L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə5/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   2   3   4   5   6   7   8   9   ...   23

Toto ətrafını seçə bilirdi; Bədheybət də gündüz olduğu kimi yaxşı gördüyünü söylədi. Qız 

Bədheybətin qoluna girib çətinliklə irəliləyirdi. 

     - Bir ev görsən, de, qaranlıqda yol getməkdənsə, evdə gecələmək yaxşıdır, – Doroti 

dedi. 


      Bir az gedəndən sonra Bədheybət dayandı və qışqırdı: 

     - Sağda bir ev görürəm! Budaqlarla örtülmüş daxma! Bəlkə, ora gedək? 

     - Hə, – qız razılaşdı. – Yaman yorulmuşam. 

     Bədheybət Dorotini ağaclar arasında görünməz olan daxmaya apardı. Onlar içəri 

girəndə, küncdə quru yarpaqlardan hazırlanmış yataq gördülər. Doroti uzanan kimi yuxuya getdi. 

Toto onun yanında özünə yer tapdı. Bədheybət bilmirdi yorğunluq nədir, ona görə o biri kuncdə 

dayanıb səhərin açılmasını gözlədi. 

 

5.  Dəmir Odunçunun qurtarılması 

 

     Doroti yuxudan oyananda, günəş çıxmışdı, Toto meşədə quşları qovurdu. Bədheybət 



hələ də küncdə dayanmışdı. 

     - Gərək su tapaq, – Doroti dedi. 

     - Suyu neynirsən? 

     - Əl-üzümü yuyacam, su içəcəm, yoxsa quru çörək boğazımdan getmir. 

     - Qandan-candan olan adamların həyatı nə qədər çətindir! –  Bədheybət fikir içində 

dedi; – Yatmaq lazımdır, yemək, içmək lazımdır! Əvəzindəsə insanların beyni var və onlar 

düşünə bilirlər. 

     Onlar komadan çıxıb dupduru bir bulaq tapdılar. Doroti əl-üzünü yudu, su içdi, 

zənbildə yalnız bir günlük yemək qalmışdı, Totoyla birlikdə çörəkdən bir tikə yedilər. Qız 

sevinirdi ki, Bədheybət heç nə yemir, yoxsa azuqə tez qurtarardı. 

     Yeyib qurtarandan sonra yola davam etmək olardı. Doroti birdən diksindi: yaxınlıqdan 

inilti səsi gəlirdi. 

     - O nə səsdir elə? – Doroti ürkək səslə Bədheybətdən soruşdu. 

     - Bilmirəm. İstəsən, gedib baxaram. 

     Yenə inilti səsi eşidildi. Doroti və Bədheybət səsə tərəf getdilər, bir-iki addım 

atmamış, Doroti gördü ki, ağacların arasında nəsə parıldayır. Qız ora qaçdı və qorxu içində 

qışqırdı: 

     - Ayy, bu nədir? 

     Hündür ağaclardan biri baltalanmışdı, ağacın yanında başdan ayağa qədər dəmirdən 

olan bir adam vardı. O, əlində balta tutmuşdu. Adamın əli-ayağı olsa da tərpənə bilmirdi. 

     Doroti və Bədheybət qəribə odunçuya baxdılar, Toto hirslə hürdü, odunçunun dəmir 

ayağını dişləmək istədi, az qaldı dişləri qırılsın. 

     - İnildəyən sənmiydin? – Doroti Dəmir Odunçudan soruşdu. 

     - Hə, – Odunçu cavab verdi; – Bir ildir ki, burda dayanıb köməyə çağırıram, amma 

heç kim eşitmir. 

     - Sənə necə kömək edə bilərəm? – Qız soruşdu. Onun Odunçuya yazığı gəlmişdi. 

     - Yağqabını götür, oynaqlarımı yaxşı-yaxşı yağla. Onlar elə pas atıb ki, əl-ayağımı 

tərpədə bilmirəm. Məni yaxşı yağlasalar, hər şey yenə qaydasında olar. Yağqabı daxmadakı 

taxçadadır. 

     Doroti daxmaya qaçıb yağqabını gətirdi. 

     - Harana sürtüm? – Doroti soruşdu. 

     - Əvvəlcə boynumu yağla, – Odunçu dedi. 

     Doroti elə də etdi. Odunçunun boynu elə paslanmışdı ki, Odunçuya rahat olsun deyə 

Bədheybət onun başını bir xeyli sağa-sola döndərdi. 

     - İndi qollarımı yağla, – Odunçu dedi. 

     Doroti Odunçunun qollarındakı kürə oynaqları yağladı, Bədheybət ona kömək edir, 

pası tamam tökülsün deyə yağlanmış qolları qaldırıb endirirdi. 



     Dəmir Odunçu rahatlıqla nəfəs alıb əlindəki baltanı endirdi. 

     - Nə böyük xoşbəxtlik! – dedi; – Bir ildir  burda qalmışdım. Nəhayət baltanı endirə 

bildim. İndisə, ayaq oynaqlarımı yağlasaz lap əla olar. 

     Doroti ilə Bədheybət Odunçunun xahişini yerinə yetirdilər və o yenidən gəzməyə, 

hərəkət  etməyə başladı. Odunçu xilaskarlarına dönə-dönə sağol dedi, həddən artıq nəzakətli bir 

Dəmir Oduncuydu. 

     - Siz olmasaydız, mən tamam pas atıb dağılacaqdım. Siz məni xilas etdiz. Bura necə 

gəlib çıxmısız? – Odunçu soruşdu. 

     - Biz böyük Ozun yanına, Zümrüd Şəhərinə gedirik, –  Doroti cavab verdi; – sənin 

daxmanda gecələmişdik. 

     - Oz nəyinizə lazımdır? 

     - İstəyirəm məni Kanzasa qaytarsın, Bədheybətə də bir az beyin versin, – Doroti dedi. 

     Dəmir Odunçu bir anlıq fikrə getdi, sonra soruşdu: 

     - Necə bilirsiz, Oz mənə ürək verə bilər? 

     - Niyə də verməsin, – Doroti dedi; – bu, Bədheybətə beyin verməkdən çətin olmaz. 

     - Etiraz etməsəniz,  mən də sizinlə gedib Ozdan ürək istəyərəm. 

     - Gedək, – Bədheybət razılaşdı. Doroti də yeni yol yoldaşı tapdıqlarına çox sevindiyini 

söylədi. Dəmir Odunçu baltasını çiyninə atdı, üç yolçu sarı kərpic yolla yoluna davam etdi, lakin 

əvvəlcə Dəmir Odunçu Dorotidən xahiş etmişdi ki, yağqabını zənbilinə qoysun. 

     - Yağışa düşsəm, yenə paslanaram, onda yağqabı köməyimə gələr, – Odunçu qıza 

başa saldı. 

     Yaxşı ki, Dəmir Odunçu onlara yoldaşlıq edirdi, çünki bir azdan meşə elə qalınlaşdı 

ki, yolu keçmək olmurdu. Dəmir Odunçu baltasını işə salıb yolçulara yol açırdı. 

     Yolda Doroti fikrə getdiyindən, Bədheybətin yenə də yıxıldığını görmədi. Müqəvva 

yolun kənarındakı xəndəyə düşmüşdü. Dorotinin diqqətini cəlb etmək üçün Bədheybət qışqırdı.  

     - Niyə xəndəyin kənarından keçmədin? – Dəmir Odunçu təəccüblə soruşdu. 

     - Çünki ağlım yoxdur, – Bədheybət cavab verdi;  - Axı başımda beyin yoxdur, 

samandır, buna görə Zümrüd Şəhərinə, böyük Ozun yanına gedirəm də. 

     - Başa düşürəm, – Dəmir Odunçu dedi; – amma həyatda beyin əsas deyil. 

     - Sənin beynin var? – Bədheybət Dəmir Odunçudan soruşdu. 

     - Yox, başım boşdur. Nə vaxtsa mənim beynim də vardı, ürəyim də, amma indi 

seçməli olsaydım, ürəyə üstünlük verərdim. 

     - Elə niyə? 

     - İndi özüm haqqında danışaram, hər şeyi anlayarsız. 

     Meşəylə gedə-gedə Dəmir Odunçu öz əhvalatını danışdı: 

     - Atam odunçu idi, ağac yarıb odun doğrayar, satıb qazandığı pulla dolanardı. 

Böyüdüm, mən də odunçu oldum. Sonra atam, anam vəfat etdi, tək qaldım. Elə tənha idim ki... 

Evlənmək qərarına gəldim. Bir gözəl Çeynəçi qıza aşiq olmuşdum, qız mənimlə evlənmək 

istəyirdi, amma bir şərti var idi; gərək mən daha yaxşı bir ev tikməyə yetəcək qədər pul 

qazanaydım. Beləcə mən hər zamankından daha çox işləməyə başladım. Qız qoca xalasıyla 

yaşayırdı, bütün ev işlərini görürdü, xala o qədər tənbəl idi ki, qızın kiminləsə evlənib ərə 

getməsini istəmirdi. O, evlənməyə mane olmaq üçün  Şərqin Zalım Pərisinin yanına getdi, ona 

iki qoyun və bir inək bağışlayıb xahiş etdi ki, bizi evlənməyə qoymasın. Pəri baltamı ovsunladı. 

Bir gün mən odun yaranda, balta əlimdən çıxdı, sol ayağımı kəsdi. 

Çox kədərləndim. Bilirdim ki, birayaqlı odunçu olmur. Tanış dəmirçi mənə dəmir ayaq düzəltdi, 

mən dəmir ayağıma tezliklə öyrəşdim. Bunu eşidən Zalım Pəri çox qəzəblənmişdi. Mən yenə də 

meşədə odun yaranda, balta yenə əlimdən çıxıb, bu dəfə sağ ayağımı kəsdi. Heç qorxmadım, 

dəmirçinin yanına gedib yenə də dəmir ayaq düzəltdirdim. Bundan sonra balta mənim qollarımı 

kəsdi, dəmirçi yenə mənə kömək etdi. Balta başımı kəsəndə, elə bildim ki, hər şey bitdi, amma 

mahir dəmirçi mənə dəmir baş düzəltməyi başardı. Elə bilirdim Zalım Pəriyə qalib gəlmişəm, 

amma o, daha xain çıxdı. Pəri baltanı elə ovsunladı ki, balta mənim bədənimi iki yerə böldü. 

Dəmirçi dostum yenə də mənə kömək elədi. Mənim bədənim, başım, əl-ayaqlarım dəmirdən idi, 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə