L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

bilmirdi, heyranlıqla lalələrə baxırdı. Göz qapaqları ağırlaşırdı, yatmaq istəyirdi. Ancaq Dəmir 

Odunçu buna yol vermək istəmirdi, üzünü dostlarına tutub dedi: 

     -  Uşaqlar, biz tələsməliyik, hava qaralana qədər sarı kərpic yolu tapmalıyıq. 

     Yolçular getdilər, getdilər, amma yolu tapa bilmədilər. Dorotinin ayaqları büküldü, 

gözləri yumuldu, qızcığaz lalələrin arasında bərk yuxuya getdi. 

     -  İndi biz neyləyək? – Bədheybət soruşdu. 

     -  Onu burda qoysaq, ölə bilər, – Aslan dedi; – Bu güllərin ətri bizi də öldürəcək. 

Baxın, Toto da yatıb, mənim də gözlərim yumulur. 

     Toto Dorotinin ayaqları altında yumurlanıb yatmışdı. Bədheybətlə Dəmir Odunçuya 

isə lalələrin ətri təsir etmirdi. 

     Bədheybət Aslana: 

     -  Tez burdan qaç, – dedi; – Dorotini biz gətirərik, amma səni qaldıra bilmərik, 

ağırsan. 

     Aslan sürətlə qaçıb lalə talasından uzaqlaşdı. Bədheybətlə Dəmir Odunçu Dorotini 

qaldırdılar, Totonu da onun qucağına qoyub apardılar. Onlar xeyli getdilər, lalə talası isə 

qurtarmaq bilmirdi. Nəhayət, çayın döndüyü yerə çatanda, gördülər ki, Aslan da lalələrin 

arasında uyuyub. Lalə talasının sonuna qədər getməyə Aslanda güc qalmamışdı, o bir azca da 

qaça bilsəydi, yaxınlıqdakı yaşıl çəmənliyə çatacaqdı.  

     -  Heyif, – Bədheybət dedi, – qorxaq olsa da Aslan yaxşı yoldaş idi, amma nə etmək 

olar, yolumuza davam etməliyik.  

     Sərin meh qızı yuxudan oyatsın deyə onlar Dorotini lalə talasından uzağa, çayın 

sahilinə apardılar, özləri isə oturub gözləməyə başladılar. 

 

9. Çöl siçanlarının Şahzadəsi 

 

     -  Sarı kərpic yol hardasa yaxınlıqda olmalıdır, – Bədheybət qızın yanında duraraq 



dedi, – təqribən su axınının bizi sürüklədiyi məsafə qədər yürüdük. 

     Dəmir Odunçu cavab vermək istədi, amma bu an qəribə səs eşitdi. Yağlanmış kürə 

oynaqlar üzərindəki başını döndərəndə, Odunçu əcayib bir canlının çəmənliyin üzəriylə qaçaraq 

onlara doğru gəldiyini gördü.  Bu, nəyisə qovalayan böyük, sarı bir çöl pişiyi idi. Pişik 

qulaqlarını arxaya əymiş, iti dişli qorxunc ağzını geniş açmışdı, gözləri qan çanağına dönmüşdü. 

Pişik yaxınlaşdıqda Dəmir Odunçu onun balaca, boz rəngli bir tarla siçanını tutmaq istədiyini 

gördü.  Dəmir Odunçunun ürəyi olmasa da, yırtıcı pişiyin balaca köməksiz bir siçanı 

öldürməsinə imkan verə bilməzdi. Odunçu baltasını qaldırdı, pişik onun yanından keçəndə bir 

zərbəylə başını bədənindən ayırdı, pişik iki parça olub ayaqlarının altına düşdü. 

     Tarla siçanı düşmənindən qurtulduğuna görə o saat dayandı, Odunçuya yaxınlaşıb 

nazik səslə ciyildədi: 

     -  Oh, təşəkkür edirəm! Həyatımı xilas etdiyinə görə sənə sonsuza qədər minnətdaram! 

     -  Yalvarıram, belə danışma – dedi cavabında Dəmir Odunçu; – Mənim ürəyim 

yoxdur, ona görə də ehtiyacı olanlara yardım etməyə çalışıram, hətta adi bir siçan belə olsa. 

     -  Adi siçan! – deyə hiddətlə bağırdı heyvancığaz; – Mən bir Şahzadəyəm, bütün çöl 

siçanlarının Şahzadəsi! 

     -  Ah, həqiqətən, – Dəmir Odunçu dedi, Şahzadəyə təzim edərək salamladı. 

     -  Məni xilas etməklə həm şücaət göstərdin, həm də böyük bir işi başardın.  

     Bu an hər tərəfdən siçanlar tökülüşüb gəldi, onlar Şahzadəni görüncə səsləndilər: 

     -  Ah, əlahəzrət, elə bildik ki öldürülmüsünüz! – Siçanlar ciyildədi; – Necə oldu ki, 

Çöl pişiyindən qurtula bildiniz? Şahzadəni salamlamaq üçün o qədər əyilmişdilər ki az qala 

təpəsi üstdə duracaqdılar. 

     -  Bax bu məzəli dəmir adam Çöl pişiyini öldürüb həyatımı qurtardı, – Şahzadə Dəmir 

Odunçunu göstərdi; –  Bundan sonra ona xidmət göstərməli və ən kiçik istəyini belə yerinə 

yetirməlisiniz.  



     -  Biz hazırıq! – bütün siçanlar zil səslə bağırışdılar. Bu arada Toto oyanıb ətrafındakı 

siçanları görüncə onların üstünə cumub hürməyə başladı, siçanlar qorxub sağa-sola qaçışdılar. 

Toto Kanzasda olanda da siçanları qovmağı sevərdi, lakin başa düşmürdü ki, indi bunu burada 

etmək olmaz. Dəmir Odunçu Totonu quçağına götürüb siçanlara dedi: 

     -  Qorxmayın! Geri qayıdın! Toto sizə zərər verməz! 

     Siçanların Şahzadəsi ehtiyatla başını qum təpəciyindən çıxardıb qorxmuş səslə 

soruşdu: 

     -  Bizi dişləməyəcəyindən əminsiz? 

     -  Qoymaram bunu etsin, – Dəmir Odunçu dedi, – buna görə də heç qorxmayın. 

     Siçanlar bir-bir gizləndikləri yerdən çıxmağa başladılar. Toto Odunçunun qucağından 

düşmək istəyirdi. O, Odunçunu dişləyə bilərdi, amma başa düşürdü ki, dişləri dəmirə 

batmayacaq. Siçanlardan ən irisi bir söz soruşdu: 

     -  Şahzadəmizi xilas etdiyinizə görə bizdən nə istəyirsiz? 

     -  Mən bildiyimə görə biz heç nə istəmirik – Dəmir Odunçu cavab verdi. Ancaq 

düşünməyə çalışan və başı samanla dolu olduğuna görə bunu başarmayan Bədheybət tez özünü 

ortaya soxdu: 

     -  Hə, istəyirik; siz dostumuz Qorxaq Aslanı xilas edə bilərsiz, o, lalə talasında yuxuya 

gedib. 


     -  Aslanı? – Siçanların Şahzadəsi çığırdı; – Axı o bizim hamımızı yeyər!  

     -  Oh, elə deyil, - Bədheybət başa saldı; - bu Aslan qorxağın biridir.  

     -  Doğrudan? – Siçan soruşdu. 

     -  Hər halda, özü belə deyir, – Bədheybət cavab verdi; – O heç vaxt öz dostlarını 

incitməz. Onu xilas etsəniz, and içirəm ki, sizinlə nəzakətlə davranacaqdır. 

     -  Yaxşı, elə isə biz razıyıq, – Şahzadə bildirdi; – ancaq biz Aslana necə kömək edə 

bilərik? 

     -  Sizə Şahzadə deyən, əmrinizi yerinə yetirə biləcək siçanlar varmı? – Bədheybət 

soruşdu. 

     -  Ah, əlbəttə; minlərcə var! 

     -  Elə isə hamısını buraya çağırın, qoy gələrkən hərəsi özüylə bir parça ip gətirsin. 

Şahzadə yanındakı siçanlara əmr etdi ki, onun təbəəsində olan bütün siçanları buraya 

yığsınlar. Siçanlar əmrləri eşidər-eşitməz tez dörd tərəfə dağılışdılar.  

     - İndi isə, – Bədheybət Dəmir Odunçuya üzünü tutdu; –  sən çay kənarındakı 

ağaclıqlara gedib Aslanı daşımaq üçün bir araba düzəltməlisən. 

     Dəmir Odunçu o saat ağaclıqlara gedib işə başladı; tez bir zamanda kəsdiyi ağac 

budaqlarından bir araba düzəltdi. Böyük bir ağac gövdəsindən kəsdiyi parçalarla da dörd təkər 

düzəltdi, bunları taxta çıvlərlə arabaya birləşdirdi. O qədər  əldən iti olmuşdu ki siçanlar gəlməyə 

başlayanda araba çoxdan hazır idi. 

     Minlərlə sıçan hər tərəfdən qaçıb gəlirdilər; Böyük siçanlar, balaca siçanlar, orta boylu 

siçanlar; hər birinin ağzında bir parça ip vardı. Bu zaman Doroti uzun yuxudan ayılıb gözlərini 

açdı. Ətrafında minlərlə siçanın qaynaşması onu olduqca çaşdırmışdı. Ancaq Bədheybət 

Dorotiyə hər şeyi başa saldı, sonra üzünü balaca Siçanlar Şahzadəsinə tutub dedi: 

     -  Sizi Doroti ilə tanış etmək istəyirəm. 

     Doroti Şahzadəni nəzakətlə salamladı, Şahzadə onun salamına təzim edərək cavab 

verdi, bir anda dostlaşdılar. 

     Bədheybət və Dəmir Odunçu siçanları gətirdikləri iplərlə arabaya qoşdular, araba 

əlbəttə ki onu çəkən siçanların hər birindən min qat daha böyük idi; ancaq bütün siçanlar arabaya 

qoşulanda siçanlar onu rahatca çəkə bilirdilər. Hətta çox qəribədir, Bədheybətlə Dəmir Odunçu 

da arabaya oturdular, siçanlar arabanı Qorxaq Aslanın yatdığı yerə dartıb apara bildilər.  

     Aslan çox ağır idi, onu böyük çətinliklə qaldırıb arabaya qoydular. Siçanlar Şahzadəsi 

əmr etdi, hamı tez bu yerdən uzaqlaşsın, yoxsa lalələrin bihuşedici ətri siçanları yatızdıracaqdı. 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə