasibətim”.
Hər hansı bədii əsərlə bağlı inşa yazısında çox zaman əsər və onun müəllifi
haqqında məlumatlar, obrazların təhlili verilir. Həmin əsərlə bağlı essedə isə
müəyyən obrazın konkret situasiyadakı hərəkətinə münasibət bildirmək tələb olu -
nur və çox zaman mövzu “Mən ... yerinə olsa idim, nə edərdim” kimi ifadə edilir.
7
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə