L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

Dərs 2. MÜBARİZ  (3 saat)
Motivasiya
Şagirdlərə belə bir sualla müraciət olunur:
– Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında nə bilirsiniz?
Oxu
Fəndaxili şaquli inteqrasiya (
St. 2.2.1; 2.1.1; 
VI sinif. 2.2.1. Mətndəki
əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır). 
Mətn  Proqnozlaşdırma üsulu ilə səsli oxunur. Şagirdlərə tapşırılır ki,
mətni oxuyarkən obrazın hiss və duyğularını daha təsirli çatdırmaq üçün uy -
ğun səs tonundan istifadə etsinlər. 
Cədvəl təqdim edilir.
1-ci hissə – birinci abzas
2-ci hissə – ikinci və üçüncü abzaslar
3-cü hissə – 4-6-cı abzaslar (məktub daxil olmaqla) 
4-cü hissə – mətnin sonuna qədər
Şagirdlər mətni oxuyub fikir bildirdikcə cədvəl doldurulur. 
Mətnin oxusu zamanı mətndaxili suala cavab verilir və lüğət üzrə iş aparılır.  
Standartlar
Təlim nəticələri
2.2.1. Səs tonu, temp və fasiləni gözlə -
mək lə mətni oxuyur. 
Obrazın hiss-həyəcanını ifadə etmək
üçün düzgün səs tonu seçir.
2.1.1. Tanış olmadığı sözlərin konteks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin kon tekstə görə
mənasını təxmin edir və lüğətin köməyi
ilə də qiq ləşdirir. 
3.1.2. Topladığı fakt və hadisələrə mü -
na sibət bildirməklə mətni zən gin ləşdirir.
Müxtəlif mənbələrdən istifadə etməklə
mətni genişləndirir.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
la rına görə fərqləndirir.
Cümlədə hərəkətin subyektini və ob -
yek tini müəy yənləşdirir.
Sizcə, nə baş
ve rəcək?
üçün belə
düşünürsünüz?
Əslində, nə baş
verdi?
1-ci hissəni oxu duq -
 dan sonra
2-ci hissəni oxu duq -
dan sonra
3-cü hissəni oxu duq -
 dan sonra
Bütün mətni oxu duq -
dan sonra
25
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


Müəllimin nəzərinə! 1-ci sualın cavabı: Altından xətt çəkilmiş ifadə  “Dərə
xəlvət, tülkü bəy” atalar sözü ilə əlaqədardır.
Qazi – düşmənə qarşı döyüşdə qəhrəmanlıq göstərən adama deyirlər. 
“O isə qazilik edib şəhidlik şərbətini başına çəkmək istəyirdi” cüm lə -
sinin izahını (mətndaxili 2-ci tapşırıq) şagirdlərdən soruşarkən çalış -
maq lazımdır ki, onlar kontekstdən çıxış edərək “qazi” və “şəhid”
sözlərinin mənasını müəy yənləşdirsinlər. “Şəhid” sözünün mənasını,
yəqin ki, bilirlər. Bundan çıxış edərək “qazi” sözünün mənasını müəy -
yənləşdirə bilərlər. Ab zas da Mübarizin düşmən mövqeyini yararaq
qəhrəmanlıq etmək istə yindən danışılır. Qəhrəman ölməkdən yox,
təsadüfi ölümdən qorxur. Qazilik edib, yəni düşmənlə döyüşüb, ona
zərbə vuraraq şəhid ol maq istəyir. 
Qeyd. Mübariz İbrahimovun ailəsinə yazdığı məktub orijinaldan götü rül -
müş, şagirdlərin yaş səviyyəsi nəzərə alınmaqla bəzi hissələr ixtisar edilmişdir.
Söz ehtiyatı
(St. 2.1.1) 
3-cü tapşırıqda verilmiş sözlərin mənasını şagirdlər kontekstə
görə  izah edirlər. Sonra müəyyənləşdirdikləri mənanı lüğətdəki məna ilə
müqayisə edir, də qiq ləşdirmə aparırlar.
4-cü tapşırığa cavab vermək üçün şagirdlərdən diqqətli oxu tələb olunur.
Belə ki, mətndə hadisənin 2010-cu ildə baş verdiyi bildirilir. Mətnin daxilində
isə “İyirmi iki ilin qəzəbi, nifrəti qollarına toplanmışdı” cümləsindən məlum olur
ki, hadisələr baş verən vaxt Mübariz 22 yaşında idi. Beləliklə, şagirdlər
aşağıdakı sillogizmləri qurmaqla bu sualın cavabını müəyyənləşdirə bilərlər:
I sillogizm:
I mühakimə: Hadisə 2010-cu ildə baş verib.
II mühakimə: Mübarizin 22 yaşı var idi.
Nəticə: Mübariz 1988-ci ildə anadan olub.
II sillogizm:
I mühakimə: Xocalı hadisəsi 1992-ci ildə baş verib.
II mühakimə: Mübariz 1988-ci ildə anadan olub.
Nəticə:  Xocalı hadisəsi baş verəndə Mübarizin 4 yaşı var idi. 
5-ci tapşırıq şagirddən araşdırma tələb edir. Belə ki, rəsmi məlumatlara
əsasən, Qarabağ müharibəsində 20 mindən çox insan qətlə yetirilmiş, 50
mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan
məcburi köçkün şəraitində yaşayır. Bu tapşırıq araşdırma tələb etdiyi üçün
şa girdlərə ev tapşırığı kimi verilməsi tövsiyə olunur. Şagirdlər internetdən və
digər mənbələrdən istifadə etməklə bu məlumatı əldə edə bilərlər. 
Qeyd. Təqdim edilmiş statistik məlumat Əsir və itkin düşmüş, girov götürül -
müş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi saytından götürül -
müş dür (www.human.gov.az).
26

BÖLMƏ
Çap üçün deyil


Yazı
(St. 3.1.2) 
6-cı tapşırıqda şagirdlərə Xocalı faciəsi baş verən dən sonra
Çingiz Mus tafayevin hazırladığı lent yazısına baxmaqla mətnin ikinci abzasını
ge niş lən dirərək yeni mətn yazmaq tapşırılır. Mətnin ikinci abzası şagirdlər
üçün gi riş hissəsi olmalıdır. Deməli, mətn Ç.Mustafayev və ya Xocalı faciəsi
haq qın da yox, Mübarizin bu lent yazısından nə üçün təsirləndiyi haqqında ol -
ma lıdır. Yazı mühakimə və təsviri xarakterli mətn olduğundan şagirdlər öz mü   -
na sibətlərini və hislərini də əks etdirəcəklər. Təqribən belə bir mətn ola bilər:
“...O, gündüzlər bu hala birtəhər dözürdü. Dostlarıyla, əsgərləriylə başı
qarışırdı. Amma gecə düşəndə, illah da, səngərdə olanda dünya başına fır -
la nır dı. Ona elə gəlirdi ki, Xocalı hadisəsi elə indicə baş verir. Qulağına vay-
şi vən səsləri gəlirdi. 
Telejurnalist Çingiz Mustafayevin Xocalı fa ciəsindən
çəkdiyi görüntülər gözləri önündən getmirdi. Qəh rəman jur nalistin hön kür -
tüsü, “çək!” deyən ağlar səsi qu  laq   larında cingildəyirdi
.
Hər dəfə bu kadrları görəndə ürəyi qəzəb, kin və nifrətlə dolurdu. Heç kəsə
deməsə də, özünə söz vermişdi ki, Xocalıda axıdılan qanı yerdə qoymayacaq.
Bacardığı qədər ermənilərdən Xocalının, Qarabağın, bütün Azərbaycanın
qisasını alacaq. 
Mübarizi anlamaq üçün, sadəcə, azərbaycanlı olmaq lazımdır. Heç bir azər -
baycanlı bu kadrları görüb, tükürpədici harayı, ağlaşma səsini eşidib la qeyd
qala bilməz. Mübariz də həmçinin.
Söz verdi və elədi. Ürəyində tutduğu kimi ermənilərdən gücü çatan qədər
acıq çıxdı. Ermənilərlə təkbətək apardığı beşsaatlıq mübarizədən sonra dö -
yüş meydanında şəhid oldu. 
Valideynləri ona ad qoyanda sanki əqidəsini də müəyyən ləşdir miş dilər. Adı
da Mübariz idi, ruhu da... 
Xal qımız Mübarizi heç vaxt unutmayacaq! Mübarizlər olduqca şəhid lə rin
qanı yerdə qalmayacaq, itirilmiş torpaqlarımız geri qaytarılacaqdır!”
Qeyd. Mətn tapşırığın məqsədini aydınlaşdırmaq üçün nümunə xarakteri
daşıyır.  Şagirdlərdən burada olduğu kimi yazılması tələb edilməməlidir. Tapşırıq
araşdırma tələb etdiyi üçün ev tapşırığı kimi verilməsi tövsiyə olunur.
Dil qaydaları
(St. 4.1.2) 
Dərslikdə 7-8-ci tapşırıqlar motivasiya xarakteri daşıyır.
7-ci tapşırıq hərəkətin subyektini və obyektini müəyyənləşdirməyə xidmət
edir.  Mətndə göy rənglə verilmiş cümlədə “Mübariz” subyekti,  “avtomat” ob -
yekti, “sıxdı” hərəkəti bildirir. Bu nümunənin əsasında şagirdlərə subyekt və
obyekt anlayışları izah edilir. 
8-ci tapşırıq isə subyektlə obyektdən asılı olaraq feilin qrammatik məna
növlərinin necə əmələ gəlməsi haqqında şagirddə fikir yaratmağa xidmət edir.
Belə ki, altından xətt çəkilmiş cümlələrdə feillər məlum, məchul, qayıdış və
27
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə