L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

keynsçi  ideyaların  mərkəzində  multiplikator  və  akselerator 
mexanizmlərini  birləşdirən  məşhur  iqtisadçılar  P.Samuelson  və 
C.Hiks də xüsusi yer tuturdular. 
Ancaq  neokeynsçi  tsikl  nəzəriyyəsində  daha  məşhur  olan 
amerika iqtisadçısı Elvin Hansen, daha sonra C.Harris, C.M.Klark 
və  s.  xüsusi  yer  tuturlar.  Onlar  C.Keynsin  təlimlərinə  əsaslanaraq 
əhalinin  gəlirlərindən  vergilərin  səviyyəsini  artırmağı  (25%-ə 
qədər  və  artıq),  dövlət  istiqrazlarının  ölçülərinin  və  dövlət 
xərclərinin aradan götürülməsi üçün pul buraxılışının  (hətta o, 
inflyasiyaya  və  dövlət  büdcəsinin  kəsirinə  səbəb  olsa  belə) 
səviyyəsinin yüksəldilməsini məqsədli hesab edirdilər. 
Keynsçiliyə  daha  yeni  bir  “əlavə”  iqtisadi  konyunkturadan 
asılı  olaraq  xüsusi  və  dövlət  investisiyalarını  dövlət  xərclərinin 
manevr edilməsi metodlanna istiqamətləndirmək təşkil edirdi. Belə 
ki,  iqtisadi  yüksəliş  zamanı  investisiyalar  məhdudlaşdırılır,  eniş 
və iqtisadi tempin aşağı düşməsi zamanı isə mümkün büdcə kəsirinə 
baxmayaraq investisiyalann səviyyəsi artırılır. 
Nəhayət,  C.Keyns  öz  nəzəriyyəsində  gəlirlərin  artımının 
investisiyaların artımmın azalması ilə müşaiyət olunan multiplikator 
prinsipinə əsaslanırdısa, E.Hansenin nəzəriyyəsi üzrə ABŞ- da əlavə 
prinsip  də,  konkret  hallarda  gəlirlərin  artımının  investisiyaların 
artımına gətirib çıxaran akselerator prinsipi də irəli sürülürdü. Bu 
yeni  əlavə  belə  izah  olunurdu:  bir  çox  maşın  və  avadanlıqlar, 
mexanizmlərin növləri nisbətən uzun istehsal müddətinə malikdirlər 
və bu müddətin gözlənilməsi tələb olunan maşın və avadanlıqların 
istehsalının  real  tələbi  ötən  dövrlərdəki  həcmlərdə  genişlənməsinə 
psixoloji olaraq təsir edir. Deməli, investisiyaya da tələb artır. 
Fransa  iqtisadçıları  da  (F.Perru  və  b.)  yeni  investisiyaların 
stimullaşdıniması vasitəsi kimi, C.Keynsin borc faizinin 


tənzimlənməsi ideyasını mütləq olaraq vacib hesab etmirdilər. Onlar 
fərz  edirdilər  ki,  dövlət  mülkiyyətinin  üstünlük  təşkil  etdiyi 
korporasiyalar  cəmiyyətin  əsas  dominant  və  koordinasiya 
qüvvəsidir.  Onlar  investisiya  proseslərinin  azalmamasına  təsir 
vasitəsi  kimi,  iqtisadiyyatın  indikativ  planlaşdırma  metodunun 
tətbiqini  irəli  sürürdülər.  Bu  zaman  indikativ  planlaşdırma 
(istehsalın  proporsiyalarma  birbaşa  təsir  proqramı)  yalnız  ictimai 
təsərrüfatın dövlət sektoru üçün lazım olan mütləq vəzifələrin həyata 
keçirilməsi  və  bütövlükdə  iqtisadiyyat  üçün  proqnozlann  əldə 
olunması məqsədilə irəli sürülürdü. 
2.3.
 
İqtisadi artımın Domar-Harrod modeli 
Neokeynsçi  cərəyan  içərisində  ingilis  alimi,  Oksfo.fd 
universitetinin professoru olmuş Roy Harrodun (1900-1978) xüsusi 
yeri vardır. R.Harrod ilk kitabı olan “Beynəlxalq iqtisadi nəzəriyyə” 
(1933)  vasitəsilə  son  hədd  xərclər  anlayışından  istifadə  edərək 
beynəlxalq əmək bölgüsünün əsas prinsipi olan - müqayisəli xərclər 
prinsipini  irəli  sürdü.  Bununla  da,  faktiki  olaraq  xarici  ticarətin 
multiplikatorunun mövcudluğunu əsaslandırırdı. 
R.Harrodun yaradıcılığında əsas yerlərdən birini müharibəyə 
qədər  yazdığı  “Ticarət  tsikli”  (1936)  monoqrafiyası  təşkil  edir.  O 
bununla gələcək neokeynsçi nəzəriyyəsinin əsaslarından olan tsiklik 
dalğalar  (qalxıb-enmələr)  ideyalarını  izah  edirdi.  Mahiyyətcə 
R.Han'odun bu ideyaları sonralar tsikl nəzəriy>'əsini inkişaf etdirən 
C.Hiks,  P.Samuelson,  E.Hansenin  irəli  sürdükləri  fikirlərin  əsasını 
təşkil edirdi. 
R.Han'odun  1948-ci  ildə  yazdığı  “İqtisadi  dinamika 
nəzəriyyəsi”  monoqrafiyası  müharibədən  sonra  dinamik  inkişaf 
ideyalarına təkan verdi və bu ideyalar o dövrlərdə hamım 


maraqlandınrdı.  R.Han'odun  metodologiyası  da  C.Keynsin 
metodologiyasına çox yaxın idi. Belə ki, o da öz ideyalannda əsas 
ümumi makroiqtisadi göstəricilərdən - məcmu tələb və gəlir, məcmu 
yığım,  investisiyalar  və  s.-dən  istifadə  edirdi.  Sadəcə  bu 
göstəriciləri,  o  cümlədən  təkrar  istehsal  proseslərini  qısa 
müddətlərdə,  statik  vəziyyətlərdə  tədqiq  edən  C.Keynsdən  fərqli 
olaraq, R.Han'od uzun müddətli dinamik proseslərin təhlilinə xüsusi 
diqqət  verirdi.  Bu  ideyaların  da  mərkəzində  iqtisadi  artımın  stabil 
templəri  mexanizminin  izahı  dururdu.  Bu  ideyalar  yığım  və 
istehlakın 
xarakteristikalarından 
istifadə 
etməklə, 
multiplikator-akselerator  sisteminin  nəzərə  alınmasına  əsaslanan 
iqtisadi  dinamika  proseslərinin  modelləşdirilməsini  əhatə  edirdi. 
R.Harrod  hesab  edirdi  ki,  iqtisadi  artımın  dayanıqlı  tempi 
iqtisadiyyatın dinamik tarazlığının, inkişafının əsas şərtidir. Bu 
isə,  yalnız  əmək  resurslanmn,  istehsal  güclərinin  tam  istifadəsinə 
nail olmaqla mümkündür. 
İqtisadi  artımın  əvvəldə  qeyd  etdiyimiz  Domar-Harrod 
modelində (Amerika iqtisadçısı,  Massaçuset texnoloji  İnstitutunun 
professoru  E.Domann  R.Harrod  ideyalarına  yaxınlığı  ilə  bağlı 
olaraq)  uzun  müddətli  dövrlərdə  gəlirlərdə  yığımların  payının  və 
kapital qoyuluşlarının orta səmərəliliyinin sabit saxlanmasına xüsusi 
fikir verilirdi.  Onların nəzəriyyələri (modelləri) istehsal  güclərinin 
və  əmək  resurslanmn  tam  istifadəsinin  mümkün  olduğu 
iqtisadivy'atın  dinamik  tarazlığının,  həlledici  şərti  kimi, 
dayanıqlı-sabit  iqtisadi  artım  tempinin  məqsədli  olması  haqqmda 
ümumi  nəticələrlə  bağlı  idi.  E.Domar  və  R.Harrodun  təlimlərinin 
oxşarlığı bir də onunla bağlı idi ki, iqtisadi artımın dinamik stabil və 
tarazlı  tempi  avtomatik  olaraq  özbaşına  deyil,  uyğun  dövlət 
siyasətinin  mövcudluğu,  daha  doğrusu  iqtisaij'yata  aktiv  dövlət 
müdaxiləsi şəraitində baş verə bilər. 
33 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə