L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

Ill 
FƏSIL
,
 NEOKLASSIK SINTEZ NƏZƏRIYYƏSI
 
3.1.
 
 “Neok!assik 
sintez”  nəzəriyyəsinin 
yaranması və əsasları. 
3.2.
 
P.Samuelsonun  “neoklassik  sintez”  təlimi  və  keynsçi  - 
monetarist baxışların sintezi. 
3.3.
 
Hiks-Hansenin neoklassik sxemi.. 
3.4.
 
“Neoklassik  sintez”  konsepsiyasının  yeni  versiyaları  - 
istiqamətləri. 
3.1.
 
“Neoklassik sintez” nəzəriyyəsinin yaranması və əsasları 
II  Dünya  Müharibəsindən  sonrakı  illərdə  Keynsin 
nəzəriyyəsi  və  neoklassik  sistem  iqtisadi  elmlərdə  ən  aparıcı 
istiqamətlər kimi formalaşmağa başladı. Bu iki istiqamət arasındakı 
münasibətlər  birmənalı  inkişaf  etməmişdir.  Bir  tərəfdən 
neoklassiklərin və Keynsin mövqeləri aydın şəkildə ziddiyyətli idi. 
Keynsin “Pulun, faizin və məşğulluğun ümumi nəzəriyyəsi”nin əsas 
nəticəsi bundan ibarət idi ki, kapitalist iqtisadiyyatı qeyri-stabildir, 
resurslann faydasız xərclənməsinə meyllidir, tam məşğulluğun əldə 
edilməsi ehtimalı çox aşağıdır. Bu vəziyyətdə neoklassiklərin nəzəri 
əsaslan  isə  kapitalizmin  öz-  özünü  tənzimləməsinə,  bazann 
resurslarının  optimal  şəkildə  paylanmasına  və  tam  məşğulluq  ilə 
müşaiyət olunan tarazlığın təmininə söykənirdi. 
Digər  tərəfdən  isə  həm  Keynsin  və  həm  də  neoklassik 
sistemin bir-birinə güclü ehtiyacı da var. Belə ki, neoklassik sistem 
yaxşı  hazırlanıb  və  məntiqi  əlaqəlidir.  Ancaq  orada  böhran  və 
işsizlik  düzgün  izah  olunmayıb,  iqtisadi  qeyri-stabilliklə  mübarizə 
yolu  göstərilməyib.  Ancaq  Keynsin  “Ümumi  nəzəriyyəsi”  əksinə, 
iqtisadiyyatı tarazlıqdan çıxaran faktorları 
37 


təhlil  edir  və  konkret  fəaliyyət  proqramı  təklif  edir;  onun  adının 
ümumi  olmasına  baxmayaraq,  orada  hər  şeyi  əhatə  edən  nəzəri 
sistemlər  yoxdur.  Ona  görə  də  “Ümumi  nəzəriyyə”nin  meydana 
gəlməsindən  sonra,  iqtisadi  elmlərdə  Keynsin  və  neoklassiklərin 
ideyalarının və mövqelərinin birləşdirilməsi üzrə intrensiv analitik 
işlər aparılmağa başlandı. Bu istiqamətlərdə ən aktiv iştirak edənlər, 
C.Hiks,  E.Hansen,  P.Samuelson,  L.Kleyn  və  digər  məhşur 
iqtisadçılar  oldular.  Son  nəticədə  onlann  səyi  nəticəsində 
“neoklassik  sintez”  nəzəriyyəsi  (və  ya  “keyns-  neoklassik”) 
meydana gəldi. 
“Neoklassik  sintez”in  baniləri  neoklassiklərlə  Keynsin 
orijinal nəzəriyyəsinin inteqrasiyası nöqteyi-nəzərindən çıxış edərək 
qeyd  edirdilər  ki,  bu  birlik  üçün  iki  əsas  vardır:  Bunlardan  biri 
kapitalist iqtisadiyyatının fəaliyyət şərtlərinin dəyişməsidir. Belə ki, 
müharibədən sonra, qərb ölkələrində iqtisadi yüksəliş başlandı. Bu 
isə  1929-1933-cü  illərin  depressiyası  təsiri  altında  hazırlanan 
“Ümumi  nəzəriyyə”də  qoyulan  problemlərdən  fərqli  suallan 
gündəliyə gətirdi. Bundan başqa, bu cür artım qeyri-stabil xarakterli 
inflyasiya ilə müşaiyət olunduğu üçün həm eniş  və həm də artımı 
izah  edən  və  tənzimləyə  bilən  daha  ümumi  konsepsiyanın 
yaranmasına ehtiyac hiss olundu. 
Digər  tərəfdən,  Keynsin  ideyalan  həm  neoklassik  modelə 
söykənirdi; həm də onun məntiqinin əksinə gedirdi. 
Ümumiyyətlə,  iqtisad  elmində  kök  salmış  makroiqtisadi 
nəzəriyyələr iqtisadiyyatın necə fəaliyyət göstərdiyini izah etməklə 
yanaşı, öz aralarında rəqabət aparan və biri-digərinə alternativ olan 
nəzəriyyələr  olmuşdur.  Belə  nəzərij^ələrə  neoklassik,  keynsçi, 
monetarist,  təklif  iqtisadiyyatı,  və  səmərəli  gözləmə  nəzəriyyələri 
daxildir. Bu nəzəriyyələr, xüsusilə də neoklassik və keynsçilik daim 
təkamülə uğramış, inkişaf edərək təkmilləş- 
38 


mişdir. Hər bir konsepsiyanın əsasını qoyanlar və onlann tərəfdaşlan 
makroiqtisadi  problemlərə  aid  olan  əsas  müddəalara  vaxtaşırı 
yenidən  baxaraq  öz  mövqeləri  nöqteyi-nəzərincə  dəyişikliklər 
etməklə mühüm nəticələrə, güzəştlərə nail ola bilmişlər. 
İqtisadi  təlim  və  nəzəriyyələrin  son  mərhələlərində  onun 
ənənəvi  istiqamətləri  olan  neoklassik  və  keynsçiliyin  ünvanına 
çoxlu  tənqidlər  edilmişdir.  Bununla  yanaşı,  məhz  bu  iki  təlimin 
əsasında 
yeni 
konsepsiyalar, 
baxışlar, 
iqtisadiyyatın 
tənzimlənməsinin  yeni  metod  və  üsullan  yaranmağa  başlamışdır. 
Beləliklə,  XX  əsrin  son  illərində  iqtisadi  nəzəriyyədə  azad 
sahibkarlıq  şüan  altında  yeni  mühafizəkar  istiqamət  olduqca 
güclənmişdi.  Nəticədə  ön  plana  yeni  istiqamətlər  -  neoklassik 
yönümlü  təklif  iqtisadiyyatı  və  səmərəli  gözləmə  nəzəriyyəsi 
keçmişdi.  Müasir  dövrlərdə  bu  və  ya  digər  istiqamətlər  arasında 
daim mübarizə gedir, çünki bunlardan heç biri iqtisadiyyatın həqiqi 
vəziyyətini  düzgün  izah  edə  bilmir.  Ona  görə  də  müasir  dövrdə 
iqtisadi proseslərin mürəkkəbləşməsi, iqtisadi problemlərin praktiki 
həllinin  çətinləşməsi  meydana  gələn  təlimlərin,  baxış  və 
koasepsiyalanrı qarşılıqlı uzlaşmasını, sintezini zəruri etmişdir. 
“Neoklassik sintez” nəzəriyyəsi üç blokdan ibarətdir: 
a)
 
sadə Keyns modeli; 
b)
 
Hiks-Hansenin “gəlirlər-xərclər” sxemi; 
c)
 
tam olmayan məşğulluğun səbəblərinin izahı. 
Neoklassik və keynsçi sintezinin əsasını neokeynsçi 
iqtisadçılar  C.Hiks  və  P.Samuelson  qoymuşdur.  Onlar  Keynsin 
nəzəriyyəsinə  neoklassik  təsvir  vermiş,  onu  neoklassik  iqtisad 
adlandırmış  və  onun  ümumi  iqtisadi  nəzəriyyəsinin  neoklassik 
ənənələri  və  kökləri  haqqında  söhbət  açmışdılar.  Belə  ki, 
“Neoklassik sintez” anlayışı ilk dəfə 1937-ci ildə ingilis iqtisadçısı 
C.Hiks tərəfindən işlənilmişdi. “Neoklassik sintez” 
39 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə