L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə3/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   2   3   4   5   6   7   8   9   ...   56

Bir sözlə, inşa ilə müqayisədə esse daha fərdi münasibət tələb edir, şagirdə
özünüifadə üçün geniş imkanlar açır. Ona görə də müasir təhsildə esse daha mü-
nasib yazı forması sayılır.
Araşdırma xarakterli inşa və esselər dərsdə oxunmuş mətnin mövzusu ilə
bağlı olur; bu zaman yeni mənimsənilmiş məlumatlar motivasiya rolunu oynayır
və şagirdlər mövzunu yeni faktlarla zənginləşdirməyə və bu yolla özlərini ifadə
etməyə həvəsli olurlar.
Yazı yazmağın alqoritmi:
Mətnlərin tərtib və təqdim edilməsi üçün əsas 5 mərhələni həyata keçirmək
tövsiyə olunur:
1. Məlumatın toplanması və nəzərdən keçirilməsi
Bu mərhələdə verilmiş mövzu ilə bağlı müxtəlif mənbələrdən informasiyalar,
fikirlər toplanır və əldə edilmiş məlumatlar nəzərdən keçirilir. 
2. İlkin (qaralama) mətnin hazırlanması
Bu mərhələdə şagirdlər öz fikirlərini vərəqə köçürürlər. Bu proses beyin həm -
ləsi xarakteri daşıyır. Şagird öz ideyalarını tənqidi nöqteyi-nəzərdən qiy mətlən -
 dirmədən, fikri necə ifadə etdiyinə, orfoqrafiyaya və xəttinə fikir vermədən
yaz malıdır. Bu mərhələni “Sərbəst yazı” mərhələsi də adlandırmaq olar. İnsan
yazarkən ağlına yeni-yeni ideyalar gəlir. Bəzən yazı prosesi əqli prosesdən geri
qalır. Şagirdlərə başa salmaq lazımdır ki, belə hallarda fikri tezislər və açar
sözlərlə qeyd etsinlər, cümlələr arasında əlaqəyə çox fikir verməsinlər. 
Elə ola bilər ki, heç bir mənbədən informasiya əldə edilməsin və bu infor ma -
siyanı beyindən “çıxarmaq” üçün qaralama mətn yazılsın. Bu zaman qara lama
mətnin yazılması özü “Məlumatın toplanması və nəzərdən keçirilməsi” hesab
ediləcəkdir. Belə olan halda bu mətn yenidən oxunub daha uğurlu fikirlər
seçiləcək. 
3. Rabitəli mətnin yaradılması 
Bu, qaralama mətnin rabitəli mətnə salınma mərhələsidir. Bu mərhələdə yenə
də orfoqrafiya, qrammatika və xəttə fikir vermədən aşağıdakılara diqqət yetirmək
lazımdır:
– fikirlərin aydın, dəqiq və ardıcıl ifadə olunması, 
– təkrarçılığa yol verilməməsi,
– eyni məlumatla bağlı cümlələrin abzaslar üzrə sistemləşdirilməsi.
4. Mətnin redaktə edilməsi
Bu mərhələdə şagirdə orfoqrafiya, qrammatika və üslubiyyat üzrə bacarıq və
vərdişlər tələb olunur.
5. Təqdimetmə mərhələsi
Bu mərhələdə yazılmış mətn başqalarına təqdim edilir. Təqdimetmə müxtəlif
şəkillərdə aparıla bilər:
– mətni çap etmək,
– mətni auditoriya qarşısında oxumaq və s.
3.1.1 standartının tələblərindən biri də verilmiş mövzu üzrə hekayə yazmaq -
dır. Ola bilsin ki, əvvəlki siniflərdə bu bacarığın formalaşdırılması üzrə müəyyən
8
GİRİŞ
Çap üçün deyil


işlər görülüb. Lakin 7-ci sinifdə bu bacarıq standartın tələbi kimi qoyulmuşdur.
Ona görə də müəllimin bu haqda şagirdlərə müəyyən təlimatlar verməsi məq -
sədəuyğundur.
Hekayə necə yazılmalıdır
Şagirdlərə izah etmək lazımdır ki, hekayə hər hansı bir hadisənin maraqlı
şəkildə nəqlidir. Yaxşı hekayə qurmaq üçün bəzi tələblərə riayət etmək lazımdır:
1. Oxucu auditoriyasının müəyyənləşdirilməsi
Hekayə yazarkən əvvəlcə oxucu auditoriyasını müəyyənləşdirmək lazımdır.
Düşünün ki, yazdığınız hekayə kimi maraqlandıra bilər? Öz oxucunuzu axtarın.
Hamı üçün nəzərdə tutulmuş yazı yazmaq mümkün deyil və ümumiyyətlə, bu cür
yanaşma düzgün də deyil.
2. Mövzunun seçilməsi
Bu çox vacib mərhələdir. Yeni mövzu axtarmaq və yaratmağa gərək yoxdur.
Ətrafda maraqlı, aktual mövzular həddən artıq çoxdur. Xoşunuza gələn, ruhunuza
yaxın olan bir mövzu seçin. 
3. Oxucunun maraqlandırılması 
Hekayəni yazmağa başlamazdan əvvəl oxucunu necə maraqlandı racağı nızı
bilməlisiniz.  Bunun üçün də  hər əsərdə öz əksini tapan üç amili nəzərə almalı sınız: 
• maraqlı, cəlbedici başlanğıc,
• üslub,
• oxucunun intizarda saxlanılması. 
4. Süjet xətti 
Süjet xətti olmayan hekayə təsəvvür etmək mümkün deyil. Ona görə hadisənin
inkişaf xəttini mütləq özünüz üçün aydın şəkildə təsəvvür etməlisiniz ki, yazıya
ala biləsiniz.  Hekayədə həm nəqli, həm təsvir, həm də mühakimə elementləri öz
əksini tapmalıdır. Lakin nəzərə almaq lazımdır ki, təsvir hissəsini çox uzatmaq
olmaz, çünki bu, oxucunu darıxdıra bilər. 
5. Hekayənin dili 
Hətta ən yaxşı mövzuda, ən yaxşı süjet xətti olan maraqlı hekayə çətin və
anlaşılmaz dildə yazılsa, oxucular tərəfindən oxunmayacaq. Üslubu bütün hekayə
boyu pozmaq olmaz.
Danışma.  Şifahi nitq həyatda insana ən çox vacib olan ünsiyyət bacarıq -
larından və özünüifadənin formalarından biridir. 7-ci sinif üçün danışma üzrə
nəzərdə tutulan standartlar bu bacarığın müxtəlif aspektlərdən inkişafını nəzərdə
tutur: şifahi təqdimatlar zamanı müxtəlif formalardan istifadə etmək (2.1.1),
məntiqi ardıcıllıqla danışmaq (1.2.2), fikrə münasibət bildirmək (1.2.4) və s.
“1.2.3. Nitqində müxtəlif səs çalarlarından istifadə edir” və “2.2.1. Səs tonu,
temp və fasiləni gözləməklə mətni oxuyur” standartlarını fərqləndirmək lazımdır.
Çox yaxın olsalar da, onlardan biri (1.2.3) ritorika bacarığıdır və danışarkən səs
çalarları vasitəsilə qarşı tərəfi inandırmağı nəzərdə tutur. Digəri (2.2.1) isə ifadəli
oxu bacarığıdır və daha çox şeirlərin deklamasiyası və ekspressiv ruhlu mətnlərin
ucadan oxusu zamanı reallaşdırılır.
9
Çap üçün deyil


Dil qaydaları
Azərbaycan dili kurikulumunda sözün qrammatik mənası ilə bağlı standartlar
(morfologiya) 5-7-ci siniflərdə verilir, 8-11-ci siniflər üzrə standartlar, əsasən, sin-
taksis, üslubiyyat, nitq mədəniyyəti məsələlərini əhatə edir. Ona görə də müəlliflər
çalışmışlar ki, dərslikdə dil qaydaları məzmun xətti üzrə 7-ci sinif üçün nəzərdə
tutulmuş standartlar çərçivəsində morfologiya bəhsi üzrə ən vacib məqamları
əhatə etsinlər.
Dil qaydalarının təqdim edilməsində ənənəvi ardıcıllığa riayət olunmuşdur.
Belə ki, ilk altı bölmədə standartların tələblərinə əsasən, feil və köməkçi nitq
hissələri, onların yazılışı və durğu işarələrinin işlənməsi ilə bağlı məsələlər, so-
nuncu bölmədə isə cümlənin quruluşca növləri haqqında məlumat verilmişdir. Bu
ardıcıllıq bağlayıcılar üzərində iş zamanı, bəzi bağlayıcıların cümlələri də
bağlaması ilə bağlı məlumat verilərkən müəyyən qədər narahatlıq doğura bilər.
Lakin müəllimlər bilməlidirlər ki, şagirdlər “mürəkkəb cümlə” anlayışı ilə 4-cü
sinifdə tanış olublar.
Kurikulum dil qaydalarının bacarığa çevrilməsini tələb edir, yəni hər bir
qaydanın mənimsənilməsi son nəticədə onun yazılı və ya şifahi nitqə tətbiq
edilməsi ilə nəticələnməlidir. Lakin sözsüz ki, tətbiqetmə mərhələsinə qədər
şagirdlər bəzi deklara tiv bilikləri də mənimsəməlidirlər. Məsələn, modal sözlərdən
əvvəl və sonra vergüldən istifadə qaydasını tətbiq etmək üçün şagird əvvəlcə
modal sözün qrammatik mənasını dərk etməli, onu ədatdan fərqləndirməyi
bacarmalıdır.
10
GİRİŞ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə