L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   2   3   4   5   6   7   8   9   ...   48

təlim. 
5.
 
Müasir və yüksək sənayeləşmiş dövrün iqtisadi təlimi. 
Bu  mərhələlərdən  göründüyü  kimi,  müasir  iqtisadi  təlimlər 
son mərhələni əhatə edir. Beləliklə, “Müasir iqtisadi təlimlər” fənni 
vasitəsilə  C.M.Keynsin  iqtisadi  təlimi,  neokeynsçilər,  post- 
keynsçilər,  neoliberalizm  və  rnonetarizmin  mahiyyəti,  həmçinin 
digər  konsepsiyalar,  onların  metodoloji  və  nəzəri  əsasları  və 
sənayecə  inkişaf  etmiş  ölkələrdə  bu  nəzəriyyələrin  istiqamətləri, 
təzahürləri və mahiyyəti araşdırılır. 
1.2.
 
Müasir Qərb iqtisadi nəzəriyyələrinin əsas 
istiqamətlərinin inkişafı və xüsusiyyətləri 
II
 
Dünya  müharibəsindən  sonra  demək  olar  ki,  XX  əsrin 
80-ci illərinə qədər “Qərb iqtisadi nəzəriyyəsi” təkeə coğrafi deyil, 
xüsusən  sosial  məna  kəsb  edən  baxışlar  birliyi  olmaqla,  onların 
müəllifləri  bazar  və  xüsusi  mülkiyyətə  əsaslanan,  ancaq  dövlət 
tənzimlənməsini  əsas  tutan  qarışıq  iqtisadi  sistemin  tətbiqini 
əsaslandırmağa  çalışmışlar.  Bunu  demək  olar  ki,  bütün  Qərb 
iqtisadçılarını birləşdirən ümumi əsas kimi hesab etmək olar. Ancaq 
onlar  arasında  bir  çox  problemlər,  vacib  suallar,  dövlət  və  xüsusi 
sektorla və s. ilə bağlı müxtəlif dərin fərqlər, ziddiyyətli yanaşmalar 
mövcud olmuşdur və indi də davam etməkdədir. Ona görə də, tarixi 
iqtisadi  elm  kimi,  müasir  iqtisadi  təlimlər  müasir  qərb  iqtisadi 
nəzəriyyə  və  konsepsiyalarında  bir  neçə  əsas  istiqamətləri  ayınr. 
Onların hər biri xüsusi metodoloji xüsusiyyətləri, sosial baxışları və 
nəzəri aparatı və nəhayət praktiki təklifləri, nəticələri ilə xarakterizə 
olunurlar. 
Bütövlükdə,  neoklassiklər  (Neoklassiklər  XIX  əsrdə  mar- 
jinalizm  nəzəriyyəsinin,  daha  doğrusu,  L.Valras,  A.Marşall  və  s. 
ideyalarından meydana gəlmişdir), “azad sahibkarlıq” doktrina 


sının tərəfdaşları hesab olunurlar. Monetaristlər (M.Fridmen), təklif 
iqtisadi  nəzəriyyənin  nümayəndələri  (M.Feldstayn,  A.Laffer), 
səmərəli gözləmələr məktəbi (R.Lukas, C.Mut) və digər iqtisadçılar 
təklif  edirdilər  ki,  bazar  iqtisadiyyatı  daxili  dayanıqlı  dinamik 
tarazlıq mexanizminə malikdir və onun dövlət tərəfindən köməyə və 
tənzimlənməsinə ehtiyacı yoxdur. Belə ki, əgər hökumət kredit-pul 
və  büdcə  sektorlarında  və  yaxud  bu  istiqamətli  sferalarda  qəti 
antiinflyasiya  siyasəti  həyata  keçirərsə,  neoklassiklərə  görə,  yerdə 
qalan problemləri bazar özü avtomatik olaraq həll edir. 
Neoklassikiər kimi, neoliberallar (əsasən Qərbi Almaniyada 
geniş yayılmışdır) da azad bazann müasir iqtisadiyyatın əsası olduğu 
fikrini  irəli  sürürdülər.  Ancaq  neoliberal  nəzəriyyəçilər  (B.Oyken, 
A.Müller  -  Armak,  L.Erxard  və  başqaları)  bu  prinsiplərdən  əsaslı 
istisman da qeyd edirlər. Neoklassiklərdən fərqli olaraq, onlar bazar 
təsərrüfatının  spon-  tanhğına  (avtomatik  olaraq  öz-özünü 
tənzimlənməsinə) söykənməyi tam şəkildə qəbul etməyərək, bazar 
sisteminin  məqsədyönlü  formalaşmasım,  o  cümlədən  dövlətin 
köməyinə ehtiyac olduğu fikrini də irəli sürürdülər. Neoliberalların 
sonrakı əsas istisman antiinhisar və sosial siyasəti dəstəkləmələrilə 
bağlı  olmuşdur.  Kapitalizmin  inkişafında  yaranan  böyük  böhran 
(1929-1933-cü  illər)  keynsçilərin  baxışlarına  -  makroiqtisadi 
təlimlərə, dövlətin iqtisadiyyata müdaxiləsi baxışlarına böyük təkan 
verdi. 
Müharibədən sonra keynsçilər iki bərabər olmayan qruplara 
ayrılırlar.  Əsas  qrupu  C.Keynsin  makroiqtisadiyyatı  ilə 
neoklassiklərin  mikro  nəzəriyy'əsini  birləşdirməyə  çalışan 
ortodoksal keynsçilər (E.Hansen, C.Hiks, P.Samuelson və başqaları) 
təşkil  edirdilər.  Nəticədə  onların  “neoklassik  sintez”  konsepsiyası 
meydana gəldi ki, bu nəzəriyyə mikrosəviyyədə 
13 


xüsusi  təşəbbüsün  maksimum  inkişafını  makroproporsiyalarla 
tənzimlənməsi  üzrə  aktiv  dövlət  siyasətinin  uyğunlaşması  ilə 
əlaqələndirirdi.  Bu  da  nəticədə,  xüsusi  sektorun  dövlət  stimul- 
laşdınlmasi yolu ilə sürətli iqtisadi artımın əldə edilməsinə gətirirdi. 
Bu  istiqaməti  ABŞ  prezidentləri  C.Kemıedi  və  L.Conson  əsas 
tutaraq yüksək iqtisadi artıma nail olmuşlar. 
Ortodoksal keynsçilərin digər istiqamətini sağ keynsçilər və 
ya  postkeynsçibr  (C.Robinson,  P.Sraffa  və  s.)  təşkil  edirdi.  Onlar 
makro  nəzəriyyə  sferasmda  ilk  növbədə  istehlak  xərcləri  hesabına 
məcmu  səmərəli  təklifi  stimullaşdırmağı  vacib  sayırdılar. 
Postkeynsçilərin  iqtisadi  proqramı  bütövlükdə  “skandinaviya 
modelində” həyata keçirildi (C.K.Qelbreyt, V.Perru və başqalan). 
Qərb  iqtisadi  nəzəriyyəsinin  sağ  bayrağını  institusionai  ~ 
sosial  istiqamət  təşkil  edirdi.  Müasir  institusionalistlər  (T.Veblen, 
C.Kommons)  qismən  milliləşdirmə,  dövlət  tənzimlənməsinin 
maksimum  səvi^'yədə  həyata  keçirilməsi  lərəfdaşlan  kimi  çıxış 
edirdilər.  Onlar  eyni  zamanda  bu  ideyalarını  iqtisadiyyatın  əsası 
kimi  saxlanması  ilə  paralel  həyata  keçirilməsini  irəli  sürürdülər. 
Onların sonrakı həmfikirləri dövlətin aktiv sosial siyasət tərəfdarları 
kimi çıxış etmişlər. 
Qeyd  etmək  lazımdır  ki,  II  Dünya  müharibəsindən  sonra, 
iqtisadi  nəzəriyyə  təlimlərini  inkişaf  etdirən  iqtisadçılar  daha  çox 
ABŞ-da  meydana  gəlirdi.  Müharibədən  sonrakı  ilk  illərdə 
F.Ruzveltin  “Yeni  kurs”  ənənəsinin  əsasını  da  məhz  keynsçilərin 
irəli  sürdükləri  “tam  məşğulluq”  naminə  iqtisadiyyata  dövlət 
nəzarəti  təşkil  edirdi.  Bu  ideyaları  daha  sonra  Böyük  Britaniya, 
Kanada,  Avstraliya,  bir  sıra  Qərbi  Avropa  ölkələri  və  nəhayət 
Yaponiyanın  iqtisadiyyatı  əsas  kimi  qəbul  etməyə  başladı.  Bu 
mənada keçən əsrin 40-70-ci illərini “keynsçi əsri” və ya “erası” da 
adlandırırlar. 
14 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə