L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə22/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

Liberalizmin  başlıca  ideyasını  təşkil  edən  iqtisadi  azadlıq, 
insan  azadlığı  F.IIayekin  iqtisadi  fəlsəfi  baxışlannm  əsas 
prinsiplərini təşkil edir. “Quldarlığa gedən yol” kitabında insanlann 
iqtisadi azadlığına böyük əhəmiyyət verir və göstərir ki, yalnız bu 
halda insanlar öz biliklərini səmərəli tətbiq edə bilərlər. Azadlıq isə 
dövlət  tərəfindən  məhdudiy^'ətlərin  və  məcburiyyətlərin  ləğvi 
deməkdir.  Bu  azadlıqdan  imtina  edilməsini  geriyə  -  diktaturaya 
doğru, quldarlığa doğru qaytarmaq kimi qiyrnət- ləndinnişdir. 
İqtisadi  azadlığın  yeganə əsasını xüsusi mülkiyyətdə görən 
.F.Hayck dövlətin iqtisadiyyata hədsiz müdaxiləsini bu azadlıqlann 
pozulması  kimi  qəbul  edir.  Buna  görə  də  dövlət  müdaxiləsinin 
genişlənməsinə  qarşı  çıxır,  bütün  sahələrdə  onun  fəaliy>'ətinin 
məhdudlaşdınimasını  təklif  edir.  Dövlətin  rolunu  yalnız  sosial 
sahədə,  təqaüd  və  yardımlann  verilməsində  görürdü.  Onun  təhsil, 
mənzil, sosial sistemdə fəaliyyətini inzibati idarəçilik hesab edir. 
F.Hayekin metodologiyasının ümumi xarakteri ondan ibarət 
olmuşdur ki, iqtisadi və sosial hadisələrin öyrənilməsində ayrı-ayrı 
təsərrüfatların,  fərdlərin  fəaliyyətlərinin  təhlil  edilməsinə  üstünlük 
verilmişdir.  O,  makroiqtisadi  təhlili  qəbul  etməmiş,  ona  mənfi 
yanaşmışdır.  Göstərmişdir  ki,  mikroiqtisadi  proseslərin  təhlil 
olunması və başa düşülməsi bütövlükdə iqtisadiyyatın funksiyasını 
başa düşmək üçün kifayətdir. Xırda islahatlar başlıca dəyişiklilərin 
əsasıdır.  F.Hayek  fərdiçiliyə  üstün  yer  verməsinə  baxmayaraq, 
insanlann  davranışlarının  müəyyən  qaydalara  uyğunlaşdırılmasını 
lazım  bilmişdir.  Onun  fikrincə,  bu  qaydalann  fonnalaşması  heç 
kimin nəzarət edə bilmədiyi təkamül prosesidir. 
F.FIayekin təhlil etdiyi sahələrdən bir də bazar qaydalarının 
iqtisadi, fəlsəfi, hüquqi və siyasi əsaslarının işlənməsidir. 
69 


Beləliklə,  F.Hayek  ancaq  bazar  iqtisadiyyatı  şəraitində 
ehtiyatlann  səmərəli  bölgüsünün  mümkün  olduğunu  irəli  sürür. 
Daxil  olan  məlumatları  kifayət  qədər  və  tam  mənimsəməyən 
mərkəzi  planlaşdırma  qiymətin,  tələbin  elastikliyindən  asılılığını 
həyata keçirə bilmir, bazarın tələbinə, bazardakı dəyişikliyə daha tez 
və  məhsuldar  reaksiya  verə  bilmir.  Buna  görə  də,  sosializmin 
məqsədinin faktiki olaraq həyata keçmədiyini qeyd edir. 
F.Hayek  bazar  qaydalarında  sosial  bərabərsizliklərin 
mövcudluğunu  qəbul  edir  və  bunu  belə  əsaslandınr  ki,  rəqabət 
mübarizəsində insanların fəaliyyəti üzə çıxır, müəyyən olur. Belə ki, 
rəqabət  mübarizəsinin  nəticəsində  insanlann  fəaliyyətinin 
müxtəlifliyi  onların  gəlirlərində  qeyri-bərabərlik  yaradır  ki,  bu  da 
qanunauyğun bir prosesdir. 
Qeyd etmək lazımdır ki, F.Hayekin tarazlıq konsepsiyası da 
fərdlərin  iqtisadi  azadlığmın  təmin  olunmasına  yönəldilmişdir. 
Burada  o,  dövlətin  rolunun  genişləndirilməsinin  əleyhinə  çıxır. 
Bazar  qaydalarının  öz-özünə  tənzimlənməsini  ən  səmərəli  sosial 
sistem  hesab  edir.  Cəmiyyət  üzvləri  arasında  sosial  ədalət 
axtarılması  fikrini  qəbul  etmir  və  buna  cəhdi  inkişafın  ilkin 
mərhələsinə qayıtmaq kimi qələmə verir. 
5.5.
 
Fransada neoliberalizm ideyaları 
Fransada neoliberalizm ideyaları dirijizm cərəyanın ifadəçisi 
kimi  çıxış  etmişdir.  Fransa  neoliberalistlərinin  fərqli  xüsusiyyəti 
ondan  ibarət  olmuşdur  ki,  onlar  iqtisadiyyatm  dövlət 
tənzimlənməsini  qəbul  edən  Keyns  və  onun  tərəfdarlarının 
fikirlərini  qəbul  etməmişlər.  Lakin  özləri  də  idarəetmədə  inzibati 
prinsipləri  əsas  götüımüşlər  və  beləliklə  onun  forma  və  üsullannı 
fərqləndirmişlər. 
70 


Fransa  neoliberalizminin  əsas  nümayəndəsi  J.M.Ryuef  XX 
əsrin 20-30-cu illəri ərzində klassik ortodoksal liberalizmi müdafiə 
etmişdir. O, tələb və təklif əsasında yaranan azad bazar qiymətlərini 
iqtisadi  tarazlığın  əsası  hesab  etmiş,  azad  rəqabəti  iqtisadiyyatın 
tənzimləyici  mexanizJTii  adlandırmış,  bazar  sivilizasiyasına 
əsaslanan sosial qaydalara üstünlük vermişdir. 
J.M.Ryuef  iqtisadi  hadisələrin  kəmiyyət  əlaqələrini  və 
keyfiyyət dəyişikliklərinin təhlilini verməyə çalışmışdır. Cəmiyyətin 
sosial  fərdlərdən  təşkil  olunduğunu  qeyd  edərək,  iqtisadiyyatın 
öyrənilməsində sosial fərdlərin müqayisəli təhlilində mühüm metod 
kimi riyazi modelləşdirmədən istifadə etmişdir. 
J.M.Ryuef cəmiyyətdə mövcud olan işsizliyin səbəbini - real 
əmək haqqının miqdanndan asılılığını - qanunauyğun şəklində ifadə 
etmişdir.  Bununla  əlaqədar  olaraq  işsizliyi  aradan  qaldırmaq  üçün 
əmək  bazarının  fəaliyyətini  tənzimləməyi,  xüsusilə  də  həmkarlar 
ittifaqlarının fəaliyyətini məhdudlaşdırmağı təklif edirdi. M.Ryuefə 
görə,  əmək  haqqının  aşağı  düşməsi  onlann  istehlak  bazarını 
məhdudlaşdınr, reallaşma problemini kəskinləşdirir, təkrar istehsalı 
pozur, nəticədə nəinki işsizlik azalır, əksinə artır. Ona görə də uzun 
müddətə insanların real gəlirlərinin aşağı düşməsini qəbul etmir. 
Ryuefin əmək bazannda sərbəst qiymətlərin yaranması fiki'i 
sonralar neoklassik artım nəzəri>'yəsinin ideyasına çevrilmişdir. O, 
cəmiyyətdə iqtisadi tarazlığın  yaradılmasında azad bazann rolu ilə 
yanaşı  indikativ  planları  əlavə  vasitə  kimi  hesab  etmişdir.  Fransa 
neoliberalistlərinin fərqli xüsusiyyətlərindən biri də bu olmuşdur. 
71 


VI
 
FƏSİL. MÜASİR İQTİSADI TƏLİMLƏRDƏ 
İNSTİTUSİONAL - SOSİOLOJİ İSTİQAMƏT 
6.1.
 
Sosial institusionalizmin meydana gəlməsi və onun əsas 
xüsusiyyətləri. 
6.2.
 
İnstitusionalizmin amerika məktəbi. 
6.3.
 
İnstitusiorıal 
baxışlarda 
qeyri-müvazinətli 
bazar 
problemi və dövlətin iqtisadi rolunun qiymətləndirilməsi. 
6.4.
 
İnstitusionalizmdə ictimai inkişaf nəzəriyyəsi. 
6..5. İnstitusionalizmdə inhisarçı rəqabət nəzəriy>'əsi. 
6.6.
 
İnstitusional-sosioloji  baxışlarda  C.Robinsonun  və 
U.Rostounun yeri. 
6.7.
 
İnstitusionalizmdə  “Müvazinətli  qüvvələr”  və  “Sənaye 
cəmiy>'əti” nəzəriyyələri, plan və bazar problemləri. 
6.1.
 
Sosial institusionalizmin meydana gəlməsi və onun əsas 
xüsusiyyətləri 
İnstitusionalizm iqtisadi fikirlər tarixində xüsusi mövqeyi və 
yeri  olan,  XIX  əsrin  birinci  yarısı  və  XX  əsrdə  təşəkkül  tapan 
iqtisadi bir məktəbdir. İnstitusionalizmin əsasını iqtisadi prosesləri 
və  onların  mahiyyətini  qeyri-iqtisadi  baxımdan  şərh  etmək  təşkil 
edir. 
İnstitusionalizm 
ən 
çox 
ABŞ-da 
yayılmışdır. 
İnstitusionalizmin əsasını amerika iqtisadçısı T.Veblen qoymuşdur. 
Lakin bu məktəbin ən görkəmli nümayəndələri amerika iqtisadçılan 
U.  Hamilton  (o  institusionalizm  termininin  müəllifidir), 
C.Kommons,  U.  Mitçell,  C.Helbrcyt  olmuşlar.  İnstitusionalizmin 
meydana gəlməsinin səbəbi ideoloji və praktiki tələbatın dəyişməsi 
ilə  əlaqədardır.  Çünki  bu  dövrdə  kapitalizm  azad  rəqabətin  hökm 
sürdüyü şəraitdən inhisarçıhğa keçirdi. 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə