L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   40   41   42   43   44   45   46   47   48

XII
 FƏSIL
,
 DÜNYA 
TƏSƏRRÜFATI
 
NƏZƏRİYYƏLƏRİ 
12.1.
 
Dünya təsərrüfatının yaranması, inkişafı və onun nəzəri 
problemlərinin əsasları. 
12.2.
 
Beynəlxalq  əmək  bölgüsü  sistemilə  bağlı  meydana 
çıxan baxışların qısa xarakteristikası. 
12.3.
 
Dünya 
təsərrüfatında 
beynəlxalq 
ticarət 
nəzəriyyələrinin  yaramnasmın  inkişaf  tarixi  və  onların  əsas 
istiqamətəri. 
12.4.
 
Dünya təsərrüfatında neoklassik baxışlar və neoklas- sik 
müqayisəli üstünlüklər nəzəriyyəsinin xarakterik xüsusiyyətləri. 
12.5.
 
Dünya  təsərrüfatı  nəzəriyyəsində  qeyri-ekvivalent 
mübadilə konsepsiyasınm yeri. 
12.6.
 
Dünya  təsərrüfatında  yığım  haqqında  baxışlar  və 
İ.Vallerstaynın asimmetrik qarşılıqlı asılılıq nəzəriyyəsi. 
12.1.
 
Dünya təsərrüfatının yaranması, inkişafı və onun 
nəzəri problemlərinin əsaslan 
Dünya  təsərrüfatı  nəzəriyyələri  dünya  təsərrüfatının 
yaranması,  inkişafı,  qanynauyğunluq  və  s.  səbəblərlə  sıx  başğıdır. 
Dünya iqtisadiyyatı və  ya təsərrüfatı ümumi bazar iqtisadiyyatının 
tərkib hissəsi kimi meydana gəlmişdir. O, müxtəlif ölkələrə məxsus 
təsərrüfat subyektlərinin istehsal amillərinin və maliyyə vəsaitlərinin 
hərəkəti, əmtəələrin beynəlxalq mübadiləsi sahələrində 
qarşılıqlı 
təsirinin 
qanunauyğunluqlarını  öyrənir.  Dünya  iqtisadiyyatı  həmçinin 
beynəlxalq  iqtisadi  siyasətin  formalaşmasınm  əsasım  təşkil  edir. 
Beləliklə,  dünya  iqtisadiyyatı  —  bütün  dünya  ölkələrinin  milli 
iqtisadi^ç/atlarının birliyinin mürəkkəb sistemidir. Bu sistemi milli 
təsərrüfatların xarici dünya ilə qarşılıqlı əlaqədə olan və 
 


bir-birinə  təsir  göstərən  hissəsini  təşkil  edir.  Dünya  iqtisadi  birliyi 
istehsal amillərinin - iqtisadi ehtiyatlann hərəkətilə çox sıx bağlıdır. 
Bütün  bunların  əsasında  da  dünya  ölkələri  arasında  büynəlxalq 
iqtisadi  əlaqələr,  dünya  təsəiTüfat  əlaqələri  yaranır.  Dünya 
təsərrüfat əlaqələrini formalarına görə ümumi şəkildə aşağıdakı kimi 
təsnifləşdirmək olar; 
1.
 
Əmtəə və xidmətlərin beynəlxalq ticarəti. 
2.
 
Kapitalın beynəlxalq ticarəti. 
3.
 
İşçi qüvvəsinin beynəlxalq miqrasiyası. 
4.
 
Texnologiya və biliklərin, sahibkarların qabiliyyətinin 
beynəlxalq ticarəti. 
5.
 
Beynəlxalq iqtisadi inteqrasiya. 
6.
 
Beynəlxalq valyuta - maliyyə hesablaşma münasibətləri. 
Dünya iqtisadiy>'atı və təsərrüfatının əlamətlərinə aiddir: 
1.
 
Beynəlxalq  ticarət  əsasında  əmtəələrin  beynəlxalq 
mübadiləsinin inkişaf etmiş sferası. 
2.
 
İstehsal amillərinin, ilk növbədə kapitalın, işçi qüvvəsinin, 
texnologiyaların beynəlxalq hərəkətinin inkişaf etmiş sferası. 
3.
 
Müxtəlif  ölkələrdə  yerləşmiş  müəssisələrdə,  ilk  növbədə 
transmilli  korporasiyalar  çərçivəsində  istehsalın  beynəlxalq 
formaları. 
4.
 
Nə  əmtəələrin,  nə  də  istehsal  amillərinin  beynəlxalq 
hərəkətinin xidmətləri ilə bağlı olmayan, sərbəst beynəlxalq maliyyə 
sferasının mövcudluğu. 
5.
 
Balanslaşdırılmış  və  stabil  iqtisadi  inkişafın  təmini 
məqsədilə  millətlərarası,  dövlətlərarası  və  qeyri  dövlət  beynəlxalq 
tənzimləmə mexanizmi sistemi. 
6.
 
Açıq iqtisadiyyat prinsipindən meydana çıxan dövlətlərin 
iqtisadi siyasəti. 
1 4 1  


Dünya  təsərrüfatının  və  iqtisadiyyatının  yaranmasında  və 
inkişafında beynəlxalq əmək bölgüsünün (BƏB) böyük əhəmiyyəti 
vardır.  BƏB-in  dərinləşməsi  beynəlxalq  iqtisadi  inteqrasiyaya, 
müxtəlif  ölkələrin  iqtisadiyyatının  yaxınlaşmasına,  qarşılıqlı 
əlaqələrin  güclənməsinə,  iqtisadiyyatın,  elmin,  texnikanın  və  s. 
istehsalın  əsas  sahələrində  iri  miqyaslı  sabit  əlaqələrin 
genişlənməsinə, qarşılıqlı ticarətin inkişafına səbəb olmuşdur. 
Dünya təsırrüfat əlaqələri hər şeydən əvvəl çox-çox əvvəllər 
meydana  gələn  beynəlxalq  ticarət  -  əmtəə  və  xidmətlərin  ölkələr 
arasında  hərəkəti  nəticəsində  yaranmışdır.  Beynəlxalq  ticarət  isə 
özlüyündə dünya bazarlann əmələ gəlməsinə təkan vermişdir. 
Dünya  təsərrüfat  əlaqələri  XIX  əsrdən  başlayaraq 
formalaşmağa  başlamış  və  nəticədə  əmtəə  və  xidmətlərin  dünya 
bazarları  meydana  gəlmişdir.  Dünya  bazarlarının  yaranması  milli 
iqtisadiyyatların inkişafı ilə sıx bağlıdır. 
Dünya  təsərrüfatı  və  iqtisadiyyatının  yaranmasının  əsas 
səbəbi  dünya  ölkələrinin  istehsal  amilləri  —  iqtisadi  ehtiyatlarla 
təminatındakı  fərqlidir.  Bu  da  öz  növbəsində  bir  tərəfdən  BƏB-ə, 
digər tərəfdən isə bu iqtisadi ehtiyatlann ölkələr arasında hərəkətinə 
və mübadiləsinə səbəb olmuşdur. 
Dünya təsərrüfatı, tarixi və siyasi-iqtisadi bir kateqoriyadır. 
Bu,  hər  bir  konkret  tarixi  mərhələyə  sosial-iqtisadi  strukturun, 
təsərrüfat  həyatının  beynəlmiləlləşməsinin,  istehsalın  müəyyən 
həcm və səviyyəsinin uyğun gəlməsilə izah olunur. 
Beləliklə, dünya təsərrüfatı — BƏB sistemi ilə, iqtisadi və 
siyasi  münasibətlərlə  qarşılıqlı  bağlı  olan  dünya  ölkələrinin  milli 
təsərrüfatlarının  və  iqtisadiyyatlarının  birliyinin  mürəkkəb  bir 
sistemidir. Dünya təsərrüfatının yaranması əməyin bölümnəsinə və 
iqtisadi əlaqələrin yaranmasına səbəb olan istehsal 
14' 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə