L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

a)
 
birinci, istehsal faktorlannın gəlirləri və onlann bölgüsünü 
onlann təklifi, onların “məhsuldarlığı” şərtlərindən çıxarmaq olar. 
b)
 
ikincisi,  istehsal  faktorlan  ilə  gəlirlər  münasibətləri 
arasında  birqiymətli  asılılıq  mövcuddur,  belə  ki,  fondla 
silahlanmanın  (K/Y)  artırılması  mütləq  şəkildə  mənfəətin  əmək 
haqqına nisbətinin (P/W) azalmasına uyğundur və əksinə. 
P.Şraffa  özünün  kapital  haqqındakı  nəzəriyyəsindən  çıxış 
edərək  onun  “homogen”  -  bircinsli  olmasını  inkar  edir  və  onun 
mütəhərrikliyini  qəbul  edərək  “səmərəli  yenidən  qoşulma” 
konsepsiyasını irəli sürür. 
Beləliklə,  P.Şraffa  və  C.Robinsonun  işləri,  komsepsiyalan 
müasir  iqtisadi  fikirlərin,  təlimlərin  formalaşmasında  (xüsusilə, 
“antimarjinal  inqilabı”  fikirləri)  böyük  rol  oynamışdır.  Ancaq, 
1983-cü ildə hər iki iqtisadçının bir ay fərqilə vəfat etməsi Kembric 
nəzəriyyəsi konsepsiyasına son qoydu. 
11.3.
 
ABŞ-ın monetar keynsçilik istiqaməti 
İqtisadiyyatın qeyri-müəyyənliyi və qeyri-bərabərliyi keynsçi 
nəzəriyyənin  “həqiqi”  əsası  hesab  olunur.  Postkeyns-  çiliyin  ABŞ 
məktəbinin 
nümayəndələrindən 
R.Klauer, 
P.Davidson, 
C.Vayntraub,  X.Minskini  və  başqalannı  göstərmək  olar.  Amerika 
iqtisadçısı  R.Klauer  özünün  “Keynsçi  əks  inqilab;  nəzəri 
qiymətləndirmə” məqaləsində Keynsin nəzəriyyəsini tamamilə yeni 
aspektdə  izah  etməyə  çalışmışdır.  O,  sübut  etməyə  çalışır  ki, 
Keynsin  nəzəriyyəsi  hər  şeydən  əvvəl  qeyri-  müəyyənlik 
nəzəriyyəsidir. Bu nəzəriyyə tarazlığa gəlməyən, onu bərpa etməyən 
iqtisadiyyatı  təsvir  edir.  O,  iqtisadiyyatın  bu  xüsusiyyətinin  o, 
iqtisadij'yatda  zəncirvari  reaksiya  yarada  bilən,  onu  dayanıqlı 
vəziyyətdən çıxaran müxtəlif gözlənilən və faktiki 
134 


kəmiyyətlərdən,  qcyri-təkmil  olan  infomıasiyalardan  yarandığını 
göstərir.  Klaner  öz  nəzəri  konsepsiyasını  tələbin  artımının  fərz 
edilən  və  ya  nəzəri  hesab  edilən  səviyyəsilə,  onun  real,  mövcud 
artımını  fərqləndirilməyə  imkan  verən  “ikiqat  qərar  hipotezh’nə 
əsaslanması  ilə  izah  etməyə  çalışmışdır.  “Qeyri-düzgün 
qiymətlərlə” qeyri-tarazlıq şərtində tarazlığın bərpası Keynsin qeyd 
etdiyi  kimi,  nisbi  qiymətlərdən  deyil,  gəlirlərin  dinamikasmdan 
asılıdır. Beləliklə, Keynsin “əsas psixoloji qanunla” əlaqələndirdiyi 
istehlak funksiyasını Klaucr bazarın etibarlı olmayan informasiyası 
ilə bağlı olduğu fikrini söyləyirdi (ona yeni interpritasiya - “gəlirlə 
məhdudlaşan proses” adı vermişdir). 
Klauerin  ideyaları  amerika  iqtisadçısı  U.Leyonxufvud 
tərəfindən  “Keyns  iqtisadi  nəzəriyyəsi  və  Keyns  nəzəriyyəsi 
haqqında” məqaləsində daha da inkişaf etdirilmişdir. O, göstərir ki, 
Keyns  nəzəriyyəsinin  əsas  çatışmazlığı  Keyns  tərəfindən  pulun 
rolunun dəyərləndirilməməsindədir. U.Leyonxufvud öz fikirlərində 
xüsusilə faiz dərəcəsi və onun investisiya təsviri məsələlərinə diqqət 
vermişdir. O, belə nəticəyə  gəlir ki,  pul  mübadiləsini tənzimləyən 
orqanlar  öz  alətlərindən  istifadə  edərək  iqtisadi  şəraitin  və 
məşğulluğun  istənilən  müvəqqəti  dəyişikliyinə  əks  getməməlidir. 
Əksinə,  faiz  dərəcəsini  təbii  normada  saxlayaraq,  nəticədə  uzun 
müddətli  perspektivdə  iqtisadiyyatın  stabilliyi  üçün  bununla  əsas 
yaranır.  U.Leyonxufvuda  görə,  Keyns  təlimində  investisiyaların 
kifayət  olmaması  onların  faiz  dərəcələrinə  zəif  reaksiya 
verilməməsilə deyil, faizlərin özünün qeyri-elastikliyiiə bağlıdır. Elə 
bu  səbəbdən  də,  xüsusilə,  uzun  müddətli  perspektivdə  faiz 
dərəcəsinin aşağı salınması problemi böyük əhəmiyyət kəsb edirdi. 
Beləliklə,  U.Leyonxufvud  belə  bir  nəticəyə  gəlmişdi:  pul 
mübadiləsini tənzimləyən orqanlar öz alətlərini məşğulluq və 
135 


iqtisadi  şərtlərin  istənilən  müvəqqəti  dəyişikliklərinə  qarşı  deyil, 
faiz dərəcələrinin “təbii norma” səviyyəsində qalması üçün istifadə 
etməlidirlər  ki,  bu  da  iqtisadiyyatın  uzunmüddətli  dövrdə 
stabilliyinin əsasıdır. Klauerin və Leyonxufvudun ideyalan sonralar 
postkeynçiliyi  xüsusilə  monetaıist  istiqamətdə  inkişafına  təkan 
verdi. 
Keçən  əsrin  70-ci  illərinin  bir  çox  postkeynçi  gəlirlər 
siyasətini  artım  siyasətilə,  xüsusilə  Lnvestisiyalann  struktur  və 
tempini müəyyən edən siyasətlə uzlaşdırmağı təklif edirdilər. 
11.4.
 
Sosial - demokratların “demokratik sosializm”, 
“qarışıq iqtisadiyyat” və “həyatın keyfiyyəti” 
konsepsiyalarının əsas xarakterik xüsusiyyətləri 
Demokratik  sosializm.  Sosial-demokratik  konsepsiyanın 
XX  əsrdə  fonnalaşması  ETİ-nin  yeni  mərhələsində,  iqtisadiyyatın 
strukturunun  yenidən  qurulması,  yeni  sahələrin  yaranması  və 
qurulması,  ənənəvi  sahələrin  fundamental  modernləşdirilməsi, 
elektronika  və  informatikanm  istifadəsi  şəraitində  baş  vermişdir. 
Bütün  bu  proseslər  müasir  sosial-  demokratların  sosial  bazasının 
dəyişməsinə səbəb olmuşdu. Sosial-demokrat partiyalarının ənənəvi 
bazasını  həmişə  fəhlə  sinfi  təşkil  etmişdi.  Belə  partiyalardan 
Almaniyanın  sosial-  demokrat  partiyasını.  Böyük  Britaniyanın 
leyborist partiyasını və s. göstərmək olar. 
Sosial-demokratların 
əsasında 
vacib 
konsepsiya 

demokratik  sosializm  durur.  “Demokratik  sosializm”  termini  ilk 
dəfə XIX əsrdə D.B.Şou tərəfindən istifadə olunub. Sonralar onu 
E.
 
Bernşteyn  və  O.Baucr,  K.Kautski,  R.Qilferdinq  istifadə 
edib. İngilis leyboristi E.Durbinin 1940-cı ildə “Siyasi demokratik 
sosializm” kitabı da çapdan çıxmışdı. II Dünya müharibəsindən 
136 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə