L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə14/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

bütün təklifin tam həcmini özündə əhatə edənədək davam edir. 
3.4.
 
“NeokIassik sintez” konsepsiyasının yeni versiyaları - 
istiqamətləri 
Son  dövrlərdə  iqtisadi  mənbələrdə  neoklassik  sintez 
anlayışının yeni izahları, istiqamətləri meydana gəlmişdir. Məsələn 
rus iqtisadçısı S.Nosova hesab edir ki, neoklassik sintezin yaranması 
ilə  əlaqədar  iqtisadiyyatın  tənzimlənməsi  tədbirləri  qarışıq 
formalara  malik  olur.  Belə  ki,  müasir  dövrdə  makroiqtisadi 
tənzimlənmənin əsasını üç əsas nəzəriyyə; müxtəlif modifikasiyalı 
keynsçilik,  təklif  iqtisadiyyatı  və  monetarizm  təşkil  edir.  Bu 
istiqamətdə deyilən müasir fikirləri ümumiləşdirərək üç istiqaməti 
xüsusi qeyd etmək olar
1)
 
birinci  versiya  onunla  bağlıdır  ki,  müasir  iqtisadi 
nəzəriyyə tam məşğulluğa və iqtisadi artıma nail olmaq üçün eyni 
zamanda  iqtisadi  liberalizm  prinsiplərilə  bazar  mexanizmi 
elementlərini,  sərbəst  bazan  məhdudlaşdıran  Keyns  elementlərini 
uzlaşdırmağı təklif edir. Burada P.Samuelsonun dövlət siyasətində 
pul-kredit və fıskal alətləri, M.Fridmenin “işsizliyin təbii nonnası” 
konsepsiyasının  antiinflyasiya  imkanları  və  Exard-  Repkcnin 
“mütləq  sosial  cəmiyyətli”  azad  bazar  ideyalarının  sintezi 
əlaqələndirilir. 
2)
 
ikinci  versiyada  xərclər  nəzəriyyəsi  ilə  son  hədd 
səmərəliliyinin  inteqrasiyasından  (A.Marşall,  B.Pareto)  və  qiymət 
“tələb”, “təklif’ anlayışlannın funksional əlaqəsindən, eyni zamanda 
qismən və ümumi iqtisadi tarazlıqdan söhbət açılır. 
3)
 
“neoklassik  sintezin”  üçüncü  versiyası  müasir  ümumi 
iqtisadi tarazlığın eyni zamanda mikro və makroiqtisadi tədqiqatlara 
söykənməsilə əlaqədardır. 
Beləliklə, nəticə olaraq “Neoklassik sintez” nəzəriy 
43 


yəsində “sintez”in formalaşmasını iki osas addımla təsvir etoək olar: 
birinci addım kimi “sadə” (və ya kəsilmiş) adlanan Keyns modelinin 
işlənməsi qəbul edilir ki, bunu da P.Samuelsonun adı ilə bağlayırlar. 
Belə  sadə  model  milli  gəlirin  müəyyən  edilməsi  prinsiplərini 
(iqtisadiyyatın  pul  və  real  sektoru  arasında  sonuncuya  diqqət 
verməklə) meydana çıxara bilər. Ortodoksal keynsçilər bunu Keyns 
konsepsiyasının nüvəsi hesab edirdilər. 
Daha  sonrakı  addımda  isə,  modelə  pul  parametrləri  daxil 
edilir.  Bu  əməliyyatın  analitik  aparatını  C.Hiks  özünün  “Mister 
Keyns  və  “Klassiklər”  (1937-ci  il)  adlı  məqaləsində  vermişdir. 
Sonralar  bunu  E.Hansın  uğurla  təkmilləşdirmişdir.  Nəticədə 
Hiks-Hansenin 
“gəlirlər-xərclər”  sxemi  yaranaraq,  Keyns 
nəzəriyyəsini  ümumi  tarazlıq  konsepsiyasının  xüsusi  halı  kimi 
təsəvvür  edir.  Buna  görə  də  bu  təhlil  “Neoklassik  sintez” 
adlandırmışdır. 
44 


IV
 
FƏSİL. İQTİSADİ LİBERALİZMİN YARANMASI
İQTİSADİ ARTIMIN NEOKLASSİK BAXIŞLARI 
4.1.
 
İqtisadi liberalizmin yaranması və onun əsas 
nümayəndələri. 
4.2.
 
İqtisadi liberalizmin neoavstriya məktəbi və onun rolu. 
4.3.
 
İqtisadi artımın neoklassik nəzəriyyəsi, Solou, Kobb- 
Duqlas və Mid modelləri. 
4.1.
 
İqtisadi liberaiizmin yaranması və onun əsas 
nümayəndələri 
Artıq  məlum  olduğu  kimi,  30-cu  illərindəki  ümumdünya 
böhranı  qərb  ölkələrinin  təsərrüfat  sistemini  dağıdaraq,  kapitalın 
təkrar istehsalı prosesinə dövlətin müdaxiləsini rədd edən kapitalist 
iqtisadiyyatının 
spontan, 
öz-özünü 
bazar 
tənzimlənməsi 
konsepsiyasım dəstəkləyən neoklassiklərin ideyalarına böyük zərbə 
vurdu. Bu böhran göstərdi ki, yeni şəraitdə (inhisarçı “nəhəng”lərin 
kəskin  rəqabətilə  müşaiyət  olunan)  azad  sahibkarlıq  iqtisadi 
inkişafın nonnal vəziyyətini təmin edə bilməz. 
Buna  baxmayaraq,  II  Dünya  müharibəsindən  sonrakı 
dövrlərdə  neoklassik  məktəbi  özünün  yeni  dirçəliş  mərhələsinə 
qədəm  qoydu.  Onların  nümayəndələri  L.E.Mizes  (1881-1973), 
F.A.Hayek  (1899-1992),  Ç.Robbins  (1898-1984)  kapitalist 
iqtisadiyyatının  Keyns  təlimi  üzrə  dövlət  tənzimlənməsinin 
ziddiyyətli olduğunu göstərərək, sosialist təsərrüfatı ideyalarına əks 
çıxmış,  iqtisadiyyatın  öz-özünü  bazar  tənzimlənməsi  ideyasının 
ideal olmasa da, digər dövlət müdaxiləsi sistemlərinə 
'İS 


nisbətən  onun  siyasi  cəhətdən  daha  üstün  olduğu  fikrini  irəli 
sürürdülər. 
Bu dövrlərdə artıq kapitalist sistemi iqtisadi böhranın kəskin 
təzyiqi  nəticəsində  ekstensiv  inkişaf  növündən  intensiv  inkişafa 
keçdi. Neoklassik məktəbə əhəmiyyətli  yeni töhfə verənlərdən biri 
də  C.E.Mid  oldu.  O,  neoklassik  nəzəriyyənin  iqtisadi  artım 
istiqamətinin əsasını qoyanlardan hesab edilir. 
Neoklassiklərin yeni nümayəndələri neoavstriya məktəbinin 
əsasını  qoydular.  Bu  istiqamətə  ingilis  iqtisadşısı  C.Robbins  də 
qoşulmuşdu.  Məhz  onun  “İqtisadi  elmlərin  təbiəti  və  əhəmiyyəti 
haqqında oçerk” adlı işində iqtisad elminin predmeti belə müəyyən 
olunmuşdur:  “iqtisad  elmi  alternativ  tətbiq  imkanlarma  malik 
məhdud  resurslara  verilən  məqsədlər  arasındakı  münasibətlərin 
insanlar tərəfindən həyata keçirilən davranışlandır”. Bu cür yanaşma 
kapitalizmin yeni istiqamətdə inkişafı ilə bağlı olmuşdur. 
4.2.
 
İqtisadi liberalizmin neoavstriya məktəbi 
və onun rolu 
Qeyd edildiyi kimi, XX əsrin 30-cu illərində qərb ölkələrinin 
təsərrüfat  fəaliyyətini  silkələyən  kapitalizmin  böhranı  kapitalist 
iqtisadiyyatmm  öz-özünü tənzimlənməsi konsepsiyasını irəli sürən 
və  dövlətin  iqtisadiyyata  müdaxiləsini  rədd  edən  neoklassik 
baxışları böyük şübhə altına aldı. Buna baxmayaraq, müharibədən 
sonra neoklassik məktəbin baxışlarında Keyns nəzəriyyəsi əsasında 
yeni  istiqamətlər,  fikirlər  yaranmağa  başladı.  Bu  dövrlərdə 
neoklassik  istiqamətin  əsas  nümayəndələri  avstriya  iqtisadçıları 
Lüdviq Edler fon Mizes və onun şagirdi, ardıcılı Fridrix Avqust 
fon  Hayek  olmuşdur.  Onlar  kapitalizmin  müharibədən  sonrakı 
inkişafını izah etməyə 
46 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə