L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə15/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

çalışan  avstriya  məktəbinin  konsepsiyalanndan  istifadə  edərək 
neoavstriya məktəbinin əsasını qoydular. Mizes bir çox əsərlərində 
“İnsan  fəali>'yəti:  İqtisadi  nəzəriyyə  üzrə  traktat”,  “Çox  güclü 
dövlət”,  “Antikapitalist  mentalitet”  və  s.  iqtisadi  hadisələrin  dərk 
edilməsi  nəzəriyyələrin  problemləri  haqqında  yeni  fikirlər 
söyləməyə  çalışmışdır.  Mizesin  müharibədən  sonrakı  əsərlərində 
praksiologiyaya  xüsusi  fikir  verilirdi.  Prak-  siologiya  -  insan 
əxlaqı, və ya insan seçiminin prinsipləri haqqında təlimdir. Mizesə 
görə  praksiologiya  insan  fikirlərinin  dəyişmək  strukturunu  əks 
etdirir.  Buna  baxmayaraq,  o  azad  sahibkarlıq  konsepsiyasının 
əsaslandırılmasına istiqamətlənmişdir. 
Bundan  başqa,  Mizes  öz  əsərlərində  sosializmi  və  dövlətin 
iqtisadiyyata  müdaxiləsini  tənqid  edirdi.  Mizesin  bu  cür 
yanaşmasını  onun  şagirdi  XX  əsrin  ən  böyük  liberalizm 
nəzəriyyəçisi  hesab  edilən  F.Hayek  böyük  cəhdlə  müdafiə  edirdi. 
Hayekin əsas elmi maraqlan bazar iqtisadiyyatının fəlsəfi, hüquqi, 
siyasi və iqtisadi problemlərini əhatə edirdi. Onun bir çox əsərləri; 
“İndividualizm  və  iqtisadi  qaydalar”,  “Azadlığın  konstitusiyası”, 
“Sosializmin  səhvləri”  və  s.  əsasən  bazar  iqtisadiyyatının 
əsaslandırılmasına və sosializmin tənqidinə həsr olunmuşdu. 
Hayekin  metodoloji  fərdiliyi,  subyektivliyi  faktiki  olaraq 
iqtisadi  hadisələrin  dərk  edilməməsinin  təsdiqi  idi.  Onun  fikrinə 
görə, iqtisadiyy'atın nəzəri m.odeli tədqiqatçı tərəfindən subyektiv 
olaraq  qurulub,  ona  görə  də  həqiqətin  ayrı-ayn  elementlərinin 
seçilməsi  ixtiyari  alınır.  Hayekin  metodoloji  fərdiliyi  və 
subyektivliyi  onun  baxışlarının  mikroiqtisadi  istiqamətlərilə 
şərtləndirilir.  O,  keynçilərin,  monetaristlərin  və  s.  məktəblərin 
əsaslandığı  makroiqtisadi  təhlili  rədd  edir.  O,  qeyd  edir  ki,  belə 
məktəblərin təlimləri real həqiqətlə ümumi cəhətləri azdır, ona görə 
ki, təsərrüfat həyatının əsasında fərdi, subyektiv-psixoloji 
47 


qiyrnətlondirmə  və  təsərrüfat  subyektlərinin  motivləri  durur.  Bu 
nöqteyi-nəzərdən,  ncoavstriya  məktəbi  tarazlığın  neoklassik 
nəzəriyyəsinə qarşı çıxır. Onlar mikrosəviyyədə  ayn-ayn  firmalara 
münasibətdə tarazlığı qəbul etsələr də, bu anlayışı makrosəviyyədə 
bütövlükdə iqtisadiyyata tətbiq olunmağının əleyhinədirlər. Əgər bu 
belə  olmasaydı,  onda  iqtisadi  hadisələrin  dərk  edilməsini  qəbul 
etmək lazım gəlirdi. 
Hayekin liberalizm nəzəriyyəsində əsas yerlərdən biri bazar 
qaydalarının  spontan  xarakterli  olması  fikridir.  Onun  fikrinə 
görə,  bazar  iqtisadiyyatı  insanların  qarşılıqlı  əlaqələri  nəticəsində 
yaranır və inkişaf edir. Bundan da belə nəticə əldə etmək olmaz ki, 
onun formalaşması və inkişaf xarakteri insanlar üçün bu proseslərə 
məqsədli təsir imkanlarını yaradır. İş ondadır ki, bazar iqtisadiyyatı 
öz  daxili  məntiqinə  uyğun  inkişaf  edir.  Onun  formalaşmasmda 
insanlar  öz  adətlərinə  və  vərdişlərinə  uyğun  praktiki  biliklərilə 
iştirak  edirlər.  Belə  biliklər  də  Hayekə  görə,  qismən  və  ya  tam 
dağılma  olmadan  bu  proseslərə  təsir  edə  bilməz.  Bazar  qaydaları 
konkret  məlumatlar,  formullar,  qrafiklər  və  s.  kimi  informasiya 
əsasında  asanlıqla  fonnalaşan  və  inkişaf  edən  təbii  və  texnoloji 
obyekt və sistemlərdən fərqlənir. 
Hayek  hesab  edir  ki,  təsərrüfat  haqqında  biliklərin  praktiki 
olaraq  formalaşması  və  inkişafı  bazar  mexanizminin  özünə  aiddir. 
Bu  mexanizm  də  tələb  və  təklif  münasibətlərinin  dəyişməsi, 
qiymətlər sistemi, reklam və s. vasitəsilə sistematik olaraq nəyi, nə 
qədər, harda və necə istehsal etməyi, satmağı haqda informasiyaları 
verir, bununla da bazar iştirakçılarının fəaliyyət  koordinasiyalarını 
təmin  edir.  O  bazara  özünə  məxsus  informasiya  mexanizmi  kimi 
baxır.  Bu  informasiya  mexanizmi  iqtisadi>'yat  haqqında  sistemli 
biliklər  verir,  əks  halda  səmərəli  təsərrüfat  fəaliyyətindən  söhbət 
gedə bilməz. 
4X 


Hayek  izah  edir  ki,  bazarın  spontan  xarakteri  əsasən 
onunla  izah  olunur  ki,  ona  istənilən  müdaxilə  bazar  mexanizmini 
sındıra bilər və bununla da bütövlükdə təsərrüfat sistemi dağıla bilər. 
Təsənüfat həyatı üzərində müəyyən nəticələr almaq üçün istənilən 
nəzarət,  istənilən  iqtisadi  siyasət,  o  cümlədən  tam  məşğulluq, 
iqtisadi  artım,  inflyasiya  və  ya  iqtisadi  böhran  ilə  mübarizə,  pul 
kütləsinin tələb və təklifinin balanslaşdınlması və s. siyasət Hayekə 
görə,  prinsipcə  mümkün  deyil.  Bütün  bunlar  iqtisadiyyatı  yalnız 
dağıda  bilər.  Bazar  qaydalan  ancaq  öz  daxili  məntiqi  ilə  inkişaf 
etməlidir. Beləliklə, Hayek keynsçiliyin ən böyük tənqidçilərindən 
biri  kimi  tanınır.  O,  özünün  spontan  bazar  qaydaları  konsepsiyası 
nöqteyi-nəzərindən çıxış edərək, iqtisadi>'yata dövlət müdaxiləsini 
qəti inkar edir. Bazar qaydalarının spontan xarakteri haqqında olan 
təlimindən Hayek sosializmin tənqidində də geniş istifadə etmişdir. 
Onun  fikrinə  görə  plan  orqanlarının  əlində  iqtisadi  hakimiyyətin 
konsentrasiya  olunması  -  cəmlənməsi  təbii  ictimai-tarixi  prosesin 
gedişini  pozur,  onu  daxili  inkişaf  qüvvəsindən  məhrum  edir. 
Mərkəzləşdirilmiş planlı iqtisadiyyat Hayekə görə, bazarda fəaliyyət 
göstərən 
təsərrüfat 
subyektlərini 
səhvlərin 
kompensasiya 
mexanizmdən  də  məhrum  edir.  Sosializm  cəmiyyətində  az 
təminatlara,  həmçinin  öz  dövrünü  artıq  çoxdan  başa  vurmuş 
təsəiTÜfat  fəaliyyətlərinə,  gəlirlərin  bölgüsü  və  paylanması 
yanaşması düzgün deyil, o, iqtisadi səmərəliliyi və artımı yavaşıdır. 
O,  qeyd  edir  ki,  iqtisadi  inkişafın  sürətlənməsi  qeyri-perspektiv 
sahələrdə  gəlirlərin  azalmasını  kompensasiya  edir.  Bütün  bunlarla 
yanaşı  Hayek,  həmçinin  azad  bazar  iqtisadiyyatının  əlverişli 
fəaliyyəti üçün dövlətin bazarın özünün təklif edə bilmədiyi sosial 
xidmətləri təqdim etməsini zəruri hesab edir. 
O,  bir  daha  sosializm  quruluşuna  əks  çıxaraq  kapitalizmi 
“insanların əməkdaşlığının genişləndirilmiş qaydalarını’' təmin 
49 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə