L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə56/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   48   49   50   51   52   53   54   55   56

Ona görə də H.Zərdabi o zaman ərəb əlifbasından istifadə edilən  mətbəə
şriftlərini İstanbuldan gətizdirdi.
3-cü mətndaxili sual dil qaydaları ilə bağlı olsa da, diqqətli oxu tələb etdiyi
üçün yerindəcə cavablandırılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin mə -
qamda o cümlədən bağlayıcısından istifadə edilərsə, S.Ə.Şirvani və F.Kö çərli
də rus və Ukrayna yazıçıları kimi təsəvvür edilə bilər.
4-cü mətndaxili sual cavablandırılarkən şagirdlər əvvəlki dərslərdə 
senzura
və senzor anlayışları haqqında əldə olunan məlumatlara istinad edə bilərlər.
Şagirdlər artıq bilirlər ki, senzura mətbuatda yayılan fikirlərə nəzarət edən bir
qurumdur, söz azadlığının qarşısını almağa xidmət edir. Bu məlumata istinad
edərək senzuranın zəifləməsi ilə mətbuatın inkişafı arasında əlaqəni müəyyən
edə bilərlər.
5-ci suala cavab vermək üçün H.Z.Tağıyevin mesenatlıq fəaliyyətini xa -
tırlatmaq lazımdır. Şagirdlər aşağı siniflərdə H.Z.Tağıyevin xeyriyyəçiliyi
haqqında kifayət qədər məlumat alıblar. Bu məlumatlardan istifadə etməklə
oxuduqları mətni zənginləşdirə bilərlər. 
(St. 2.2.2) 
“Düşün və cavab ver” rubrikasında verilmiş 7-ci tapşırığın icrası
isə mətnə yeni dən müraciət tələb edir. Ümumi müzakirə yolu ilə lövhədə
aşağıdakı kimi cədvəl qurula bilər. 
Daha sonra şagirdləri 4 qrupa ayırıb hər qrupa bir mərhələ ilə bağlı məlu -
matları toplamağı tapşırmaq məqsədəuyğundur. Hər qrup bir mərhələ ilə əla -
qədar nəzərdə tutulan məlumatı toplayıb cədvəlin müvafiq xanasına yazaraq
təq dimat edə bilər.
Söz ehtiyatı (St. 2.1.1) 
Oxu prosesində 6-cı tapşırığın tələbinə görə
“dünyəvi”, “tiraj”, “redaktor”, “taziyanə”, “annotasiya” sözlərinin mənaları lüğətin
köməyi ilə araşdırılır və mətndəki yerinə görə izah edilir. 
“Ayağı yüngül olmaq” ifadəsinin frazeoloji birləşmə olduğu bildirilir. Onun
mənası izah edilərkən müəllim həmin ifa dənin işlənmə situasiyasını xatırlada
bilər. 
XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda nəşriyyat-mətbəə
işinin inkişaf mərhələləri
I mərhələ
II mərhələ
III mərhələ IV mərhələ
Tarix
Kimin adı ilə bağlıdır?
Nə etdilər?
Digər məlumatlar
168
VII 
BÖLMƏ
Çap üçün deyil


Mətndə işlənmiş tanış olmayan sözlər isə mətndəki işlənmə məqamına
uyğun şəkildə izah edilə bilər.
TİRAJ
1
[tiraj] isim, fransız 
İstiqraz və ya lotereya uduşlarının oynanması. Dövlət istiqrazının növbəti
tirajı.
TİRAJ
2
[tiraj] isim, fransız 
Buraxılmış çap nəşrləri nüsxələrinin sayı.
Qəzetlərin tirajı. Bədii əsərlərin böyük tirajla çap edilməsi. 
Göründüyü kimi, “tiraj” sözünün lüğətlərdə omonim söz olaraq iki mənası
verilib. Mətndə işlənmə yerinə görə isə ikinci məna seçiləcək.
TAZİYANƏ  [ta:ziya:nə] isim, fars 
1. Arxaizm. Qırmanc, qamçı.  ...Qırata bir taziyanə vurdu. (“Koroğlu”)
2. Ədəbiyyatşünaslıq, arxaizm. Məcazi mənada: kiçik satirik şeir. Sabirin
taziyanələri. 
“Taziyanə” sözünün isə həm həqiqi, həm də məcazi mənada işləndiyi mə -
lumdur. Mətndə isə onun məcazi mənada, eyni zamanda ədəbiyyatşü nas lıq
termini kimi işləndiyi aydın görünür.
Dinləmə mətni
(St. 1.1.2) 
8-ci tapşırığı icra etməzdən əvvəl müəllim şagirdləri dinləmə
materialı ilə tanış edir. Şəraitdən asılı olaraq internet resurslarından istifadə
etmək tövsiyə olunur: http://www.eksperttv.az/video.asp?pid=95&id=637
Nəşriyyat kitabı ərsəyə gətirən, onun maketini – qəlibini hazırlayan
müəssisədir, bir növ, intellektual mərkəzdir. Burada çalışan redaktorlar, kor-
rektorlar, rəssam və dizaynerlər kitabın məzmunu və bədii tərtibatı üzərində
işləyirlər. Mətbəə isə verilmiş qəlib üzrə kitabı və digər çap məhsullarını çoxal -
dan müəssisədir, zavoddur.
Mətbəənin və nəşriyyatın gücü tamam başqa meyarlarla ölçülür. Mət -
bəənin gücü onun avadanlığından asılıdır. Nə qədər çeşidli və böyük ava -
dan lığı varsa, mətbəə o qədər güclü sayılır. 
Nəşriyyatın gücü isə, ilk növbədə, onun il ərzində neçə adda kitab buraxa
bilməsi ilə ölçülür. Məsələn, dünyanın ən iri nəşriyyatlarından olan Oksford
nəşriyyatı il ərzində 1000-1500 adda kitab buraxır. 
Bəziləri düşünürlər ki, hər bir nəşriyyatın mətbəəsi olmalıdır. Mətbəəsi ol-
mayan nəşriyyat zəif nəşriyyatdır. Ancaq əslində, belə deyil. Dünyanın ən iri
nəşriyyatlarının mətbəəsi yoxdur. 
Bir dəfə Oksford nəşriyyatının bir nümayəndəsindən onların mətbəəsinin
olub-olmadığını soruşmuşdular. O gülümsünüb demişdi: “Niyə soruşmursu -
nuz ki, ma ka ron fabrikiniz  varmı? Mətbəə və nəşriyyat tamamilə ayrı-ayrı sa -
hələrdir. Biz dünyanın hər yerində çap olunuruq. Kitabdan asılı olaraq mətbəə
169
KİTABIN TARİXİ
Çap üçün deyil


seçirik. Əgər öz mətbəəmizi yaratsaq,  ikiləşəcəyik və bilməyəcəyik ki, kimin
marağını gü dək”. 
Mətni dinlədikdən sonra səslənmiş məlumatlar əsasında şagirdlər aşa ğı -
dakı nəticəyə gələ bilərlər:
Nəşriyyat intellektual məhsul ərsəyə gətirən bir qurum, mətbəə isə həmin
məhsulu çoxaldan zavoddur. Nəşriyyatda gələcək məhsulun qəlibi, onun
maketi hazırlanır və çoxaldılmaq üçün mətbəəyə verilir və orada xüsusi
avadanlıqlar vasitəsilə çoxaldılır.
9-cu tapşırığın tələbini yerinə yetirən şagirdlərin aşağıdakı nəticələri əldə
etməsinə çalışmaq lazımdır.
JURNALİST  [jurnalist] isim, fransız 
Jurnalistika ilə məşğul olan peşəkar ədəbi işçi. Azərbaycan milli operasının
banisi Üzeyir Hacıbəyli eyni zamanda məşhur bir jurnalist olmuşdur.
TƏNQİDÇİ [tənqitçi] isim
Tənqidlə məşğul olan adam, tənqid edən.
Musiqi tənqidçisi. Tənqidçinin qeydləri.
TƏRCÜMƏÇİ  [tərcüməçi] isim
Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim. Tey-
mur tərcüməçi vasitəsilə alimə müraciət edərək soruşur.
REDAKTOR  [redak'tor] isim, latın 
1. Hər hansı bir işi (kitabı, qəzeti, jurnalı və s.) redaktə edən adam. Əsərin
redaktoru. Texniki redaktor.
2.  Kitab, jurnal, qəzet və s.-nin nəşrinə rəhbərlik edən, onun məzmununu
təsdiqləyən şəxs. Qəzetin redaktoru. Baş redaktor. Məsul redaktor.
NAŞİR  [na:şir] isim, ərəb 
Kitab və s. nəşr edən adam.
Qəzetin naşiri Məmmədağa Şahtaxtılı maarifpərvər, xeyirxah və mütərəqqi
bir adam olmuşdur. (M.İbrahimov)
Yazı
Fəndaxili üfüqi inteqrasiya 
(st. 2.2.2, st. 3.1.3). 
10-cu tapşırığı yerinə
yetirərkən “annotasiya” sözünün izahı bir daha xatırladılır və şagirdlərin
nəzərinə çatdırılır ki, təkcə kitablara deyil, ayrı-ayrı hekayə, məqalə və başqa
kiçikhəcmli əsərlərə də annotasiya yazmaq mümkündür. 
Müəllimin nəzərinə! 
Annotasiya nümunəsi:
Məqalədə Azərbaycanda kitab çapının tarixinə nəzər salınır. İlk
mətbəələrin qəzet redaksiyaları nəzdində yaradıldığı bildirilir. “Əkinçi”, “Ziya”,
“Kəşkül”, “Şərqi-Rus” qəzetlərinin bu sahədə xidmətlərindən bəhs edilir.
170
VII 
BÖLMƏ
Çap üçün deyil


Mətnin böyük hissəsi isə ilk peşəkar naşirlər olan Orucov qardaşlarının
fəaliyyətinə həsr olunmuşdur.
11-ci tapşırıq layihə xarakterli olduğundan evdə icrası tövsiyə edilir. Oxu -
duqları kitabların kataloqunu hazırlamaq üçün şagirdlərə kataloq nümunəsi
gös tər mək tövsiyə olunur. Bildirilir ki, kataloqda hər bir  kitabın müəllifi, nəşr
yeri və tarixi, annotasiya şəklində qısa məzmunu, ideyası və s. öz əksini
tapmalıdır. Bütün bunlar biblioqrafik məlumatlar adlanır.
Dil qaydaları
(St. 4.1.2; 4.1.1) 
12-ci tapşırıq dil qaydaları üçün motivasiya rolunu oy na -
yır. Şagirdlər mətnin 2-ci abzasındakı qoşmaları tapıb onların yaratdığı məna
çalarını müəyyən edirlər. 
13-15-ci tapşırıqlar köməkçi nitq hissələri, onların omonimliyi və sinonim-
liyi, eləcə də digər xüsusiyyətləri ilə bağlı əldə olunmuş bacarıqların inkişafına
xidmət edir.
16-cı tapşırıq isə yeni bacarıq formalaşdırmağa yönəlib. Belə ki, şagirdlər
bağlayıcılarla tanış olduqları zaman onların həm sözləri, həm də cümlələri
bir-birinə bağlaması ilə əlaqədar məlumat əldə etmişdilər. Sadə və mürəkkəb
cümlələri fərqləndirmək bacarığına yiyələndikdən sonra yenidən həmin
mövzuya qayıtmaq şagirdlərin bu vərdişlərini daha da möhkəmləndirir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Sıra

Kitabın adı
Müəllifi
Yazıldığı tarix
Oxuduğum
tarix
171
KİTABIN TARİXİ
Çap üçün deyil


Dərs 43. ELEKTRON KİTAB (2 saat)
Motivasiya
Müəllim:
– Bu vaxta qədər əldə etdiyiniz məlumatlar əsasında kitab tarixini nəzərdən
keçirin və inkişaf mərhələlərini xronoloji ardıcıllıqla düzün. Müasir dövrdə kitab
sənayesinin nailiyyətləri haqqında nə bilirsiniz?
Müəllimin yönəldici sualları ilə elektron kitab haqqında fikirlər səsləndirilir.
BİBÖ cədvəli qurulur. 
– Elektron kitablar haqqında nə bilirsiniz?
Oxu
(St. 2.2.3)
Mətn İstiqamətləndirilmiş oxu üsulu ilə oxunur. Uşaqlar mətni
səssiz  oxuyurlar.  Müəllim əvvəlcədən şagirdlərə suallar təqdim edir. Suallar
təqribən belə ola bilər:
1. Azərgil hara gedirdilər?
2. Azər nə üçün kitablarının hamısını götürə bilmədi?
3. Azər vəziyyətdən necə çıxış yolu tapdı?
4. Elektron kitab nədir?
5. Elektron kitabların hansı növləri vardır?
6. Kitabçılıqda “köhnə” ilə “yeni” arasında hansının üstünlüyü çoxdur?
7. Ənənəvi olan kitablar xoşunuza gəlir? 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əlavə
fakt və məlumatlarla əsaslandırır.
Həyatda gördüklərindən misallar
gətirməklə mətndəki fikrə mü na sibətini
əsaslandırır. 
2.1.1. Tanış olmadığı sözlərin kont eks tə
uyğun mənasını dəqiqləşdirir.
Müxtəlif kontekstlərdən çıxış edərək
sözün mənasını izah edir. 
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Tərtib etdiyi qrafik inform a si yanı məntiqi
ardıcıllıqla şərh edir.
3.1.3. Qurduğu plan əsasında mətnin
hissələrini məntiqi cəhətdən əlaqə lən -
dirir.
Müxtəlif mənbələrdən topladığı mate -
rialları sistemləşdirərək ra bi təli mətn
yazır.
4.1.3. Köməkçi nitq hissələrinin işlən -
mə məqamından asılı olaraq durğu işa -
rələrindən istifadə edir.
Köməkçi nitq hissələrindən əvvəl və
sonra vergülün işlənməsi ilə bağlı qay-
dalara riayət edir.
4.1.1. Cümlələri quruluşuna görə fərq -
ləndirir.
Cümlənin qrammatik əsasını müəyyən
etməklə quruluşca növünü fərqləndirir.
172
VII 
BÖLMƏ
Çap üçün deyil


(St. 2.1.1)
Söz ehtiyatı üzərində iş mətnin oxusu ilə paralel aparılır.
Şagirdlər informatika fənnindən informasiya-kommunikasiya texnologiyaları
ilə bağlı bir çox terminlərlə tanışdırlar. Bu biliklərindən, eləcə də sözlərin
işləndiyi kontekstdən çıxış edərək onların mənasını müəyyənləşdirə bilərlər. 
Danışma
(St. 1.2.2)
3-4-cü tapşırıqda şagirdlərin tənqidi təfəkkürü yoxlanılır.
Şagirdlər ənənəvi və elektron tədris vəsaitlərini müqayisə etməli, mətndəki
informasiyadan istifadə yolu ilə hər ikisinin müsbət və mənfi cəhətlərini
sadalamalıdırlar. Təklif etmək olar ki, şagirdlər Venn diaqramı hazır la sınlar
və hər iki vəsait formasının fərqli və oxşar tərəflərini qeyd etsinlər. Son ra
hazırladıqları Venn diaqramını şərh etsinlər. 
Yazı
(St. 3.1.3) 
“Elektron kitabların növləri” haqqında təqdimat hazırlamaq
tapşırılır. Təq dimat araşdırma xarakterli olduğundan ev tapşırığı kimi verilməsi
tövsiyə edilir. 
Şagirdlərə xatırlatmaq lazımdır ki, əvvəlcə məlumat toplayıb nə yaza caq -
larını müəyyənləşdirsinlər. Məlumatları ümumiləşdirib qruplaşdıran dan sonra
plan tərtib etmək tələb olunur. Tərtib olunmuş planın sinifdə müzakirəsindən
sonra şagirdlər tərəfindən təqdimat hazırlanır. 
Dil qaydaları
(St. 4.1.3; 4.1.1) 
Bu dərsdə şagirdlərin köməkçi nitq hissələri və cümlənin
quruluşca növü ilə bağlı əldə edilmiş bacarıq ları yoxlanılır.
5-8-ci tapşırıqlar şagirdin yaradıcı və məntiqi təfəkkürünün inkişafına
yönəlmişdir. 
9-cu tapşırıq vasitəsilə köməkçi nitq hissələrində durğu işarələrindən
düzgün istifadə və  cümləni quruluşca növünə görə fərqləndirmə bacarıqları
inkişaf etdirilir. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Dərs 44. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat)
Bu dərs həm müvafiq bölmədə, həm də il ərzində reallaşdırılmış məzmun
standartları üzrə baca rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.  
173
KİTABIN TARİXİ
Çap üçün deyil


VII BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
KAĞIZIN İXTİRASI
Kağız Miladdan sonra 105-ci ildə çinli Tsay Lun tərəfindən ................ .
Çinlilər bu ixtiranın sirrini uzun müddət gizli saxladılar.
751-ci ildə Tyan-Şan dağları ətəyində ərəb ordusu ilə Çin ordusu qar -
şılaşdı. Bu döyüşdə ərəblər bir neçə çinli kağız sənətkarını əsir götürdülər
və onlardan kağız emalının sirrini öyrəndilər. Səmərqənddə kağız fabriki
tikdirildi. Uzun müddət Səmərqənd kağızı dünyada ən keyfiyyətli kağız
sayılmışdır.
Avropa xalqları arasında kağız istehsalını ilk olaraq ispanlar mə nim sə -
dilər. İtaliyada kağız istehsalına  1154-cü ildə, Almaniyada 1228-ci ildə, İn -
gil tə rədə 1309-cu ildə başlandı.
Azərbaycanda kağız istehsalına Avropadan xeyli qabaq başlamışlar. IX
əsrin sonunda Xunəc şəhərində kağız fabriki fəaliyyət göstərmişdir. Son-
ralar bu şəhər Kağızkunan adlandırılmışdır. Böyük mütəfəkkir Fəzlullah
Rə şidəddin də Təbriz yaxınlığında kağız fabriki tikdirmişdi.
Müasir dövrə qədər insanlar yazı yazmaq üçün kağızdan əlverişli mate -
rial düşünməyiblər, buna görə də Tsay Lunun adı haqlı olaraq dünyanın
böyük ix ti raçılarının adları ilə bir sırada çəkilir. 
1. Altından xətt çəkilmiş feillərin qrammatik məna növünü qeyd edin.
tikdirildi
g ________ növ
başlandı 
g ________ növ
2. 2-ci abzasın son cümləsindəki feili məlum növdə işlətməklə cümləni də yiş -
di rib yazın.  
________________________________________________________  
3. Mətndəki icbar növdə işlənmiş feilləri seçib yazın, onların icbar növdə ol -
duğu nu əsaslandırın.
4. Nöqtələrin yerinə hansı feili yazardınız?
A) kəşf edilmişdir      B) ixtira edilmişdir    C) tapılmışdır  
D) kəşf etmişdir         E) ixtira etmişdir
5. Hansı feilə -dır
4
şəkilçisi artırılsa da, icbar növ feil düzəltmək mümkün deyil?
A) tikmək     B) yazmaq    C) gülmək   D) düzmək     E) sökmək
174
VII 
BÖLMƏ
Çap üçün deyil


6. -ış
4
(ş) şəkilçisi ilə düzəlmiş feillərdən biri qarşılıq-birgəlik növdə deyil.
A) qaçışmaq        B) mələşmək     C) vidalaşmaq
D) hazırlaşmaq    E) salamlaşmaq
7. Aşağıdakı feillərdən birinin işləndiyi cümlənin mübtədası olmur.
A) oxundu     B) yazıldı     C) açıldı       D) baxıldı     E) hazırlaşdı
8. Subyektin hərəkəti öz üzərində icra etdiyi cümlələri seçin.
1. Həkimin müalicəsindən sonra xəstə sağaldı.
2. Aramsız yağışdan sonra, nəhayət, hava açıldı.
3. Qonaqlar gələnə kimi həyət-baca büsbütün təmizləndi. 
4. Baharın gəlişi ilə yal-yamac gül-çiçəyə büründü.  
5. İclasda yeni dərs ilinə hazırlığa xüsusi toxunuldu.
6. Gələn qonaqları tanımadığı üçün xeyli sıxılırdı.
A) 2, 4, 6       B) 1, 3, 5      C) 4, 5, 6        D) 2, 3, 4       E) 1, 4, 6
9. Hansı cümlələrdə feillər birgə hərəkət ifadə edir?
1. Uşaqlar sevindikləri üçün bərkdən gülüşdülər.
2. Dostlar xeyli vaxt idi ki, sosial şəbəkədə yazışırdılar.
3. Ana ilə bala uzun illərin həsrətlisi kimi qucaqlaşmışdılar.
4. Paltar ütülənmədiyindən qırışmışdı.
5. Quşlar yem gətirən analarını görüb civildəşdilər.
A) 1, 3, 5       B) 1, 5        C) 2, 3, 4        D) 1, 2, 4       E) 2, 4
10. Bağlayıcıları seçib yazın. Onların cümlələri, yoxsa cümlə üzvlərini əla -
qə lən dir di yini qeyd edin.
1. Cahandar ağa gah özünə hirslənir, nahaq yerə başını cəncələ
saldığını duyub peşmanlayır, gah da özünə ürək-dirək verirdi. (İ.Şıxlı)
A) cümlələr
B) cümlə üzvləri
2. Lakin həftələr keçib aylar dolandısa da, ortaya çıxan olmadı.
A) cümlələr
B) cümlə üzvləri
3. Yetimə “gəl, gəl” deyən çox olar, ancaq çörək verən – az.
A) cümlələr
B) cümlə üzvləri
4. Şamxal həm mal damı, həm də ev olan daxmada darıxdı. (İ.Şıxlı)
A) cümlələr
B) cümlə üzvləri
5. Ancaq bunu nə Şamxal, nə də ki Çərkəz hiss edirdi. (İ.Şıxlı)
A) cümlələr
B) cümlə üzvləri
6. Zülm ilə şahlıq  külək ilə şam kimidir. (M.Övhədi)
A) cümlələr
B) cümlə üzvləri
175
KİTABIN TARİXİ
Çap üçün deyil


Aynur Rüstəmova
Hidayət Allahverdi
Dilrüba Cəfərova
Sahibə Məmmədova
AZƏRBAYCAN DİLİ
(7-ci sinif)
Müəllim üçün metodik vəsait
Bakı, Altun Kitab, 2014
Nəşriyyatın ünvanı:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi – 15A
www.altunkitab.az
E-mail: altunkitab2004@gmail.com
Çapa imzalanıb: 31.07.2014. Kağız formatı 70x100 1/16
Fiziki çap vərəqi 11. Tirajı: 7500 nüsxə.
Çap üçün deyil

Document Outline

  • Girish
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7

Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə