L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

     -  Off! – Aslan  rahat nəfəs aldı; – Yaşamaq nə yaxşı şeydir! Bu heyvanlar məni elə 

qorxutdular ki, hələ də ürəyim  əsir. 

     -  Eh, mən də ürəyimin əsməsini elə istəyirəm ki... – Dəmir Odunçu ah çəkdi.  

     Bu hadisədən sonra yolçular meşədən daha tez çıxmağa can atdılar. Onlar elə sürətlə 

addımlayırdılar ki, Doroti yoruldu və Aslanın belinə mindi. Xoşbəxtlikdən meşə tezliklə seyrəldi 

və yolçular sürətlə axan geniş bir çaya çatdılar. O biri sahildə gözəl mənzərə, əlvan gül-çiçəklə 

dolu yaşıl çəmənlər, meyvələrlə dolu ağaclar görünürdü. Yolçular o biri sahilə keçmək istədilər. 

     -  Çayı necə keçək? – Doroti soruşdu. 

     -  Bundan asan iş yoxdur, – Bədheybət dedi; – Dəmir Odunçu bir sal düzəldər, üstünə 

minib o biri tərəfə keçərik.  

     Dəmir Odunçu baltasını işə saldı. Bədheybət isə boş dayanmadı, sahildə bir gavalı 

ağacı tapıb meyvələrdən Dorotiyə gətirdi. Doroti  sevindi, bütün günü qoz yemək zəhləsini 

tökmüşdü, ona görə də həvəslə, yetişmiş şirin gavalıları yeməyə başladı.  

     Sal düzəltmək üçün xeyli vaxt lazım olur, Dəmir Odunçu baltasını əlindən qoymadan 

axşama qədər işləsə də, sal hələ hazır deyildi. Yolçular ağacların altında rahat yer tapıb 

gecələdilər. Doroti yuxuda Zümrüd Şəhərini, sehirbaz Ozu gördü. Gördü ki, Oz onu Kanzasa 

qaytarır. 

 

8. Təhlükəli lalə çəmənliyi 



 

    Səhər açılanda yolçular yeni güc toplamışdılar, yeni ümidlərlə oyanmışdılar. Doroti 

çay sahilində bitən şəftəli və əncirlərdən toplayıb prenseslərə yaraşan bir səhər yeməyi yedi. 

Onlara bir çox çətin anlar yaşadan qalın meşə arxada qalmışdı, qarşıda isə Zümrüd Şəhərinə 

qədər uzanan gözəl, günəşli bir ərazi uzanmaqdadydı. Düzdür, həmin yerlərə çatmaq üçün 

əvvəlcə çayı keçmək lazım idi. Ancaq sal demək olar, artıq hazır idi, Dəmir Odunçu bir neçə tir 

daha kəsib onları taxta çivlərlə bir-birinə birləşdirəndən sonra üzməyə başladılar. Doroti və Toto 

salın ortasında yer tutdular. Qorxaq Aslan sala pəncəsini qoyan kimi sal əyildi, çünki Aslan iri və 

ağır heyvan idi. Dəmir Odunçu ilə Bədheybət tez salın o biri tərəfinə atıldılar ki, sal aşmasın. 

Yolçular əllərindəki uzun çubuqlarla salı itələməyə başladılar. Əvvəlcə sal rahat üzürdü, amma 

çayın ortasına çatanda, güclü axın salı sarı kərpic yoldan uzaqlaşdırdı.  Getdikcə çay dərinləşirdi, 

çubuqlar çayın dibinə çatmırdı.  

     - Çox pis oldu! – Dəmir Odunçu dilləndi; – Belə getsə, çay bizi Qərbin Zalım 

Pərisinin torpaqlarına aparacaq. Pəri bizi ovsunlayıb özünə kölə edəcək. 

     -  O zaman mən beyin ala bilməyəcəm – Bədheybət kədərləndi. 

     -  Mən isə cəsarət almaqdan məhrum olacam – Qorxaq Aslan dedi. 

     -  Mən də ürəksiz qalacam – Dəmir Odunçu ah çəkdi.  

     -  Mən də heç vaxt, heç vaxt Kanzasa qayıda bilməyəcəm, – dedi Doroti. 

     -  Biz Zümrüd Şəhərinə hökmən getməliyik! – Bədheybət davam edərək bildirdi, 

əlindəki çubuğu çayın palçıqlı dibinə elə qüvvəylə sancdı ki, çubuq ilişdi, Bədheybət onu 

çıxarmağa macal tapmamış sal üzüb getdi, Bədheybət çubuqda asılı qaldı.  

     -  Əlvida, dostlar! – O, salın arxasınca qışqırdı, dostları onu çayın ortasında görüb çox 

heyifsiləndilər, Dəmir Odunçu az qaldı ağlasın, sonra xatırladı ki, pas ata bilər, göz yaşlarını 

Dorotinin önlüyü ilə sildi.  

     Bədheybətin vəziyyəti pis idi. “İndi vəziyyətim əvvəlkindən lap pisdir, – Bədheybət 

düşünürdü, – əvvəllər mən qarğıdalı tarlasında qalmışdım və özümü elə göstərə bilərdim ki, guya 

işləyirəm, qarğaları qovuram. Amma indi, çayın ortasında məndən nə xeyir var? Mən, deyəsən, 

elə beyinsiz qalacam”. 

     Sal çay ilə üzüb elə hey uzaqlaşırdı. Qorxaq Aslan dedi: 

     -  Nəsə eləmək lazımdır, Qoy mən suya tullanıb sahilə üzüm, siz də quyruğumdan 

bərk-bərk yapışın. 



     Bu sözləri deyib Aslan suya tullandı, Dəmir Odunçu onun quyruğundan tutdu. Aslan 

sahilə tərəf üzdü, salı arxasınca çəkdi. Çox əziyyətdən sonra səyyahlar sahilə çatdılar, amma 

onlar sarı kərpic yoldan çox uzaq düşmüşdülər. 

     -  İndi nə edək? – Dəmir Odunçu soruşdu. 

     -  Gərək yolu tapaq, – Doroti dedi. 

     -  Əgər sahilboyu getsək, yolu taparıq, – Aslan təklif etdi. 

     Dostlar yaxşı dincələndən sonra Doroti zənbilini götürdü və hamı yola tərəf getməyə 

başladı. Ətrafda gül-çiçək açmışdı, meyvə ağacları vardı, günəş işıq saçırdı. Bədheybətin başına 

gələnlər olmasaydı hamı özünü xoşbəxt sanardı. 

     Yolçular sürətlə gedirdilər. Doroti əyildi ki, xoşuna gəlmiş bir gülü dərsin. Bu an 

Dəmir Odunçu qışqırdı: 

     -  Bir ora baxın! 

     Hamı baxıb gördü ki, çubuğa sancılmış Bədheybət çayın ortasında qalıb. O, elə 

bədbəxt və yalqız görünürdü ki... 

     “Onu necə xilas edək?” – Doroti fikirləşdi. Aslan və Dəmir Odunçu nə edəcəklərini 

bilmirdilər. Dostlar çay kənarında əyləşib bir-birilərnə baxırdılar. Yaxınlıqdan bir leylək uçurdu. 

Leylək dostlara yaxınlaşıb yerə qondu. 

     -  Siz kimsiz, hara gedirsiz? – soruşdu Leylək. 

     -  Mən Dorotiyəm, bunlar mənim dostlarımdır. Biz Zümrüd Şəhərinə gedirik. 

     -  Zümrüd Şəhəri başqa səmtdədir, – Leylək təəccüblə dedi. 

     -  Bilirəm, – Doroti söylədi; – Dostumuz Bədheybəti itirmişik, onu xilas etmək 

istəyirik. 

     -  Bəs o hanı? 

     -  Çayın ortasında, çubuğa ilişib qalıb.  

     -  Bu qədər böyük və ağır olmasaydı onu dimdiyimdə tutub gətirərdim – Leylək 

bildirdi. 

     Doroti sevinclə: 

     - Bədheybət çox yüngüldür! – dedi, – axı o samandandır. Onu gətirsəniz sizə 

minnətdar olarıq. 

     -  Yaxşı, amma bilin ki, dostunuz ağır olsa, onu çaya atmağa məcbur olacam. 

     Quş göyə qalxıb çayın ortasına uçdu, dimdiyiylə Bədheybəti tutub havaya qaldırdı və 

asanca onu sahilə, dostlarının yanına gətirdi. Bədheybət elə sevinirdi ki, sevincindən hamını bir-

bir öpməyə başladı. Yolçular yollarına davam edəndə də Bədheybət elə hey rəqs edir, “Tra-la-la, 

tru-la-la” oxuyurdu. O, dostlarına etiraf etdi: 

     - Elə bilirdim ki, ömrümün sonuna qədər çayda qalacam. Yaxşı ki, Leylək məni xilas 

etdi. Beynim olandan sonra Leyləyi tapıb ona təşəkkür edəcəm. 

     -  Yaxşı, yaxşı, – Leylək dedi; – Bunlar hamısı boş şeydir. Bəlaya düşənlərə yardım 

etməyi sevirəm. İndisə mən balalarımın yanına qayıtmalıyam. İnanıram ki, Zümrüd Şəhərinə 

gedib sehirbaz Ozu tapacaqsız. 

     -  Təşəkkürlər, – Doroti bunu demişdi ki, Leylək havaya yüksəlib gözdən itdi. 

     Yolçuların yolu çəmənlikdən keçirdi. Burada o qədər əlvan gül-çiçək vardı ki, 

çəmənlik naxışlı xalçaya oxşayırdı. Çəməndə hər növdə və rəngdə gül vardı, amma onların 

arasında qıpqırmızı lalələr daha çoxdu. 

     Lalələrin ətrini ciyərlərinə çəkən Doroti: 

     -  Necə gözəl çiçəklərdir! – söylədi. 

     -  Yəqin, – Bədheybət dedi, – beynim olanda, mən də gözəlliyin nə olduğunu dərk 

edəcəyəm. 

     -  Ah, ürəyim olsaydı mən də onları sevərdim, – dedi Dəmir Odunçu. 

     -  Mən həmişə çiçəkləri xoşlamışam, amma heç vaxt belə iri və parlaq rəngli çiçək 

görməmişəm, – Aslan da əlavə etdi. 

     Tədricən o biri güllər azaldı, lalələr hər yeri tutdu. Məlumdur ki, lalələrin ətri canlılara 

yuxu verir, lalə talasında qalan canlı elə bərk yuxuya gedər ki, heç ayılmaz.  Doroti bunu 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə