L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs


Keynsin  nəzəriyyəsilə  neoklassik  iqtisadi  artım  nəzəriyyəsinin



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

Keynsin  nəzəriyyəsilə  neoklassik  iqtisadi  artım  nəzəriyyəsinin 
sintezidir.  Neoklassik  sintez  Keynsin  nəzəriyyəsini  “Natamam 
işsizlik”  şəraitində  müvazinət  nəzəriyyəsi  kimi  şərh  etmişdir. 
Keynsin  nəzəriyyəsinin  bu  cür  izahı  müharibədən  sonra  da  əsas 
istiqamət olmuş və iqtisadi siyasətin əsas prinsiplərini formalaşdıran 
“ortodoksal keynsçiliyin” inkişafına səbəb olmuşdur. 
3.2.
 
P.Samuelsonun “neoklassik sintez” təlimi və keynsçi - 
monetraist baxışların sintezi 
Son  iki  yüz  ildə  həm  iqtisadi  elmlərin,  həm  də  bazar 
iqtisadiyyatlı  ölkələrin kütləvi  işsizlik  və inflyasiya ilə mübarizəsi 
bu  ölkələrin  sosial-iqtisadi  inkişafının  əsas  problemi  olmuşdur. 
Stabil  və  tam  məşğulluğa,  həmçinin,  əhalinin  azalmayan  real 
gəlirlərinin  təmin  olunmasına  necə  nail  olmaq,  yaxud  böhransız 
iqtisadi tsikllərin “sirrləri” nədən ibarətdir və s. kimi vacib suallar 
daim  iqtisadçıları  düşündürürdü.  Bu  növ  suallara  cavab  tapmağa 
çalışan  tanınmış  iqtisadçılardan  P.Samuelson  özünün  məşhur 
“Ekonomiks”  kitabında  yazırdı:  “Bütün  bu  problemlər  fıksal, 
kredit-pul  alətləri  və  həmçinin  siyasi  imkanlara  malik  demokratik 
ölkələri xroniki inflyasiya və iqtisadi enişləri həll etməyə yönəldir. 
Bu isə neoklassik sintez prinsiplərinin həll edilməsilə sıx bağlıdır”. 
Beləliklə, 
neoklassik 
sintezin 
görkəmli 
təbliğatçısı 
və 
yaradıcılanndan biri amerikalı iqtisadçı P.Samuelson olmuşdur. O, 
keçən  əsrin  50-ci  illərin  əvvəllərində  keynsçiliyin  və 
neoklassikizmin  vahid  bir  istiqamətdə  birləşməsinin  zəruriliyini 
əsaslandırmışdır.  Bu  iki  istiqamətin  yaxınlaşmasının  və  sintezinin 
təzahürü 
onun 
“Neoklassik 
sintez” 
nəzəriy>'əsi 
oldu. 
P.Samuelsonun 
bu 
nəzəriyyəsi 
iqtisadİNqy'atın 
dövlət 
tənzimlənməsi nəzəriyyəsinin mühüm qolu 
40 


olmaq şərtilə, iki istiqamətin əsas prinsiplərinin əlaqələndirilməsi ilə 
sıx  bağlıdır.  P.Samuelsonun  “Neoklassik  sintez”  nəzəriyyəsinin 
əsasını keynsçi səmərəli tələb nəzəriyyəsi ilə neoklassik istehsal 
və  bölgü  nəzəriyyəsinin  birləşməsi  təşkil  edir.  O,  özünün  bu 
nəzəriyyəsinə  həmçinin  elmi-texniki  inqilaba  böyük  əhəmiyyət 
verən  institusionalizmin  müasir  banisi  C.Helb-  rcytin  əsas 
ideyalarını  da  daxil  etmişdir.  Nəticədə,  xüsusi  və  dövlət 
salıibkarlığım əlaqələndirən qarışıq iqtisadiyyat yaranmışdır. 
“Neoklassik  sintez”  nəzəriyyəsi  -  pul  amili  əlavə  olmaqla 
natamam  məşğulluq  şəraitində  tarazlıq  nəzəriyyəsidir.  Bu 
nəzəriyyədə  fiskal  keynsçi  ideyaları  iqtisadiyyatı  pul-kredit 
siyasətinin  (faiz  dərəcəsini  dəyişmə,  açıq  bazarda  əməliyyatları 
keçirmə və s.) köməyilə tənzimlənməsini nəzərdə tutan neoklassik 
konsepsiyaları  ilə  birləşmişdir.  P.Samuelsonun  fikrinə  görə 
maliyyə siyasətinin vəzifəsi, “ictimai əmtəələr” təklifi sferası üçün 
tənzimləyici  tədbirləri  təmin  etməkdir.  Dövlətin  mikroaləmə 
müdaxiləsinin əsas məqsədi hökümət məsrəflərində optimallığa və 
dövlət,  müəssisələr  və  cəmiyyətin  ayrı-ayrı  üzvləri  arasında 
resursların səmərəli bölgüsünə və yenidən bölgüsünə nail olmaqdır. 
Beləliklə,  P.Samuelsona  görə  “neoklassik  sintez”  -  bu 
mahiyyətcə  müasir  neokeynsçi  və  neoliberal  vəzi>^ətlərin 
uyğunlaşmasıdır. 
Müasir  dövrdə  pulun  iqtisadiyyatda  oynadığı  rol  haqqında 
keynsçi və monetarist baxışlarda müəyyən  yanaşma nəzərə çarpır. 
Belə  ki,  pul  haqqında  ənənəvi  keynsçi  baxış  olan  “pul  əhəmiyyət 
kəsb  etmir”  və  yaxud  ifrat  monetarist  ideya  olan  “yalnız  pul 
əhəmiyyət  kəsb  edir”  fikirlərinin  olmasına  baxmayaraq  hər  iki 
modellərdə pul xalis milli məhsulla eyni istiqamətdə təsir göstərir. 
Hər iki nəzəriyyəyə uyğun olaraq pul 
41 


təklifinin genişlənməsi xalis məhsulu artınr və ya əksinə. 
3.3.
 
Hiks-Hansenin neoklassik sxemi 
Hiks-Hansenin neoklassik sxemi milli gəlirin səviyyəsilə (Y) 
faix stavkası (r) arasındakı asılılıqla (əks asılılıq) bağlıdır. Keynsdən 
sonra  onlar  qeyd  edirdilər  ki,  investisiya  proseslərinin  intensivliyi 
kapitalın  son  hədd  səmərəliliyi  ilə  daha  doğrusu  vahid  kapital 
əmlakının gətirdiyi  gözlənilən gəlirlərlə, onun istehsalının qiyməti 
arasındakı münasibətlə müəyyən olunur. Növbəti kapital vahidinin 
investisiya edilməsi haqqında qərar qəbul edərkən sahibkar ya borc 
vəsaitlərinə görə ödənişlər, ya da öz vəsaitlərini başqa cür istifadə 
etmək  nəticəsində  əldə  edə  biləcəyi  gəlirlərdən  imtina  edərək 
alternativ xərcləri həyata keçirir. Hər iki hal faizin bazar nonnası ilə 
müəyyən olunur. Deməli, investisiya etmək  yalnız o halda faydalı 
olur  və  məna  kəsb  edir  ki,  kapitalın  son  hədd  səmərəliliyi  faiz 
dərəcəsini ötsün. Buradan da belə nəticə çıxır ki, investisiya faizdən 
asılı funksiyadır: I   =   f { r )   .  Faiz dərəcəsi nə qədər aşağı olarsa, 
bərabər şərtlərdə kapital qoyuluşlarının həyata keçirilməsi əlverişli, 
səmərəli  olur  və  əksinə  Hiks-Hansen  sxemd  Valrasın  dövründən 
neoklassik  məktəbin  məşğul  olduğu  ümumi  iqtisadi  tarazlıq 
konsepsiyalann  müxtəlif  istiqamətlərindən  biridir.  Bu  sxem 
həmçinin  kapitalizmin  avtomatik  tam  məşğulluq  yaratması 
haqqında olan neoklassik tezisləri rədd edir. Belə ki, əgər ilk əvvəl 
əməyin  təklifi  artıq  olarsa,  onda  əmək  haqqı  aşağı  düşər,  bu  da 
xərclərin  azalması  və  qiymətlərin  aşağı  düşməsinə  gətirib  çıxarar. 
Bu halda kommersiya sövdələşmələri üçün müəyyən olunan pulun 
bir hissəsi azad olur və pul təklifinin artıqlığı yaranır. Faiz normaları 
aşağı düşür. Bu isə öz növbəsində investisiya tələbini artırır. Bu, tam 
raəşğullun səviyyəsinə uyğun 
42 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə