L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   2   3   4   5   6   7   8   9   ...   56

3. Yazı
Şagird: 
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı formalarında (ifadə, inşa, esse, hekayə)
ifadə edir.
l Verilmiş aforizmdəki fikrə mü nasibət bildirməklə esse yazır. 
l Mətndəki fikirlər əsasında mü hakimə xarakterli mətn (esse) yazır.
l Mətnin ideyasına uyğun möv zuda esse yazır.
l Dinlədiyi mətndəki fikri ümu mi ləşdirib nəqli xa rakterli kiçik mətn (hekayə) yazır.
l Verilmiş ifadələrin işlənmə mə qamına uyğun nəqli xarakterli mətn (hekayə) yazır.
l Verilmiş mövzuda esse yazır.
l Şəkil üzrə təsviri xarakterli inşa yazır.
l Tarixi şəxsiyyət haqqında əldə etdiyi məlumatlardan çıxış edə rək onun haqqında
hekayə yazır.  
l Müxtəlif mənbə lərdən fakt və məlu mat lar toplayaraq verilmiş mövzunu inşa,
esse, he ka yə formasında ifadə edir.
l Dinlədiyi və oxuduğu mətndəki məlu mat ları ümumiləşdirərək ifadə yazır.
l Qurulmuş plan əsasında inşa yazır və keçid cümlələr vasitəsilə his sələri əlaqə -
ləndirir.
l Mətndəki məlumatlardan istifadə et məklə  he kayə yazır.
3.1.2. Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir. 
l Müxtəlif mənbələrdən istifadə etməklə mətni genişləndirir. 
l Eyni mövzu üzrə müxtəlif mən bələrdən əldə etdiyi məlumatlar əsasın da elmi-
kütləvi mətn yazır.
l Əldə etdiyi məlumatlardan is tifa də etməklə mühakimə xa rak terli mətn yazır.
l Mövzu üzrə verilmiş məlu mat ları müvafiq hissələrə əlavə et mək lə mətni yeni
tezislərlə zən  ginləşdirir. 
l Dinlədiyi mətn üzrə yazısını oxuduğu mətndən əldə etdiyi məlumatlarla zəngin -
ləşdirir.
l Məlumata münasibət bildirməklə mətni zəngin ləşdi rir.
3.1.3. Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir.
l Mətnin məzmunundan çıxış edə  rək məntiqi sonluq yazır.
l Verilmiş mövzu üzrə mətn yazmaq üçün plan qurur.
l Müxtəlif mənbələrdən topladığı mate rialları sistemləşdirərək ra bi təli mətn yazır.
l Oxuduğu mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirərək qısa məzmununu
yazır.
3.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.
l Teleqram yazının xüsusiy yət lə ri ni müəyyənləşdirir.
l Situasiyaya uyğun olaraq teleqram yazır.
l Situasiyaya uyğun izahat yazır.
l Məqsəddən asılı olaraq əməli yazının növünü, forma və məz mununu müəy -
yənləşdirir.
14
GİRİŞ
Çap üçün deyil


4. Dil qaydaları
Şagird: 
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümlələri quruluşuna görə fərqləndirir.
l Cümlənin  qrammatik əsasını müəyyən etməklə quruluşca növünü fərqləndirir.
l Sadə və mürəkkəb cümlələri bir-birin dən fərqləndirir.
l Mürəkkəb cümlənin tərkibindəki sadə cüm lələri müəyyənləşdirir.
l Söz sırası pozulmuş cümlələrin qu ruluşuna görə növünü müəyyənləşdirir.
4.1.2. Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir.
l Nitq hissələri ilə bağlı mənim sədiyi bilikləri tətbiq edir.
l Cümlədə hərəkətin subyektini və obyektini müəyyənləşdirir.
l Qrammatik formaya və kon  tekstə görə feillərin qrammatik məna növünü
müəyyənləşdirir. 
İdi, imiş hissəciklərinin sözdəki rolunu müəyyən edir, onların ixtisar formalarını
zaman şəkil çi lərindən fərqləndirir.
İsə hissəciyinin rolunu fərq lən dirir.
İdi, imiş hissəciklərinin ixtisar for masını keçmiş zaman şək il çi  lərindən fərq -
ləndirir.
İsə hissəciyinin feillərlə işlənmə xüsusiyyətlərini müəyyənləşdirir.
l Feilin təsriflənməyən formala rı nı fərqləndirir.
l Qoşmanın yaratdığı məna ça lar larını müəyyənləşdirir.
l Cümlədə bağlayıcının funksi ya sını müəy  yən edir.
l Ədatları və onların məna növ lə rini fərqləndirir.
l Modal sözləri və onların məna növlərini fərqləndirir.
l Nidaların ümumi qrammatik mə nasını müəyyənləşdirir.
l Köməkçi nitq hissələrinin qrammatik mənalarını müəyyənləşdirir. 
l Qrammatik omonimlik təşkil edən söz lə ri nitq hissələrinə görə fərqləndirir.
4.1.3. Köməkçi nitq hissələrinin işlənmə məqamından asılı olaraq  durğu işa rə lə -
rindən istifadə edir.
l Bağlayıcılardan əvvəl və sonra durğu işarələrinin işlənməsi qay  dalarına riayət
edir.
l Modal sözlərin işlənmə yerin dən asılı olaraq durğu işarə lə rindən istifadə edir.
l Nidaların işlənmə məqamın dan asılı olaraq durğu işarələ rin dən istifadə edir.
l Köməkçi nitq hissələrindən əvvəl və sonra vergülün işlənməsi ilə bağlı qaydalara
riayət edir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
l Mürəkkəb sözlərin yazılışı ilə bağlı qaydalara əməl edir.
İdi, imiş hissəciklərinin yazılışı ilə bağlı qaydalara əməl edir.
l Qoşmaların yazılışında orfoqrafiya qay da la rına ria yət edir.
l Ədatların yazılışı qaydalarına əməl edir.
l Mürəkkəb bağlayıcıları orfoq ra fik qaydaya uyğun şəkildə yazır.
15
Çap üçün deyil


Təlim texnologiyaları 
Məlumdur ki, kurikulumun qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün
fəal/interaktiv təlim üsullarından istifadə etmək daha məqsədəuyğundur.
Müəllimlər artıq interaktiv dərs modeli ilə tanışdırlar. Bizim məqsədimiz bu modeli
zənginləşdirən üsul və texnikalar təklif etməkdir. 
Azərbaycan dili fənnində fəal təlim texnologiyaları şagirdlərdə nitq bacarıq -
larını  formalaşdırmağa və inkişaf etdirməyə yönəlmişdir. Bunun üçün müxtəlif
üsullar, texnikalar və çalışma modelləri mövcuddur. V və VI sinif Azərbaycan dili
dərsliklərində onlar haqqında geniş məlumat verilmişdir. 
Oxu məzmun xətti üzrə:
l Cütlükdə oxu – cütlükdə ümumiləşdir
l Ziqzaq
l İstiqamətləndirilmiş oxu
l Öyrənirəm – öyrədirəm
l Sual müsabiqəsi
l Proqnozlaşdırma (Təxminetmə)
l Sürətli oxu
l Son sözü mənə saxla
l Qərarlar ağacı
Dinləyib-anlama və danışma məzmun xətti üzrə:
l Müzakirə
l Akvarium
l Debat
l Konfrans
Yazı məzmun xətti üzrə:
l Cəld yazı
l Təqdimat (yazılı məruzə)
l Sərbəst yazı
l Yazılı debat
l İnşa
l Esse
l İfadə
Bu dərslikdə mətnin oxunması üçün bir sıra  yeni üsullar da təklif edilir ki,
onların şərhini verməyi lazım bilirik.
İnsert. Mətni oxumağa başlayarkən şagirdlərə aşağıdakı cədvəl paylanır. 
Bu məlumat tanışdır. Bu məlumat yenidir.
Əvvəl bildiklərimlə
ziddiyyət təşkil edir.
Bu hissə aydın
olmadı.
16
GİRİŞ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə