L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə16/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

edən  vasitə  kimi  təqdim  edir.  Bütün  bunlarla  əlaqədar,  Hayek 
kapitalizm  və  sosializm  arasında  seçim  problemini  insan 
cəmiyyətinin  özünün  mövcud  olması  haqqında  məsələ  kimi  təklif 
edir və sübut elməyə çalışır ki, cəmiyyətin yeganə inkişaf yolu - bu, 
kapitalizmdir.  Hayek  fərz  edir  ki,  təbii  yolla,  spontan  olaraq 
meydana  çıxan  sistem  həmişə  süni  olaraq  yaradılan  hər  növ 
sistemlərdən (o cümlədən iqtisadi) daha təkmildir. O bir daha belə 
qeyd edir: təsadüfi deyil ki, yalnız bazar qaydalan çərçivəsində daha 
çox  biliklər  əldə  olunur  və  sərvətlər  istehsal  edilir,  bu  imkan 
mərkəzləşdirilmiş  planlı  və  idarə  olunan  iqtisadiyyatda  qətiyyən 
mümkün deyil. 
Beləliklə, bütövlükdə makroiqtisadi tənzimləmə və dövlətin 
iqtisadiyyata  istənilən  müdaxiləsinin  əksinə  çıxan  neoavstriya 
məktəbinin  sosial-iqtisadi  fəlsəfi  təlimi  keçən  əsrin  70-ci  illərinə 
qədər o qədər də əhəmi>'yətli baxış hesab edilmirdi və onu köhnə 
dəbli liberalizmin bir istiqaməti kimi  qəbul  edirdilər. Ancaq 70-ci 
illərdə keynsçilikdə və 80-ci illərdə marksizmdə baş verən böhranlar 
bu dövrlərdə neoavstriya konsepsiyalarına marağı artırdı və onların 
müəlliflərini  tanımağa  başladılar.  Neoavstriyalıların  bir  çox 
prinsipləri: azad sahibkarlıq, spontan bazar qaydaları, bazann, onu 
zəifləyən bir çox faktorlardan, o cümlədən hər cür dövlət təsirindən, 
həmkar-  larlardan  təmizlənməsi  və  s.  yeni  neokonservatizm 
konsepsiyaların əsasını qoydu. 
4.3.
 
iqtisadi artımın neoklassik nəzəriyyəsi, Solou, Kobb- 
Duqlas və Mid modelləri 
Keyns  nəzəriyyəsinin  və  onun  ardıcıllığının  əksinə  çıxan 
neoklassik məktəbin bu istiqamətdə ən vacib alətləri iqtisadi artım 
nəzəriyyəsi olmuşdur. Bu nəzəriy^'ə neoklassiklər tərəfın- 
50 


dən müharibədən sonrakı iki onillikdə işlənmişdi. Bu nəzəriyyə ilk 
növbədə  təkrar  istehsalın  genişləndirilməsi  probleminin  həllində 
dövlətin  roluna  böyük  əhəmiyyət  verən  neokeynsçi  artım 
nəzəri)^əsinin  əksinə  yönəlmişdi.  İqtisadi  artım  nəzəriyyəsinin 
işlənməsi neoklassik konsepsiyada bütövlükdə əsaslı dəyişiklik etdi. 
Yeni  mərhələdə  bu  təlim  bir  çox  makroiqtisadi  problemlərin 
təhlilinə, hər şeydən əvvəl, ictimai kapitalın təkrar istehsalına, 
cümlədən  balanslaşdırılmış  iqtisadi  artımın  şərtlərinin 
işlənməsinə və s. xüsusi fikir verirdi. Bütün bunlar əvvəllər yalnız 
mikroiqtisadi  təhlil  ilə  məhdudlaşdırılırdı.  İqtisadi  artım 
nəzəriyyəsinin  nəzəri-metodoloji  əsasını  neoklassiklorin  əsas 
postulatlan təşkil edirdi. Hər şeydən əvvəl bunlar ictimai məhsulun 
yaranmasının  sərbəst  faktorları  olan  torpaq,  kapital  və  əmək  kimi 
istehsal resurslan nəzəriyyəsilə bağlı idi. Bu zaman kapital dedikdə 
yalnız  əsas  kapital,  daha  dəqiq  desək  istehsalın  əsas  vasitələri 
nəzərdə tutulurdu. Bu nəzəriyyənin metodoloji əsaslannda son hədd 
məhsuldarlığı  nəzəriyyəsi  xüsusi  yer  tutur.  Bu  nəzəriyyəyə  görə 
istehsal  faktorlarının  sahibkarları  tərəfindən  əldə  edilən  gəlirlər 
(istehsal  faktorlarının  qiymətləri)  uyğun  faktorlar  tərəfindən 
yaradılan  son  hədd  məhsulla  müəyyən  olunur.  Bu,  faktiki  olaraq 
paylanmanın  neoklassik  nəzəriyyəsi  rolunda  çıxış  edir.  Məlum 
olduğu  kimi,  neoklassik  nəzəriyyə  istehsal  faktorları  sahiblərinin 
onların son hədd məhsullar üzrə gəlirlərinin bərabərliyini təmin edən 
əsas  şərt  kimi  dövlətin  iqtisadiyyata  müdaxiləsini  rədd  edir, 
həmçinin  təkmil  rəqabətə  əsaslanırdı.  Bu  zaman  istehsal 
faktorlarının dəyişməzliyi və onların qarşılıqlı əvəz olunması da fərz 
edilirdi. 
İqtisadi  artımın  ilk  neoklassik  modeli  keçən  əsrin  50-60-cı 
illərində, o cümlədən Robert Solounun 1956-cı ildə və 1957-ci üdə, 
1960-cı  ildə  isə  Ceyms  Midin  modelləri  işlənmişdi.  Solou  öz 
fikirlərini 1957-ci ildə yazdığı “Texniki tərəqqi və aqreqativ 
51 


istehsal  funksiyası”  məqaləsində  əks  etdirmişdir.  Neoklassik 
məktəbin  nəzəriyyəçiləri  özlərinin  iqtisadi  artım  modellərini 
amerika riyaziyyatçı alimi Ç.Kobb və iqtisadçı P.Duqlasın birlikdə 
işlədiyi istehsal funksiyasının əsasında işləmişdilər. 
Kobb-Duqlas  istehsal  funksiyasının  köməyilə  ABŞ-ın 
1899-1922-ci  illər  ərzində  emal  sənayesində  istehsalm  həcminin 
artım hesabat indeksləri hesablanmışdır. Bu indekslər kifayət qədər 
məhsulun faktiki artım indekslərinə yaxın idi. Bu təhlildə ən başlıca 
anı əmək və kapitalın istifadəsinin intensivliyinin və səmərəliliyinin 
dəyişilməzliyi  haqqında  fikir  təşkil  edirdi.  Belə  məhsuliyyət 
iqtisadiyyatın  ekstensiv  inkişafına  uyğun  idi.  Bununla  belə,  o 
dövrlərdə  faktlar  göstərirdi  ki,  XX  əsrdə  inkişaf  etmiş  ölkələrdə 
istehsal  faktorlanmn  xərclərinə  nisbətən  ictimai  məhsulun  artımı 
daha  yüksək  idi.  Bu  o  demək  idi  ki,  kapitalın  və  işlək  əhalinin 
sayının artımı iqtisadi artımın əsası olmaq kimi fikir öz əhəmiyyətini 
itirirdi. Bu halda əsas rol texniki tərəqqiyə məxsusdur. 
Solounun hesablamalanna görə, XX əsrin ortalarında texniki 
tərəqqinin iqtisadi artımda rolu 85%-i ötürdü, yerdə qalanı məşğul 
olanların  sayının  və  investisiyaların  həcminin  artımının  payına 
düşürdü.  İqtisadi  artımda  nisbətən  sərbəst  faktor  kimi  te.xniki 
tərəqqi  göstəricisi  Solou  tərəfindən  ilk  dəfə  onun  yuxanda  qeyd 
edilən  işində  öz  əksini  tapmışdır.  İstehsalda  təsir  edən  bütün 
keyfiyyət  dəyişiklikləri  kimi  texniki  tərəqqi  göstəricisi  zamanın 
funksiyası kimi təqdim olunurdu. 
Solounun  tədqiqatından  sonra  neoklassik  nəzəriyyə  fikrini 
əsasən əsas artım faktorlarına yönəltdi. Bu problemin həllində vacib 
yerlərdən  biri  də  amerika  iqtisadçısı  E.Denisona  məxsus  idi.  O 
özünün  “İqtisadi  artımın  mənbələri  və  onun  qarşısında  duran 
alternativlər” (1962) işində istehsal olunan məhsulun həcminin həm 
əmək tərəfdən və həm də istehsal vasitələri 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə