L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

E.Domar  və  R.Harrodun  modellərində  fərq  əsasən 
aşağıdakılarla  bağlı  idi:  belə  ki,  R.Harrodun  modelinin  əsasını 
investisiya  və  yığımların  bərabərliyi  ideyası,  E.Domann 
modelinin əsasını isə pul gəlirlərinin 
(tələb) və istehsal 
güclərinin (təklif) bərabərliyi ideyası təşkil edirdi. 
Bunlara  baxmayaraq,  E.Domar  və  R.Harrod  hər  ikisi 
gəlirlərin,  istehsal  güclərinin  artırılmasında  investisiyalann  böyük 
rol oynadığım qeyd edərək, həmçinin
gəlirin artmasının 
məşğulluğun  artımma  imkan  yaratmaqla,  eyni  zamanda 
müəssisələrin tam yüklənməsinin və işsizliyin qarşısını alması amili 
olduğunu  əsas  götürürdülər.  Bu  da  onların  faktiki  iqtisadi 
proseslərin  dinamikası  və  xarakterinin  olaraq  investisiyalar  və 
yığımlar  arasındakı  nisbətlərdən,  proporsiyalardan,  asılı  olması 
haqqında  keynsçi  konsepsiyalarına  əsaslandıqlarını  bir  daha  sübut 
edirdi. 
2.4.
 
E.Hansenin neokeynsçi tsikl nəzəriyyəsi 
Amerika  iqtisadçısı  E.Hansen  bir  çox  əsərləri  ilə:  “Vergi 
siyasəti  və  iqtisadi  tsikllər”  (1941),  “İqtisadi  siyasət  və  tam 
məşğulluq” (1947), “Pul nəzəriyyəsi və maliyyə siyasəti” (1949) və 
s. obrazlı dildə qeyd etsək, “Amerika keynsçisi” hesab edilirdi. Ona 
dünya şöhrətini 1951-ci ildə yazdığı “İqtisadi tsikllər və milli gəlir” 
adlanan  fundamental  əsəri  gətirdi.  O,  bu  əsərində  iqtisadi  tsiklləri 
aşağıdakı istiqamətlərdə tədqiq etmişdi: 
1.
 
İqtisadi tsikllərin təbiəti
2.
 
Gəlir və məşğulluğun nəzəriyyəsi. 
3.
 
İqtisadi tsikllər nəzəriyyəsi. 
4.
 
İqtisadi tsikllər və dövlət siyasəti. 
O,  xalq təsərrüfatının inkişaf məlumatlarına əsasən ABŞ- 
34 


ın dörd tsiklik dalğalar modelini işləyib hazırlamışdı; 
1.
 
“Kiçik  tsikllər’  -  2  ildən  3  ilə  qədər  davam  edən  tsikl- 
lərdir. Onlar dövriyyə kapitalının qeyri-bərabər təkrar istehsalından 
yaranır. 
2.
 
“Böyük tsikllər” - 
6
 ildən 13 ilə qədər davam edir. Onların 
səbəbi əsas kapitala qoyulan vəsaitlərin qeyri-bərabərliyi ndədir. 
3.
 
“Tikinti tsiklləri” - 17 ildən 18 ilə qədər (bəzən 16-20 il) 
davam edir. Tsiklin bu modeli yalnız binalarm tikintisinə aiddir. Bu 
tsikllər yeni binalara tələbin yaranması və bu tələblərin ödənilməsi 
dövrü arasındakı zamanın mövcudluğu ilə yaranır. 
4.
 
“Əsr  tsiklik  dalğalar”  -  yarım  əsrə  və  daha  artıq  dövrdə 
davam edir. Bu tsikllər istehsalda, texnikada böyük dəyişikliklərlə 
(N.D.Kondratyevin  “konyukturanın  uzun  dalğaları”na  oxşar) 
bağlıdır. 
E.Hansen  “Tsikllər  çoxluğu”  nəzəriyyəsi  əsasında  dünya 
iqtisadiy}'atmın  1929-1933-cü  illərdəki  böhranını  və  sonrakı 
dövrlərdə  baş  verən  depressiyalan  özünəməxsus  tərzdə  izah 
etmişdir.  E.Hansenin  tsikllər  nəzəriyyəsi  öz  xarakterinə  görə  elə 
investisiya  nəzəriyyəsidir.  Belə  ki,  əmtəə-material  ehtiyatlarına, 
əsas  kapitala,  tikinti  binalarına  və  s.  qeyri-bərabər  investisiya 
qoyuluşlan iqtisadçının fikrinə görə elə tsiklik inkişaf xarakterinin 
yaranmasına səbəb olur. Bu halda Hansen üçün ilkin kateqoriya kimi 
avtonom  investisiya  (bilavasitə  cari  təsərrüfat  konyunkturasından 
asılı olmayan) çıxış edir. Hansenə görə avtonom investisiyanın əsas 
səbəbi  elmi-texniki  inkişafdır.  Ancaq  başqa  səbəblər  də 
mümkündür:  Əmək  bazarmdakı  təklifin  səviyyəsinin  dəyişməsinə 
səbəb olan demoqrafik irəliləyişlər, yeni faydalı qazıntı yataqlanmn 
kəşfi,  yeni  təsərrüfat  sahələrinin  dövriyyəyə  cəlb  olunması  və  s. 
avtonom investisiya da öz 
35 


növbəsində multiplikator mexanizmini işə salır (multiplikator özü ^ - 
gəlirin artımımn investisiyalann artımına nisbəti). 
Yuxarıda  qeyd  edilən  səbəblər  ümumi  gəlirin  artmasına 
səbəb olmaqla avtonom. investisiyaların yaranmasına gətirib çıxarır. 
Bu  zaman  gəlirin  artımı  avtonom  investisiyalann  ilkin  artımından 
yüksək  olur.  E.Hansenin  təlimində  son  mərhələ  kimi  dövlətin 
antitsiklik  siyasəti  və  tədbirləri  də  xüsusi  yer  tutur.  Belə  tədbirlər 
kimi,  proqressiv  gəlir  vergisi,  işsizlikdən  sığortalanma,  fermer 
məhsullarına  olan  qiymətlərin  stabil  saxlanmasını  və  s.  göstəmıək 
olar.  Beləliklə,  E.Hansenin  tsikllər  nəzəriyyəsində  təkcə  cari 
tənzimləmə proqramı deyil, iqtisadi inkişafın uzunmüddətli strateji 
məqsədləri də öz əksini tapır. Keyns kimi, Han- sen də tam tarazhğm 
əldə  edilməsinə  canatmanın  nə  arzuolun-  mayan,  nə  də 
qeyri-mümkünlüyünü qeyd edir və iqtisadi artımın stimullaşdıniması 
üçün  xüsusi  investisiyaları  əsas  vasitə  hesab  edirdi.  Onun  son 
işlərində sosial sferanın roluma da qiymət verirdi. 
Neokeynsçi 
ideyaların 
müasir 
qiymətləndirilməsi 
istiqamətləri  kimi  aşağıdakıları  qeyd  etmək  olar.  Belə  ki,  müasir 
keynsçilikdə  K.Xovardın  və  Q.Juravlevin  əldə  etdiyi  nəticələr 
diqqəti cəlb edir. Belə ki, onlar qeyd edirlər ki, C.M.Keynsin ümumi 
nəzəriyyəsinin reallaşdırılması praktikada Qərb ölkələrinin sosialist 
istiqamətə  söykənməsinə  gətirib  çıxartdı.  Təəssüf  ki,  hər  bir  ölkə 
bunu  öz  ümumi  dövlət  büdcə  kəsiri  əsasında  həyata  keçirdi.  Qərb 
ölkələrinin  kəsiri  indi  çox  böyük  olur.  Bu  siyasətin  digər  nəticəsi 
sonu  görünməyən  inflyasiyadır.  Mərkəzi  bank  sistemi  həmişə  pul 
kütləsini artınnağa məcbur olur. Bu məcburiyyət inflyasiyaya gətirib 
çıxaran  hökumət  tələblərinin  kəsirini  aradan  qaldınmaq  məqsədilə 
həyata  keçirilir.  Blauquya  görə  bu,  Keynsin  ümumi  iqtisadi 
nəzəriyyəsinin təbii nəticələrindən irəli gəlir. 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə