L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.

səhifə1/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   23


L.F.BAUM  

Oz ölkəsinin  

Qəribə Sehirbazı 

 

1.



 

Qasırğa 

 

Doroti ucsuz-bucaqsız Kanzas çölünün düz ortasında yerləşən balaca evdə, fermer Henri 



dayı və onun arvadı Em xalayla birlikdə yaşayırdı. İnşaat üçün lazım olan taxtalar çox 

uzaqlardan gətirildiyinə görə evləri çox balaca idi; dörd divarı, damı, döşəməsi və bircə otağı 

vardı, otaqda köhnə paslı sobadan, qab-qacaq taxçasından, masa və bir neçə oturacaqdan, iki 

çarpayıdan başqa heç nə yox idi. Bir küncdəki böyük yataq Henri dayıyla Em xalanın, o biri 

küncdəki balaca yataq isə Dorotinin idi. Evin çardağı, zirzəmisi yoxdu, amma döşəmənin altında 

bir xəndək vardı, güclü qasırğalar zamanı ailə orada gizlənirdi. Bu yerlərdə, qarşısına çıxan 

bütün evləri dağıda bilən dəhşətli qasırğalar olurdu. Otağın ortasında, döşəmədə sığınacağa 

açılan kiçik qapı vardı, buradan nərdivanla həmin sığınacağa enmək olurdu. 

     Evdən çıxan və ətrafa göz gəzdirən Doroti yalnız kül rəngli çöl mənzərəsini görürdü. 

Ta üfüqə qədər uzanan bu boz ərazidə insanın gözünü oxşayan nə bir ağac vardı, nə də bir ev. Bu 

yerlərdə günəş elə qızmardı ki, onun yandırıcı şüaları altında şumlanmış torpaq bir an içində boz 

palçığa dönürdü. Otlar da ətrafdakı hər şey kimi tezliklə bozarırdı. Bir zamanlar Henri dayı evi 

rəngləmişdi, lakin günəş boyanı çat-çat etmiş, yağışlar rəngi yuyub aparmışdı. İndi ev də 

bütünlüklə bozarmışdı. Em xala bu yerlərə təzə gələndə, gənc və yaraşıqlı bir gəlin idi, lakin 

amansız günəş və qorxunc qasırğalar öz işini görmüşdü, xalanın gözlərindəki şən qığılcımlar 

sönmüş, al yanaqları solmuş, çöhrəsi bozarmışdı. Artıq zəifləmişdi, yanaqları çökmüşdü və heç 

gülümsəmirdi. Yetim qalan Doroti ilk gəldiyi günlərdə uşağın qəh-qəhəsi xalanı elə 

qorxutmuşdu ki, qızcığazın nəşəli səsini hər eşidəndə diksinib əlini ürəyinin üstünə basırdı, elə 

indinin özünəcən Doroti hər güləndə xala təəccüblə qıza baxır, bu boz həyatda gülməli nə 

olduğunu anlaya bilmirdi. 

     Henri dayı da heç vaxt gülməzdi. Səhərdən axşamadək qan-tər içində işləyər, 

əyləncənin nə olduğunu bilməzdi. Henri dayı da, uzun saqqalından tutmuş kobud çəkmələrinə 

qədər, başdan ayağa  bom-bozdu . Zəhmli, sərt görünüşü vardı, özü də qaradinməzin biriydi. 

     Dorotini əyləndirən, ətrafında hökm sürən bu bozluğa təslim olmağa qoymayan 

yeganə varlıq balaca Toto idi. Toto boz deyildi. Onun gözəl ipək qara tükü, məzəli qara burnu, 

sevinclə dolu xırda şən qara gözləri vardı, Toto səhərdən axşama qədər oynamaqdan yorulmazdı. 

Doroti öz sədaqətli dostunu çox sevərdi. 

     Ancaq bu gün onların oynamağa halı yoxdu. Henri dayı eşiyə çıxıb pilləkəndə 

oturmuşdu, əndişə içərisində gözlərini hər zamankından daha da boz görünən göy üzünə 

zilləmişdi. Totonu qucağında tutmuş Doroti dayısının yanında durub göyə baxırdı. Em xala evdə 

qabları yuyurdu. Uzaq şimalda külək sakitcə vıyıldayırdı, üfüqdəki hündür otlar dalğa kimi 

coşurdu. Əks tərəfdən, cənubdan da belə sakit uğultu eşidilirdi. Henri dayıyla Doroti dönüb ora 

baxanda otların dəniz kimi dalğalandığını gördülər. 

     Henri dayı birdən ayağa qalxdı: 

     - Em, qasırğa yaxınlaşır! – arvadına səsləndi, – Gedim görüm heyvanlar necədir! – 

Dayı inək və atlar saxlanan tövləyə doğru qaçdı. 

     Em xala işini atıb qapıya gəldi. Bir baxışla fəlakətin yaxınlaşdığını anlamışdı. 

     - Doroti! – deyə bağırdı, – Tez sığınacağa qaç! 

     Bu an Toto Dorotinin qucağından yerə sıçrayıb çarpayının altında gizləndi. Doroti onu 

tutmağa çalışırdı. Em xala döşəmədəki qapını açıb nərdivanla aşağı endi. Doroti Totonu tutub 




sığınacağa getmək istədi, amma bir addım da atmamış dəhşətli külək qopdu, balaca ev elə titrədi 

ki, qız yerə yıxıldı. 

     Bu zaman qeyri-adi nəsə baş verdi. 

     Ev bir neçə dəfə öz oxu ətrafında fırlandı, sonra hava şarı kimi astaca göyə qalxdı. 

     Düz Dorotinin evinin dayandığı yerdə iki külək – şimal və cənub küləyi üz-üzə 

gəlmişdi, toqquşaraq qorxunc burulğan əmələ gətirmişdilər. Hava axınları evin divarlarını daha 

çox sıxdığına görə ev yuxarı qalxmış, nəhəng hava dalğasının zirvəsinə çatanda, yüngül quş 

lələyi kimi uzaqlara uçmuşdu. 

     Pəncərələr qaranlıqdı, külək azğın heyvan kimi ulayırdı. Ancaq Doroti bunun o qədər 

də pis olmadığını düşündü, uçmaq xoşuna gəlmişdi. Düzdür, əvvəlcə ev bir qədər fırlandı, sonra 

sağa-sola əyilməyə başladı. Doroti beşikdəki kimi yüngülcə yırğalanırdı. 

     Baş verənlər Totoya xoş gəlmədi. O, bərk hürərək qızın ətrafında vurnuxurdu, Doroti 

isə döşəmədə oturub, nə edəcəyini fikirləşirdi. 

     Sonra Toto döşəmədəki açıq qapıya çox yaxınlaşdı və oradan aşağıya düşdü. Doroti 

elə bildi ki, itini həmişəlik itirib, sonra gördü ki, qapının qırağından heyvancığazın qara 

qulaqlarının ucu görünür. Havanın təzyiqi itin yerə düşməsini əngəlləmişdi. Doroti Totoya tərəf 

süründü, qulağından dartıb içəri çəkdi, sonra Toto bir də oraya düşməsin deyə qapını bərk-bərk 

bağladı. 

     Zaman keçirdi, nəhayət, Doroti sakitləşdi, amma özünü çox yalqız hiss edirdi, külək 

elə vıyıldayırdı, qızın az qalırdı qulaqları bata. Qız əvvəl elə bilirdi ev yerə düşəcək və onlar 

parçalanacaqlar, amma elə şey baş vermədi. Onda Doroti həyəcanını unudub qərara aldı ki, 

ümidini itirməsin. Qızcığaz gəmidə olduğu kimi ləngər vuran döşəməylə sürünüb yatağına 

qalxdı, Totonu da özüylə götürdü. Evin titrəməsinə, küləyin vıyıldamasına baxmayaraq, qız 

gözlərini yumdu və tezliklə yuxuya getdi. 

 

2.

 

Çeynəçilərlə söhbət 

 

     Qəfil güclü təkan Dorotini yuxudan oyandırdı, qız yumşaq yataqda yatmasaydı bərk 

əziləcəkdi. Doroti tez özünə gəldi və nə baş verdiyini fikirləşməyə başladı. Toto soyuq burnunu 

qızın sifətinə dürtüb ümidsizcə zingildəyirdi. Qızcığaz yataqdan qalxıb oturdu. Hiss elədi ki, ev 

daha uçmur. Artıq qaranlıq da deyildi, günəşin parlaq şüaları pəncərədən içəri süzülürdü. Doroti 

Totoyla birgə yaxınlaşıb qapını tayba-tay açdı. 

     Balaca qız ətrafına baxdı və çaşqınlıq içərisində çığırmağa başladı, gördüyü qeyri-adi 

mənzərə qarşısında gözləri bərələ qalmışdı. 

     Qasırğa Dorotinin evini, bir qasırğa üçün yavaş sayılacaq bir tərzdə, inanılmaz 

gözəllikləri olan bir ölkəyə gətirmişdi. Ətrafda şirin dadlı meyvələrlə dolu ağaclar, yaşıl 

çəmənlik vardı. Hər yanda qəribə çiçəklər bitmişdi. Ağac və kolların üstündəki bəzəkli quşlar 

cəh-cəh vururdular. Yaxınlıqda xəfif pıçıltıyla dup-duru çay axırdı, hər halda, ömrünü quru 

çöllükdə keçirmiş Dorotiyə bunlar belə görünürdü. 

     Qızcığaz dayanıb bu möcüzələrə heyran-heyran tamaşa etdiyinə görə ona yaxınlaşan 

qəribə adamlar dəstəsinə fikir vermirdi. Adamlar Doroti boyda olsalar da, bilinirdi ki, onlar 

yaşca böyükdürlər. Üç kişi və bir qadın əcaib geyimdə idilər. Onların başında hündür sivriuclu 

zınqırovlu papaqlar vardı, yeriyəndə zınqırovlar asta-asta səslənirdi. Kişilərin papaqları mavi idi, 

qadınınkı – ağ. Qadının əynində günəş altında xırda almazlar  kimi par-par parlayan ulduzlarla 

bəzədilmiş geniş plaş vardı. Kişilər başdan ayağa mavi geyinmişdilər, onların çəkmələri də mavi 

idi. Doroti təxmin etdi ki, adamlar Henri dayı yaşındadır, qadın isə daha yaşlıdır. Kişilərin 

ikisinin saqqalı vardı. Qadının sifəti qırışlarla örtülmüşdü, çətinliklə yeriyirdi. 

     Adamlar Dorotinin evinə yaxınlaşıb, öz aralarında pıçıldaşmağa başladılar, sanki 

nədənsə qorxurdular. Nəhayət, balaca qarı qıza yaxınlaşdı, ona təzim edib məlahətli səslə dedi: 

     - Çeynəçilər ölkəsinə xoş gəlmisən, ay nəcib pəri! Şərqin Zalım Pərisini öldürüb 

Çeynəçiləri köləlikdən azad etdiyinə görə biz sənə minnətdarıq! 



: libraries -> azerbaijan
azerbaijan -> Səfirin Açılış Nitqi Amerika Günləri Festivalının Açılış Mərasimi Nizami Kino Mərkəzi, Bakı Azərbaycan
azerbaijan -> Amerika Birləşmiş Ştatlarının Səfirliyi
azerbaijan -> DöVLƏt katiBİ con kerriNİn bəyanati 25 noyabr 2015-ci IL Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar
azerbaijan -> Mətbuat Katibliyi Press-reliz
azerbaijan -> Səfir Robert Sekutanın çıxışı Humanitar Yardım Layihəsi Təməlqoyma mərasimi Yeni-Daşkənd Cümə axşamı, 5 Noyabr, 2015
azerbaijan -> Prezidentin İqlim Dəyişikliyinə dair Paris Sazişi barədə Bəyanatı
azerbaijan -> Dövlət Departamenti Maliyyə Şəffaflıq Hesabatını dərc etmişdir
azerbaijan -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Səfir Riçard Morninqstar
azerbaijan -> Transcript
azerbaijan -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Müvəqqəti işlər vəkili Derek Hoqan


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə