L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   40   41   42   43   44   45   46   47   48

qüvvələrinin  uzun  müddətli  inkişafı  ilə  sıx  bağlıdır.  Onun 
yaranmasının ilkin əsasını qədim dövrlərdən fəali^'yət göstərən mal 
və  xidmətlərin  hərəkətilə  bağlı  olan  dünya  ticarəti  təşkil  etmişdir. 
Bunun  əsasında  da  artıq  XIX  əsrin  sonunda  xidmət  və  əmtəələrin 
dünya  bazan  formalaşmışdır.  Bundan  başqa,  dünya  təsərrüfatının 
yaranmasına  bütün  növ  istehsal  amillərinin  -  təbii  ehtiyatların, 
kapitalın, işçi qüvvəsinin, sahibkarlıq üsullanmn, texnologiyalarının 
və s. hərəkətinin güclənməsi böyük təsir etmişdir. 
Dünyanın  qədim  və  antik  təsərrüfat  sistemləri  çox  əsrlik 
iqtisadi inkişaf səviyyələri keçərək dünya təsərrüfatının inkişafına, 
nəticədə  dünya  bazannm  yaranmasına  gətirib  çıxarmışdır.  Təbii 
ehtiyatlar, dünya tarixindəki böyük coğrafi kəşflər, həmçinin BƏB 
bu proseslərin inki.şafına böyük təkan vennişdir. Dünya bazarının 
yaranması,  öz  növbəsində  istehsal  qüvvələrinin  səviyyəsinin 
yüksəlməsinə 
və 
ictimailəşməsinə, 
yəni 
istehsalın 
beynəlmiləlləşməsinə 
gətirib 
çıxarmışdır.  Deməli, 
dünya 
iqtisadiyyatı  və  təsərrüfatı  uzun  inkişaf  yolu  keçərək  XIX  əsrin 
sonlannda artıq formalaşmışdır. 
Qeyd etmək lazımdır ki, dünya təsərrüfatının inkişafının ən 
intensiv  mərhələsi  XX  əsrdə  baş  verdiyi  üçün  bu  dövr  dünya 
iqtisadiyyatının  və  təsərrüfatının  özünə  məxsus  aşağıdakı  konkret 
inkişaf mərhələlərilə xarakterizə olunur: 
1.
 
I  Dünya  müharibəsi  -  1950-ci  illərin  əvəlləri  -  dünya 
təsərrüfat əlaqələrinin genişlənməsilə xarakterizə olunur. 
2.
 
1950-1970-ci 
illər 

inteqrasiya 
birliklərinin, 
texnologiyalarm,  sahibkarlıq  qabiliyyətinin  ötürülməsi,  borc 
kapitalının yaranması dövrüdür. 
3.
 
1980-1990-cı illər - geriliyin aradan götürülməsi (Çin və 
yeni ölkələr) keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatına 
143 


keçməsi ölkələrin daxili və xarici təsərrüfat həyatjnm liberallaşması 
və onun qloballaşması ilə xarakterizə olunur. 
4.
 
1990-cı  il  -  hal-hazırki  dövr  -  stabil  surətdə  dünya 
təsərrüfatının  genişləndirilməsi,  inteqrasiya  birliklərinin  sabit 
inkişafı  və  dünya  təsərrüfat  əlaqələrinin  qloballaşması  ilə 
xarakterizə olunur. 
Dünya  təsərrüfat  həyatının  inkişafına  təsir göstərən əsas 
amillərə: 
1.
 
Elmi texniki tərəqqi. 
2.
 
Təsərrüfat həyatmın qloballaşması. 
3.
 
Qlobal  iqtisadi  inkişaf  proseslərini  -  ekoloji,  ərzaq, 
demoqrafik,  hərb  və  sülh,  xammal,  enerji  daşıyıcılarmın 
məhdudluğu, informasiya təminatı, dünya okeanının resurslarmdan 
və kosmik məkanda istifadə və s. amillərini aid etmək olar. 
Dünya  təsərrüfatına  dair  çoxlu  miqdarda  müxtəlif 
problemləri bir sıra istiqamətlərinə görə qruplaşdırmaq olar. Buraya 
daxildir: xarici ticarət münasibətləri; beynəlxalq maliyyə və tədiyə 
balansı;  gömrük  müdafiəsinin  optimal  səviyyəsilə  bağlı  olan 
problemlər;  valyuta  məzənnəsi  rejimi  və  optimal  məzənnə 
problemləri;  açıq  iqtisadiyyatda  müvazinət  problemləri,  dünya 
təsərrüfatında  ictimai  məhsulun  strukturu  və  dinamikasına,  milli 
gəlirin  bölgüsünə  müxtəlif  təsir  problemləri,  iqtisadi  inteqrasiya 
problemləri, həmçinin bir çox başqa problemlər də bu qəbildəndir. 
Bütün  bu  problemlər,  eyni  zamanda  dünya  təsərrüfatının 
yaranması  və  inkişafı,  dünya  təsərrüfatı  ilə  bağlı  bir  çox 
nəzəriyyələrin,  o  cümlədən  beynəlxalq  ticarət  nəzəriyyələri, 
beynəlxalq  maliyyə  nəzəriyyəsi,  beynəlxalq  iqtisadi  inteqrasiya 
nəzəriyyəsi və bir sıra konsepsiya və baxışların yaranmasına səbəb 
olmuşdur. Bu proses hal-hazırda da davam edir. 
Beynəlxalq ticarət haqqında nəzəriyyələr beynəlxalq əmtəə 
144 


mübadiləsinin  səbəbləri,  quruluşu  və  səmərələliyi  haqqmda 
məsələlərə cavab verməyə çalışır. 
Dünya  təsərrüfatının  formalaşması  bəşəriyyətin  ictimai 
həyatının  bütün  sahələrindəki  inkişafın  qanunauyğun  nəticəsidir. 
Bu,  hər  bir  ölkənin  daxili  və  xarici  aləmində  baş  verən  sosial  - 
iqtisadi  tərəqqi,  təsərrüfat  əlaqələrinin  yaranması  və  inkişafı  ilə 
bilavasitə  bağlıdır.  Burada  ölkədaxili  ictimai  əmək  bölgüsünün 
hərtərəfli  inkişafı,  onun  beynəlxalq  əmək  bölgüsü  səviyyəsinə 
yüksəlməsi  sayəsində  iqtisadi  münasibətlərin  dairəsi  genişlənərək 
beynəlxalq  xarakter  almış,  dünya  təsərrüfatının  formalaşmasında 
həlledici  əhəmiyyət  kəsb  etmiş,  iqtisadi  əlaqələrin  təşəkkülünə 
zəmin yaratmışdır. Bu özünü hər şeydən əvvəl ayrı - ayrı ölkələrin 
bu və ya digər məhsulun istehsalı üzrə ixtisaslaşmasında, beyəlxalq 
ticarətin meydana gəlməsində göstərmişdir. İxtisaslaşma sayəsində 
istehsal  xərclərinin  aşağı,  məhsulun  keyfiyyətinin  yüksək  olması, 
onun ucuz başa gəlməsi hər bir ölkədə beynəlxalq əmək bölgüsünün 
üstünlüklərindən başqalarının bəhrələnməsinə imkan yaradır. 
12.2.
 
Beynəlxalq əmək bölgüsü sistemilə bağlı meydana çıxan 
baxışların qısa xarakteristikası 
Bildiyimiz  kimi,  dünya  təsərrüfatı  əlaqələrinin  inkişafı 
tarixən  istehsal  amillərinin  (əmək,  kapital,  torpaq,  sahibkarlıq 
qabiliyyəti)  mübadilə  sferasındakı  hərəkəti  ilə  çox  sıx  bağlıdır. 
Beynəlxalq mübadilə öz növbəsində ölkə daxilində çatışmayan və 
ya  daha  ucuz  olan  tələbat  və  kapital  tipli  əmtəə  və  xidmətlərin 
axınına,  həmçinin  nəticədə  əlavə  satış  bazarlarına  daxil  olma 
imkanma şərait yaradır. 
Beləliklə,  beynəlxalq  iqtisadi  əlaqələrin  və  dünya 
təsərrüfatının yaranmasının əsas, köklü səbəbi - ölkələrin istehsal 
145 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə