L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə6/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   2   3   4   5   6   7   8   9   ...   56

Şagirdlər mətni oxuduqca cədvəldə qeydlər aparırlar – mətnin ayrı-ayrı
hissələrini açar sözlər və tezislər şəklində cədvəlin müvafiq xanalarına yazırlar.
Oxu bitəndən sonra təqdim edilmiş cədvəl üzrə iş aparılır. Bu oxu üsulu infor-
masiya ilə zəngin olan elmi-kütləvi mətnlərdə effektli nəticə verir. Eyni zamanda
şagirdlərdə fikirlərini lakonik tezislərlə ifadə etmək, açar sözlər müəy yən ləş -
dirmək, müxtəlif fənlərdən aldıqları biliklər arasında əlaqə yaratmaq baca rıqlarının
inkişafına xidmət edir.  
Qeyd götürməklə oxu. Mətnin qavranılması, məlumatların əhəmiyyətlilik
dərəcəsinin müəyyən edilməsi baxımından bu üsul da çox səmərəlidir. Üsulun
müxtəlif variasiyaları ola bilər. Məsələn, şagirdlər, sadəcə, əhəmiyyətli saydıqları
məqamları və ya (söhbət informasiya yüklü mətndən gedirsə) mətndəki rəqəmləri
və adları qeyd edə bilərlər. Lakin aşağıdakı ardıcıllıqla aparıldıqda üsul daha ef-
fektli olur. 1. Şagirdlərin mətndən hansı istiqamətdə qeyd götürəcəkləri sual və
ya tapşırıq şəklində müəyyən edilir. 2. İş vərəqləri paylanır və ya müəllimin
təlimatı ilə şagirdlər tərəfindən hazırlanır. 3. Şagirdlər mətni oxuduqca iş vərəqinin
müvafiq yerlərində qeydlər edirlər. 4. Oxu başa çatdıqdan sonra götürdükləri
qeyd lər əsasında təqdimat edirlər. (Vəsaitdə “Əl-Xarəzmi” mətni üzərində
aparılacaq iş üçün iş vərəqi nümunələri verilib.)
Ekspertlərlə müzakirə. Bu üsul “Ziqzaq” üsuluna yaxındır. Burada da
“doğma” və ekspertlər qrupu yaradılır. Fərq mətn üzərində işin aparılmasındadır.
Belə ki, “Ziqzaq” üsulunda mətnin ayrı-ayrı hissələri üzərində bütün istiqamətlərdə
iş təşkil olunur, yəni hər bir qrup mətnin həm dili, həm ideyası, həm söz eytiyatı
və sairəni müəyyənləşdirir. Ekspertlərlə müzakirə üsulunda isə bütün mətn hamı
tərəfindən oxu nur, lakin hər ekspert qrupu müəyyən istiqamətdə qeydlər götürür. 
Ardıcıllıq:
1. Müəllim əvvəlcədən əsas qruplardakı şagirdlərin sayı qədər istiqamət
müəyyənləşdirir (yaxud müəyyən edilmiş istiqamətlərə görə əsas qrupun tərkibi
müəyyən edilir). 
2. Bütün qruplarda hər bir istiqamət üzrə mütəxəssis müəyyən edilir. Bunun
üçün şagirdlər soldan sağa sayırlar. Hər nömrəyə bir istiqamət üzrə işləmək
tapşırılır.
3. Müxtəlif qruplardan olan eyni nömrəli “mütəxəssislər” ekspert qruplarında
toplaşırlar. Onlar müəyyən edilmiş istiqamətlər üzrə tədqiqatdan sonra “doğma”
qrupa qayıdırlar. 
4. “Doğma” qrupda hər şagirdə ona verilmiş istiqamət üzrə təqdimat etmək
üçün vaxt verilir (3-5 dəqiqə).
Çalışmaq lazımdır ki, “doğma” qrupda işləyən ekspertlər öz istiqamətini şərh
etməklə kifayətlənməsinlər, qrupdakı digər yoldaşlarını suallar verməyə dəvət
edərək müzakirə açmağa nail olsunlar. Şagirdlərin rollarını tez-tez dəyişmək
lazımdır ki, müxtəlif rollarda işləməyi bacarsınlar.
Metod müəllimdən diqqətli olmağı tələb edir. O, qrupların fəaliyyətini diqqətlə
izləməli, müzakirənin səmərəli aparıldığına əmin olmalıdır. 
17
Çap üçün deyil


Qiymətləndirmə
Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ və summativ),
mahiyyəti və məqsədi “Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətlən -
dirmənin aparılmasına dair müvəqqəti Təlimat”da öz əksini tapmışdır. Bu təlimata
əsasən: 
“3.1. Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində
məzmun standartlarından irəli gələn bilik və bacarıqlarının mənimsənilməsinə
yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən
etməkdən və onları aradan qaldırmaqdan ibarətdir. 
3.2. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. 
3.3. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məq -
sədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır. 
3.4. Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV
səviyyə) hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər”. 
Qeyd etmək lazımdır ki, rubrik – meyar əsasında şagirdin nailiyyət səviy -
yəsinin qiymətləndirmə şkalasıdır. Rubrik yaratmaq üçün müəllim bilməlidir:
1) hansı bacarıq qiymətləndirilir; 
2) qiymətləndirilən bacarığın hansı meyarları (aspektləri) var; 
3) nailiyyət səviyyələrini necə ifadə etmək olar (səviyyə deskriptoru). 
Müəllimlərə iki rubrik nümunəsi təqdim edilir. Bu nümunələrdən istifadə et -
məklə hər dərsdə reallaşdırılan standartlar üzrə formalaşdırılmış bacarıqların
qiymətləndirilməsi üçün rubriklər hazırlaya bilərlər. 
Oxu bacarığı
Meyar
Səviyyələr
Sürətli
oxu
1
Müəyyən edil -
miş vaxt ərzində
nəzərdə tutul -
muş həcmdə
mətni sonacan
oxuyub çatdır -
maqda çətinlik
çəkir. 
2
Müəyyən edil -
miş vaxt ərzində
nəzərdə tutul -
muş həcmdə
mətni sonacan
oxuyur, lakin
məzmununu
qavramaqda
çətinlik çəkir.
3
Müəyyən edil -
miş vaxt ərzində
nəzərdə tutul -
muş həcmdə
mətni sonacan
oxuyur və məz -
mununun bir
hissəsini qavra -
yır. 
4
Müəyyən edil -
miş vaxt ərzində
nəzərdə tutul -
muş həcmdə
mətni  sonacan
oxuyur və məz -
mununu tam
olaraq qavrayır.
İfadəli
oxu
Mətni oxuyar-
kən düzgün səs
tonu və tempi
seçməkdə çətin -
lik çəkir. 
Mətni oxuyar -
kən səs tonunu
düzgün seçir,
lakin yavaş (və
ya sürətli)
templə oxuyur. 
Mətni məzmu-
nuna müvafiq
səs tonu və
templə oxuyur,
lakin hissələr
arasında fasiləni
gözləmir.
Mətni müvafiq
səs tonu ilə,
temp və fasiləni
gözləməklə oxu -
yur.
18
GİRİŞ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə