L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs


XI FƏSİL. POSTKEYNÇILIK VƏ SOSİAL-



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

XI FƏSİL. POSTKEYNÇILIK VƏ SOSİAL- 
DEMOKRATLARIN MÜASİR İQTİSADİ 
TƏLİMLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ 
n.l. Postkeynçiliyinyaranması və ümumi xarakteristikası. 
11.2.
 
“Ümumi 
nəzəriyyənin” 
Böyük 
Britaniya-Kembric 
istiqaməti. 
11.3.
 
ABŞ-ın monetar kcynsçilik istiqaməti. 
11.4.
 
Sosial  demokratlann  “demokratik  sosializm”,  “qarışıq 
iqtisadiyyat”  və  “həyatın  keyfiyyəti”  konsepsiyalannın  əsas 
xarakterik xüsusiyyətləri. 
11.1.
 
Postkeynçiliyin yaranması və ümumi xarakteristikası 
Müasir Qərb iqtisadi nəzəriyy'ələri içərisində nə neoklassik 
ordoksları, nə də onların dövlətin  iqtisadi həyata qarışmaması  ilə 
bağlı  nəticələrini  qəbul  etməyən  təlimlər  mövcuddur.  Məlum 
olduğu kimi,  belə nəzəriyyələrə müasir neokonservatizm,  iqtisadi 
liberalizm, o cümlədən postkeynçilik, öz başlanğıcmı T.Keblendən 
götürən  institusionalizm,  həmçinin  sağ  radikal  iqtisadi  nəzəriyyə 
daxildir.  Bütün  bu  müxtəlif  məktəb  və  təlimləri  ümumi  bir  fikir, 
yəni  böyük  biznesə  yol  açan,  ona  çox  böyük  üstünlüklər  verən 
“azad sahibkarlıq” doktrinasını qəbul etməməsi birləşdirir. 
Məlum  olduğu  kimi,  ötən  əsrin  70-ci  illərinin,  xüsusilə 
1974-1975-ci  illərin  struktur və tsiklik böhranlan, inflyasiya və s. 
proseslər  tədricən  xroniki  xarakterə  malik  olaraq  bütövlükdə 
iqtisadi  siyasətin,  o  cümlədən  iqtisadi  problemlərin  də  həllinin 
böhranına  gətirib  çıxartdı.  Bütün  bunlar  antitsiklik  siyasətin 
keynsçilik  sxemin,  onunla  yanaşı,  iqtisadiyyatın  dövlət 
tənzimlənməsinin rəsmi doktrinası kimi çıxış edən neoklassik 


sintezin  kəskin  tənqidinə  səbəb  oldu.  Beləliklə,  XX  əsrin  60-cı 
illərinin ortalarından 
başlayaraq, keynsçiliyin tənqidi 
istiqamətində keynsçi 
iqtisadi nəzəriyyənin ortodoksal 
versiyasmm  yenidən  işlənməsilə  bağlı  olaraq,  iqtisadi  təlimlər 
tarixində yeni konsepsiya - neokeynsçiHk güclənməyə başladı. 
Postkeynsçilik tarixi olaraq iki axının birləşməsindən yaranıb. Bu, bir 
tərəfdən C.Keynsin şagirdləri və həmfikirləri olan 
N.Kaldor,  P.Sraffa  bu  istiqamətin  ümumi  tanınmış  lideri  olan 
C.Robinsonun  yaşadığı  Böyük  Britaniyanın  Kembric  şəhərində 
meydana gələn sağ keynsçilikdir. Digər tərəfdən, keçən əsrin 60- cı 
illərində  keynsçiliyi  tənqidi  olaraq  yenidən  qiymətləndirən  ABŞ 
məktəbi  idi.  P.Klauer,  A.Leyonxuflud,  P.Davidson,  C.Vayntraub 
və başqalan ortodoksal keynsçiliyin (neoklassik sintezin əsas tərkib 
hissəsini  təşkil  edən)  “tam  məşğulluq  olmayan  şəraitdə  tarazlıq” 
nəzəriyyəsinin  əksinə  çıxdılar.  Onların  fikrinə  görə,  Keyns 
nəzəriyyəsi  və  neoklassik  yanaşma  bir-birilə  mütləq  şəkildə 
uyuşmurlar.  70-ci  illərdə  postkeynsçiliyin  bu  iki  istiqaməti  çox 
məşhur  idi  və  onlar  nəinki  keyns  nəzəriyyəsini  dəyişməyə,  hətta 
yeni  ortodoksal  “neoklassik  sintez”  kimi  alternativ  nəzəriyyənin 
yaranmasına  cəhd  edirdilər.  Onların  fikrinə  görə  postkeynsçilər 
“monetar keynsçilərdir”. Neoortodoksa! keynsçUiyin hər iki qrupu 
Keynsin  başladığı  makro-mikroiqtisadiyyatın  tam  yeni  sintezini 
yaratmaqla,  iqtisadi  nəzəriyyədə  inqilab  etmək  fikrində  idilər. 
Ancaq  postkeynsçiliyin  bir  çox  tanımmş  nümayəndələrinin 
həyatdan getməsilə əlaqədar bu nəzəriyyə nəzərdə tutulduğu kimi, 
ümumi  hamı  tərəfindən  tanınan  nəzəri  sistemə  çevrilmədi.  Digər 
tərəfdən, onların baxışlarında müxtəlif yanaşmalar mövcud idi. 
Keçən əsrin 80-90-cı illərində onun yenidən canlanması təzə “yeni 
keynsçilik” adı altında baş verdi. Postkeynsçilik 
131 


iqtisadiyyata  ümumi  neoklassiklərdən  fərqli  olaraq  dövlətin  aktiv 
müdaxiləsini vacib saymaqla, bunun iqtisadi sistemin inkişafında və 
meydana  çıxa  biləcək  problemlərin  həllində  böyük  rolunun 
olduğunu qeyd edirdilər. 
11.2.
 
“Ümumi nəzəriyyə”nin Böyük Britaniya-Kembric 
istiqaməti 
Postkeynsçiliyin  Kembric  məktəbinin  nümayəndələri 
C.Robinson,  N.Kaldor,  R.Şaffa,  R.Kan  C.Keynsin  ən  yaxın 
həmfikirləri və şagirdləri idilər. Onlann əsas lideri Coan Robinson 
idi.  İqtisadi  mənbələrdə  onlan  “sağ  keynsçilər”  adlandırırdılar. 
Onlar  səmərəli  təklifin  genişləndirilməsi  faktoru  kimi,  əmək 
haqqınm  artımına  xüsusi  əhəmiyyət  verirdilər.  İnhisarçıların 
məhdud hakimiyyətini irəli sürərək sosial islahatların keçirilməsinə 
tərəf  çıxış  edirdilər.  C.Robinson  və  onun  Kembric  mərkəzi  üzrə 
həmfikirləri  (N.Kaldor,  L.Pazinetli,  Y.Kreqel,  C.İtuell  və  b.). 
C.Keynsin  “Ümumi  nəzəriyyəsinin”  yeni  variantım  yaratmağa 
çalışaraq, onu texniki tərəqqi və məhsulun bölgüsü, uzun müddətli 
kapital  yığım  faktorlanmn  uzun  müddətli  təhlilə,  səmərəli  tələbin 
qısa  müddətli  təhlili  ilə  birləşdirmək  istəyirdilər.  C.Robinson 
özünün  “Kapitalın  yığımı”  kitabında  (C.Robinsonun  “Kapital 
yığımı” nəzəriyyəsi) iqtisadiy)'atın uzun müddətli artım faktorlarını 
(mənfəət  və  əmək  haqqı  arasında  paylanma,  kapitalın  həcmi  və 
texniki tərəqqi, inhisarçılıq dərəcəsi və iqtisadiyyatın rəqabətliliyi, 
əhali  artımı  və  s.),  həmçinin  iqtisadiyyatın  dayanıqlı  artımdan 
yayınması  səbəblərini  araşdırmışdır.  C.Robinson  bu  kitabmda 
iqtisadi inkişafın ideal şərtlərini - “qızıl əsr” şərtlərini formalaşdınr. 
Onlara aiddir: 
132 


1)
 
Neytral texniki tərəqqi. Bu şəraitdə bir nəfərə düşən əmək 
haqqı,  əmək  məhsuldarlığı  və  kapitalla  silahlanma  eyni  nisbətdə 
(paylarda) yüksəlir, mənfəət nomıası isə sabit qalır. 
2)
 
Adambaşına düşən istehsalın artımı ilə arlan işçilərin real 
əmək haqqının mütəhərrikliyi və hərəkətliliyi. 
3)
 
Əmək  haqqının  belə  artımının  mütləq  şərti  olan  azad 
rəqabət. 
4)
 
Qızıl  əsr  şəraitində  (şərtində)  kapitalın  yığılması  yalnız 
texniki-tərəqqidən və məşğul əhalinmin artımından asılıdır. 
Daha doğrusu, Robinson aşağıdakı sxemi təklif edir: Artımın 
potensial tempi = Məşğulluğun artım tempi + adambaşına 
düşən məhsulun artım tempi 
Əmək  məhsuldarlığının  artması  ilə  əmək  haqqının  artması 
texniki tərəqqi şərtində nəinki kapitalist artımını reallaşdınr, həm də 
onu  stimullaşdırır.  Beləliklə,  C.Robinsonun  kapitalın  yığılması 
nəzəriyyəsi  onun  postkeynsçi  baxışlarının  əsasını  təşkil  edir.  Bu 
nəzəriyyədə  o,  həmçinin  digər  problemləri  də:  tsiklik  investisiya 
aktivliyi  yaradan  gözləmələr  və  qeyri-müəyyənliklər,  maliyyə  və 
pul sisteminin əhəmiyyəti, beynəlxalq ticarət, mənfəətdən istehlak 
və s. araşdırmışdır. 
Postkeynsçi  Kembric  məktəbinin  digər  əsas  nümayəndəsi 
P.Şraffın  “Dəyər  və  qiymət  əmələ  gəlnıə”nəzəriyyəsidir.  O,  öz 
fikirlərini  “Əmtəə  vasitəsilə  əmtəələrin  istehsalı”  kitabında  şərh 
etmişdi və son hədd məhsuldarlığı ideyalarını inkişaf etdirmişdir. 
Robinson  kimi,  Şraffa  da,  əmək  haqqı,  onun  səviyyəsi  və 
məhsulda payı siyasi və tarixi faktorların təsiri altında formalaşdığı 
fikrindən çıxış  edirdi. Bu modeldən Şraffa son hədd məhsuldarlıq 
nəzəriyyəsinin  əsas  müddəalanmn  məntiqi  qeyri-  ardıcıllıqlarmı 
sübut etmək üçün istifadə edirdi: 
133 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə