L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   2   3   4   5   6   7   8   9   ...   48

1
 
FƏSİL. İNKİŞAF ETMİŞ QƏRB ÖLKƏLƏRİNİN 
MÜASİR İQTİSADİ NƏZƏRİYYƏLƏRİNİN ƏSAS 
İSTİQAMƏTLƏRİNİN İNKİŞAFI VƏ C.M.KEYNSİN 
İQTİSADİ KONSEPSİYALARI 
1.8.
 
İqtisadi təlimlər tarixi, onun qısa ümumi inkişaf 
mərhələləri və “Müasir iqtisadi təlimlər” fənninin vəzifəsi. 
1.9.
 
Müasir qərb iqtisadi nəzəriyyələrinin əsas 
istiqamətlərinin inkişafı və xüsusiyyətləri. 
1.10.
 
C.M.Keynsin iqtisadi təlimlərinin başlıca 
istiqamətlərinin ümumi aspektləri. 
1.11.
 
C.M.Keynsin səmərəli tələb və istehlak konsepsiyası, 
makroiqtisadi tarazlığın sadə Keynsçi modeli. 
1.12.
 
C.M.Keynsin investisiya, məşğulluq və işsizlik 
nəzəriyyəsi. 
1.13.
 
 Keyns 
nəzəriyyəsində
 
qiymət və 
inflyasiya 
problemləri. 
1.14.
 
 C.M.Keynsin 
iqtisadi
 
proqramının 
xarakterik 
xüsusiyyətləri. 
1.1.
 
iqtisadi təlimlər tarixi, onun ümumi inkişaf 
mərhələləri və “Müasir iqtisadi təlimlər” fənninin vəzifəsi 
“İqtisadi təlimlər tarixi” fənninin öyrənilməsinin ümumbəşəri 
dəyərlərin  mənimsənilməsi  və  iqtisadi  həyatda  baş  verən,  daim 
inkişaf  edən  davranış  mədəniyyətlərinin  dərk  edilməsində  və 
yüksəldilməsində böyük rolu vardır. İqtisadi inkişafın keçən əsrin II 
Dünya  müharibəsindən  sonra  başlayan  (bəzi  mənbələrdə 
müharibədən bir qədər əvvəl - C.M.Keynsin iqtisadi nəzəriyyəsinin 
meydana  gəldiyi  dövrdən)  və  müasir  dövrü  əhatə  edən  və  tarixin 
koordinatlarında bu inkişafı izah etməyə çalışan 



“Müasir  iqtisadi  təlimlər”  fənninin  öyrənilməsinə  zərurət  həm  də 
müasir  şəraitdə  mövcud  iqtisadi  sistemlərin  transformasiyaya 
uğraması  ilə  sıx  bağlıdır.  Çünki  ümumi  halda  götürsək,  “İqtisadi 
təlimlər tarixi”nin predmeti cəmiyyətin iqtisadi həyatında və sosial 
sferasında  baş  verən  dəyişikliklərlə  əlaqədar  sistemlərin  birinin 
digəri  ilə  əvəzolunmasının  qanunauyğunluqlarmı  və  bu  dövretmə 
proseslərilə 
bağlı 
insanlann 
davranış 
qaydalannın, 
qanunauyğunluqlannın məntiqini öyrənir. 
İqtisadi  inkişafı  öyrənən  “İqtisadi  nəzəriyyə”  elmilə  bağlı 
iqtisadi  təlimlərin  yaranması  tarixinə  qısaca  və  ümumi  şəkildə 
diqqət etsək, aşağıdakılan qeyd etmək olar. 
Məlum  olduğu  kimi,  “İqtisadi  nəzəriyyə”  250  il  bundan 
əvvəl kapitalizm sisteminin təşəkkül tapdığı dövrdə meydana gəlmiş 
və bu nəzəriyyə ilk dəfə 16i5-ci ildə fransız alimi A.de Monkretyen 
tərəfindən “Siyasi iqtisad” termini ilə adlandınl- mışdır. Daha sonra 
ingilis  alimi  U.Petti  öz  tədqiqatlarmda  bu  elmi  “siyasi  hesab” 
adlandırmışdır.  Bu  elmə  sadəcə  “İqtisadiyyat”  kimi  baxan 
fiziokratlar məktəbinin banisi F.Kene olmuşdur. 
İqtisadi nəzəriyyənin atası hesab olunan şotlandiyah A.Smit 
də  bu  elmi  “siyasi  iqtisad”  kimi  qəbul  etmiş  və  onu  xalqların 
sərvətinin  mənbəyi  hesab  etmişdir.  Klassik  iqtisadi  sistemin 
yaradıcılarından  olan  ingilis  iqtisadçısı  D.Rikardo  bu  elmi  siyasi 
iqtisadi sistemin başlanğıcı kimi qeyd etmişdir. 
İqtisadiyyat sahəsində yeni elmi istiqamətin yaradıcılarından 
olan ingilis A.Marşall ilk dəfə olaraq iqtisad elmini və siyasi iqtisadı 
“Ekonomiks”  fənni  kimi  öyrənilməsini  təklif  etmişdir.  Beləliklə, 
“İqtisadi  nəzəriyyə”  ilə  bağlı  irəli  sürülmüş  fikirlərin,  iqtisadi 
təlimlərin  ardıcıllığını  qeyd  edərək,  onların  nisbətən  son  inkişaf 
dövrlərini  əhatə  edən  “Müasir  iqtisadi  təlimlər”  fənninin  əsas 
vəzifələrini açıqlamaq olar. Belə ki, XX əsrin 
10 


təxminən yarısından başlayan və iqtisadi nəzəriyyənin və təlimlərin 
əvvəlki  inkişaf  tarixinə  nisbətən  müasir  tarixi  inkişafın  ayn-  ayrı 
dövrlərində irəli sürülən ümumbəşəri əhəmiyyətli iqtisadi dəyərlərin 
mənimsənilməsi, 
onların 
inkişaf 
qanunauyğunluqlarının 
öyrənilməsi,  eləcə  də  iqtisadi  sistemlərin  transformasiyası 
nəticəsində  təkamüllü  iqtisadi  inkişafa  təkan  verən,  onları  müasir 
dövrün  tələblərinə  uyğun  izah  etməyə  çalışan  cərəyanlann, 
məktəblərin,  konsepsiyaların  şərh  olunması,  “Müasir  iqtisadi 
təlimlər” fənninin əsas vəzifələrindəndir. Bu vəzifə birbaşa ümumi 
şəkildə  öyrənilən  “İqtisadi  təlimlər  tarixi”  fənninin  predmeti  ilə, 
yəni  müxtəlif  iqtisadi  sistemlərin  meydana  gəlməsi  və  onların 
transformasiyası  qanunauyğunluqları,  iqtisadi  proseslərin  bütöv 
şəkildə öyrənilməsilə bağlıdır. 
Qeyd  etmək  lazımdır  ki,  iqtisadi  konsepsiyalar,  baxışlar, 
nəzəriyyələr  öz  inkişaf  proseslərində,  uyğun  dövrlərdəki 
üstünlükləri  əks  etdirməklə  yanaşı,  müəj^ən  çatışmamazlıqlar 
istiqamətində  də  öz-özünü  əks  etdirir.  Buna  görə  də  bu  cür 
çatışmazlıqları aradan qaldmnaq, müasir dövrün tələblərini düzgün 
izah etmək üçün yeni iqtisadi ideyalann, fikirlərin, nəzəri baxışların 
meydana  gəlməsinə  səbəb  olur.  Onlann  izahı  yuxanda  qeyd 
etdiyimiz  kimi  “Müasir  iqtisadi  təlimlər”  fənninin  əsas 
vəzifələrindəndir. 
Məlumdur  ki,  iqtisadi  təlimlər  tarixinin  əsas  funksiyası 
iqtisadi nəzəriyyənin əsas prinsiplərinin tarixi inkişafın mərhələləri 
üzrə öyrənilməsindən ibarətdir. Bu baxımdan ümumi halda iqtisadi 
təlimlər tarixi başlıca olaraq aşağıdakı mərhələlər üzrə öyrənilir
1.
 
Qədim dövrün iqtisadi təlimi. 
2.
 
Orta dövrdə Şərqdə və Avropada iqtisadi təlimlər. 
3.
 
Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim. 
4.
 
Müxtəlif iqtisadi inkişaf modelləri əsasında iqtisadi 
I i 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə