L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə17/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

tərəflndon  keyfiyyət  dəyişikliklərindən  asılılığını  göstərdi.  Bu 
zaman o, texniki tərəqqini: 
-
 
istehsalın konsentrasiya səviyyəsinin artımı; 
-
 
işçilərin  ümumi  keyfiyyətinin  və  peşə  hazırlığı 
səviyyəsinin yüksəlməsi; 
-
 
istehsalın təşkilinin və idarəedilməsinin yaxşılaşdırılması 
və s. kimi qəbul edirdi. 
İqtisadi artımın neoklassik modeli iqtisadi proqnozlaşdırma 
və  həmçinin  istehsalın  iqtisadi  səmərəliliyinin  təhlilində  əsas  alət 
kimi istifadə olunurdu. Bu istiqamətdə dayanıqlı tarazlığın imkanlan 
və ingilis  iqtisadçısı C.Midin  “İqtisadi  artımın neoklassik  modeli” 
(1961)  işində  ətraflı  təhlil  olunmuşdur.  C.Mid  Kobb-Duqlasın 
funksiyasının modernləşdirilmiş variantından istifadə etmişdi: 
Y = ^ a K   +   p L + r  
- milli gəlirin orta illik artım tempi; 
 - kapitalın orta illik artım tempi; 
 - əməyin orta illik artım tempi; 
a  və  P  -  milli  məhsulda  -  gəlirdə  uyğun  olaraq  kapital  və 
əməyin payıdır; 
r - texniki tərəqqinin artım tempidir. 
Bu düstura əsasən milli gəlirin (ÜDM) artım tempi əmək və 
kapitalın  artım  templəri  (onlann  milli  məhsulda  paylarına  uyğun 
olaraq)  ilə  texniki  tərəqqinin  (TT)  artım  tempinin  cəmindən 
ibarətdir. Bu düstura istinad edərək fərz edilir ki, əməyin və TT-in 
artım  tempi  sabitdir.  C.Mid  buradan  belə  nəticə  çıxarırdı  ki,  sabit 
gəlir və inkişaf o zaman mümkün olur ki, kapitalın artım tempi də 
milli  gəlirin  artım  tempinə  bərabər  olmaqla  dayanıqlı  olsun.  Əgər 
kapitalın  artım  tempi  milli  gəlirin  artım  tempini  üstələyirsə,  onda 
yığım  tempinin  avtomatik  aşağı  düşməsi  mexanizmi  fəaliyj'ətə 
başlayır. Bu modelə görə gəlirdə 
53 


yığım  nonrıası  sabitdir,  daha  yüksək  yığım  tempinin 
maliyyələşdirilməsi üçün lazım olan qənaətin artımı yığımın artım 
tem.pindən geri qalır. 
Əgər  əməyin  artım  tempi  kapitalın  yığım  tempim 
üstələyərsə,  onda  nə  baş  verər?  Bu  halda  əməyin  son  hədd 
məhsuldarlığının  aşağı  düşməsi  səbəbindən  əməyin  kapitalla  əvəz 
olunması  mexanizmi  isə  düşür  və  istehsal  faktorlannın  (onlar 
arasmda  gəlirin  sabit  bölünməsini  saxlamaq  şərtilə)  yeni  nisbəti 
onların  tam  məşğulluğunu  təmin  edir.  Bu  artım  modeli,  C.Midin 
qeyd etdiyinə görə, dayanıqlı artım modeli abstrakt iqtisadi şərtlərlə 
qəbul ediləndir, bu zaman son hədd məhsuldarlığı qanunauyğunluğu 
fəaliyyət göstərir və ən başlıcası istehsal faktorları istənilən paylarda 
bir-birilə  uyğunlaşa  bilər.  Amma  real  həyatda  qeyd  edilən  şərtlər 
həmişə  yerinə  yetirilmir.  Belə  ki,  əgər  texniki  proporsiyalar  qeyd 
olunubsa  (məsələn  kapital  tulumu  və  ya  kapitalla  silahlanma  qəti 
müəyyənləşdirilib),  onda  əmək  qabiliyyətli  əhalinin  artım  tempi 
(əgər  o,  yığımın  uyğun  artımına  uyğun  olmayacaqsa)  istehsalın 
artımına gətirib çıxarmayacaq. Əhalinin artımı artıqlıq təşkil edəcək 
və  işsizlik  yaranacaq.  Əks  halda,  əgər  kapital  əhalinin  artım 
tempindən  daha  yüksək  artarsa,  onda  istehsal  güclərinin  artıqlığı 
yaranacaq.  Ancaq  bu  halda  da,  C.Midin  təsdiqinə  görə  dinamik 
tarazlığı təmin edən üsullar mövcuddur. 
Deyək  ki,  əgər  işsizlik  meydana  gəlibsə,  onda  onun 
azaldılması istiqamətində iki vasitə fəaliyyətə başlayacaq. Birincisi - 
bu  əmək  haqqını  azaldan,  kapitalın  mənfəətliyini  yüksəldən  iş 
yerləri  uğrunda  rəqabətdir.  Gəlirin  yenidən  bölüşdürülməsi 
mənfəətdən qənaətin artım tempinin yüksəlməsinə səbəb olur. 
Bununla  da  əhalinin  artım  tempilə  uyğun  tempi  arasında 
tarazlıq yaranır. 
54 


ikinci  -  bu  həqiqətdə  mütləq  qəti  olmayan  əmək  və  kapital 
arasındakı  proporsiyalann  (nisbətlərin)  bir  qədər  dəyişməsidir. 
Baxmayaraq  ki,  bu  eyni  zamanda  resurslann  qarşılıqlı  əvəz 
olumnasmın mütləq üslubuna malik deyil. Nəticədə bu dəyişikliklər 
öz növbəsində istehsal faktorlarının qiymətlərinin dəyişməsi nəticəsi 
olacaqdır. 
Yeni  təlim  formasında  işsizliyin  aradan  götürülməsinin 
Keynsə qədərki qaydası  - əmək haqqının sərbəst  dəyişməsi  -  yeni 
formada  təkrar  olunur.  C.Mid  bu  nisbi  qaydanı  qiymətlərin  nisbi 
dayanıqlığım təmin edən kredit - pul siyasətinin tələblərinə bağlayır. 
Çünki bu halda rəqabət tarazlığın təmin olunması üçün lazım olan 
gəlirin real olaraq yenidən bölüşdürülməsini təmin edə bilər. 
Neoklassik artım modelində C.Mid dövlətə yalnız dolayı yol 
aid  edir.  Neoklassiklərin  fikrinə  görə  dövlət,  büdcə  xərclərinin 
artması ilə qeyri - stabil faktora çevrilir. Neoklas- siklər öz nəzəri 
konsepsiyalarına  əsaslanaraq  sübut  etməyə  çalışırlar  ki,  stabil  və 
dayanıqlı  iqtisadi  artıma  nail  olmaq  üçün  dövlətin  inflyasiya 
xərclərlə birlikdə kompensasiyaedici fəaliyyəti lazım deyil. Bunun 
üçün  mərkəzi  bankın  kredit  -  pul  siyasəti  vasitəsilə  dayanıqlı  pul 
siyasəti həyata keçirmək lazımdır. 
Bu  halda,  resursların  lazımi  məşğulluğunu  və  dayamqhqh 
iqtisadi  artımı  təmin  edən  yığım  və  gəlirlərin  yenidən  bölgüsü 
mexanizmi  işə  düşə  bilər.  Belə  nöqteyi-nəzər,  sonralar  neoklassik 
nəzəriyyəyə böyük təsir etdi. 
55 


V
 
FƏSIL
,
 NEOLIBERALIZM TƏLIMLƏRI
 
5.1.Neoliberalizmin yaranması, mahiyyəti, metodoloji əsaslan 
və əsas xüsusiyyətləri. 
5.2.L.Mizesin ilkin neoliberalizm ideyalan (Amerika 
neoliberlaizmi). 
5.3.Alman neoliberalizm!.V.Oykenin “Təsərrüfatın tipləri” və 
“Sosial bazar təsərrüfatı” nəzəriyyələri. 
5.4.F.Hayekin iqtisadi neoliberalizm baxışlan. “Geniş qayda” 
nəzəriyyəsi. (Avstriya məktəbi) 
5.5.
 
Fransada neoliberalizm ideyalan. 
5.1.
 
Neoliberalizmin yaranması, mahiyyəti, metodoloji 
əsasları və əsas xüsusiyyətləri 
XX  əsrin  iqtisadi  baxışlan  arasında  neoliberalizmin  xüsusi 
rolu  vardır.  Onu  yeni  tarixi  məktəbin,  neoklassiklərin  və  ənənəvi 
liberalizm ideyalarının sintezi əsasında xalq təsərrüfatı haqqında öz 
xüsusi  təlimini  yaratmağa  çalışan  bir  istiqamət  kimi  dəyərlən- 
dinnək  olar.  Neoliberalizm  (neomarjinalizm)  müasir  neoklassik 
nəzəriyyələrin bir istiqaməti olmaqla, XX  əsrin  20-30-cu illərində 
meydana  gəlmişdir.  O,  demək  olar  ki,  keynsçiliklə  eyni  \'axtda 
meydana  gəlmiş  və  iqtisadiyyatın  dövlət  tənzimlənməsinə 
özünəməxsus tərzdə yanaşmışdır. 
Bu  dövrdə  iqtisadi  fikir  tarixində  neoliberalizmlə  yanaşı 
keynsçilik  və  marksizm  (xüsusən  keçmiş  SSRİ  ölkələrində)  də 
mövcud olmuş və sonrakı iqtisadi nəzəriyyələrin formalaşmasına öz 
təsirini  göstərmişdir.  Yaranan  bu  yeni  nəzəriyyə  və  konsepsiyalar 
iqtisadi  hadisə  və  proseslərə,  iqtisadiyyata  dövlətin  təsirinin 
müdaxiləsinin  məqsədi,  hüdudu,  foıma  və  metodlanna  görə  fərqli 
baxışları ilə səciyyələnmişdir. 
5f' 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə